Məhkəmə qərarları › İş №2(005)-20/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-20/2021

09.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-20/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh MMC-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh MMC-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçıların xeyrinə 30000 manat məbləğində maddi, 20000 manat məbləğində mənəvi zərərın və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onların paylı mülkiyyətindədir. Onlar bir ailə olaraq həmin evdə yaşayır. Evlə üzbəüz sahədə “ArchiCO“ MMC tərəfindən hündürmərtəbəli yaşayış binası tikilir. Cavabdeh tərəfindən hər gün tikinti işləri getdiyinə görə onlar öz mülkiyyətində rahat yaşaya bilmirlər. Gecələr də iş görüldüyünə görə istirahətləri pozulur. Hər dəfə beton vuran avtomaşın (pompa) dayaqlarını onların fərdi yaşayış evinin fundamentinə dayadığına görə evin müxtəlif yerlərində çatlar əmələ gəlmişdir. Bəzən zəlzələ baş verdiyini zənn edirlər. Beləliklə, cavabdehin təqsiri üzündən yaşadıqları fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. Tikinti işləri getdiyi müddətdə isə ev tez-tez silkələnir, sanki zəlzələ baş verir. Nəticədə iddiaçılar qorxu və stress keçirirlər. Evin qəzalı vəziyyətə düşməsi nəticəsində FHN-nin qaynar xəttinə məlumat vermişlər. FHN-nin cavab məktubunda cavabdehin apardığı tikinti nəticəsində evdə çatların əmələ gəlməsi təsdiq edilmişdir. Bununla da evə təxminən 30000 manat maddi zərər dəymişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında idda tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər iddiaçılara məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat vrilməsinə baxmayaraq, onlar iclaslarda iştirak etməmişlər. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə digər iddiaçıların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan AR X3 komitısi yanında Daşınmaz Əlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi,ev 3 ünvanında yerləşən fərdi yaşayış ev iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə paylı xüsusi mülkiyyətindədir və bu barədə daşınmaz mlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 521 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan FHN TTNDA tərəfindən verilmiş 14 dekabr 2018-ci il tarixdə 37/36-06218 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Sarabski, A.Qurbanov və S.Salayev küçələrinin əhatə etdiyi ərazidə yaşayış binalarının tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması barədə vətəndaş İddiaçı1 29 noyabr 2018-ci il tarixdə FHN-nin X1 Mərkəzinin 112 Çüvuik reaksiya idarəsinə ünvanlandığı müraciət FHN-nin mütəxəssisləri tərəfindən araşdırılmışdır və müraciətdə edilən fakt qismən təqsdiqini tapmışdır. ”ARCHİCO” MMC-nin rəhbərliyinə müvafiq qanunvericiliyin tələblərinə, həmçinin tikinti norma və qaydalarına ciddi şəkildə əməl olunmsı,eləcə də sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə lazımı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 21 oktyabr 2016-cı il tarixli,197 nömrəli sərəncamından görünür ki, Nəsimi rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li Qərarını rəhbər tutaraq və Cavabdeh MMC-nə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış 09.08.2016-cı il tarixli 02/05-1174 №-li Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvanı küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. İş materiallarında olan FHN TTNDA tərəfindən 16 dekabr 2019-cu il tarixdə verilmiş 37/34-08092 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində müşahidə olunan çatların nə zaman yaranmasını müəyyən etmək mümkün deyil. Fərdi yaşayış evində müşahidə olunan çatların yaranma səbəbini müəyyən etmək üçün elmi-tədqiqat institu tərəfindən müvafiq instrumental müayinə-tədqiqat işləri aparılmalı, fərdi yaşayış evinin yakdaşıyan konstruksiyalarının (bünövrə, sütun, rigel və demir-beton örtük tavaları) hazırki vəziyyəti – dayanıqlılığı qiymətləndirilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 sentyabr 2020-ci il tarixli,2(005)-58/2020 saylı qərardadından görünür ki, mülki iş üzrə məhkəmə tikinti-texniki-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssislərinə tapşırılmışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 may 2020-ci il tarixli 10/2657 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində müşahidə olunan çatların nə zaman yaranmasını müəyyən etmək mümkün deyil. Fərdi yaşayış evində müşahidə olunan çatların yaranma səbəbini müəyyən etmək üçün elmi-tədqiqat institu tərəfindən müvafiq instrumental müayinətədqiqat işləri aparılmaqla, fərdi yaşayış evinin yakdaşıyan konstruksiyalarının (bünövrə, sütun, rigel və demir-beton örtük tavaları) hazırki vəziyyəti – dayanıqlılığı qiymətləndirilməklə müəyyən oluna bilər. Bu səbəbdən də ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaranan çatlar texniki vəziyyəti konstruktor tərəfindən müəyyən olunduqdan sonra,həmin evə hansı məbləğdə zərər vurulmasına və vurulmuş zərərın aradan qaldırılması üçün hansı məbləğdə vəsait tələb olunmasına dair tədqiqat aparılmalıdır. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh MMC-nə qarşı maddi və mənəvi zərərın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar irəli sürdüyü maddi zərərın ödənilməsi barədə tələbləri əsaslandıra bilmədilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, maddi zərərın ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Məhkəmə tərəflərin mənəvi zərər tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3,İddiaçı4 və İddiaçı5 cavabdehin hərəkətləri nəticəsində hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasını, eləcə də həmin pozuntu nəticəsində mənəvi sarsıntı və iztirab keçirmələrini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən 20000 manat mənəvi zərəra görə pulun cavabdehdən alınaraq iddiaçılara ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3,İddiaçı4 və İddiaçı5 Cavabdeh MMC-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar