Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-19/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X12 Mehdi qızının katibliyi, Cavabdeh MTK-nin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən aparılmış hüquqa zidd tikinti ilə əlaqədar evinə vurulmuş 100.000 (bir yüz min) manat dəyərində maddi ziyanın, 150.000 (bir yüz əlli min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, Seriya FM № 010264 saylı “Qeydiyyat vəsiqəsi”nə əsasən Bakı şəhəri Nərimanov rayonu keçmiş 11-ci Zavağzal/Ə.Nəvai (indiki K.Rəhimov) küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin 1/42 pay hissəsi onun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış və buna dair 154 saylı reyestr kitabında qeyd edilmişdir. Tək yaşayış yeri olan mənzili Cavabdeh tərəfindən aparılmış çox mərtəbəli yeni hündürmərtəbəli binanın tikinti işi ilə əlaqədar yararsız vəziyyətə düşmüşdür. Hazırda mənzilin yerləşdiyi ərazinin sökülərək, tikinti işlərinə başlanılmış və nəticədə onun mənzili təhlükəli vəziyyətə düşmüşdür. Eyni zamanda, tikinti altı sahəsi evinə bitişik olduğundan evinin pəncərəsi tamamilə bağlanmışdır. Aparılan qazıntılar zamanı evinə külli miqdarda ziyan vurulmuş, evinin pilləkənləri dağıdılmış, mülkiyyət hüququndan istifadə qanunsuz olaraq məhdudlaşdırılmışdır. Qaz, işıq, su sayğacları istifadəyə yararsız vəziyyətə düşmüş və heç bir kommunal xidmət olmadan yaşamaq mümkün deyil. Tək övladı hərbi xidmətdə vətən üçün savaş meydanındadır. O, tək ana olaraq, burada hər gün bir qohumun evində gecələyir. Bütün bu müddət ərzində fikirdən və keçirdiyi stresdən ağır xəstəliklər tapmışdır. Evi söküntüyə məruz qalandan o, müalicədədir. Bir sözlə, mənzili yararsız vəziyyətə düşmüş, hər an uçma təhlükəsi ola bilər. Cavabdeh isə hələ də ziyan vurmaqda davam edir, evinə və səhhətinə vurulmuş ziyan onu narahat etmir. Buna görə də hesab edir ki, Cavabdeh MMC tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tutulmalı və ona ödənilməlidir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Cavabdeh tərəfindən bütün bu qanunvericilik normaları, həm tikintiyə dair qanunvericilik normaları, həm də vətəndaşın hüquqlarına dair qanunvericilik normaları pozulmuşdur. Bu qeyrihüquqi hərəkətlər nəticəsində evinə 100.000 (bir yüz min) manat dəyərində maddi ziyan, 150.000 (bir yüz əlli min) manat məbləğində mənəvi vərər vurulmuşdur. Bu səbəbdən Cavabdeh MMC tərəfindən evinə vurulmuş 100.000 (bir yüz min) manat dəyərində maddi ziyan, 150.000 (bir yüz əlli min) manat məbləğində mənəvi vərər cavabdehdən tutularaq ona ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh MMC-nin təşkilati hüquqi forması dəyişdirilərək Cavabdeh MTK olmuşdur. Qeyd olunanlara əsasən cavabdehin Cavabdeh MMC-dən Cavabdeh MTK-nə dəyişdirilməsi və Cavabdeh MTK tərəfindən aparılmış qanunsuz tikinti nəticəsində yaşayış sahəsinin real zərəri, kirayə haqqı və əldən çıxmış fayda daxil olmaqla, ümumilikdə İddiaçı vurulmuş 100.000 (bir yüz min) manat məbləğində maddi ziyanın və 150.000 (bir yüz əlli min) manat məbləğində mənəvi zərərin Cavabdeh MTK-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh MTK-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənzilinə vurulmuş 88.100 manat məbləğində real zərərin, 11.900 manat məbləğində kirayə haqqı şəklində ziyan olmaqla, İddiaçı vurulmuş 100.000 manat məbləğində maddi ziyanın və 150.000 manat məbləğində mənəvi ziyanın Cavabdeh MTKdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MTK-nin nümayəndəsi X11 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, şirkət tərəfindən hər zaman vətəndaşlara qarşı ədalətli yanaşılmış, belə ki, əvvəlcə mübahisəli evin yerləşdiyi binanın sökülməsi planda olduğundan tikinti işləri başlamazdan əvvəl İddiaçı dəfələrlə axtarmaqlarına baxmayaraq, onu həmin evdə tapa bilməmişlər, daha sonra qərar verilmişdir ki, mübahisəli evin yerləşdiyi iki mərtəbəli binanın birinci mərtəbəsində dini icmaya məxsus kilsə yerləşdiyindən həmin yerin sökülməsi nəzərdə tutulmamış, bu səbəbdən də bina şirkət tərəfindən əsaslı təmir edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Zavağzal/Ə.Nəvai küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin 1/42 hissəsindəki fərdi yaşayış evi üzrə baxış keçirilərkən müəyyən olundu ki, mənzil 2 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində yerləşir. Mənzil 2 otaqdan ibarətdir. Mənzil bir tərəfdən "xxxx" MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış evləri, digər tərəflərdən isə qonşu mənzillərlə əhatə olunmuşdur. Mənzilin daxilinə baxış zamanı divarların suvaq və boya qatı bir çox yerlərdə tökülmüşdür. Mənzilin yaşayış üçün yararsız vəziyyətdə olduğu müəyyən edildi. Mübahisəli mənzilin otaqlarından birinin pəncərəsinin önündə Cavabdeh MMC-nin tərəfindən hündür mərtəbəli yaşayış binası inşa edildiyi müəyyən edildi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: FM seriyalı 010264 nömrəli xx.xx.2001-ci il qeydiyyat tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri 11 Zavokzalnaya/Ə.Nəvai küçəsində yerləşən 12/18 nömrəli fərdi yaşayış evinin 1/42 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. Tərəflərin iştirakı ilə yerində müayinə keçirilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Bakı şəhəri 11 Zavağzal/Ə.Nəvai küçəsində yerləşən 12/18 nömrəli fərdi yaşayış evinə (1/42 hissə) baxış keçirilərkən müəyyən olunmuşdur ki, mənzil 2 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində yerləşir. Mənzil 2 otaqdan ibarətdir. Mənzil bir tərəfdən Cavabdeh MMC tərəfindən inşa edilən hündür mərtəbəli yaşayış evləri, digər tərəflərdən isə qonşu mənzillərlə əhatə olunmuşdur. Mənzilin daxilinə baxış zamanı divarların suvaq və boya qatı bir çox yerlərdə tökülmüşdür. Mənzilin yaşayış üçün yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Mübahisəli mənzilin otaqlarından birinin pəncərəsinin önündə Cavabdeh MMC tərəfindən hündür mərtəbəli yaşayış binası inşa edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1415 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nərimanov rayonu 11-ci Zavağzal/Ə.Nəvai küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/42 pay hissəsindəki mənzilin yaxınlığında (bitişik ərazidə) Cavabdeh MMC tərəfindən hündür mərtəbəli yaşayış evlərinin tikintisi ilə əlaqədar söküntü, qazıntı və tikinti-quraşdırma işləri aparıldığı müəyyən olunmuşdur ki, bu da iddiaçıya məxsus mənzildə mövcud olan qüsurların, həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşalaraq sürüşməsi nəticəsində əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Tədqiq olunan mənzilin bərpa olunması üçün müəyyən hissələrin sökülərək yenidən inşa edilməsinin, ayrı-ayrı konstruktiv elementlər üzrə, eləcə də tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsinin zəruri olduğu müəyyən edilmişdir ki, həmin işlərin dəyəri, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən mübahisəli mənzil və mənzilin yerləşdiyi torpaq sahəsi üzrə müayinə tədqiqat işləri aparılaraq, gücləndirmə işlərinin həcmi müəyyənləşdirildikdən və yerinə yetirilməli işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3161 nömrəli xx.xx.2021-ci il tarixli rəyinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 393 saylı xx.xx.2017-ci il tarixli sərəncamına əlavə olunmuş 20/17 saylı ayrıc aktına əsasən Cavabdeh MMC-nə yaşayış binalarının tikintisi üçün ayrılmış 2.15 ha torpaq sahəsi Yəhya Bakuvi, Qafur Rəşad, Koroğlu Rəhimov və Balaəmi Dadaşov küçələrinin kəsişməsində yerləşdiyini nəzərə alaraq, İddiaçı məxsus olan Bakı şəhəri Koroğlu Rəhimov 12/18 ünvanında yaşayış binasının yerləşdiyi (Bakı şəhəri 11-ci Zavağzal/Ə.Nəvai küçəsindəki 50 otaqdan ibarət 660.08 kv.m yaşayış sahəsindən, 1136.42 kv.m ümumi sahədən ibarət olan 12/18 saylı fərdi yaşayış evinin 1/42 hissəsi) torpaq sahəsinin həmin sərəncamla ayrılmış torpaq sahəsinin hüdudları daxilinə düşür. İddiaçı məxsus olan Bakı şəhəri Koroğlu Rəhimov 12/18 ünvanında yaşayış sahəsi (Bakı şəhəri 11-ci Zavağzal/Ə.Nəvai küçəsindəki 50 otaqdan ibarət 660.08 kv.m yaşayış sahəsindən, 1136.42 kv.m ümumi sahədən ibarət olan 12/18 saylı fərdi yaşayış evinin 1/42 hissəsi) Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 393 saylı xx.xx.2017-ci il tarixli sərəncamı və ayrıc aktı ilə Cavabdeh MMC-nə ayrılmış torpaq sahəsinin hüdudları daxilinə düşür. Lakin Cavabdeh MMC tərəfindən çoxmənzilli yaşayış binası inşa olunarkən Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 393 saylı xx.xx.2017-ci il tarixli sərəncamının 1.1 və 2.2-ci bəndlərinin tələblərinə riayət olunmamışdır. Bakı şəhəri Koroğlu Rəhimov 12/18 ünvanında yerləşən İddiaçı mənzilinin yaşayış sahəsinin pəncərələrinin sındığını, elektrik xətti kəsildiyini, divarlarında və tavanlarında çatların olduğunu, suvaq qatının töküldüyünü nəzərə alaraq, İddiaçı mənzilinə ziyan dəydiyi və hal-hazırda yaşayış üçün yararsızdır. Həmin qüsurların Cavabdeh MMC tərəfindən çoxmənzilli yaşayış binasının inşası nəticəsində əmələ gəlməsinin müəyyən olunması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin müvafiq mütəxəssis rəyinin təqdim edilməsi barədə vəsatət verilmiş, lakin bu günə qədər hər hansı bir sənəd mütəxəssis rəyi Mərkəzə təqdim olunmamışdır. Bu səbəbdən də İddiaçı özünə məxsus olan yaşayış sahəsinin yararsız düşməsinə Cavabdeh MMC tərəfindən aparılmış tikinti nəticəsində əmələ gəlməsini və hüquqlarının həyata keçirilməsinə hər hansı maneələr yaranmasına dair tədqiqat aparılmadı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən ekspert rəyləri toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə-tikinti ekspertizaları üzrə tərtib edilmiş ekspert rəylərinə sübut növü kimi qiymət verərkən məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Koroğlu Rəhimov 12/18 ünvanındakı yaşayış sahəsi (Bakı şəhəri 11-ci Zavağzal/Ə.Nəvai küçəsindəki 50 otaqdan ibarət 660.08 kv.m yaşayış sahəsindən, 1136.42 kv.m ümumi sahədən ibarət olan 12/18 saylı fərdi yaşayış evinin 1/42 hissəsi) Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 393 saylı xx.xx.2017-ci il tarixli sərəncamı və ayrıc aktı ilə hündür mərtəbəli yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-nə ayrılmış torpaq sahəsinin hüdudları daxilinə düşür, həmin yaşayış binaları iddiaçıya məxsus yaşayış evinə bitişik ərazidə yerləşir. Cavabdeh tərəfindən ona ayrılmış torpaq sahəsində söküntü, qazıntı, tikinti-quraşdırma işləri aparılan zaman iddiaçıya məxsus yaşayış sahəsinin pəncərələri sınmış, elektrik xətti kəsilmiş, divarlarında və tavanlarında çatlar yaranmış, suvaq qatı tökülmüşdür. Göründüyü kimi, cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. "xxxx" MMC-nin ƏEM/F 07-047/23 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu 11-ci Zavağzal/Ə.Nəvai küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/42 hissəsindəki ünvana (daxilindəki əşyalarla) dəymiş maddi ziyanın həcmi və dəyəri binanın köhnəlmə əmsalı nəzərə alınmaqla 8433.7 (təmir-bərpa xərci) manat + 450 (mebel və avadanlıq) manat = 8883.7 manat təşkil edir. Aparılmış xidmət haqqı 300 manat təşkil edir. Qeyd edilən ekspert rəyi məhkəmə iclasında həmin ekspertizanı həyata "xxxx" MMCnin eksperti X1 iştirakı ilə tədqiq olunmuş və X5 məhkəməyə bildirmişdir ki, ekspert rəyində təmir-bərpa üçün müəyyən edilmiş məbləğ yaşayış sahəsinin orta səviyyəli təmiri üçün nəzərdə tutulmuş məbləğdir. Mebellərin dəyəri isə ikinci əl əşyaların satışı mərkəzlərindəki qiymətlərə uyğun müəyyən edilmişdir. Qiymətləndirmə həyata keçirilərkən orta bazar qiyməti nəzərə alınır. "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə YDQM 011/2023 nömrəli xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, Bakı şəhəri Nərimanov rayonu 11ci Zavağzal/Ə.Nəvai küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinə dəymiş zərərin aradan qaldırılmasının (əmlakda olan və yararsız vəziyyətə gətirilmiş əşyaların dəyəri müəyyən olunmaqla) və yenidən orta təmir vəziyyətinə gətirilməsi üçün istifadə olunmuş materialların və görülmüş işlərin ümumi həcmi 12224 manat və aylıq kirayə haqqının dəyəri 250 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2329/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh MMC-nə və Nərimanov rayon İcra Hakimiyyətinə qarşı “kirayə haqqı və pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3579/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3579/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İddia tələbindən görünür ki, İddiaçı Cavabdeh MTK-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənzilinə vurulmuş 88.100 manat məbləğində real zərərin, 11.900 manat məbləğində kirayə haqqı şəklində ziyan olmaqla, ona vurulmuş 100.000 manat məbləğində maddi ziyanın və 150.000 manat məbləğində mənəvi ziyanın Cavabdeh MTKdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmənin qənaətinə görə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzilinə vurulmuş 88.100 manat məbləğində real zərər, 11.900 manat məbləğində kirayə haqqı olmaqla, ona cəmi 100.000 manat məbləğində maddi ziyanın vurulduğunu iddia etsə də, bununla bağlı, yəni mənzilə vurulmuş real zərərin 88.100 manat olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı mənzilinin yararsız vəziyyətə düşməsi nəticəsində kirayədə yaşamaq məcburiyyətində qaldığını, nəticədə 11.900 manat kirayə haqqı ödədəyini və həmin məbləğin də maddi ziyan kimi cavabdehdən tutulub ona ödənilməsini tələb etsə də, mübahisə predmeti olan mənzilin onun yeganə yaşayış yeri olmasına, mübahisəli mənzildə yaşamadığı müddətdə kirayə qalıb-qalmamasına, qalmışdırsa, nə qədər kirayə haqqı ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, maddi ziyanın ödənilməsinə dair hissədə iddia qismən əsaslıdır və "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyi əsas götürülməklə, Cavabdeh MTK-dən 8883,7 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bundan başqa, məhkəmə, mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dən 8883.7 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun 8,88 manatı Cavabdeh MTK-dan və 91,12 manatı İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun 26,64 manatı Cavabdeh MTK-dan və 273,36 manatı İddiaçı alınaraq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 8883.7 (səkkiz min səkkiz yüz səksən üç manat 70 qəpik) manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun 8,88 manatı Cavabdeh MTK-dan və 91,12 manatı İddiaçı alınaraq Azərbaycan Respublikası Məhkəmə X8.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun 26,64 manatı Cavabdeh MTK-dan və 273,36 manatı İddiaçı hesabına VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-19/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-19/2023
14.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver