Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-181/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi X4m katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi X1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kompensasiya verilməklə ümumi əmlakdakı pay hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı paylı mülkiyyətin naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya verilməklə ümumi əmlakdakı pay hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət elan edilən Bakı şəhəri, Nərimanov rayonu, 1937-cı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 1, mərtəbə 17, ümumi sahəsi 100.47 kv.m olan 115 nömrəli mənzil və “Nissan Sunny” markalı, **-CK- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan payların naturadan ayrılması, naturadan ayrılma mümkün olmadıqda isə, cüzi - 1/6 hissədə pay sahibi olan cavabdeh İddiaçı2 payına uyğun olaraq digər payçılar tərəfindən kompensasiya ödənilməklə ümumi əmlakdakı pay hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırmışlar ki, İddiaçı1 mərhum həyat yoldaşı X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Samir Hacızadə vəfat etdikdən sonra onun ilk həyat yoldaşından olan oğlu Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, 1937-cı məhəllə, Əliyar Əliyev küçəsində yerləşən “AKKORD'’ STİK ASC-yə məxsus hündür mərtəbəli yaşayış binasının 8 saylı evinin 115-ci mənzilinə, buraxılışı 2008-ci il Nissan Sunny markalı, 90CK539 dövlət qeydiyyat nişanlı və buraxılışı “VAZ 21060” markalı, 10GM457 dövlət qeydiyyat nişanlı avtomobillərinə dair vərəsəlik hüququnun tanınmaqla 1/6 hissəsində özünün, 4/6 hissəsində İddiaçı1 və 1/6 hissədə İddiaçı2 payının müəyyən olunması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsim xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-542/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri, Nərimanov rayonu, 1937-cı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 1, mərtəbə 17, ümumi sahəsi 100.47 kv.m olan 115 nömrəli mənzilə və “Nissan Sunny” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh 1/6 hissədə, İddiaçı1 4/6 hissədə, İddiaçı2 1/6 hissədə vərəsəlik qaydasında payları müəyyən edilmiş və paylara uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi qət edilmişdir. Vərəsələr arasında mövcud olan mübahisə və anlaşmazlıq məhkəmə tərəfindən elan edilən paylı mülkiyyətlərdən istifadə və sərəncam verməni mümkünsüz etməkdədir. Sadəcə 2 otaqdan ibarət bir mənzildən və bir avtomobildən kifayət qədər mübahisəli münasibətdə olan tərəflərin birlikdə istifadə etməsi imkan xaricindədir. Onlar sadəcə 1/6 hissəyə sahib olan cavabdehə kompensasiya ödəməklə onun pay haqqına xitam verilməsinə etiraz etmir və bu barədə cavabdehin özünə də məlumat verilmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh İddiaçı2 vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, əmlakların naturada bölgüsü mümkün olmadıqda, pul kompensasiyası verilməsinə etiraz etmir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-542/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1937-cı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 1, mərtəbə 17, ümumi sahəsi 100.47 kv.m olan 115 nömrəli mənzilə və “Nissan Sunny” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh 1/6 hissədə, İddiaçı1 4/6 hissədə, İddiaçı2 1/6 hissədə vərəsəlik qaydasında payları müəyyən edilmiş və paylara uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi qət edilmişdir. “X6 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1937-cı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 1, 115 nömrəli mənzilin bazar dəyəri 129600 manat, likvid dəyəri 123000 manat təşkil edir və “Nissan Sunny” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 9000 manat, likvid dəyəri 8200 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/1129 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1937-cı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 1, 115 nömrəli mənzilin 1/6 və 5/6 hissələrdə naturada payların ayrılması texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Mülki işin araşdırılmış hallarından göründüyü kimi, tərəflər paylı mülkiyyətlərin aralarında naturada bölünməsi və ya cavabdehə mülkiyyətlərdə olan payına mütənasib olaraq kompensasiya verməklə, mülkiyyət hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221 Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edri ki, yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarından aydın olur ki, hazırki iddia predmeti olan əmlakların naturada bölgüsü mümkün olmadığından və cavabdehin həmin əmlaklarda payı cüzi olduğundan, iddiaçılar tərəfindən cavabdehə payına mütənasib olaraq kompensasiya hüququ verməklə, sonuncunun ümumi paylı mülkiyyət hüququna xitam verilməlidir. Kompensasiya hesablanan zaman “X6 Mərkəzi” MMC tərəfindən təqdim edilmiş hesabatdakı əmlakların bazar qiymətini əsas götürülməsi, məhkəmə daha ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Nərimanov rayonu, 1937-cı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 1, mərtəbə 17, ümumi sahəsi 100.47 kv.m olan 115 nömrəli mənzilin və “Nissan Sunny” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cüzi - 1/6 hissədə pay sahibi olan cavabdeh İddiaçı2 payına uyğun olaraq (129600 manat + 9000 manat = 138600 manat : 6 = 23100 manat) digər payçılar İddiaçı1 və İddiaçı2 tərəfindən kompensasiya ödənilməklə ümumi əmlakdakı pay hüquqununa xitam verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində rüsumla bağlı tələb olmadığından iddiaçılara aid edilməlidir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, 1937-cı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 1, mərtəbə 17, ümumi sahəsi 100.47 kv.m olan 115 nömrəli mənzilin və “Nissan Sunny” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cüzi - 1/6 hissədə pay sahibi olan cavabdeh İddiaçı2 payına uyğun olaraq 23100 manat digər payçılar İddiaçı1 və İddiaçı2 tərəfindən kompensasiya ödənilməklə ümumi əmlakdakı pay hüququna xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-181/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-181/2022
11.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver