Məhkəmə qərarları › İş №2(005)-1823/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1823/2021

16.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1823/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi ilə, Əliyeva Nurlana Sahib qızının katibliyi Cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Maraqlı şəxs, X8, X34, X26, X9 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Maraqlı şəxs, X8, X34, X26, X9 “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi) ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** qeydiyyat nömrəli, 19.02.2021-ci il tarixli çıxarışının etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 112 saylı ev onun babası X16 mülkiyyətində olmuşdur. Babası 1947-ci ildə 54 yaşında vəfat etmişdir. Babası rəhmətə gedəndən sonra atası, iki əmisi Ənvər və Yusif öz ailələri ilə yaşamışdır. Babası rəhmətə gedəndən sonra taktiki olaraq 3 övladı da miras əmlakını qəbul edərək ona sahiblik etmişlər. Daha sonra atası və əmiləri rəhmətə getmişdir. Maraqlı tərəf kimi qeyd etdiyi Maraqlı şəxs isə əmisi Ənvərin həyat yoldaşıdır. O də ailə qurduqdan sonra həmin evdə öz ailəsi ilə yaşamışdır. Bu yaxın zamanlarda ona məlum olmuşdur ki, Maraqlı şəxs onu və ailə üzvlərini məhkəməyə verərək mənzildən istifadə hüququna xitam vermişdir. Həmin iş üzrə məhkəmə çəkişmələri hələ davam edir. Məhkəmə prosesləri zamanı Yasamal Rayon Məhkəməsinin 2-932/2000 saylı, 28.06.2000-ci il tarixli qətnaməsi ortaya çıxmışdır. Həmin qətnamə ilə onun babası ölüm faktı, həmçinin Maraqlı şəxs ilə babasının qohumluq əlaqəsi və onun mübahisəli evə vərəsəliyi faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmuş və onun adına həmin evə qeydiyyat vəsiqəsi verilməsi Bakı şəhəri, Tİ və MHQ- idarəsinə tapşırılmışdır. Maraqlı şəxs mülkiyyətə keçmək üçün əsas olan 2-932/2000-ci il tarixli qətnamə ümumiyyətlə saxtadır. Belə ki vəkilinin araşdırması nəticəsində məlum olmuşdur ki, ümumiyyətlə Yasamal rayon Məhkəməsinin icraatında olan 2-932/2000 saylı mülki işdə tərəflər Yasamal rayon MKTBnin Xalıqov Bidara qarşı işi olmuşdur. Mərkəzi Arxivə müraciət olunmuş ordan da eyni cavab alınmışdır. Belə ki məhkəmə qətnaməsi Azərbaycan dövləti adından çıxarılır.Dövlətin adından qanunsuz olaraq qətnamə çıxarılmış, məhkəmənin möhürünü saxtalaşdırılmışdır. Həmin qətnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 112 saylı evin B tikili və A tikilisinin 1 otağına Hüseynov Xanıma AR Bakı şəhər İHTİ və MHQİ-nin FM seriyalı 004118 saylı 05.09.2000-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. O, bu qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair ididası ilə Bakı Şəhər Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2857/2019 saylı, 29.08.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13451/2019 saylı, 20.12.2019-cu il tarixli qətnaməsi ilə caavbdehin şikayəti qismən təmin edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2857/2019 saylı, 29.08.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsindən kasassiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin müvafiq qərarı ilə kasassiya şikayəti təmin qismən edilərək, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul etmişdir. Bundan əlavə olaraq iddiaçı kasassiya şikayəti verərkən paralel olaraq Bakı şəhər Yasamal Rayon Məhkəməsinə cavabdehin adına verilmiş qeydiyyat vəsiqəsinə səbəb olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2- 932/2000-ci il tarixli, 28.06.2000-ci il tarixli qətnaməsi üzrə ‘İtirilmiş məhkəmə icraatının bərpa edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2000 saylı, 09.01.2020-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2-932/2000-ci il saylı mülki iş üzrə icraatın bərpa edilməsi qət edilmişdir. Həmin iş üzrə apelyasiya şikayəti verdim. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3868/2020 saylı, 17.09.2020-ci il tarixli qərardadı ilə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2000-ci 1 tarixli qətnaməsi ləğv olunmuş və ərizə baxılmamış saxlanılmışdır. Burdan da aydın görünür ki, cavabdehin adına verimiş qeydiyyat vəsiqəsinə səbəb olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2000-ci il qətnaməsi ləğv edildiyindən həmin çıxarış da ləğv edilməlidir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs iddiaçının razılığı ilə cavabdeh qismində mülki işə cəlb edilmişdir. Cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddiaçının belə iddia irəli sürməyə subyektiv hüququnun olmadığını qeyd etdi, bu səbəbdən də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda Maraqlı şəxs 0.07.2021-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. İddia ərizəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 112 saylı evin B tikili və A tikilisinin 1 otağına Maraqlı şəxs AR Bakı şəhər İHTİ və MHQİ-nin FM seriyalı 004118 saylı 05.09.2000-ci il tarixli Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsinə dair qətnamə qət edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2857/l9 saylı 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 112 nömrəli evin B tikilisi və A tikilisinin 1 otağına Maraqlı şəxs adına Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 004118 nömrəli 05 sentyabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2( 103)-6824/2020 saylı 01.10.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2857/19 saylı 29 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Maraqlı şəxs, cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X27 qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilməsi qərara alınmışdır. İddia ərizəsindən göründüyü kimi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 004118 nömrəli 05 sentyabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 112 nömrəli evin B tikilisi və A tikilisinin 1 otağı Maraqlı şəxs mülkiyyətindədir. İddia ərizəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh kimi mülkiyyət sahibinin isə maraqlı şəxs kimi göstərilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, faktiki olaraq mülkiyyət hüquqlarını təsdiq edən qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair iddia ərizəsində heç bir marağı olmayan qurumun cavabdeh kimi qoyulması məhkəmənin düzgün araşdırılmasına maneə yaratmaqdır. Bundan başqa Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6824/2020 saylı 01.10.2020-ci il tarixli qərardadından göründüyü kimi artıq eyni tərəflər arasında eyni mübahisəyə dair yekun məhkəmə aktı qəbul edilmişdir. İddiaçı və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2019cu il tarixli 2(00)-2857/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 112 nömrəli evin B tikilisi və A tikilisinin 1 otağına X13 adına Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı 004118 nömrəli 05 sentyabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 13451/2019 saylı 20.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 2(00)-2857/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02.08.2021-ci il tarixli 2(102)-429/2021 saylı qərarından görünür ki, iddiaçı Maraqlı şəxs iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Rəna Hüseynova və Kamran Hüseynovun ona məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 saylı evə (bundan sonra – mübahisəli ev) istifadə hüquqları olmayan şəxslər hesab edilməsi, cavabdehlər Xatirə Hüseynova, İddiaçı, Nigar Abbaszadə və Zakir İsmayılovun isə həmin evə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fuad Babayev, iş № 2(004)- 5119/17) 13 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdehlər X18, X14 və İddiaçı Məlikməmməd oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Talışinski: sədrlik edən və məruzəçi, Sənan Hacıyev və Rafael Eyvazov, iş № 2(103)-2979/18) 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlərdən İddiaçı Məlikməmməd oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olumasını xahiş etmişdirAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov və İlqar Dəmirov, iş № 2(102)- 2471/2019) 09.04.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin 23.04.2018-ci il tarixli qətnaməsinin qismən, yəni İddiaçı mübahisəli evdən istifadə hüququna xitam verilməsi hissəsində ləğv olunması və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdeh İddiaçı Məlikməmməd oğluna aid hissədə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi cavabdeh İddiaçı Məlikməmməd oğluna aid hissədə rədd olunmuşdur. İddiaçı (vəkil X40) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02.08.2021-ci il tarixli 2(102)-429/2021 saylı qərarı ilə iddiaçı Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-271/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisəli hissədə ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilsin. cavabdeh X1 ididaçı Maraqlı şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 112 saylı evə istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əraazi İdarəsinin 21 sentyabr 2021-ci il tarixli məhkəmənin 30.08.2021-ci il tarixli sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 saylı fərdi yaşayış evi ilkin olaraq X37, X32 və X33 acına tarixsiz olaraq qeydiyyata alınmışdır. Yasamal rayon məhkəməsinin 2-932 saylı, 28.06.2000-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 saylı fərdi yaşayış evinə vərəsəliyin faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilmiş və həmin evə onun adına qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. 12 saylı DNK-nın 3M-A-6-911 reyestr nömrəli, 21.12.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin "A” tikilisi - 2 otaq, sahəsi 9,6 kv.m və 13,9 kv.m olan hissəsi X2 adına rəsmiləşdirilmişdir. 12 saylı DNK-nın 3M-A-6-912 reyestr nömrəli, 21.12.2000-ci il tarixli alqı-satqı müqaviləsi əsasında “A” tikilisi 1 otaq-13 kv.m olan hissəsi isə X19 adına qeydiyyata alınmışdır. X19 vəfatından sonra 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 2V-199 reyestr nömrəli, 12.02.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətramə”yə əsasən hər birinə 1 yaşayış otağı 13.0 kv.m "A" tikilisi-dən 1/3 hissə olmaqla X20, X36, X28 miras əmlakdan bərabər hissələrdə irs almışlar. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 saylı fərdi yaşayış evi hazırda aşağıda sadalanan şəxslərin xüsusi mülkiyyətlərindədir: X21-2 yaşayış otaqı 9.6m2 və 13.9m2 "A" tikilisi; Hüseynova X58-"A" tikilisindən lyaşayış otaqı 14.8 kv.m və "B" tikilisi 1 yaşayış otaqı 15.5 kv.m; X20-1 yaşayış otaqı 13.0kv.m "A" tikilisi-dən 1/3 hissə; X36-1 yaşayış otaqı 13.0kv.m "A" tikilisi-dən 1/3 hissə; X41-1 yaşayış otaqı 13.0kv.m "A" tikilisidən 1/3 hissə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə müəyyən edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Beləliklə məhkəmə müəyyən edir ki, Yasamal Rayon Məhkəməsinin 28 iyun 2000-ci il tarixli 2-932/2000 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi Maraqlı şəxs ərizəsi təmin olunaraq, X16 1971-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi, X16, X11 və X29 ərizəçinin mərhum əri X22 ilə qohumluq münasibətlərinin müəyyən edilməsi, Maraqlı şəxs Bakı şəhəri, Qədirli küçəsi 112 nömrəli evə vərəsəliyin faktiki olaraq qəbul edilməsi faktının faktının müəyyən edilməsi, Maraqlı şəxs adına həmin ünvana ünvan 1ri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması qət edilmişdir; Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 003736 nömrəli 05 sentyabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qədirli küçəsindəki beş otaqlı 66,8 kv.metr yaşayış, 85 kv.metr ümumi sahəsi olan 112 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 180 nömrəli reyestr kitabında 8472 nömrəli səhifəsində 30/189 nömrəsi ilə Maraqlı şəxs adına qeydiyyata alınmışdır; Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 004118 nömrəli 05 sentyabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qədirli küçəsindəki beş otaqlı 66,8 kv.metr yaşayış, 85 kv.metr ümumi sahəsi olan 112 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 180 nömrəli reyestr kitabında 8472 nömrəli səhifəsində 30/2179 nömrəsi ilə Maraqlı şəxs adına qeydiyyata alınmışdır. Müvafiq fərdi yaşayış evi Maraqlı şəxs adına A tikilisində 14,8 kv.metr sahəsi olan 1 yataq otağı və B tikilisində 15,5 kv.metr sahəsi olan 1 yataq otağı, X19 adına A tikilisində 13 kv.metr sahəsi olan 1 yataq otağı və X5 adına A tikilidə 9,6 və 13,9 kv.metr sahələri olan 2 yataq otaqları qeyd edilmişdir; Maraqlı şəxs-satıcı ilə X21-alıcı arasında bağlanmış 21 dekabr 2000-ci il tarixli 110621 nömrəli müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qədirli küçəsi, 112 nömrəli fərdi yaşayış evinin A tikilisindən sahələri 9,6 və 13,9 kv.metr olan iki otağı satıcı tərəfindən alıcıya satılmışdır. 12 saylı DNK-nın 3M-A-6-912 reyestr nömrəli, 21.12.2000-ci il tarixli alqı-satqı müqaviləsi əsasında “A” tikilisi 1 otaq-13 kv.m olan hissəsi isə X19 adına qeydiyyata alınmışdır. X19 vəfatından sonra 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 2V-199 reyestr nömrəli, 12.02.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətramə”yə əsasən hər birinə 1 yaşayış otağı 13.0 kv.m "A" tikilisi-dən 1/3 hissə olmaqla X20, X36, X28 miras əmlakdan bərabər hissələrdə irs almışlar. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 saylı fərdi yaşayış evi hazırda aşağıda sadalanan şəxslərin xüsusi mülkiyyətlərindədir: X21-2 yaşayış otaqı 9.6m2 və 13.9m2 "A" tikilisi; Hüseynova X58-"A" tikilisindən lyaşayış otaqı 14.8 kv.m və "B" tikilisi 1 yaşayış otaqı 15.5 kv.m; X20-1 yaşayış otaqı 13.0kv.m "A" tikilisi-dən 1/3 hissə; X36-1 yaşayış otaqı 13.0kv.m "A" tikilisi-dən 1/3 hissə; X41-1 yaşayış otaqı 13.0kv.m "A" tikilisi-dən 1/3 hissə. Habelə müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli 2(004)-5119/2017 nömrəli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs cavabdehlər X23, İddiaçı Məlikməmməd oğluna, X10, X6, X30 və X31 qarşı “yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdehlər X7 və X3 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 nömrəli evin B tikilisi və A tikilisindən 1 otağına istifadə hüququ olmayan şəxs hesab edilmələri, cavabdehlər X15, İddiaçı Məlikməmməd oğlunun, X24 və X25 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 nömrəli evə istifadə hüquqlarına xitam verilməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi tərəfindən cavabdehlər X7, X3, X15, İddiaçı Məlikməmməd oğlunun, X24 və X25 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 nömrəli evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2018-ci il tarixli 2(103)- 2979/18 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli 2(004)-5119/2017 nömrəli qətnaməsindən cavabdehlər X18, X14 və İddiaçı Məlikməmməd oğlunun apellyasiya şikayətləri təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli 2(102)-2471/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2018-ci il tarixli 2(103)-2979/18 nömrəli qətnaməsindən cavabdeh İddiaçı Məlikməmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsinin qismən-İddiaçı Məlikməmməd oğlunun Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsindəki 112 nömrəli evdən istifadə istifadə hüququna xitam verilməsi hissəsində ləğv olunaraq, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdeh İddiaçı Məlikməmməd oğluna aid hissədə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi cavabdeh İddiaçı Məlikməmməd oğluna aid hissədə rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4295/2021 saylı, 02.08.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-271/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisəli hissədə ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməsi, cavabdeh X1 ididaçı Maraqlı şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 112 saylı evə istifadə hüququna xitam verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddia tələbinin əsasını babası X16 mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 112 saylı evə dair cavabdeh X.Hsüeynovanın adına verilmiş çıxarışın etibarsız hesab edilməsi təşkil edir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iddiaçı mübahisəli evə dair hər hansı hüququnun olması, habelə miras qoyanın qanun üzrə vərəsəsi olmasına dair müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə bu səbəbdən də hesab edir ki, iddiaçının “çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə əvvəlcə iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və onların tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4295/2021 saylı, 02.08.2021-ci il tarixli qərarı ilə cavabdeh X1 ididaçı Maraqlı şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 112 saylı evə istifadə hüququna xitam verilməsi qət edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə əqdlərin etibarsız hesab olunması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş müvafiq çıxarış daşınmaz əmlaka dair hüquqları təsdiq edən hüquqmüəyyənedici sənəddir. Həmin sənəd özözlüyündə mülki hüquqi əqd hesab olunmur. Bu səbəbdən də məhkəmə qeyd edir ki, çıxarışın etibarsız hesab olunması barədə tələbin hüquqi əsası mövcud deyil. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Maraqlı şəxs, X8, X34, X26, X9 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Maraqlı şəxs, X8, X34, X26, X9 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar