Məhkəmə qərarları › İş №2(005)-184/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-184/2022

29.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-184/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsfahan qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsfahan qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 saylı fərdi yaşayış evinin İddiaçı 1/8 hissə, Cavabdeh1 1/ 8 hissədə, Cavabdeh2 1/8 hissə 1 otaq, Cavabdeh3 1 otaq, cavabdeh X4 1/8 hissə, Cavabdeh5 1/8 hissə, cavabdeh Babacanov (Babacanyan) David Qriqorycviçə 2/8 hissə, Cavabdeh7 1/12 hissə, Cavabdeh8 1/12 hissə, Cavabdeh9 1/12 olmaqla natura qaydasında ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 saylı tərdi yaşayış evinin mülkiyyətiçisidir. Fərdi yaşayış evi paylı mülkiyyətdədir. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Cavabdeh1 1/8 hissədə. Cavabdeh2 1/8 hissə 1 otaq. Cavabdeh3 1 otaq. X6 1/8 hissə, Cavabdeh5 1/8 hissə. Babacanov (Babacanyan) David Qriqoryeviç 2/8 hissə, Cavabdeh7 1/12 hissə, Cavabdeh8 1/12 hissə, Cavabdeh9 1/12 hissənin mülkiyyətçisidir. Cavabdeh Babacanov (Babacanyan) David Qriqoryeviç milliyətcə ermənidir, 1980-ci illərdən Azərbaycanı tərk etmişdir. Cavabdeh2 özünə məxsus olan hissəni satıb getmişdir. Lakin, çıxarışda mülkiyyətçi kimi payının olduğu qeyd olunur. Faktiki olaraq harada yaşaması barədə məlumat yoxdur. İddiaçı və digər şəxslərin hər birinin ayrıca çıxışları vardır. Fərdi yaşayış evi bir dam altında yerləşmir. İddiaçı həmin daşınmaz əmlakın mülkiyyətçisi olsa da. ondan sərbəst şəkildə istifadə edə bilmir, əmlakı üzərində sərəncam verə bilmir. Belə ki, cavabdehlərin hamısı tərəfindən razılıq verilməsi mümkün olmadığı üçün notarial qaydada rəsmiləşdirmə etmək mümkün olmur. Bu səbəbdən iddiaçılar naturada bölgü etmək qərarına gəlmişlər. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə bölgü sxeminin tərtib edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda iddiçıya məxsus olan D yaşayış evinin sökülərək yerində iki mərtəbəli yaşayış evi inşa edildiyindən bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Ona görə də İddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, məhkəmə mübahisəli fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun olaraq bölüşdürülməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsfahan qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 nömrəli evin 1/8 hissədən qalan hissəsi Cavabdeh1, 1/8 hissə 1 otaq X3, 1 otaq -12,6 kv.m Cavabdeh3, 1/8 hissəsi Cavabdeh4, 1/8 hissəsi Cavabdeh5, 1/8 hissəsi X2, 2/8 hissəsi Cavabdeh6, 1/12 hissəsi Cavabdeh7, 1/12 hissəsi Cavabdeh8, 1/12 hissəsi isə Cavabdeh9 adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin mülkiyyət növü xüsusi mülkiyyətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 10/1599 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Rəyin tədqiqat hissəəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 saylı fərdi yaşayış evinin iddiaçının və cavabdehlərin payına uyğun hissədə naturada bölünməsinin mümkün olub-olmaması barədə tədqiqat aparılmadı. Eyni zamanda qeyd olunur ki, baxış zamanı təqdim olunmuş iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evi xx.xx.1995-ci il tarixli Texniki Pasportda qeyd olunmuş “D” literli yaşayış tikilisinin yerləşdiyi ərazidə inşa edilpıiş yə həmin fərdi yaşayış evi faktiki vəziyyətdə cavabdehlərin istifadəsində olan tikililərdən təcrid şəkildə ayrılmış və ayrıca giriş- çıxış qapısı mövcuddur. Faktiki vəziyyətdə mövcud olan bölgü zamanı iddiaçının istifadəsində olan evin faktiki olaraq naturada digər tikiİilərdən təcrid şəkildə ayrıldığını, giriş- çıxış qapısının ayrı olduğunu, istifadəsində yaşayış və yardımçı otaqların mövcud olduğunu nəzərə alaraq, bölgünün “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərin tələblərinə və Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Aparılmış ekspertizanın dəyəri 100 (yüz) manat təşkil edir; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 nömrəli evin 1/8 hissədən qalan hissəsi Cavabdeh1, 1/8 hissə 1 otaq X3, 1 otaq -12,6 kv.m Cavabdeh3, 1/8 hissəsi Cavabdeh4, 1/8 hissəsi Cavabdeh5, 1/8 hissəsi X2, 2/8 hissəsi Cavabdeh6, 1/12 hissəsi Cavabdeh7, 1/12 hissəsi Cavabdeh8, 1/12 hissəsi isə Cavabdeh9 adına qeydiyyatdan keçmişdir. Müəyyən olunmuşdur ki, 1995-ci il tarixli texniki pasportda olan iddiaçıya məxsus “D” literli yaşayış sahəsi sökülərək yerində 2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş eskiz layihəyə uyğun yeni ev inşa edilmişdir. Həmin evin giriş-çıxışı ayrıdır. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının müvafiq rəyi ilə müəyyən edilmişdir ki, baxış zamanı təqdim olunmuş iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evi xx.xx.1995-ci il tarixli Texniki Pasportda qeyd olunmuş “D” literli yaşayış tikilisinin yerləşdiyi ərazidə inşa edilmiş yə həmin fərdi yaşayış evi faktiki vəziyyətdə cavabdehlərin istifadəsində olan tikililərdən təcrid şəkildə ayrılmış və ayrıca giriş- çıxış qapısı mövcuddur. Faktiki vəziyyətdə mövcud olan bölgü zamanı iddiaçının istifadəsində olan evin faktiki olaraq naturada digər tikiİilərdən təcrid şəkildə ayrıldığını, giriş- çıxış qapısının ayrı olduğunu, istifadəsində yaşayış və yardımçı otaqların mövcud olduğunu nəzərə alaraq, bölgünün “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərin tələblərinə və Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 saylı fərdi yaşayış evi İddiaçı 1/8 hissə natura qaydasında ayrılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.1995-ci il tarixli Texniki Pasportda qeyd olunmuş “D” literli yaşayış tikilisinin yerinə yeni inşa edilən paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus 1/8 hissə Bakı şəhəri Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 saylı fərdi yaşayış evi 2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş eskiz layihəyə uyğun natura qaydasında ayrılsın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar