Məhkəmə qərarları › İş №2(005)-182/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-182/2021

01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-182/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Qəhərman oğlunun, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 12.47 kv.m təmirli sahənin dəyəri olan 27434 (iyirmi yeddi min dörd yüz otuz dörd) manat pul məbləğinin, 5000 manat məbləğində mənəvi zərərin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun dövlət notariusu X1 tərəfindən təsdiq edilmiş müqavilə bağlanılmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MMC Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 259 nömrəli reyestr kitabının 25274 saylı vərəqində **********27-05101-093003 resyestr, ********* qeydiyyat nömrəsi ilə verilmiş reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, təhlükəli vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən mülkiyyətçi İddiaçı məxsus ümumi sahəsi 29.2 kv.m olan 1 otaqlı mənzilə görə 85.4% artıq, B2 blokunun 3-cü mərtəbəsindən təmirli, bir otaqlı, ümumi tikinti sahəsi 53.82 kv.m olan 110 nömrəli mənzili ‘‘Mülkiyyətçinin”, yəni iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürür. Hazırda müqavilədə qeyd edilən binanın tikintisi başa çatmaq üzrədir və şərtlərə uyğun olaraq iddiaçıya bir otaqlı mənzil ayrılmışdır. Lakin müqavilənin 1.1-ci bəndində şərtləşdirilmiş 53.82 kv.m əvəzinə ümumi sahəsi eyvanla birlikdə 43.3 kv.m olan mənzil verilmişdir. Eyvanın sahəsi 3.9 kv.m təşkil edir. Bakı şəhərində tikinti şirkətləri yaşayış sahələrinin satışını həyata keçirərkən bərqarar olunmuş qaydaya görə eyvanın sahəsinin yarısı ümumi sahəyə daxil edilir və mülkiyyət hüquqlarının qeydiyyata alınan zaman eyvanın yarı hissəsi ümumi sahəyə daxil edilir və çıxarışda öz əksini tapır. Belə çıxır ki, 43.3 kv.m sahədən eyvanın yarısının verilmişdir. Beləliklə, 12.47 kv.m sahə iddiaçıya verilməmişdir. Hal-hazırda cavabdeh tikdiyi həmin binada mənzillərin təmrsiz olan hər bir kvadrat metr sahəsini 1900 manata satışını aparırır. Aralarında bağlanmış müqaviləyə əsasən isə iddiaçıya tam təmirli mənzil verilməlidir. Hesab edirəm ki, müqavilənin əsas şərti pozulmuşdur və iddiaçıya xeyli miqadarda, yəni 12.47 kv.m sahəyə görə hər kvadratına 1900 manat olmaqla 23693 manat və hər kvadratına 300 manat təmir pulu olmaqla 3741 manat, cəmi 27434 (iyirmi yeddi min dörd yüz otuz dörd) manat ziyan dəymişdir. Həmçinin, bu barədə iddiaçı cavabdehə öz etirazını dəfələrlə bildirsə də, buna heç bir məhəl qoymamışdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı mənəvi İztirablar çəkmiş və iddiaçıya maddi zərərlə yanaşı həmçinin mənəvi zərər dəymişdir. Eyni zamanda İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 17.20 kv.m təmirli sahənin təmirli dəyəri olan 44720 (qırx dörd min yeddi yüz iyirmi) manat pul məbləğinin, 5000 (beş min) manat məbləğində mənəvi zərərin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, mübahisə predmeti olan mənzil hazırda Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilməmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqavilənin 2.2.3-cü bəndində və 2.2.4-cxü bəndində qeyd edilmişdir ki, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili təmir edib “mülkiyyətçi”yə təhvil veriləcək. Hər hansı səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə bu müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etmək Cavabdeh MMC-nin hüquq və vəzifələrinə aiddir. İş materiallarında olan Xətai RPİ tərəfindən xx xxxxx 2010-cu il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyesteri məlumatlarından görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 3 materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli QXM356/M məktubuna əsasən tərtib edilmiş qiymətləndirmə rəyinə əsasən ünvan 4 ünvanında inşa edilmiş binada təmirli vəziyyətdəki 1 kv.m tikilinin dəyəri müəyyən edilərək bu dəyər 1kv.m üçün 2600.00 (iki min altı yüz) manat təşkil edir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli Mədaxil Qəbzinin surətindən görünür ki, ididaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx) qəpik məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq edilmiş müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhəri ərazi idarəsi tərəfindən 259 nömrəli reyester kitabının 25274 saylı vərəqində **********27-05101-093003 reyester, ********* qeydiyyat nömrəsi ilə verilmiş reyesterdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, təhlükəli vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən mülkiyyətçi İddiaçı məxsus ümumi sahəsi 29.2 kv.m olan 1 otaqlı mənzilə görə 85.4% artıq, B2 blokunun 3-cü mərtəbəsindən təmirli, bir otaqlı, ümumi tikinti sahəsi 53.82 kv.m olan 110 nömrəli mənzili “mülkiyyətçinin”, yəni iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı 17.2 kv.m sahənin ona az verildiyini və bu sahəyə görə onun dəyərinin ödənilməsini tələb edir. Bununla belə iddiaçı cavabdeh tərəfindən ona 17.2 kv.m sahənin ona az verilməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmnə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırtır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqavilənin 2.2.3-cü bəndində və 2.2.4-cxü bəndində qeyd edilmişdir ki, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili təmir edib “mülkiyyətçi”yə təhvil veriləcək. Hər hansı səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə bu müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etmək Cavabdeh MMC-nin hüquq və vəzifələrinə aiddir. Bununla belə İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqavilənin 2.2.3-cü bəndində qeyd edilənlərə uyğun olaraq mənzilin ona təhvil-təslim aktı əsasında verildiyini təsdiq edən sübutları təqdim edə bilməmişdir. Göründüyü kimi iddiaçı ona təhvil verilməyən mənzilin sahəsinin az olduğunu mübahisələndirmişdir. İddianın əsasını təşkil edən mübahisə predmeti mənzil isə hazırda Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmədiyindən mövcud deyildir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddiası üzrə sübutlar təqdim edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar