Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-204/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X9, Cavabdeh2 nümayəndəsi və vəkili X5 və Cavabdeh1 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ona müraciət edərək, onlara biznes üçün, o cümlədən Şəmkir rayonu, Qaralar kəndində yerləşən 4,7 ha torpaq sahəsində parnik quraşdırmaq üçün pul lazım olduğunu, bankdan kredit götürmək üçün razılaşdıqlarını, lakin, bunun üçün isə zamin və girov qoymaq lazım olduğunu bildirmiş, ərindən və ondan kömək istəmişlər. Həmin vaxt həyat yoldaşı X1 olmudur. Onlarla ailəvi dostluq edən cavabdehlər Sadıq Talıbovu razı salmışlar ki, mülkiyyətdə olan Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsini və Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən 408,1 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi banka girov qoyaraq pul götürsünlər. Beləliklə, onlar xx xxxxxxxx 2012-ci il tarixli 107536-1-3807/1 müqavilə əsasında xxxx-dən 635000 ABŞ dolları məbləğində kredit götürmüşlər. Bank tərəfindən verilmiş kreditin taminatı kimi xüsusi mülkiyyət hüququ ilə X3 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən, həmçinin İddiaçı məxsus olan Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Həmin əmlaklar xx.xx.2012-ci ildə və xx.xx.2012-ci ildə bağlanmış ipoteka müqavilələri əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bu zaman X2 adına olan Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyriyaşayış sahəsi 203700 ABŞ dollan məbləğində, İddiaçı adına olan Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən 408,1 m2 ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsi isə 764000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Cavabdeh3 tərəfindən kreditin ödənilməsi dayandırıldıqdan sonra, iddiaçı məhkəməyə müraciət etmiş, yaranmış borcun cavabdehlərdən tutulması və həmin məbləğin yüklü edilmiş əmlaklara yönəldilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində keçirilmiş məhkəmə prosesinin gedişindən X6 və İddiaçı xəbərsiz olmuşlar. Belə ki, onların hər ikisi yaşlı və bir çox xəstəlikləri olan insanlardır. Sadıq Talıbov ümumiyyətlə sərbəst hərəkət qabiliyyətini itirib. Hər ikisi uzun müddət həkim nəzarətində müalicə olunmuşlar. Daha sonra, Sadıq Talıbov vəfat etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə, iddianı tam təmin etmiş, Cavabdeh3, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 427816 ABŞ dolları əsas, 6273,82 ABŞ dolları faiz və 30,50 ABŞ dollar cərimə, cəmi 434120,32 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin 64 manat məbləğində dövlət rüsumu və xidmət haqqının tutularaq "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi qənaətinə gəlmişdir. Həmin məbləğin isə, X3 məxsus Gəncə şəhəri Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsi, 75D nömrəli binanın 4-cü girişinin 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə və İddiaçı məxsus Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti, 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Cavabdehlər, əmlakın satılıb borcun bağlanması yolunu seçiblər. Yuxarı instansiya məhkəməsinə şikayət verəməyiblər ki, hərrac tez baş tutsun. Bir il sonra iddaçı tərəfindən verilmiş şikayətlərin isə, heç bir əhəmiyyəti olmayıb. Ali Məhkəmənin xx xxxxx 2017-ci il tarixli qərarı ilə, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Bundan sonra Gəncə şəhər Kəpəz rayon İcra şöbəsinin sifarişi əsasında cavabdeh İddiaçı məxsus olmuş Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsini ilkin və təkrar hərraca çıxarmış, həmin hərraclarda satış baş tutmadığından ilkin qiyməti 1299029,20 manatdan təqribən 36% ucuzuna, yəni 828131,11 manata tələbkar “xxxx”-yə satmışdır. Əmlak hərrac satışı yolu ilə əlindən çıxdıqdan sonra, iddiaçının ağır maddi vəziyyətə düşdüyünü görən cavabdehlər Şəmkir rayonu, Qaralar kəndində yerləşən 4,7 ha torpaq sahəsində kredit hesabına qurulmuş parniki iddiaçının mülkiyyətinə verirlər. Bir müddən sonra isə, iddiaçını aldadaraq həmin torpaq sahəsini digər Cavabdeh2 keçirirlər ki, İddiaçıya dəymiş ziyanı guya o, ödəyəcək. Həmin vaxtdan bir il keçsə də, iddaçıya heç bir maliyyə vəsaiti ödənilməmişdir. Hesab edir ki, cavabdehlər xxxx-dən götürülmüş krediti birgə əldə edərək öz maraqları üçün sərf etmiş, bir hissəsinə də istixana quraşdırmışlar. Sonra krediti ödəməyərək iddiaçının əmlakdan məhrum olmasına səbəb olmuşlar. Nəticədə iddiaçıya ******* (bir milyon üç yüz min) manat maddi, 100000 (yüz min) manat mənəvi ziyan dəymişdir. Qeyd edilənləri nəzərə alaraq, maddi zayan olaraq ******* (bir milyon üç yüz min) manat, mənəvi ziyan olaraq 100000 (yüz min) manat pulun və dövlət rüsumu kimi ödəbnilmiş 30 manatın cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X7 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X9 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehə məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsini nəzərə alaraq, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk pr, 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsi satış qiyməti 1299029,20 manat məbləğində, təkrar satış qiyməti isə 1104174,82 manat, 25 faiz aşağı olan qiyməti isə 828131,11 manat məbləğində müəyyən edilərək “xxxx” MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-2779/17 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməməsi, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı maddi ziyanın ödənilməsi ilə bağlı maddi qanun norması kimi Mülki Məcəllənin 475.1-ci maddəsinə istinad etmiş, hansı ki, həmin normada öhdəliyi icra etmiş zaminin ona dəymiş ziyanın tələb etmək hüququ nəzərdə tutulmuşdur. Qeyd ediləmləri nəzərə alaraq və mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verməklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehlərin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindəm məhkəmə hesab edir ki, tərəflər ödəmiş 30 manat dövlət rüsumları özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-204/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-204/2021
08.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver