Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-193/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfin iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçılar yazılı vəsatətlə məhkəməyə müraciət edərək, cavabdehin hüquqi ünvanı Nizami Rayonu olduğunda mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda yazılı vəsatətlərinə uyğun izahat verərək vəsatətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda cavabdehin vəkili məhkəməyə yazılı ərizə təqdim edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində eyni vaxta təyin edilmiş məhkəmə iclasında iştirak etməsinin vacibliyi səbəbindən hazırki iclasda iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. “AZEMİS” elektron məhkəmə informasiya sistemində vergi ödəyicisinin məlumatlarından aydın olur ki, "xxxx" MMC-nin hüquqi ünvanı AZ1096, ünvan 2likası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Məhkəmə cavabdehin hüquqi ünvanını əsas götürərək hazırki mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması üçün əsasların olmadığı və mülki işin aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməli olduğu qənaətinə gəlir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun verildiyi gündən 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-193/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-193/2024
16.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver