Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1939/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 kredit müqaviləsi üzrə 1170 manat borc, 200 manat ziyan və 100 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin aprel ayında özünə məxsus olan konteyneri icarəyə vermək üçün «Tap.az» saytında elan yerləşdirmişdir. Həmin ərəfədə özünü Rauf kimi qələmə verən Cavabdeh2 (050)377-77-34 mobil telefon nömrəsi ilə iddiaçıya zəng edərək konteynerin icarəsi ilə bağlı məlumat istədi. O, özünü «Gülay» şirkətinin mühasibi kimi təqdim etmişdi. 16 aprel 2021-ci il tarixdə Cavabdeh2 tanışı Cavabdeh1 şəxsiyyot vəsiqəsini təqdim edərək konteynerin icarə müqaviləsini onunla bağlamağı xahiş etmişdi. Həmin gün iddiaçı Cavabdeh2 iştirakı ilə Cavabdeh1 ilə arasında icarə müqaviləsi bağlanması sənədi tərtib etdik və Asimə verərək imzalayıb ona qaytarması üçün. Müqavilənin şərtlərinə görə iddiaçı E.A. Əlizadəyə 20 futluq, (1 фут 0,3048 metrə bərabərdir), 6 metr uzunluğu olan 1 ədəd konteyneri icarəyə verməyi öhdəsinə götürürmüşdür. Cavabdeh1 isə icarəyə götürdüyü konteynerə görə hər ay üçün iddiaçıya 200 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsi 3 vərəqdən ibarət tərdib edilmişdir. Müqavilənin şərtlərinə görə hər tərəfdə müqavilənin 1 nüsxəsi qalmışdı. Müqavilənin hər bir vərəqi tərəflər imzalanmışdı. Həmin icarə müqaviləsi notarius tərəfindən təsdiq edilməmişdir. 22 aprel 2021-ci il tarixdə iddiaçıya məxsus olan həmin konteyneri Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, 156 E ünvandan götürüb tikinti işlərində istifadə etmək üçün yaşadığı Masazır qəsəbəsinə apardı. Birinci ay üçün 200 manat icarə pulunu iddiaçıya Asim vermişdi. Bundan sonra iddiaçıya qarşı tərəfdən icarəyə verdiyini konteyner üçün icarə pulu almamışdır. İddiaçı hər dəfə Cavabdeh2 icarə pulunu vermələrini xahiş etdikdə, onlar hazırda pullarının olmadığını, borclu qaldıqları pulları növbəti ayda ödəycəklərini bildirmişdilər. İcarə müqaviləsi Cavabdeh1 ilə bağlansada konteynerdən onun tanışı Cavabdeh2 istifadə etmişdir. Borcun qaytarılması barədə müraciət tamam olduqdan sonra iddiaçı Cavabdeh2 borcunu qaytarmasını dəfələrlə tələb etmişdir. Lakin, cavabdeh, hər dəfə borcu qaytaracağını vəd etsə də, müxtəlif bəhanələrlə hazırkı vaxta kimi iddiaçıya olan borcunu qaytarmamışdır. Hazırkı vaxta qədər onlar iddiaçıya olan 1170 (min yüz yetmiş) manat məbləğində pulu verməmişlər. Həmin məbləğdən 1000 (min) manat pul icarə haqqı, 170 (yüz yetmiş) manat pul isə konteynerin Qaradağ rayonunda yerləşən «Norm» sement zavodundan ünvan ünvanda yerləşən ambara gətirmək üçün nəqliyyata çəkilən xərcdir. Qeyd etmək istəyirm ki, Cavabdeh2 konteyneri əvvəl Masazır qəsəbəsinə aparsada, sonradan konteyneri «Norm» sement zavoduna aparmışdı. Cavabdeh2 dəfələrlə iddiaçıya borclu olduğu pulu qaytarmasını xahiş etmişdir. Cavabdeh2 borc pulu qaytarmadığı üçün məcbur olub Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Polis bölməsinə gəlməkdən Cavabdeh2 boyun qaçırmışdı və əvəzinə qardaşı X1 göndərmişdi. Polis bölməsində iddiaçının yanında Asif qardaşı Asimə mobil telefonla səsucaldanı qoşaraq zəng edib onun iddiaçıya borclu olub-olmadığını soruşmuşdur. Asim iddiaçıya borclu olduğunu telefonda Asifə bildirdikdən sonra həmin gün, yəni 28 sentyabr 2021-ci il tarixdə axırıncı öz xətti ilə izahat yazaraq qardaşının iddiaçıya 1000 manat borclu olduğunu göstərmişdir. Asif 17-ci Polis Bölməsində izahat yazarkən məlum oldu ki, Asifin qardaşının adı Rauf deyil Asimdir. Cavabdeh2 əməlində dələduzluq cinayətinin tərkibi vardır. Cavabdeh borclu olduğu pulu könüllü qaytarmaqdan imtina etdiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli İcarə Müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 1 ədəd 20 futlug Depo Konteyner icarəyə götürülməsi, icarəçi tərəfindən hər ay 200 manat müqabilində icarəyə verilmişdir. Məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya müqavilə predmeti icarə haqqını ödəməmişdir. Bu səbəbdən də iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin Cavabdeh1 tərəfindən pozulduğunu əsas gətirərək, müqavilə predmeti olan daşınar əmlakın ona geri qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İddia tələbi üzrə tələb edilən borc məbləği iddiaçı tərəfindən icarə müqaviləsi üzrə verilmiş daşınar əşyanın icarə haqqıdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdeh tərəfindən götürülmüş daşınar əmlaka görə müqavilədə nəzərdə tutulmuş aylıq ödənişi həyata keçirməmişdir. Məhkəmə iddiaçının cavabdehlərdən icarə müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında icarəyə dair müqavilə iddiaçı və Cavabdeh1 arasında bağlanmışdır. Belə olan halda hazırda iddiaçı tərəfindən digər Cavabdeh2 ilə bağlanmış müqavilə və ya onun tərəfindən iddiaçı qarşısında götürülmüş hər hansı öhdəliyi müəyyən olunmamışdır. Bununla əlaqədar olaraq məhkəmə hazırda qaldırılmış iddia üzrə yeganə cavabdehin Cavabdeh1 olmasını müəyyən edərək, iddia tələbinində sonuncuya qarşı yönəlmiş olduğunu təsdiq edir. Odur ki, icrarə haqqı üzrə 1170 manat pul Cavabdeh1 tutulmalıdır. Bundan başqa iddiaçı Cavabdeh1 tərəfindən icarə haqqını ödəmədiyi dövr üzrə dəymiş mənəvi zərərə görə 2000 manat mənəvi zərərin əvəzi olaraq cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə tələbin qismən təmin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçı tərəf həmin hissədə iddianın təmin edilməsi əsasını təşkil edən sübutları məhkəməyə tam təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Hazırda məhkəmə ümumilikdə Cavabdeh1 tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqı ödənilmədiyindən iddiaçının mülkiyyətində olan daşınar əmlakdan götürmək niyyətində olduğu bəhəri götürməməsi, habelə bağlanmış icarə müqaviləsi üzrə cavabdehin öhdəliyinin yerinə yetirilməsi üçün itirdiyi vaxt iddiaçıya vurulmuş mənəvi zərər olaraq qiymətləndirildiyində cavabdeh tərəfindən mənəvi zərərin əvəzi olaraq 200 manat pulun iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavavabdeh Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 1170 manat pul, 200 manat ziyan və ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1170 manat pul, 200 manat ziyan və ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1939/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1939/2022
20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver