Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1947/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs kimi qeyd etməklə məhkəməyə müraciət edərək, 10.09.2007-ci il tarixində X13 Dubay şəhərində anadan olmuş Şeyx X1 27.09.2007-ci il tarixdə Azərbaycan Respublikasının Birləşmiş X16 şəhər konsulluğunda tərtib edilmiş doğum haqqında akt qeydində olan uyğunsuzluq aradan qaldırılması, doğum haqqında akt qeydində düzəliş edilərək 10.09.2007-ci il tarixində X13 Dubay şəhərində anadan olmuş uşağın ata adı “Mohamed İqbal qızı” kimi, atası qrafasında “X22” kimi qeyd edilməsi, doğum akt qeydində uşağın anasının təvəllüdünün xx.xx.1975-ci il kimi, atasının təvəllüdünün 03.08.1970-ci il kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3085/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. 10.09.2007-ci il tarixində X13 Dubay şəhərində anadan olmuş X26 Mohamed İqbalın 27.09.2007-ci il tarixdə Azərbaycan Respublikasının Birləşmiş X16 şəhər konsulluğunda tərtib edilmiş 192 saylı doğum haqqında akt qeydində olan uyğunsuzluq aradan qaldırılmışdır. Doğum haqqında akt qeydində düzəliş edilərək 10.09.2007-ci tarixində X13 Dubay şəhərində anadan olmuş uşağın adı Jahana, soyadı Şeyx, ata adı Mohammed İqbal kimi qeyd olunması, ana qrafasında Ərizəçi, atası qrafasında X2 qeyd edilməsi qət edilmişdir. Göründüyü kimi qətnamədə uşağın atasının adı və ata qrafasında səhvə yol verilmişdir. Uşağa aid qrafada ata adı “Mohamed İqbal qızı” əvəzinə “Mohammed İqbal” kimi, uşağın atasına aid qrafada isə atanın adı və soyadı “X22” əvəzinə “X3” kimi qeyd olunmuşdur. Qətnamə bu şəkildə icra olunmuşdur, həmin qətnamə əsasında uşağa 01.12.2020-ci il tarixində yeni doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədə qətnamədə olduğu kimi yanlışlıqlara yol verilmişdir. Bundan əlavə doğum haqqında şəhadətnamə verilərkən doğum akt qeydində uşağın anasının təvəllüdü xx.xx.1975-ci il əvəzinə səhvən 22.02.1974-cü il kimi, atasının təvəllüdü 03.08.1970-ci il əvəzinə səhvən 25.03.1971-ci il kimi qeyd edilmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməyə düzəliş edilməsi məqsədilə Nərimanov QŞ-nə müraciət etmişdir. Lakin, 27.02.2021 -ci il tarixli cavab məktubu ilə doğum haqqında akt qeydində düzəliş edilməsi məqsədilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Qeyd elmək zəruridir ki, ərizəçi qətnaməyə düzəliş edilməsi məqsədilə ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov rayon məhkəməsinin 2(005)-3085/2020 saylı, 23.02..2021 ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Qətnaməyə düzəlişin yalnız qətnamə icra olunanadək edilə biləcəyi bildirilmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə müraciət edərək, işlərinin çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmək imkanlarının olmadığı üçün işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dubay şəhərindəki Konsulluğu tərəfindən 01.12.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 508909 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X27 İqbal 10.09.2007-ci il tarixdə Dubay şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 27.09.2007-ci il tarixdə BƏ-192/07 nömrəsi ilə qeyd edilmişdir. Ata qrafasında X6, ana qarfasında isə Ərizəçi yazılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası VVADQ tərəfindən 01.12.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 508909 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X27 İqbal 10.09.2007-ci il tarixdə Dubay şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 27.09.2007-ci il tarixdə BƏ-192/07 nömrəsi ilə qeyd edilmişdir. Ata qrafasında X18 Qulam, ana qarfasında isə Ərizəçi yazılmışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən 17.09.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 421724 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X9 24.06.2004-cü il tarixdə Dubay şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 17.09.2020-ci il tarixdə 25-B nömrəsi ilə qeyd edilmişdir. Ata qrafasında X19, ana qarfasında isə Ərizəçi yazılmışdır. İş materiallarına əlavə edilmiş Nərimanov RPİ tərəfindən 25.09.2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Yerevan şəhərində doğulmuşdur. İş materiallarında olan MYİ seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Hindistan Respublikası vətəndaşı olan 03.08.1970-ci il təvəllüdlü X22 qohumluq münasibətləri əsasında Azərbaycan Respublikasında yaşamaq 25.02.2021-ci il tarixdən 25.02.2022-ci il tarixədək müvəqqəti yaşamaq icazəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs 27.02.2021-ci il tarixli məktubunda göstərilir ki, Maraqlı şəxs, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03. 2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar' ın 1-ci bəndinə əsasən akt qeydlərinə düzəliş kifayət qədər əsaslar olduqda həyata keçirilə bilər. Lakin sizin düzəliş etmək üçün şöbəyə təqdim etdiyiniz sənədlərdə ziddiyyət olduğu üçün xanişiniz imkan xaricindədir. Belə ki, qızınız X27 İqbalın doğum haqqında akt qeydində düzəliş edilməsi üçün məhkəməyə müraciət etməlisiniz. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3085/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsinə əsasən, 10.09.2.007-ci il tarixdə X13 Dubay şəhərində anadan olmuş X7 27.09.2007-ci il tarixdə Azerbaycan Respublikasının Birləşmiş X16 şəhər konsulluğunda tərtib edilmiş 192 saylı doğum haqqında akt qeydində olan uyğunsuzluq aradan qaldırılması, doğum haqqında akt qeydində düzəliş edilərək 10.09.2007-ci il tarixdə X13 Dubay şəhərində anadan olmuş uşağın adı - Jahana, soyadı Şeyx, ata adı - Mohammed İqbal kimi qeyd olunması, ana qrafasında (milliyyətcə azərbaycanlı olan) Ərizəçi, atası qra asında (milliyyətcə hindistanlı olan) X4 kimi göstərilməsi qət edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, X10 barəsində tərtib edilmiş 01.12.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 508909 nömrəli doğum akt qeydində, onun 10.09.2007-ci il tarixdə Dubay şəhərində doğulması əks olunmuşdur. Uşağın adı qrafasında “X10”, atası qrafasında “X5”, ana qrafasında isə “Ərizəçi” yazısı qeyd olunmuşdur. Ərizəçi qeyd edir ki, uşağın adı qrafasında “X12”, atasının adı 03.08.1970-ci il təvəllüdlü X22, anası isə xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi qeyd edilməklə düzəliş edilməlidir. Ərizəçi doğum akt qeydində olan səhvlərin düzəliş edilməsi üçün MPMin 37-ci fəslinə uyğun olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2.2-ci maddəsinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, vətəndaş vəziyyəti aktlarının 01.12.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 508909 nömrəli doğum akt qeydində uşağın ata adı qrafasında “Mohammed İqbal”, uşağın atasına aid qrafada isə atanın adı və soyadının “X3”, doğum akt qeydində uşağın anasının təvəllüdünün 22.02.1974-cü il və atasının təvəllüdünün 25.03.1971-ci il kimi qeyd olunmasının düzgün olmamasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, uşağın ata adı qrafasında “Mohamed İqbal qızı”, atasının doğum tarixi qrafasında “03.08.1970-ci il”, ata adı və soyadı qrafasında “X22”, atanın milliyyəti qrafasında “hindistanlı” və anasının doğum tarixi qrafasında “xx.xx.1975-ci il”, ananın milliyyəti qrafasında “azərbaycanlı” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vətəndaş vəziyyəti aktlarının 01.12.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 508909 nömrəli doğum akt qeydində uşağın ata adı qrafasında “Mohammed İqbal”, uşağın atasına aid qrafada isə atanın adı və soyadının “X3”, doğum akt qeydində uşağın anasının təvəllüdünün 22.02.1974-cü il və atasının təvəllüdünün 25.03.1971-ci il qeydinin düzgün olmamasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında akt qeydində düzəliş edilsin, uşağın ata adı qrafasında “Mohamed İqbal qızı”, atasının doğum tarixi qrafasında “03.08.1970-ci il”, ata adı və soyadı qrafasında “X22”, atanın milliyyəti qrafasında “hindistanlı” və anasının doğum tarixi qrafasında “xx.xx.1975-ci il”, ananın milliyyəti qrafasında “azərbaycanlı” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1947/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1947/2021
16.04.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver