Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1853/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı, üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı cəlb edilməklə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı, üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı cəlb edilməklə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 8.02.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı qaytarılmalı olan 1112 manat kompensasiyanın, ödədiyi 30 manat dövlət rüsumunun və ona dəyən mənəvi ziyana əsasən cavabdehin real imkanlarını nəzərə alaraq vurduğu mənəvi zərərə görə 3000 manat pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdırdır ki, 30.11.2016-cı il tarixdə Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış 13-16-16-079851 saylı Kredit müqaviləsi əsasında iddiaçıya 30 ay müddətinə, 29% illik faiz dərəcəsi olmaqla, 943 manat məbləğində kredit verilmişdir. Lakin bir neçə ay keçdikdən sonra Cavabdeh ASC Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə X3 qarşı iddia qaldırmış və heç bir əsas olmadan Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 25.09.2017-ci il tarixli 2(044)-5212/2017 saylı qətnaməsi ilə iddiası təmin edilmiş və 943 manat pul X2 alınaraq ‘‘Muğanbank” ASC-ə verilməsi qət edilmişdir. X1 Şəhər Nizami Rayon Məhkəməsinin 25.09.2017-ci il tarixli 2(044)-5212/2017 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, Cavabdeh ASC-nin iddiasının əsassız olduğunu subuta yetirmişdir və onun şikayəti təmin olunaraq Gəncə Apelyasiya Məhkəməsi 22.01.2018-ci il tarixdə 2(104)-520/2018 saylı qətnamə qəbul etmiş və iddiaçıdan tələb olunan borc əsassız olduğundan ləğv edilmişdir. Hal-hazırda Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Lakin şikayətçi olduğu Cavabdeh ASC Gəncə Apellyasiya Məhkəməsinin 22.01.2018-ci il tarixli 2(104)- 520/2018 saylı qətnaməsi barədə AR Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verməmişdir. AR Prezidentinin 28,02,2019-cu İl tarixli Fərmanına əsasən kredit dollar valyutası ilə nəzərdə tutulduğu üçün Həsənova- Rəxşəndə Emin qızına 1112 manat kompensasiya verilməlidir, lakin Cavabdeh ASC Gəncə Apellyasiya Məhkəməsinin 22.01.2018-cı il tarixli 2(104)-520/2018 saylı qətnaməsi barədə AR Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verməmişdir və bu səbəbdən də Cavabdeh ASC iddiaçıya 253 manat kompensasiya verməyi təklif edir. İddiaçı isə qanunla ona verilməli olan 1112 manat kompensasiya tələb edir. İddiaçı xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 22.01.2018-ci il tarixli 2(104)-520/2018 saylı qətnaməsini nəzərə alınsın və AR Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən X3 qaytarılmalı olan 1112 manat kompensası Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq ona verilsin. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında idda tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X6 iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı öz ərizəsində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən 1112 manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə tələb irəli sürmüşdür. İddia tələbindən görünür ki, iddianın əsas mahiyyəti məlum Fərmandan irəli gələn tələblər əsasında tərtib edilmişdir. Məlum Fərmana görə isə vətəndaşların sərəncamına veriləcək kompensasiyanın məbləğinin müəyyən edilməsi, vətəndaşlarla yeni restrukturizasiya müqavilələrinin bağlanması, qalıq borcların müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (indiki hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankı) tərəfindən müəyyən edilir. Kreditor olaraq "xxxx" ASC-nin və ya digər bank və kredit təşkilatlarının sərbəst şəkildə vətəndaşların sərəncamına veriləcək miqdarını müəyyən etməsi, yeni restrukturizasiya müqavilələrinin bağlanması, qalıq borcların müəyyən etməsi səlahiyyətləri yoxdur. İddiaçı cavabdehlər "xxxx" ASC-nə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı 'kompensasiyanın və mənəvi ziyanın ödənilməsinə "iddia tələbi inzibati səciyyəli olduğundan rayon (şəhər) məhkəmələrində baxılması əsassız və qanunsuzdur. Belə ki, iddia tələbi inzibati orqanın (Azərbaycan Respublikasının Mərkəzi Bankının və s.) məcburetmə - öhdəliyinin icrası tələb olduğundan iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankını cavabdeh qismində, "xxxx" ASC-ni isə üçüncü şəxs qismində qoymaqla inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməli idi. Hesab edir ki, iddia tələbindən irəli gələn vəzifələr Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə tənzimlənir ki, bu səlahiyyət də "xxxx" ASC-nə aid deyildir. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli 2(044)-5212/2017 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 943 manat məbləğində əsas borc, 303.72 manat məbləğində faiz borcu , cəmi 1246.72 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat alınaraq iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət olunmuşdur. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli 2(104)-520/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli 2(044)5212/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı kredit müqaciləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan “problemli kreditlərin kompensasiyası”nın əsas məlumatlarından görünür ki, cəmi hesablanmış kompensasiya 1112 manat təşkil edir. Bundan borcların ödənilməsinə yönələn hissə 858,36 manat, vətəndaşa çatan hissə 253,64 manat təşkil edir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidetinin Fərmanının 1-ci bəndindən göründüyü kimi, fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi müvafiq qaydada qiymətləndirilməklə, Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsindən göründüyü kimi, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddianın maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Mülki işin materiallarından göründüyü kimi, iddiaçıya problemli kreditin kompensasiyası kimi cəmi 1112 manat hesablanmış, bu məbləqdən 858,36 manat onun adına olan borcun ödənilməsi sərf edilməli, 253,64 manat isə vətəndaşa ödənilməlidir. Gəncə Apelyasiya Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli 2(104)-520/2018 saylı qətnamədən göründüyü kimi, cavabdehin iddiaçıya qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı bu qətnaməni əsas gətirərək, onun Cavabdeh MMC-nə borcun olmadığından, həmin borca görə ona hesablanmış kompensasiyadan ödənişin çıxılmamasını və 1112 manatın ona bütöv şəkildə ödənilməsini xahiş edir. Məhkəmə bununla razılaşmır və hesab edir ki, Gəncə Apelyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə iddiaçının cavabdehə borcun olmaması müəyyən edilməmişdir. Məhkəmə kolleqiyası iddianı rədd etmişdir, çünki iddiaçı ssuda hesabına pulun köçürülməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı isə hazırki iddia ərizəsində də cavabdeh tərəfindən ona 943 manat kreditin verilməsini göstərmiş və tələb etdiyi kompensasiya da məhz həmin kreditə görə hesablanmış kompensasiyadır. Belə halda məhkəmə iddiaçıya hesablanmış pul kompensasiyasının tam şəkildə ödənilməsini mümkün hesab etmir və belə nəticəyə gəlir ki, iddiaçıya cavabdeh tərəfindən vətəndaşa çatan hissə 253,64 manat ödənilməlidir. Məhkəmə tərəfin mənəvi zərər tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki işdə İddiaçı cavabdehin hərəkətləri nəticəsində hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasını, eləcə də həmin pozuntu nəticəsində mənəvi sarsıntı və iztirab keçirmələrini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən 3000 manat mənəvi zərərə görə pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı, üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı cəlb edilməklə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 253,64 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1853/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1853/2021
30.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver