Məhkəmə qərarları › İş №2(005)-1959/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1959/2023

23.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1959/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı informasiya əldə etmək hüququnun pozulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı informasiya əldə etmək hüququnun pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yazılı sorğusuna “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun göstərişlərinə uyğun qaydada, sübutedici sənədlərin təsdiqlənmiş surətlərini təqdim etməklə ən qısa müddətdə yazılı cavab verməsi öhdəliyinin X1 sədri və qanuni təmsilçisi Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 12:04-də "xxxx" saytına istinadla onlarla saytda barəsində “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan İddiaçı kimdir?” başlığı altında bədxahları tərəfindən təşkil olunmuş və başdan ayağa böhtan olan qərəzli informasiya tirajlanmışdır. Bu məsələ barədə saytları məhkəməyə vermiş, yazı müəllifləri olan fiziki şəxslər barədə məlumat olmadığı üçün məhkəmə şikayətini icraata qəbul etməmişdir. Məsələyə aydınlıq gətirmək üçün bir sıra saytların rəhbərlərinə yazı müəllifinin kim olması və onun sayta hansı məsul əməkdaşın yerləşdirdiyi barədə sorğu göndərmiş, qənaətbəxş cavab almadığı üçün Ombudsmana şikayət göndərmişdir. Nəticədə yazını dərc edən "xxxx" MMC-nin direktoru Orxan Məmmədov barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmiş və o, təqsirli bilinərək məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə 500 manat cərimələnmişdir. Barəsində şikayət etdiyi azsiyaset.com, pravda.az, pia.az və sair saytlardan isə böhtan yazı silinmişdir. Qarayaxma kompaniyasının əsas təşkilatçılarından olan O.Məmmədov barəsində hüquqi müstəvidə mübarizəsini davam etdirir. Bir neçə gün əvvəl tanışlarından biri zəng edərək bildirmişdir ki, barəsində Gələcək Azərbaycan Partiyasının (GAP) kəsgin bəyanatını oxumuşdur. Axtarış edib tapmışdır ki, Gələcək Azərbaycan Partiyasının (GAP) qeyd etdiyi linklər üzrə bir sıra saytlarda və sosial şəbəkələrdə barəsində “Adı qalmaqalda hallanan İddiaçıla bağlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!” başlığı altında bəyanat yayaraq ağır cinayətdə ittiham etmişdir. Bu məsələdən xəbər tutan kimi internetdə axtarış edərək X2 (GAP) barədə müfəssəl məlumat eldə etmək istəmiş, sosial şəbəkələrdə bu partiyanın adı çəkilsə də müfəssəl məlumat, ünvanı, əlaqə vasitələrə və sair barədə heç bir məlumat tapa bilməmiş, yalnız sədrinin Ağasif Şakiroğlu adlı şəxs olduğu barədə bilgi əldə edə bilmişdir. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin elektron poçtuna sorğu göndərərək Gələcək Azərbaycan Partiyasının hüquqi ünvanı, sədri və qanuni təmsilçisinin adı, soyadı, ata adı barədə məlumat almışdır. 11 fevral 2023-cü ildə (mexaniki səhv olaraq tarixi “11 yanvar 2023-cü il” yazmış) həmin ünvana Azərpoçtun 73 saylı filialından sifarişli qaydada Cavabdeh (Gələcək Azərbaycan Partiyasının (GAP) qanuni təmsilçisi və sədri) yazılı sorğu göndərmişdir. Sorğuda onun göndərilməsinin səbəbi barədə müfəssəl məlumat verməklə aşağıdakı sualların qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə cavablandırılmasını xahiş etmişdir:

1. Barəmdə “Adı qalmaqalda hallanan İddiaçıla bağlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!” başlığı altında rəhbəri və rəsmi təmsilşisi olduğunuz partiyanın bəyanatı kimin təşəbbüsü ile yazılmış və media subyektlərində, sosial şəbəkədə yayılmışdır? - Adı, soyadı, ata adı, ünvanını göstərməklə;

2. Bəyanatın mətni kim tərəfindən yazılmışdır? - Adı, soyadı, ata adı, ünvanını göstərməklə;

3. Bəyanatın mediada yayımına kim qərar vermişdir? - Adı, soyadı, ata adı, ünvanını göstərməklə. Bir müddət sonra həmin poçta məktubun ünvanına çatıb-çatmadığını öyrənmək üçün müraciət etmiş, poçtun əməkdaşı qəbzin üzərinə yapışdırılmış kodla portala daxil olaraq məktubun hələ PDM-də (poçt daşıma mərkəzi) olduğunu bildirmişdir. PDM-ə, onun tabe olduğu nazirliyə zəng edərək göndərişin əsassız olaraq ləngidildiyindən şikayət edəndən sonra bildirmişlər ki, məktub xx.xx.2023-cü il tarixdə saat 09:48-də göstərilən ünvanda Cavabdeh şəxsən təqdim edilmişdir. Sorğunu qanunvericiliyin tələblərinə görə ən geci 7 iş günü ərzində cavablandırmalı olduğu halda cavabdeh vəzifəli şəxs Cavabdeh bugünədək hərəkətsizlik nümayiş etdirir. Onu ağır cinayətdə təqsirləndirən böhtan bəyanat isə onlayn media subyektlərində və “Facebook” sosial şəbəkəsində hələ də yayımlanmaqda davam edir. Vəzifəli şəxs tərəfindən informasiya əldə etmək hüququ pozulduğuna görə sorğusunu göndərdiyi ünvana uyğun ərazi aidiyyəti üzrə poçtla xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə yazılı sorğusuna “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun göstərişlərinə uyğun qaydada, sübutedici sənədlərin təsdiqlənmiş surətlərini təqdim etməklə ən qısa müddətdə yazılı cavab verməsi öhdəliyinin Gələcək Azərbaycan Partiyasının sədri və qanuni təmsilçisi Cavabdeh üzərinə qoyulması barədə iddia ərizəsi göndərmişdir. Ərizə xx.xx.2023-cü il tarixdə qeydə alınmış, bir gün sonra “AZEMİS” elektron məhkəmə informasiya sistemində cavabdehin ünvanının ünvan 2ə görə iddia ərizəsinin və qoşma sənədlərin geri qaytarılması barədə 2(001)- 2770/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianın əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etmişdir. Cavabdehə sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış İnformasiya sorğusu məktubundan görünür ki, “1-Barəmdə “Adı qalmaqalda hallanan İddiaçıla bağlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!” başlığı altında rəhbəri və rəsmi təmsilşisi olduğunuz partiyanın bəyanatı kimin təşəbbüsü ilə yazılmış və media subyektlərində, sosial şəbəkədə yayılmışdır? - Adı, soyadı, ata adı, ünvanını göstərməklə; 2-Bəyanatın mətni kim tərəfindən yazılmışdır? - Adı, soyadı, ata adı, ünvanını göstərməklə; 3-Bəyanatın mediada yayımına kim qərar vermişdir? - Adı, soyadı, ata adı, ünvanını göstərməklə” suallarına rəsmi cavablandırılması xahiş edilmişdir; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2770/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı informasiya əldə etmək hüququnun pozulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır; "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə (müraciətdə xx.xx.2023-cü il tarix göstərilmişdir) 1 saylı Poçt Filialının 1 saylı poçt şöbəsindən (müraciətdə 73 saylı PŞ göstərilmişdir) Gələcək Azərbaycan Partiyasının sədri Cavabdeh göndərilmiş SS805624937AZ ştrix kodlu (müraciətdə SS905624937AZ göstərilmişdir) məktub mövcud qaydaların tələblərinə uyğun işlənərək xx.xx.2023-cü il tarixdə (xx.xx.2023-cü il tarixi bazar günü olduğu üçün) X7 göndərilmişdir. Lakin 13-xx.xx.2023-cü il tarixlərdə iş həcmi çox olduğundan çeşidləmə prossesində sözügedən məktub 3 gün gecikmə ilə, yəni xx.xx.2023-cü il tarixdə xidmət ərazisi üzrə 106 saylı PŞ-yə daxil olmuş və həmin gün çatdırma vərəqinə imza etdirməklə ünvanı üzrə çatdırılmışdır. Cavabdeh məhkəməyə ünvanladığı məktubda qeyd etmişdir ki, şəxsən ona hansısa sorğunun çatması və tərəfindən “imzalanaraq qəbul edilməsinə” dair məhkəməyə bildirilən məlumatlar əsassızdır və yalandır. Hər hansısa bir sorğu və ya hər hansısa bir sənəd son 2 il ərzində heç bir poçt əməkdaşından qəbul etməmişdir. Mümkündür ki, kimsə poçt əməkdaşını aldadaraq əvəzindən imza etməklə hansısa sənədi qəbul etmişdir. Hər halda istənilən zaman məhkəməyə imza nümunələrini lazım olarsa təqdim etməyə hazırdır. Məsələnin mahiyyətinə gəldikdə isə, qaldırılmış suallara cavab olaraq bildirir ki, məlum bəyanat İddiaçı Azərbaycan Respublikasında fəaliyyət göstərən, dövlətçiliyə xidmət edən bir sıra müstəqil media orqanlarını və onların baş redaktorlarını əsassız olaraq məhkəməyə verməsi və müstəqil mətbuatı boğmağa xidmət edən əməllərini ictimai qınağa gətirərək milli dövlətçiliyimizə mümkün bədnam əməldən iddiaçını yayındırmaq məqsədilə qəbul edilmişdir. Təşəbbüs xx.xx.2022-ci il tarixində Gələcək Azərbaycan Partiyasının İdarə heyətinin toplantısında “Siyasi Partiyalar” haqqında qanunun verdiyi hüquq və səlahiyyətlər daxilində şəxsən onun təşəbbüsü əsasında müzakirəyə çıxarılmışdır. Müzakirə əsasında Gələcək Azərbaycan Partiyasının sədri olaraq müstəqil Azərbaycana xidmət edən müstəqil media quruluşlarının ictimai müdafiəsinin təşkil edilməsi məqsədilə partiya adından bəyanat vermək, çıxış etmək səlahiyyəti ona verilmiş və məlum bəyanat “Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikası qanunu əsasında tərəfindən tərtib edilmişdir. Partiya adından tərtib edilmiş məlum bəyanat tapşırığı ilə səlahiyyətli nümayəndəsi X6 tərəfindən Gələcək Azərbaycan Partiyasının Facebook sosial şəbəkəsində mövcud olan rəsmi səhifəsində paylaşılmışdır. Mətbuatda çox böyük ehtimal məlum bəyanatı rəsmi Facebook hesabdan götürərək tirajlamışdır. Hansı ki, burada da qeyri-adi bir məsələ yoxdur. Partiya adından verilən və sədr tərəfindən təsdiq edilərək tirajlanmış bu bəyanat da dövlətin ümummilli maraqlarına uyğundur, medianın və media nümayəndələrinin ümumi maraqlarının qorunmasına xidmət etməklə yanaşı media kapitanlarını məhkəməyə vermiş şəxsi fikrindən daşındırmağa xidmət edir. Ölkəmizdə “Medianın dostu” mükafatını almış şəxslərdən 1-i və bəlkə də birincisi məhz X5. Onun çıxışlarında “azad mediaya olan basqılar yol verilməzdir” fikirləri hər şeyi aydın ortaya qoyur. Əsassız və mənasız yerə media nümayəndələrini və rəhbərlərini məhkəməyə vermiş və sonradan geri çəkilmiş bu şəxs öz əməli ilə dövlətə nə qədər zərər verdiyinin, ölkənin adının beynəlxalq təşkilatlarda mənfiyə hallanmasına yol açmasının fərqində deyildir. Məhz bu kimi hesablanmamış, düşüncə ilə deyil, məhz emosiya ilə hərəkət etmiş şəxslərin fəaliyyətlərin nəticəsində bir sıra beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan “azad olmayan”, “azad mətbuatı boğan” kimi ifadələrin yer almasına rəvac vermişdir. Bu şəxs bu gün də ölkənin əsas siyasi partiyalarından biri olan Gələcək Azərbaycan Partiyasının sədrini, yəni onu əsassız olaraq məhkəməyə vermiş, bir siyasi partiyanın qanunla qorunan hüquqlarını, sərbəst fəaliyyətini, bəyanat vermək hüququnu təftiş etməklə məşğuldur. Hər bir siyasi partiya öz fəaliyyəti dövründə 10-larca, 100-lərcə bəyanatlar verir. Bu tam qanuna uyğundur. Əgər bəyanatda şərəf ləyaqətin alçaldılması kimi hallar varsa iddiaçı tərəf buyurub xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Əks halda qaldırdığı məsələləri bir siyasi partiyanın fəaliyyətinə müdaxiləyə cəhd kimi qiymətləndirir, siyasi partiyanın sərbəst fəaliyyətinə müdaxilə kimi qəbul edilir. İddiaçı Cavabdeh məhkəməyə məktubu ilə əlaqədar ünvanladığı ərizədə qeyd etmişdir ki, media subyekti tərəfsiz qalmaqla ancaq həqiqətin və ədalətin yanında olmalıdır. Hər-hansı kütləvi informasiya vasitəsinin, siyasi partiyanın, digər hüquqi və fiziki şəxsin həqiqətdən uzaq, böhtan və nifrət aşılayan informasiyalar yayması, bəyanatlar verməsi, kiminsə haqqında bu növ yazılar tirajlamsı onlara qarşı inzibati, mülki və cinayət məsuliyyəti yaradır. Məhkəməyə yazdığı tarixsiz məktubunun məzmunundan görünür ki, ona qarşı yaydığı böhtan bəyanatdan peşiman deyil, əksinə, özünü haqlı, onu isə haqsız saymaqdadır. Üstəlik yazır: “Hesab edirik ki, hər bir siyasi partiya öz fəaliyyəti dövründə 10-larca, 100-lərcə bəyanatlar verir. Bu tam qanuna uyğundur. Əgər bəyanatda şərəf ləyaqətin alçaldılması kimi hallar varsa iddiaçı tərəf buyurub xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Əks halda qaldırdığı məsələləri bir siyasi partiyanın fəaliyyətinə müdaxiləyə cəhd kimi qiymətləndirir, siyasi partiyanın sərbəst fəaliyyətinə müdaxilə kimi qəbul edirik”. Cavabdehin qanuni təmsilçisi olduğu GAP adlanan siyasi partiya məlum bəyənatında qeyri etik və nifrət dolu, şərəf və ləyaqətinə zərər vuran, işgüzar nüfuzunu ictimaiyyət arasında gözdən salmağa yönələn böhtan ataraq onu dövləti sabotaj etməkdə, şəhərin mərkəzində, baş prokurorluğun yanında ərazi zəbt edərək orada qanunsuz tikinti aparmaqda və ondan bəhrələnməkdə ittiham etmişdir. Bu mətni yazan və yayan fiziki şəxs barədə məhkəmədə xüsusi ittiham qaydasında iddia tələbi irəli sürməyinə görə bu sualların konkret cavabı ona lazımdır. O ki qaldı cavabdehin sorğu məktubumu almamasına, onun və rəhbərlik etdiyi siyasi partiyanın dəqiq məlumatları, ünvanları, əlaqə vasitələri heç bir internet resursunda yoxdur, bu məlumatları yazılı sorğu göndərərək AR Ədliyyə Nazirliyinin müvafiq qurumundan əldə etmişdir. "xxxx"un elektron ünvanına yazılı sorğu göndərərək aldığı cavab sübut edir ki, “...xx.xx.2023-cü il tarixində xidmət ərazisi üzrə 106 saylı PŞ-yə daxil olmuş və həmin gün çatdırma vərəqinə imza etdirməklə ünvanı üzrə çatdırılmışdır”. Təəssüf, cavabdeh bugünədək həmin sorğusuna “İnformasiya əldə etmək haqqında” AR qanununun tələbləri səviyyəsində konkret cavab təqdim etməmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh siyasi partiyanın sədri olaraq iddiaçı barəsində bəyanət yaymışdır. İddiaçı bəyyannamədə qeyd edilənləri əsassız və böhtan hesab etmiş və iddiaçıya sorğu göndərərək, bəyannamənin kim tərəfindən yayılması və sair məlumatların əldə edilməsində köməklik göstərilməsini tələb etmişdir. Cavabdeh tərəfindən iddiaçının sorğusu icra edilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanunun 5.6-cı maddəsinə əsasən informasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikasının “Siyasi partiyalar haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən siyasi partiya – Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə bu Qanuna uyğun olaraq təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsidir. Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 9.3-cü maddəsinə əsasən aşağıdakılar informasiya sahiblərinə bərabər tutulur: 9.3.2. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri - dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə. 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 10.4.1-ci maddəsinə əsasən informasiya sahibi: 10.4.1 - informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; 10.4.5 - sorğuçuya kömək göstərməlidir; 10.5-ci maddəsinə əsasən informasiya məsələləri üzrə vəzifəli şəxs və ya struktur bölmə aşağıdakı funksiyaları yerinə yetirir: 10.5.1 - sorğuları diqqətlə araşdırıb qərarlar qəbul edir; 10.5.2 - sorğuları bu Qanunla nəzərdə tutulmuş qaydada təmin edir; 10.5.3 informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir; 10.5.5 - informasiya əldə edilməsi ilə bağlı informasiya sahibinə göndərilən şikayətləri araşdırıb qərar qəbul edir; 10.5.6 informasiya xidmətləri göstərilməsi ilə bağlı digər vəzifələri yerinə yetirir. 11.1-ci maddəsinə əsasən informasiya sahibinin rəhbəri informasiya xidmətlərinin təşkili ilə əlaqədar daxili icraat qaydalarını müəyyənləşdirir. 11.2-ci maddəsinə əsasən bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. 11.3-cü maddəsinə əsasən əgər informasiya sahibi informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməyibsə, yaxud struktur bölmə yaratmayıbsa, informasiya sorğusunun icrasına məsuliyyəti informasiya sahibinin bu funksiyanın yerinə yetirilməsi üçün müəyyənləşdirdiyi şəxs daşıyır. 11.4-cü maddəsinə əsasən informasiyanın bu Qanunla müəyyənləşdirilmiş qaydada açıqlanması üçün məsuliyyəti, bu funksiyanın icrası rəsmi qaydada başqasına həvalə olunmayıbsa, informasiya sahibinin rəhbəri daşıyır. 13.1-ci maddəsinə əsasən sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: 13.1.1 - informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; 13.1.2 - sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı. 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. 27-1-ci maddəsinə əsasən sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarına əsaslanaraq qeyd edir ki, Gələcək Azərbaycan Partiyası (GAP) siyasi partiya olmaqla qeyri-hüquqi şəxs, yəni təşkilatdır. Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” Qanunun 9.3.2-ci maddəsinə əsasən siyasi partiya informasiya sahiblərinə bərabər tutulur. Siyasi partinın sədri olan Cavabdeh Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” Qanununa əsasən sorğuya cavab vermək və icra etmək vəzifəsi və öhdəliyi vardır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında sorğunu rəsmi almadıqlarını bildirsə də, lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin məktubundan görünür ki, iddiaçı tərəfindən göndərilmiş sorğu iddiaçıya xx.xx.2023-cü il tarixində təqdim edilmiş və qəbul edilmişdir. Beləliklə, Cavabdeh Gələcək Azərbaycan Partiyası (GAP) siyasi partiyanın sədri olduğu üçün və daxil olan sorğuların icra edilməsinə məsul şəxs təyin etmədiyi üçün iddiaçı tərəfindən daxil olmuş sorğunu icra etmək Cavabdeh vəzifəsi olmuşdur. Lakin Cavabdeh qanunvericilikdə müəyyən edilmiş müddətdə və formada sorğunu cavablandırmamaqla, icrasız saxlamışdır. Bununla da, İddiaçı informasiya əldə etmək hüququ pozulmuşdur. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı yazılı sorğusuna “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun göstərişlərinə uyğun qaydada, sübutedici sənədlərin təsdiqlənmiş surətlərini təqdim etməklə qanunda nəzərdə tutulmuş müddətdə yazılı cavab vermək öhdəliyi X1 sədri və qanuni təmsilçisi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı yazılı sorğusuna “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun göstərişlərinə uyğun qaydada, sübutedici sənədlərin təsdiqlənmiş surətlərini təqdim etməklə qanunda nəzərdə tutulmuş müddətdə yazılı cavab vermək öhdəliyi X1 sədri və qanuni təmsilçisi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar