Məhkəmə qərarları › İş №2(005)-1867/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1867/2021

05.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1867/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması, müəyyən hərəkətləri etməyin qadağan edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq. MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və .s” tələbinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 482 saylı, xx.xx.2019-cu il tarixli qərarının 41-ci bəndinin Azərbaycan Respublikası Konsitutsiyasının 29-cu (İ hissə İİİ), (hissə İV), 71-ci (hissə İ,İİ,Vİ,İX) maddələrinin tələblərinə uyğunluğu yoxlanılmaqla, kirayə tapşırığı ləğv edilərək, dəyəri qabaqacdan ədalətli şəkildə ödənilərək sözləri ilə əvəz edilməsinə dair Azərbaycan Respublikası adından məhkəmə aktı elan edilməsi, konsitutsiyanın 28-ci (hissə İİİ), 68-ci (hissə İ), 71-ci (hissə İİİ,İİ,Xİ,İX) maddələrinin tələbləri tətbiq edilərək (uyğunluq yoxlanılaraq) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətinin dayandırılması qərarı ləğv edilməsini və ölkə ərazsində konsitutsiyada nəzərdə tutulan qaydada fövqəladə vəziyyət elan edilmədən vətəndaşların konstitutsion hüquq və azadlıqlarını məhdudlaşdıraraq qərarlar qəbul edilməsinin qadağan edilməsini və bütün məhkəmə xərcləri cavabdehin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərar qəbul etmiş və xx.xx.2019-cu il tarixdə 482 saylı qərarı ilə 86 nömrəli qərarı ləğv etmişdir. 482 nömrəli qərarın 4-cü bəndində, 4.2-ci hissəsində köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün şərait yaradılması tapşırığı verilmişdir. Vətəndaşın (mülkiyyətiçinin) kirayə mənzilə köçürülməsi Azərbaycan Respublikası Konsitutsiyasının 29-cu maddəsinin İİİ və İV hissələrinin, həmçinin 71-ci maddəsinin İ,İİ,Vİ,İX hissələrinin müddəalarına daban-dabana ziddir. Məcburə kirayə köçürülən mülkiyyətçinin kirayədə qaldığı müddətdə əmlakından istifadə etmək və ona dair sərəncam vermək hüquqları məhdudlaşır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında avropa konvensiyasının 1 saylı protokolu 1-ci maddəsində deyilir: Hər bir hüquqi və fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Konsitutsiyanın 13-cü maddəsinin İ ci hissəsində Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddənin İV hissəsində deyilir: Dövlət ehtiyacları üçün mülkiyyətin özəlləşdirilməsinə yalnız qabqacadan onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verilə bilər. 71-ci maddənin İ hissəsində deyilir: Konsitutsiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik icra və məhkəmə orqanlarının borcudur. İİ hissə: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Vİ hissə:Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa hüquqi qüvvədədir. İX hissə: Heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. X hissə:Dövlət orqanları yalnız bu konsitutsiya əsasında fəaliyyət göstərə bilər. Sadalanan konsitutsiya müddəalarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 482 nömrəli qərarının 4.1-ci bəndindəki sakinlərin kirayə köçürülməsi tapşırığı qadağandır, vətəndaşların konsitutsion hüquq və azadlılqlarının məhdudlaşdırlması deməkdir. Subyektiv hüquq barədə:Sözügedən Azərbaycan Respublikası Nazirlər Kabinetinin əldə rəhbər tutan Nərimanov RİH 21.06.19-cu il tarixdə 161 nömrəli sərəncam imzalamış və bu sərəncamın 3.6-cı bəndinin tələbinə əsasən “xxxx” MMC Nərimanov rayon məhkəməsində atası İddiaçı1 qarşı 3 dəfə “kirayə haqqı ödənilməklə mənzildən çıxarılsın”tələbi ilə əsassız iddialar qaldırmışdır. 2(005)-2760/2019 saylı iş üzrə icraata xitam verilmiş, 2(005)-3274/19 nömrəli iş üzrə isə icraat dayandırılmışıdır: MMC növbəti dəfə onun atası İddiaçı1 qarşı eyni məhkəmədə eyni iddia tələbi ilə 2(005)-2332/20 saylı iddia qaldırmışdır və halhazırda bu iş apellyasiya mərhələsindədir. İddiaçının atası etibarnamə üzrə nümayəndəsidir və o bütün mülki, inzibati proseslərdə o atasını təmsil edir. Bundan əlavə Azərbaycan Respublikası Konsitutsiyasının 71-ci maddəsinin İİİ hissəsinin tələbini pozaraq ölkə ərazisində fövqəladə vəziyyət elan edilmədən, Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarını məhdudlaşdıran qərarlar qəbul edir. Pandemiyanı bəhanə edərək Bakı şəhərinə giriş-çıxışı məhdudlaşdır, Bakı Beynəlqaxaq avtovağzalının fəaliyyətini dayandırır. Azərbaycan Respublikası Konsitutsiyası maddə 28-ci, hissə İİİ: Azərbaycan Respublikası ərazisində olan hər kəs ölkə ərazisində sərbəst hərəkət edə bilər: Maddə 71-ci, hissə İİİ: Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Maddə 112 Azərbaycan Respublikası Prezidenti epidemiyalar, epitzotiyalar baş verdikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövəqəladə vəziyyət tətbiq edilir və bu barədə qəbul etdiyi fərman 24 saat müddətində Azərbaycan Respublikası Millli Məclisinin təsdiqinə göndərir. Əsas qanunun tələbindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qaydada, ölkə ərazisində “fövqəladə vəziyyət” elan edilmədən, özbaşnalıq edərək insan və vətəndaş hüquq və azadlılqarının məhdudlaşdırlmasına yönəlik qərarlar qəbul edilə bilməz. Subyektiv hüquq barədə iddiaçı Mövlamov 06.05.15-ci il tarixli etibarnamə əsasında əsasən Nərimanov Rayon Məhkəməsində 189/21 nömrəli, 120/20 saylı, 66/21 saylı mülki işlər üzrə iddiaçının atası İddiaçı1 nümayəndəsi olaraq onu təmsil edir. Rəsmi olaraq Bakı Şəhəri Nərimanov Rayonu, Təbriz küçəsi ev 52 mənzil 8 də qeydiyyatda olsa da faktiki olaraq (2019) İsmayıllı şəhəri, Ruslan Bədəlov küçəsi 39 ünvanda iddiaçıya məxsus mülkdə yaşayır və müvəqqəti qeydiyyatdadır. ünvan 1ləşmiş məhkəmələrdə keçirilən qeyd edilən mülki və qeyd etmədiyi mülki inzibati işlər üzrə təyin edilmiş məhkəmə iclaslarında iştirak etmək üçün “Bakı şəhər dövlət”inə gəlib qayıtmaq iddiaçıya çətin olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin özbaşına qərarları ilə Bakı Beynəlxaq Avtovağzalının qapadılmasından sui-istifadə edən möhtəkir ara sürücüləri eyni məsafəni 2-3 dəfə baha qiymətə aparıb gətirirlər ki, bunu da ödəməyə maddi imkan çatmır. İddiaçı işsizdir və yanvar 2011-ci il tarixdən işaxtaran kimi məşğulluq idarəsində qeydiyyatdadır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı Beynəlxaq Avtovağzalının qapadılması qərarı iddiaçının konsitutsion 28-ci, 60-cı, 71-ci maddələrdə təsbit edilmiş hüquq və azadlıqlarının pozulmasına, iddiaçının atasının konsitutsion hüquqlarının məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasına səbəb olur. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nda Azərbaycan Respublikası Nazirlər Kabineti də inzibati orqan kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd edilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasını və .s” xahiş edir. Beləliklə, məhkəmə müvafiq iddia tələbinə qeyd olunan prosessual qanunvericilik normalarının tətbiqi nəticəsində belə qənaətə gəlir ki, hazırki iddia tələbi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması və ya inzibati orqanın hərəkətsizliyindən müdafiə ilə əlaqədar olduğundan və qeyd olunan kateqoriyaya dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan göstərilən tələbə ümumi məhkəmədə baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması, müəyyən hərəkətləri etməyin qadağan edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar