Məhkəmə qərarları › İş №2(005)-1852/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1852/2023

18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1852/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X6 Mehdi qızının katibliyi ilə, İddiaçı Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “valideyn himayəsindən məhrum olmuş uşaqların doğum haqqında şəhadətnamələrinin əldə edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “valideyn himayəsindən məhrum olmuş uşaqların doğum haqqında şəhadətnamələrinin əldə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü Fatimə (soyad və ata adı məlum deyildir) doğum haqqında şəhadətnamələrinin əldə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Azerbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən uşaq sığınacağı - Reinteqrasiya Mərkəzində məskunlaşmış xx.xx.2020-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü Fatimənin (soyad və ata adı məlum deyildir) doğum haqqında şəhadətnamələrin olmadığı ilə bağlı məktuba Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) X1 İşləri və Hüquqlarının Müdafiəsi uzrə Komissiyasında (YYÇİHMK) baxılmışdır. Sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılmış və valideyn himayəsindən məhrum olmuş uşaqların doğumu haqqında aktın müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə Nərimanov Rayon Qeydiyyat şöbəsinə məktub ünvanlanmışdır. Nərimanov RİH cavab olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü Fatimə (soyad və ata adı məlum deyildir) barəsində “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşların vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İddiaçı Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X5 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb təqdim etmədən məkhəmə iclasında iştirak etməmişdir. Lakin cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilib qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.5-ci maddələrinə əsasən, məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən belə qənaətə gəlir ki, iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Ona görə də iddiaçı qeyd edilən məsələ ilə bağlı halı ilk öncə inzibati orqanda mübahisələndirə, inzibati orqanın hərəkətindən (və ya hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (və ya hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-ci maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının Cavabdehnə qarşı “valideyn himayəsindən məhrum olmuş uşaqların doğum haqqında şəhadətnamələrinin əldə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməli, eyni zamanda iddiaçıya müvafiq ərizə ilə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 260.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “valideyn himayəsindən məhrum olmuş uşaqların doğum haqqında şəhadətnamələrinin əldə edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar