Məhkəmə qərarları › İş №2(005)-1794/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1794/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1794/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Yelo Bank" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 18299,65 manat borc, 2884,74 manat faiz borcu, 139,9 manat cərimə borcu olmaqla, ümumilikdə 21324,38 manat borcun və 153,97 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması; Cavabdeh tutulmalı olan məbləğ, yəni cəmi 21324,38 manat borcun və 153,97 manat ödənilmiş dövlət rüsumunun “Yelo Bank" ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətindəki **-XK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, ağ mirvari rəngli «Toyota Prado » minik markalı (mühərrik:0916735 ban: JTEBX3FJ40K023013) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına yönəldilməsi; ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada Cavabdeh tutulması; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin «11 saylı » filialından 30%-lə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx"ASC-nin «11 saylı » filialından avtomobil almaq məqsədilə illik 24 %-lə 36 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki **-XK-*** dövlət qeydiyyat nişanlı. 2010-cu il buraxılışlı. ağ mirvari rəngli «Toyota Prado» minik markalı (mühərrik: ******* ban: JTEBX3FJ40K023013 ) avtomobilə xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Girovla yüklülük dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci ilədək Cavabdeh banka kredit müqaviləsi üzrə 18299,65 manat borc, 2884,74 manat faiz borcu və 559,97 manat cərimə borcu olmaqla, cəmi 21744,36 manat borcu vardır. Cavabdeh kredit müqaviləsi üzrə banka olan cərimə borcu 559,97 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 139,99 manat məbləğində tələb olunur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o. borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov (ipoteka) predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda bildirişin qeydə alınması barədə reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, kredit müqaviləsi üzrə borcun bir hissəsini ödəməyə hazırdır, lakin iddiaçı tərəf borcun tam bağlnamasını tələb edir, bunu etməyə maddi imkanı yoxdur. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarlı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 18299,65 manat əsas, 2884,74 manat faiz, 559,97 manat cərimə olmaqla, cəmi 21744,36 manat kredit borcu təşkil edir. xx.xx.2021-ci il tarixli, 23-MAY-1-0-2-21 Kredit limitinin ayrılmasına dair Müqavilədən görünür ki, Cavabdeh İddiaçı ASC-nin «11 saylı » filialından 30%-lə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli, 23-MAY-1-0-2-21 Kredit verilməsinə dair Müqavilədən görünür ki, Cavabdeh "xxxx"ASC-nin «11 saylı » filialından avtomobil almaq məqsədi üçün illik 24 %-lə 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-XK-*** qeydiyyat nişanlı, “Toyota Prado” minik markalı, universal tipli, 2010-cu buraxılış ili, ağ mirvari rəngli avtomobilin sahibi Cavabdehdur. “İpoteka saxlayan” İddiaçı ASC ilə “İpoteka qoyan” Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MAY-1-0-2-21 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və **-XK-*** qeydiyyat nişanlı, “Toyota Prado” minik markalı avtomobili tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23- MAY-1-0-2-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. İddiaçı ASC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə ünvanladığı bildirişin qeydə alınmasına dair ərizənin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qanunvericiliyə əsasən qeydiyyata alinmasını xahiş etmişlər. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubunun surətindən görünür ki, borcu xəbərdarlıq məktubu alındığı vaxtdan etibarən 5 gün ərizəndə təmin olunması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin «11 saylı » filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx"ASC-nin «11 saylı » filialından avtomobil almaq məqsədilə 36 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki **-XK-*** dövlət qeydiyyat nişanlı. «Toyota Prado» minik markalı avtomobilə ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə edilmiş vəsait qətnamənin tam icra olunmasına kifayət etməzsə qalıq borc məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə artıq borcun cavabdehdən tutulması məsələsinə hüquqi qiymət vermiş, iddia tələbində qeyd edilən pul məbləğinin ondan tutulmalı olduğu qənaətinə gəlmişdir. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borc məbləğinin ödənilməsinə kifayət etmədiyi təqdirdə növbəti prosessual hərəkət qətnamənin icrasına yönələn icra hərəkətlərinin ardıcıllığı “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və qətnamənin icra mərhələsinə aid olan məsələdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18299,65 manat borc, 2884,74 manat faiz borcu, 139,9 manat cərimə borcu olmaqla, ümumilikdə 21324,38 manat və 153,97 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus **-XK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, ağ mirvari rəngli «Toyota Prado» minik markalı (mühərrik:0916735 ban: JTEBX3FJ40K023013) avtomobilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 18299,65 manat borc, 2884,74 manat faiz borcu, 139,9 manat cərimə borcu olmaqla, ümumilikdə 21324,38 manat kredit borcu və 153,97 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus **-XK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, ağ mirvari rəngli «Toyota Prado» minik markalı (mühərrik:0916735 ban: JTEBX3FJ40K023013) avtomobilinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-nə olan borc ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar