Məhkəmə qərarları › İş №2(005)-20/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-20/2023

15.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-20/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavid-2016 Mənzil Tikinti Kooperativinə qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, keçmiş 11-ci Zavağzal/Ə.Nəvai (indiki K.Rəhimov) küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin iddiaçıya aid hissəsində Cavabdeh tərəfindən tikinti işlərinin aparılmasının, mənzilin pəncərələri qarşısında beton dirəyin inşasının qanunsuz hesab edilməsi, eyni zamanda qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata götürülərək qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə dəftərxana vasitəsilə ərizə təqdim edərək, öz aralarında razılığa gəldiklərini və məhkəmə işini qurtarmaq üçün barışıq sazişi bağladıqlarını bildirmişdir. Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 262.4-cü maddələrində nəzərdə tutulmuş hüquqi nəticələr onlara aydındır, həmin nəticələri qəbul edirlər və yuxarıda qeyd olunan şərtlərlə aralarında bağlanmış Barışıq Sazişinin təsdiq edilməsi barədə Qərardadın qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili iddia tələbi üzrə qarşı tərəflə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı qarşı tərəflə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə qarşı tərəflə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. İddiaçı və cavabdeh "xxxx" MTK səlahiyyətli nümayəndəsi Nümayəndə öz aralarında razılığa gəlmiş və məhkəmə işini qurtarmaq üçün aşağıda qeyd edilən şərtlərlə Barışıq Sazişini bağlamışlar:

1. İddiaçı-X1 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, Seriya FM № 010264 saylı “Qeydiyyat vəsiqəsi”nə əsasən Bakı şəhəri, Nərimanov rayonu, keçmiş 11-ci Zavağzal/Ə.Nəvai (indiki K.Rəhimov) küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin 1/42 pay hissəsindən ibarət mülkiyyətində olan mənzilini cavabdehin mülkiyyətinə verir və əvəzində hazırki Sazişin 2-ci bəndində göstərilmiş mənzili öz mülkiyyətinə qəbul edir.

2. Cavabdeh iddiaçının hazırki Sazişin 1-ci bəndində göstərilmiş mənzilinin əvəzində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 2036-cı məhəllə ünvanında inşa edilmiş “Lake City” yaşayış kompleksində C giriş, 8-ci mərtəbədə yerləşən ümumi sahəsi 45.67 m2 sahəsi olan mənzilini təmirsiz vəziyyətdə İddiaçı mülkiyyətinə verir. Mənzilin ümumi sahəsinə kənar və daxili divarların oturacaq sahələri, otaqların və mətbəxin sahəsi, dəhlizlər, sanitar qovşaqların, klodovoyun, şaxta və balkonların sahələrinin cəmi daxildir və iddiaçı bu texniki göstəriciləri qəbul edir. Bu Saziş təsdiqləndiyi vaxtdan 10 gün müddətində Tərəflər qeyd olunan mənzillərin qarşı tərəfin adına və ya onların təqdim etdiyi şəxslərin adına rəsmiləşdirilməsini təmin edir.

3. İddiaçı cavabdehin mülkiyyətinə verəcəyi mənzilin onun adına və ya onun təqdim etdiyi şəxsin adına rəsmiləşdirilməsi üçün zəruri sənədləri (müvafiq şəxslərin notarial razılıqları və notariusun tələb etdiyi digər sənədlər) rüsumların cavabdeh tərəfindən ödənilməsi şərtilə özü hazırlayaraq təqdim edir.

4. Tərəflərin hər biri mənzillərin dəyişdirilməsindən sonra mülkiyyətlərinə keçən mənzillərə dair mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın öz adlarına alınması üçün zəruri xərcləri özləri çəkirlər.

5. İddiaçının cavabdehə qarşı qaldırdığı digər iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-4685/2023 saylı iş üzrə qəbul edilmiş qətnamənin icrasından imtina etməsinə dair notarial təsdiqli ərizə imzalayaraq müvafiq qaydada təqdim edir.

6. Tərəflər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşır və vəzifələrini vicdanla yerinə yetirməlidirlər.

7. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan iddiaçı ilə cavabdeh arasında mövcud olan məhkəmə mübahisələri hazırki Barışıq Sazişində nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi şərtilə bitmiş hesab edilir.

8. Barışıq Sazişində nəzərdə tutulmuş öhdəliklər tam həcmdə, vaxtında və vicdanla yerinə yetirildikdən sonra tərəflər hazırki Barışıq Sazişini tam şəkildə icra etmiş hesab olunurlar. İş materiallarında olan “Cavid-2016 Mənzil Tikinti Kooperativinin sədri X4 tərəfindən verilmiş 31 dekabr 2024-cü il tarixədək etibarlı olan 11 may 2023-cü il tarixli etibarnamədən görünür ki, Nümayəndə “Cavid-2016 Mənzil Tikinti Kooperativi adından barışıq sazişi bağlamaq səlahiyyəti vardır. Yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, hazırki mülki iş üzrə tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin iş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu da geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə tərəfər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İddiaçı-X1 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, Seriya FM№ 010264 saylı “Qeydiyyat vəsiqəsi”nə əsasən Bakı şəhəri, Nərimanov rayonu, keçmiş 11-ci Zavağzal/Ə.Nəvai (indiki K.Rəhimov) küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin 1/42 pay hissəsindən ibarət mülkiyyətində olan mənzilini cavabdehin mülkiyyətinə verir və əvəzində hazırki Sazişin 2-ci bəndində göstərilmiş mənzili öz mülkiyyətinə qəbul edir.

2. Cavabdeh iddiaçının hazırki Sazişin 1-ci bəndində göstərilmiş mənzilinin əvəzində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 2036-cı məhəllə ünvanında inşa edilmiş “Lake City” yaşayış kompleksində C giriş, 8-ci mərtəbədə yerləşən ümumi sahəsi 45.67 m2 sahəsi olan mənzilini təmirsiz vəziyyətdə İddiaçı mülkiyyətinə verir. Mənzilin ümumi sahəsinə kənar və daxili divarların oturacaq sahələri, otaqların və mətbəxin sahəsi, dəhlizlər, sanitar qovşaqların, klodovoyun, şaxta və balkonların sahələrinin cəmi daxildir və iddiaçı bu texniki göstəriciləri qəbul edir. Bu Saziş təsdiqləndiyi vaxtdan 10 gün müddətində Tərəflər qeyd olunan mənzillərin qarşı tərəfin adına və ya onların təqdim etdiyi şəxslərin adına rəsmiləşdirilməsini təmin edir.

3. İddiaçı cavabdehin mülkiyyətinə verəcəyi mənzilin onun adına və ya onun təqdim etdiyi şəxsin adına rəsmiləşdirilməsi üçün zəruri sənədləri (müvafiq şəxslərin notarial razılıqları və notariusun tələb etdiyi digər sənədlər) rüsumların cavabdeh tərəfindən ödənilməsi şərtilə özü hazırlayaraq təqdim edir.

4. Tərəflərin hər biri mənzillərin dəyişdirilməsindən sonra mülkiyyətlərinə keçən mənzillərə dair mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın öz adlarına alınması üçün zəruri xərcləri özləri çəkirlər.

5. İddiaçının cavabdehə qarşı qaldırdığı digər iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-4685/2023 saylı iş üzrə qəbul edilmiş qətnamənin icrasından imtina etməsinə dair notarial təsdiqli ərizə imzalayaraq müvafiq qaydada təqdim edir.

6. Tərəflər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşır və vəzifələrini vicdanla yerinə yetirməlidirlər.

7. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan iddiaçı ilə cavabdeh arasında mövcud olan məhkəmə mübahisələri hazırki Barışıq Sazişində nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi şərtilə bitmiş hesab edilir.

8. Barışıq Sazişində nəzərdə tutulmuş öhdəliklər tam həcmdə, vaxtında və vicdanla yerinə yetirildikdən sonra tərəflər hazırki Barışıq Sazişini tam şəkildə icra etmiş hesab olunurlar. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi” tələbinə dair 2(005)-20/2023 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə ********* saylı qəbz üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar