Məhkəmə qərarları › İş №2(005)-1891/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1891/2021

02.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1891/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı Cavabdehnə qarşı “epidemiya əleyhinə karantin rejiminin qaydalarının pozulması ilə əlaqəli cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı “epidemiya əleyhinə karantin rejiminin qaydalarının pozulması ilə əlaqəli cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin inzibati cərimənin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli qərarının (bildiriş № 9533/2020-15-20i) ləğv edilməsi və cavabdeh Sabunçu RPİ-nin ******* nömrəli xx.xx.2020-ci il tarixli cəriməsinin əsassız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərkən onun formasına və məzmununa və ərazi aidiyyətinə dair qanunla müəyyən edilmiş zəruri tələblərə riayət olunması iddianın məhkəmədə baxılmasının mümkünlüyü baxımından mühüm şərtlərdən biridir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Bu baxımdan Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin inzibati cərimənin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli qərarının ləğvi tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Bundan başqa Sabunçu RPİ-nin ******* nömrəli xx.xx.2020-ci il tarixli cəriməsinin əsassız sayılması barədə tələbi ayrıca mülki mühakimə üzrə iddia icraatının predmeti ola bilməz, həmin məsələyə inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında baxılmalıdır. (müvafiq qərardan verilmiş şikayət qaydasında 3 indeksi ilə) Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “epidemiya əleyhinə karantin rejiminin qaydalarının pozulması ilə əlaqəli cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı “epidemiya əleyhinə karantin rejiminin qaydalarının pozulması ilə əlaqəli cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar