Məhkəmə qərarları › İş №2(005)-193/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-193/2021

10.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-193/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası X15 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin nümayəndəsi X8 və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası X15 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X9 cəlb edilməklə çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası X15 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X9 cəlb edilməklə çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdehlər 1992, 1993-cü illərdə öz dədə-baba torpaqlarından məcburi köçkün düşmüş şəxslərdir. Cavabdeh Həsənov X11 rayonundan olmaqla 1992-ci ildən laçın rayonundan məcburi köçkün düşmüş, bir müddət məcburi köçkün kimi Ağcəbədi rayonunda məskunlaşmış, 1997-cı ildən Bakı şəhərinə köçmüş və həmin vaxtdanda 10-nəfər ailə üzvü ilə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin yarımçıq inzibati binasında məskunlaşmışdır. 1998-ci ildə Təmir tikinti idarəsinin həyətində idarənin müdriyyətinin razılığı ilə, ö/, vəsaiti hesabına 3-otaqlı ev tikmiş və evinin yerləşdiyi ərazidən müdiriyyət tərəfindən ona 4-sot torpaq sahəsi ayrilaraq ağac və bitki kollan əkməklə bağ sahəsi salmağına şərait yaratmışlar. İddiaçı1 Lənkəran oğlunun 10 nəfər ailə üzvü ilə yaşadığı ev bütün kommunal xidmətlərlə təmin olunmuş qaz, su, işıq, telefon xətləri çəkilmişdir. Ailə üzvlərinin sayı artdığından istifadəsində olan 4-sot torpaq sahəsində 2017-2018-ci illərdə ailə üzvlərinin yaşaması üçün başqa bir ev də tikdirmişdir. Məcburi köçkün kimi məskunlaşdıqları Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1- küçəsində yerləşən Təmir tikinti idarəsinin yarımçıq inzibati binasında 1998-ci ildən müvəqqəti qeydiyyata alınmışlar. İddiaçı3 1993-ci ildə Füzuli rayonundan məcburi köçkün düşərək bir müddət Bakı şəhərində yataqxanada məskunlaşmışlar, 1998ci ildən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binasında məskunlaşmışlar. 1999-ci ildə Təmir tikinti idarəsinin həyətində idarənin müdriyyətinin razılığı ilə, öz vəsaitləri hesabına 2-otaqlı ev tikmiş və evinin yerləşdiyi ərazidə, evinin qabağından müdiriyyət tərəfindən ona 1,5 sot torpaq sahəsi ayrilaraq ağac və bitki kolları əkməklə bağ sahəsi salmağına şərait yaratmışlar, İddiaçı3 ailə üzvləri ilə yaşadığı ev bütün kommunal xidmətlərlə təmin olunmuş qaz, su, işıq, telefon xəttləri çəkilmişdir. Məcburi köçkün kimi məskunlaşdıqları Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin yarımçıq inzibati binasında 1998-ci ildən müvəqqəti qeydiyyata alınmışlar. İddiaçı2 ailəsi ilə bir ildə 1993-ci ildə Ağdam rayonundan məcburi köçkün düşərək bir müddət Bakı şəhərində yataqxanada məskunlaşmışlar, 1998-ci ildən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binasında məskunlaşmışlar. 1999-ci ildə Təmir tikinti idarəsinin həyətində idarənin müdriyyətinin razılığı ilə, öz vəsaitləri hesabına ev tikmiş və evinin yerləşdiyi ərazidə, müdüriyyət tərəfindən ona 3-sot torpaq sahəsi ayrilaraq ağac və bitki kolları əkməklə bağ sahəsi salmağına şərait yaratmışlar, İddiaçı2 8-nəfər ailə üzvləri ilə yaşadığı ev bütün kommunal xidmətlərlə təmin olunmuş, qaz, su, işıq, telefon xətləri çəkilmişdir. Məcburi köçkün kimi məskunlaşdıqları Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal İ-küçəsində yerləşən Təmir tikinti idarəsinin yarımçıq inzibati binasında 1998-ci ildən müvəqqəti qeydiyyata alınmışlar. Eləcə də Təmir tikinti idarəsinin inzibati binasında və idarənin həyətində öz vəsaitləri hesabına ev tikərək həmin evlərdə məskunlaşmaqla yaşayan digər cavabdehlər də 1999-cu ildən onlar kimi həmin ərazidə yaşayırlar və yaşadıqları evlər bütün kommunal xidmətlərlə təmin olunmuş, qaz, su, işıq, telefon xətləri çəkilmişdir. Onlar məcburi köçkün kimi Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binasında və idarənin həyətində öz vəsaiti hesabına ev tikərək yaşadığı vaxtda həmin idarədə bir neçə dəfə müdür dəyişmişdir, sonuncu müdür X16 2008-ci ildə Təmir tikinti idarəsini və idarənin yerləşdiyi 22198.7 kvm torpaq sahəsini hansısa yollarla özəlləşdirmişdir. Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin özəlləşdirilməsi qanunsuz aparılmış, həmin vaxtı nə Əmlak Komitəsindən, nə də Torpaq və Xəritəçəkmə komitəsindən nümayəndələr əraziyə gəlməmiş, əraziyə baxış keçirilməmişdir, nəticədə Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binasında və idarənin həyətində öz vəsaitləri hesabına ev tikərək həmin evlərdə məskunlaşmaqla yaşayan iddiaçılar cavabdehlərin yaşayış yerləri, evləri və evlərinin yerləşdiyi torpaq sahələridə yüklü olmasına baxmayaraq qanunsuz olaraq özəlləşdirilmişdir. Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binası və idarənin yerləşdiyi 22198.7 kvm torpaq sahəsi cəmi 65.580-manata özəlləşdirmişdir. İddiaçılar məcburi köçkünlər Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsində 1997-1998-ci illərdə Dövlət Qaçqın Komitəsinin xətti ilə məskunlaşmışlar və həmin vaxtlar məskunlaşdıqları idarə və idarənin yerləşdiyi ərazi Dövlət mülkiyyətində olmaqla dövlətə məxsus olmuşdur. Onların həmin fəaliyyətini dayandırmış idarənin inzibati binasında və sonradan idarənin həyətində fərdi yaşayış evləri tikərək məskunlaşmaqlarına nə idarənin rəhbərliyi tərəfindən, nə də digər dövlət orqanları tərəfindən heç bir etiraz bildirilməmişdir. Tam əksinə onların məskunlaşmağına və eləcə də idarənin həyətində fərdi yaşayış evləri tikərək köçüb yaşamağına və evləri tikdiyi ərazidə ağac əkərək bağ salmağa, evlərə qaz, su, işıq, telefon xətləri çəkilməsinə köməklik göstərmişlər. Sonuncu müdir X16 2008-ci ildə Təmir tikinti idarəsini və idarənin yerləşdiyi 22198.7 kvm torpaq sahəsini hansısa yollarla özəlləşdirdikdən sonra idarənin ərazisini bölərək müxtəlif şəxslərə satmış, həmin şəxslər də ərazidə 50-yə yaxın iki mərtəbəli fərdi yaşayış evləri tikərək digər vətəndaşlara satmışlar və həmin evlərin hamısında yaşayış vardır. Təmir tikinti idarəsinin inzibati binasından başqa ərazisi qalmayıb, bütün torpaq sahələrində evlər tikilərək satılıbdır. Əvvəllər iddiaçılarla heç kimin işi olmasa da artıq ərazidə satmağa boş yerlər qalmadığından indi də onları yaşadıqları yerlərdən, öz vəsaitləri hesabına tikdirdikləri evlərdən çıxardaraq evləri satmaq istəyirlər. Cəmi 65.580-manata özəlləşdirilmiş idarənin yerləşdiyi 22198.7 kvm torpaq sahəsinin hər sotunu 8-10 min manata sataraq 1,5-milyon manatdan çox xeyir götürmüşlər ki, buda onların iştahını bir az da artırıb. İddiaçılar məcburi köçkünlərin 1997-1998-ci illərdən məskunlaşaraq yaşadıqları Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal İ-küçəsində yerləşən Təmir tikinti idarəsinin həyətində öz vəsaiti hesabına tikdiyi evlərdən başqa hər hansı yaşayış sahəsi, məskunlaşmağa evləri yoxdur, həmin evlərin tikilməsinə , təmirinə, ağacların əkilməsi, bağ sahəsinin salınmasına, yaşayış şəraitinin yaradılmasına hər biri hissə-hissə olmaqla 50.000-manatdan çox pul xərcləmişlər, neçə illərdir ki, işləyərək qazandıqlarını yeməyə, geyməyə deyil, həmin evlərin tikilməsinə vermişlər. Hazırkı işdə üçüncü şəxs kimi qeyd olunan X1 rayon məhkəməsində iddia qaldıraraq göstərmişdir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1- küçəsi 25c ünvanında yerləşən sahəsi 1378.3 kvm olan tikili və onun altındakı, 0.4215 ha torpaq sahəsi onun mülkiyyətindədir, bu barədə ona xx xxxx 2019-cu ildə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RXnömrəli ******* saylı çıxarış verilmişdir. Binəqədi Rayon Məhkəməsində hakim məcburi köçkünlərin neçənci ildən həmin ərazidə məskunlaşmaqlarını, orada məskunlaşarkən Təmir tikinti idarəsinin dövlətə məxsus olmasını, yaşadıqları evlərin 1998-cu ildən öz vəsaitləri hesabına tikilməsini, bu evləri tikərkən idarənin rəhbərliyi və eləcə də digər inzibati orqanlar tərəfindən heç bir etiraz edilmədiyini, onlar məcburi köçkünlərin 1997- 1998-ci illərdən məskunlaşaraq yaşadıqları evlərin yerləşdiyi , yüklü olan torpaq sahələrinin qanunsuz olaraq özəlləşdirilməsini araşdırmamış, onların yaşadıqları evlərə mülkiyyət hüquqları olmasa da, əmlak hüquqlarının olmasını nəzərə almamış, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binası və idarənin yerləşdiyi 22198.7 kvm torpaq sahəsinin hansı qaydada özəlləşdirilməsi barədə sənədlərin Əmlak Komitəsindən alınmasından belə imtina etmişdir. Binəqədi rayon Məhkəməsinin 25. 09. 2019-cu il tarixli, 2 (001 )-5712/2019 saylı qətnaməsi ilə iddiaçı X2 iddia tələbi təmin olunmuş və iddiaçıların Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsi, 25C- saylı əmlakdan, əslində isə 20-ildən çoxdur ki, yaşadıqları evdən, yaşayış sahəsindən, əmlakdan çıxarılmaqları qət edilmişdir. Həmin qətnamədən Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsi, 25C- ünvanında, 2.21987 ha torpaq sahəsində yerləşən 1378.3 kvm ümumi. 578.4 kvm əsas, 799.9 kvm köməkçi sahədən ibarət əmlak kompleksinin qanunsuz olaraq şəxsi mülkiyyətə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə X14 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş xx.xx.2008-ci il tarixli, seriya Mİİ, 0137509-saylı Çıxarışın qismən ( iddiaçılara aid olan hissədə) ləğv edilməsi barədə qətnama qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək, ərizəyə uyğun izahat verdi və onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası X15 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin nümayəndəsi X8 iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X9 məhkəmə iclasında iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5712/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdehlər X3, İddiaçı1, İddiaçı3 və X6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25C saylı əmlakdan çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət X13 üzrə Dövlət Komitəsinin özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnamədən görünür ki, X16 həqiqətən ünvan 2 ünvanında yerləşən Təmir tikinti idarəsinin yerləşdiyi 22198,7 kv.m torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. İş materiallarında olan Azərbaycan Respublikası X15 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25C ünvanda mülkiyyətində olan 2.21987 ha torpaq sahəsində yerləşən 1378,3 kv.m ümumi, 578,4 kv.m əsas, 799,9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə Təmir-tikinti idarəsi) tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 349 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X7 qərarından görünür ki, vətəndaş X4 ərizəsi əsasında toplanmış HK-1/498 saylı materiala dair cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət X13 üzrə Dövlət Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamədən görünür ki, X16 həqiqətən ünvan 2 ünvanında yerləşən Təmir tikinti idarəsinin yerləşdiyi 22198,7 kv.m torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Alınmış əmlakın tərkibi- Təmir Tikinti İdarəsi (ümumi sahəsi-1378,3 kv.m). Əmlakın satış qiyməti 207344 manat təşkil edir. Dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı Milli Bankdakı **********944 №-li tranzit manat hesabı ünvanlı dövlət büdcəsinə 123369,4 məbləğində pul köçürülmüşdür. Bu şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. Mülki işin araşdırılmış halları ilə müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən Təmir tikinti idarəsinin yerləşdiyi 22198,7 kv.m torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada X16 tərəfindən satın almışdır. Buna dair xx.xx.2007-ci il tarixdə şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında çıxarış alınmışdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli əmlak kompleksinin özəlləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edildiyindən, çıxarışın ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası X15 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X9 cəlb edilməklə çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası X15 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X9 cəlb edilməklə çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar