Məhkəmə qərarları › İş №2(005)-184/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-184/2020

06.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-184/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxx» MMC-yə qarşı (üçüncü şəxs Bahram Milani cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «xxxxxxxxxxxxxx» MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyan - 15 min manat və mənəvi ziyanın 100 min manat civarında cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun onurğa nayihəsində C5-C7 fəqərə arası disklərin yüksəkliyi azalmışdır. Özünü çox pis hiss edirdi. Ona Milana VİP klinikasını məsləhət gördülər. Onu əməliyyat edəcək həkim X11da iranlı Almaniya vətəndaşı professor doktor Bahram Milani idi, onu təcrübəli savadlı həkim kimi ona məsləhət gördülər. O xx xxxx 2019-cu ildə əməliyyat edilməsi üçün 6500 AZN və 150 AZN ödəmişdir. Klinik diaqnoz: Bel-oma osteoxondrozu, L4-L5 və L5-S1 foqoroarasının sağ tərəfli foraminal stenozu. Sağ aşağı süst monoparez. Kökcük ağrı sindromu. Əməliyyat aparılıb xx xxxx 2019-cu ildə. O, 7 saat əməliyyat masasında olmuşdur. Onu gözləyən qohumlar demişdilər. xx xxxx 2019-cu il əməliyyatdan sonra onun ağrıları kəskinləşdi, o artıq sərbəst gəzə bilmirdi lakin həkim Bahram Milani dediki belə olmalıdır və o klinikadan çıxartdılar evə yazdılar. O, əhəmiyyət verməyib evə getdi və evdə halım pisləşdi. X12 Almaniyaya gedəcəyini dedi və köməkçisinin mobil nömrəsini verdi. Günbəgün halı pisləşirdi. Zəng etdi köməkçiyə dedi ki, Qəbələdədi və ağrı kəsici dərmanlarını qəbul etməyə məsləhət gördü, lakin onlar ona əks təsir göstərdi. xx xxxxx 2019-cu il tarixdə Milani gəldi və o onun qəbuluna getdi və ona bərpa mərkəzinə getməyə məsləhət gördülər və bir ay bərpa mərkəzində müalicə aldı. O başqa klinikada MRT keçdi və ona dedilər ki sizin sol tərəfdə cuzi əməliyyat aparılıb, lakin sağ tərəfdən olunmalı idi. O getdi müayinəyə ona dedilər ki, yenidən əməliyyat olmalıdır. Yoxlanıldıqdan sonra məlum oldu ki heç bir əməliyyat keçirilməyib. Sağlam tərəfə cərrahi müdaxilə olunub. Milani dediki yenidən əməliyyat olunmalıdır. Ondan sonra o getdi Bahram Milaninin yanına.Həkim ona deyib ki, birinci gün gəl pulunu götür. Lakin birinci gün gəldi heç kim pul vermədi. Nəyə görə başqa ölkənin həkimi Azərbaycan vətəndaşlarını şikəst edir? Hər gün o həkimlərə və ağrı kəsici dərmanlar üçün pul ödəyir. x xxxx 2019-cu ildə o klinikaya getdi və ödənilən məbləğin qəbzini tələb etdi. Klinikanın rəhbəri Xuraman xanımın 41-ci polis bölməsində işləyən oğlu Elçin isə ona verilən qəbzi cırıb atdı. Səbayıl rayonu 41-ci polis bölməsinin işçisi Elçin adlı şəxs bizə hədə-qorxu gəldi və ona dedi ki, pulu verməyəcəklər sizə, çıxın gedin və təhqir edici sözlər dedi. Onlar polisə müraciət etdi, polis tərəfindən ona qəbz verildi. O şikəst olub və sərbəst gəzə bilmir. Hərəkət etmək üçün ona əlavə köməyə ehtiyacı var və yenidən əməliyyat olunmalıdır, onun maddi durumu pisdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Stasionar xəstənin ******* saylı tibbi kartasından çıxarışa əsasən xəstə İddiaçı, daxil olma tarixi – xx.xx.2019-cu il, evə yazılma tarixi xx.xx.2019-cu il, klinik diaqnoz – bel-oma osteoxondrozu, L4-L5 və L5-S1 fəqərəarasının sağ tərəfli foraminal stenozu. Sağ aşağı süst monoparez. Kökcük ağrı sindromu. əməliyyatdan sonrakı vəziyyət. Anamnez xəstə bel-oma nayihəsində olan və sağ ayağa irradiyasiya edən ağrılardan, keylikdən, zəiflikdən “X11”a müraciət edib. Deməyinə görə uzun müddətdir xəstədir və aparılan konservativ müalicə effektsizdir. Nevroloji status Sağ pəncənin bükücü əzələlərinin mötədil parezi, axill refleks soldan çağırılmır, Laseq simptomu sağdan 30C (+). Sağ aşağı süst monoparez. Əməliyyat L4, L5 və S1 fəqərələrin hissəvi hemilaminektomiyası, L4-L5 və L5-S1 fəqərəarasının hər iki tərəfli dekompressiv foramenotomiyası və sinir kökcüklərinin azad edilməsi. Əməliyyat fəsadsız keçdi. Fiziki gərginlikdən qorunmaq məsləhət görülmüşdür. xx.xx.2019-cu il tarixli X3-Oma sahəsinin MR Müayinəsinin surətindən görünür ki, Xülasə : L4-L5 səviyyəsində sağ tərəfli hemilyaminektomiya deffekti, L3-L4 intervertebral diskin arxa, soltərəfli, lateroforaminal protruziyası. L4-L5 intervertebral diskin arxa, geniş əsaslı protruziyası. Hərbi-Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli Bel-oma fəqərələrinin MRT müayinəsindən görünür ki, L4, L5 end platolarında sub xondral ödəm görünür. L3-L4 diskin sol extra foraminal yerləşmiş 3.5 mm ölçülən proturuziyası izlənilir. L4-L5 diskin sirkulyar yerləşmiş 4.0 mm ölçülən proturuziyası izlənilir. Spinal kanal və hər iki neyronal foramenlər daralmışdır, sinir köklərinə kompressiya izlənilir. xx.xx.2019-cu il tarixli «xxxxxxxxxxxxxx» MMC-nin arayışından görünür ki, İddiaçı Milana Hospitalın hesabına 150 manat və 6500 manat məbləğində ödəniş etmişdir. «xxxxxxxxxxxxxx» MMC ilə X8 arasında xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü ilədək müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İİ № ******* X6 surətindən görünür ki, Parvizi Milaniyə xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək müddətə iş icazəsi verilmişdir. İş materiallarında olan 495/KEŞ saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Elmi-Təcrubi və Tədris Birliyinin rəyindən görünür ki, İddiaçı adına Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb İdarəsindən verilmiş xx.xx.2019-cu il tarixli Onurğanın Bel-Oma nahiyyəsinin MRT müayinəsində: “L4, L5 end platolarında sub xondral ödəm görünür. L3-L4 diskin sol extra foramenal yerləşmiş 3,5mm ölçülən proturuziyası izlənilir. L4-L5 diskin sirkulvar yerləşmiş 4,0mm ölçülən proturuziyası izlənilir. Spinal kanal və hər iki neyronal foramenlər daralmışdır, sinir köklərinə kompressiya izlənilir”. Onurğanın boyun nahiyyəsinin MRT müayinəsində: “C2-Th4, disklərin dehidrasiyası. C3-C4 diskin sol foramenal yerləşmiş 2,5mm ölçülən proturuziyası izlənilir. Sol foramen daralmışdır, sinir köklərinə kompressiya izlənilir. CfrC? diskin sirkulvar yerləşmiş 3,0mm ölçülən yırtığı izlənilir. Hər iki neyronal foramen daralmışdır”. “X11”da tərtib edilmiş ******* saylı “Xəstəlik tarixi”nin kserosurətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə bel-oma nahiyyəsində olan və sağ ayağa irradiyasiya edən ağrılar, keyiik, zəiflik şikayətləri ilə “X10” müraciət edib. Deməyinə görə, uzun müddətdir ki, xəstədir və aparılan konservativ müalicə effektsizdir. Nevroloji statusda: Sağ pəncənin bükücü əzələlərinin mötədil parezi, axill refleks soldan çağrılmır, Laseq simptomu sağdan 30C(+). Sağ aşağı süst monoparez”. EKQ-də: “Sinus ritmi, miokardda işemiya əlamətləri (ön divar çəpr zirvə yan divar), sol mədəciyin kəskin hipertrofıyası, tək supraventrikuliyar ekstrasistoliyası”. Ağciyərlərin Rentgenoqrafiyasında: “normal rentgen müayinəsi”. xx.xx.2019-cu il tarixdə “L5 fəqərəarası soldan hemilaminektomiyası, L4 və Sj fəqərəarası soldan hissəvi hemilaminektomiyası. Sinir kökcüklərin sərbəstləşdirilməsi” cərrahi əməliyyatı icra edildi. Əməliyyat fəsadsız keçdi. 16-xx.xx.2019-cu il tarixlərdə xəstənin ümumi vəziyyəti stabil olaraq qalır. Huşu aydındır. Tənəffüs və hemodinamik göstəriciləri stabil, norma daxilindədir. Dinamik müşahidə və müalicə davam etdirilir. xx.xx.2019-cu il tarixdə xəatə kafi vəziyyətdə evə yazıldı. Tövsiyyə: Fiziki gərginlikdən qorunmaq məsləhətdir. Klinik diaqnoz: “L4-L5 və L5-S1 fəqərəarası kanalının sol tərəfli foraminal stenozu. Sol aşağı süst monoparez. Əməliyyatdan sonrakı vəziyyət”. İddiaçıo ğlunun xx.xx.2019-cu il tarixdə məhkəmə-tibbi müayinəsi keçirildi. Deməsinə görə, 7 ilə yaxındır ki, bel ağrısından əziyyət çəkir, televiziya vasitəsilə reklam olunan “Milano Hospital”da işləyən həkim Bəhram Milaniyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Həkim müayinəsinə və əvvəllər keçirilmiş MRT nəticələrinə əsasən, həkim tərəfindən cərrahi əməliyyat təklif edilmişdir. xx.xx.2019-cu il tarixdə klinikaya ödəniş aparılaraq stasionara qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə üzərində cərrahi əməliyyat icra edilmişdir. xx.xx.2019-cu il tarixdə ağrılar səbəbindən hərəkət məhdudlaşmışdır. xx.xx.2019-cu il tarixdə dəyişiksiz xəstəxanadan evə buraxılmışdır. Bundan sonra Bərpa İnstitutunda fizioterapevtik və konservativ müalicələri davam etmişdir. Uzun müddətli müalicələrə baxmayaraq yaxşılaşma əldə edilməmişdir. Təkrar B.Milaniyə müraciət etmiş və təkrar MRT müayinəsi aparılmışdır. MRT müayinəsinin nəticəsində patologiyanın aradan qaldırılmadığı qeyd edilmişdir.

1. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir.

2. Məhkəmə-tibbi müayinəsi zamanı bel fəqərəsinin aşağı nahiyəsində 8x0,3smölçüdə qəhvəyimtil rəngli, üzərində cərrahi əməliyyat izi olan çapıq toxuması aşkar edildi. 1955-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2019cu il tarixdə ‘‘Milana’’ VİP Hospitala müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “L4-L5 və L5-S1 fəqərəarası kanalının sol tərəfli foraminal stenozu” diaqnozu düzgün təyin edilmişdir. 2.3.İddiaçı mövcud olan patologiya ilə əlaqədar ona aparılmış əməliyyat taktiki olaraq düzgün icra edilmişdir. Xəstəyə hər iki tərəfdən geniş laminektomiya və transpedikulyar fıksasiyanın aparılması məqsədə müvafiq olduğu halda, həkimin seçimindən asılı olaraq yalnız bır tərəfdən (sol) hemilaminektomiya icra edilmişdir.

4. İddiaçı üzərində hal hazırda təkrar sağ tərəfli hemi laminektomiya cərrahiyyə əməliyyatın aparılmasına ehtiyac vardır. İş materiallarında olan 254 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyinin rəyindən görünür ki, İddiaçı adına Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb İdarəsindən verilmiş xx.xx.2019-cu il tarixli Onurğanın Bel- Oma nahiyyəsinin MRT müayinəsində: “L4, L5 end platolarında subxondral ödəm görünür. L3- L4 diskin sol extra foramenal yerləşmiş 3,5mm ölçülən proturuziyası izlənilir. L4-L5 diskin sirkulyar yerləşmiş 4,0mm ölçülən proturuziyası izlənilir. Spinal kanal və hər iki neyronal foramenlər daralmışdır, sinir köklərinə kompressiya izlənilir”. Onurğanın boyun nahiyyəsinin MRT müayinəsində: “C2-Th4, disklərin dehidrasiyası. C3-C4 diskin sol foramenal yerləşmiş 2,5mm ölçülən proturuziyası izlənilir. Sol foramen daralmışdır, sinir köklərinə kompressiya izlənilir. C6-C7 diskin sirkulyar yerləşmiş 3,0mm ölçülən yırtığı izlənilir. Hər iki neyronal foramen daralmışdır”. ‘‘X9 tərtib edilmiş ******* saylı “Xəstəlik tarixf'nin kserosurətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə bel-oma nahiyyəsində olan və sağ ayağa irradiyasiya edən ağrılar, keylik, zəiflik şikayətləri ilə “X10” müraciət edib. Deməyinə görə, uzun müddətdir ki, xəstədir və aparılan konservativ müalicə effektsizdir. Nevroloji statusda: Sağ pəncənin bükücü əzələlərinin mötədil parezi, axill refleks soldan çağrılmır, Laseq simptomu sağdan 30C(+). Sağ aşağı süst monoparez”. EKQ-də: “Sinus ritmi, miokardda işemiya əlamətləri (ön divar çəpr zirvə yan divar), sol mədəciyin kəskin hipertrofıyası, tək supraventrikuliyar ekstrasistoliyası”. Ağciyərlərin Rentgenoqrafıyasmda: “normal rentgen müayinəsi”. xx.xx.2019-cu il tarixdə “L5 fəqərəarası soldan hemilaminektomiyası, L4və Sı fəqərəarası soldan hissəvi hemilaminektomiyası. Sinir kökcüklərin sərbəstləşdirilməsi” cərrahi əməliyyatı icra edildi. Əməliyyat fəsadsız keçdi. 16-xx.xx.2019-cu il tarixlərdə xəstənin ümumi vəziyyəti stabil olaraq qalır. Huşu aydındır. Tənəffüs və hemodinamik göstəriciləri stabil, norma daxilindədir. Dinamik müşahidə və müalicə davam etdirilir. xx.xx.2019-cu il tarixdə xəatə kafi vəziyyətdə evə yazıldı. Tövsiyyə: Fiziki gərginlikdən qorunmaq məsləhətdir. Klinik diaqnoz: “L4-L5 və L5-S1 fəqərəarası kanalının sol tərəfli foraminal stenozu. Sol aşağı süst monoparez. Əməliyyatdan sonrakı vəziyyət”. İddiaçı adına “UniKlinika”dan verilmiş xx.xx.2019-cu il tarixli “Onurğanın bel-oma sahəsinin MR müayinəsisində: “L4-L5 səviyyəsində sağ tərəfli hemilyaminektomiya deffekti. L3-L4 intervertebral diskin arxa, soltərəfli, lateroforaminal protruziyası. L4-L5 intervertebral diskin arxa, geniş əsaslı protruziyası”. İddiaçı “Bakı sağ.amlıq Mərkəzin” klinik-nevroloji müayinəsinə xx.xx.2020-ci il tarixdə göndəriş verildi. xx.xx.2020-ci il tarixdə İddiaçı klinik-nevroloji müayinəsi və əməliyyatdan əvvəl və sonrakı radioloji müayinələrin nəticələri: 1. “Vətəndaş İddiaçı hansı diaqnoz əsasmda əməliyyat olunmuşdur?” Klinik nevroioji müayinə və əməliyyatdan əwəl olunmuş MRT müayinənin əsasmda İddiaçı lyumbal dar kanal diaqnozu ilə cərrahi müdaxilə olunduğunu düşünürəm.

3. “Cərrahi əməliyyat düzgün icra edilmişdirmi?” Əməliyyatdan öncə xəstənin şikayətləri belində və sağ ayağında olan ağrılar olmuşdur. Bel-oma nahiyəsinin MRT müayinəsində L4-L5 fəqərələri nahiyəsində lyumbal dar kanal və L4 fəqərəsinin anterior Grade İ spondilolistezi aşkar cdilmşdir. Bundan başqa bu seqmentin qeyri-stabilliyinin digər əlamətləri faset effuziyası, disk məsafəsinin yüksək olması və qapayıcı səfhələrdə degenerativ iltihab əlamətləri aşkar edilmişdir. Bunları nəzərə alaraq xəstəyə göstəriş olan əməliyyat sinir elementlərinin dekompressiyası ilə yanaşı L4-L5 fəqərələrinin fıksasiyası və füzyon olduğunu düşünürəm. Əməliyyatdan sonra çəkilmiş MRT müayinədə sol tərəfdə paravertebral əzələlərdə yara kanalı vizualizasiya olunur, lakin sağ tərəfdə bu görünmür (xəstənin şikayətləri sağ ayağında olan ağrılar olmuşdur), on vacibi iso istər solda, istərsə də sağda sinir köklərinin kompressiyasına səbəb olan sümük elementləri rezeksiya olunmamış və stenoz olduğu kimi saxlanılmışdn. Bundan başqa L4 fəqərəsinin anterior listezi artmışdır. Beləliklə, corrahi müdaxilənin istər plaıılamasında, istərsə də texniki icrasında qüsurlar vardır.

4. “Cərrahi əməliyyat edilmədən müalicə mümkündürmü?” Xəstənin əməliyyatdan əvvəlki MRT filmlərini müaiynə edərkən optimal müalicə metodunun cərrahiyyə olduğunu düşünürəm.

5. “Keçirdiyi əməliyyatdan sonra onun səhhətində hansı müsbət və mənfi dəyişiklikilər olmuşdur?” Əməliyyatdan sonra xəstənin nevroioji əlamətləri olduğu kimi qalmış və aksial ağrıları artmışdır. Bundan başqa L4 fəqərəsinin listezi artdığına görə xəstədə sagital balansı kompensasiya etmək üçün lyumbal deformasiya inkişaf etməyə başlamışdır. 1955-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.Tərtib edilmiş tibbi sənədlərə əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə “Milana” VİP Hospitalda aparılmış müvafiq müayinələrdən sonra “L4-L5 və L5-S1 fəqərəarası kanalının sol tərəfli foraminal stenozu” diaqnozu düzgün təyin edilmişdir. Həmin diaqnozun optimal müalicə metodu cərrahiyyə əməliyyatı hesab edilir. 2.3. xx.xx.2019-cu il tarixdə “L5 fəqərəarası soldan hemilaminektomiyası, L4 və S1 fəqərəarası soldan hissəvi hemilaminektomiyası. Sinir kökcüklərin sərbəstləşdirilməsi” cərrahi əməliyyatı təyin edilmiş diaqnoza uyğun taktiki olaraq düzgün icra edilmişdir. 4.İddiaçı üzərində hal hazırda L4 fəqərəsinin listezi artdığına görə xəstədə sagital balansı kompensasiya etmək üçün lyumbal deformasiya inkişaf etməyə başlamışdır və onda təkrar sağ tərəfli hemilaminektomiya cərrahiyyə əməliyyatın aparılmasına ehtiyac vardır. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı xx.xx.2019-cu ildə «xxxxxxxxxxxxxx» MMC-yə belində və sağ ayağında olan ağrılara görə müraciət etmişdir. Aparılmış müayinə nəticəsində cərrahi əməliyyat təklif olunmuş, həkim məsləhətinə inanaraq cərrahi əməliyyata razılıq vermişdir. xx.xx.2019-cu il tarixdə üzərində cərrahi əməliyyat icra edilmişdir. xx.xx.2019-cu il tarixdə ağrılar səbəbindən hərəkət məhdudlaşmışdır. xx.xx.2019-cu il tarixdə xəstəxanadan evə buraxılmışdır. Bundan sonra Bərpa İnstitutunda fizioterapevtik və konservativ müalicələri davam etmişdir. Uzun müddətli müalicələrə baxmayaraq yaxşılaşma əldə edilməmişdir. Təkrar B.Milaniyə müraciət etmiş və təkrar MRT müayinəsi aparılmışdır. MRT müayinəsinin nəticəsində patologiyanın aradan qaldırılmadığı qeyd edilmişdir. İddiaçı qeyd edir ki, «xxxxxxxxxxxxxx» MMC-nin həkimi neyrocərrah Bahram Milani tərəfindən iddiaçıya klinik diaqnoz – bel-oma osteoxondrozu, L4-L5 və L5-S1 fəqərəarasının sağ tərəfli foraminal stenozu. Sağ aşağı süst monoparez. Kökcük ağrı sindromu təyin edilmişdir. Lakin «xxxxxxxxxxxxxx» MMC-nin həkimi neyrocərrah Bahram Milani tərəfindən iddiaçının üzərində “L4-L5 və L5-S1 fəqərəarası kanalının sol tərəfli foraminal stenozu” diaqnozu ilə əməliyyat həyata keçirilmişdir. İddiaçı hazırda cavabdeh hospitalda aparılmış əməliyyat nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini bildirir, iddia ərizəsində sadaladığı əsaslara görə həmin məbləğin ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir, bu səbəbdən rədd edilməsini xahiş edir. Məhkəmə qеyd еdir ki, iddiа tələbinin qаnuni əsаsını mülki qаnunvеriciliyin mülki hüquq pоzuntusu ilə bаğlı müddəаlаrı təşkil еdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar təqdim edilmiş sübutlarla tam olaraq sübuta yetmiş, “Milano Hospital”da X8 tərəfindən aparılan əməliyyat nəticəsində iddiaçının sağlamlığına zərər vurulmuşdur. Məhkəmə bu nəticəyə gələrkən qeyd etməyi zəruri hesab edir ki, bu halın aparılmış qüsurlu cərrahiyyə əməliyyatının nəticəsində yaranması mümkündür. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmçinin həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 495/KEŞsaylı ekspert rəyini mötəbər sübut kimi qəbul edib hesab edir ki, iddia tələbi dəymiş ziyanın tutulması hissəsində qismən əsaslıdır və cavabdeh «xxxxxxxxxxxxxx» MMC-dən iddiaçının xeyrinə 6650 manat məbləğində pul tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən qeyd etməyi zəruri hesab edir ki, təkrar ekspertiza rəyinin (254 saylı) tədqiqat hissəsində mütəxəssislər konkret heç bir fakt göstərməyərək ilkin rəydə əks olunmuş halları ümumi şəkildə sadalamaqla kifayətlənmişlər. Odur ki, rəyin nəticə hissəsindən göründüyü kimi, mütəxəssislər iddiaçının sağ tərəfindəki şikayətlərin səbəbini konkret ifadə etməkdən yayınmışlar. Digər əks olunmuş nəticələr isə 495/KEŞ saylı rəyi təkrarladığı aydın müşahidə olunur. Belə ki, rəyin 2.3. bəndinə əsasən müəyyən edilmişdir ki, “xəstəyə hər iki tərəfdən geniş laminektomiya və transpedikulyar fıksasiyanın aparılması məqsədə müvafiq olduğu halda, həkimin seçimindən asılı olaraq yalnız bır tərəfdən (sol) hemilaminektomiya icra edilmişdir.” İş materiallarına əlavə edilmiş Stasionar xəstənin ******* saylı tibbi kartasından çıxarışa əsasən, bel-oma osteoxondrozu, L4-L5 və L5-S1 fəqərəarasının sağ tərəfli foraminal stenozu, Sağ aşağı süst monoparez klinik diaqnozu qoyulmasına baxmayaraq əlavə edilmiş digər sənədlərdə isə (sol) hemilaminektomiya icra edildiyi və diaqnozun düzgün müəyyən edildiyi qeyd olunur. Göründüyü kimi, təqdim edilmiş sənədlərdə ziddiyyətlər mövcuddur, lakin buna baxmayaraq 495/KEŞ saylı ekspert rəyində xəstəyə hər iki tərəfdən geniş laminektomiya və transpedikulyar fıksasiyanın aparılmasının məqsədə müvafiq olduğu nəticəsinə gəlinmişdir. X8 tərəfindən isə yalnız sol tərəfdən hemilaminektomiya icra edilməsi isə əməliyyatdan sonra iddiaçının vəziyyətində müsbət dəyişikliyə səbəb olmamışdır. Bundan başqa iddiaçı deliktlərin nəticəsi olaraq keçirdiyi mənəvi zərərə görə 100.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, cavabdeh “xxxxxxxxxxxxxx” MMC-dən mənəvi ziyana görə 3000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu nəzərə alınmaqla, cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Habelə iddiaçı tərəfindən dövlət rüsumu ilə bağlı tələb olmadığından onun tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Belə ki, məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. “xxxxxxxxxxxxxx” MMC-dən maddi zərərə görə 6650 manat və mənəvi zərərə görə 3000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. “xxxxxxxxxxxxxx” MMC-dən 20 manat məbləğində pul tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar