Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-207/2025 28.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Qəhrəman qızının Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı payların naturada bölünməsi, birgə mülkiyyətdə olan əmalakların hərracdan satılması tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakda payların naturada ayrılması, mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun bölgüsü) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı Qəhrəman qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qəhrəman qızının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakda payların naturada ayrılması, mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Qəhrəman qızının Cavabdeh1 və Cavabdeh2 qarşı payların naturada bölünməsi, birgə mülkiyyətdə olan əmalakların hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 107 saylı evin 14 saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2), Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 168A saylı evin 11 saylı (Yeni qaydalarla: Bakı şəhəri. Yasamal rayonu,X14 küçəsi, 650, M4, m1) mənzilinin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda isə qeyd edilən mənzillərin, eləcə də 2008-ci il buraxılışlı, Qara rəngli, Mühərrik nömrəsi-G6D88A213833, Ban-KMHEİJ41FP9A606933, dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, Qara met. rəngli, Mühərrik nömrəsi- 40620D- ********. Ban - 311***-*******0, Şassi X96311***-*******4, dövlət qeydiyyat nişanı **-BJ-*** olan “QAZ-31105-120” minik markalı avtomobillərin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin cavabdehlərlə aralarında paylarına uyğun şəkildə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,İddiaçı Qəhrəman qızı xx.xx.1978-ci ildə İsmayılov Arif Tahir oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur və nikah Tovuz rayon Əlibəyli kənd İN-də xx.xx.1978-ci il tarixdə 10 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İsmayılov Arif Tahir oğlu ilə rəsmi nikahdan xx.xx.1991-ci il tarixdə Aynur adlı övladı dünyaya gəlmişdir. İsmayılov Arif Tahir oğlu ilə rəsmi nikahda olduğu müddətdə bir neçə əmlak əldə edilib və həmin əmlakların hamısı İsmayılov Arif Tahir oğlunun adına rəsmiləşdirilmişdir. Həyat yoldaşı İsmayılov Arif Tahir oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. Mərhum əri Arif İsmayılovun vəfatından sonra ondan miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 17 noyabr 2020-ci il tarixdə ərizə ilə Tovuz regional Asan xidmət mərkəzində notariat ofisinə müraciət edib. Lakin Tovuz regional Asan xidmət mərkəzində notariat ofisinin notariusu mirasın bölüşdürülməsi ilə əlaqədar birinci dərəcəli vərəsələr arasında mübahisə olduğunu əsas gətirərək, 16 may 2021-ci il tarixli qərarla (notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 11 yanvar 2021-ci il tarixədək mərhumun notariat ofisinə müraciət edən vərəsələri Tovuz şəhəri, 20 Yanvar küçəsi, ev 38-də qeydiyyatda olan arvadı, İddiaçı Qəhrəman qızı,Tovuz şəhəri, 20 Yanvar küçəsi, ev 38-də qeydiyyatda olan oğlu X8, Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, ev 107, mənzil 14-də qeydiyyatda olan qızı X9 və Tovuz şəhəri, 20 Yanvar küçəsi, ev 38-də qeydiyyatda olan qızı Cavabdeh3dır. Qeyd etməyi zəruri hesab edirəm ki, qeyd edilən vərəsələrdən Cavabdeh3 yuxarıda qeyd edildiyi kimi, mərhum İsmayılov Arif Tahir oğlu ilə rəsmi nikahdan anadan olmuş qızıdır. Mərhum İsmayılov Arif Tahir oğlu vəfat etdikdən sonra aşağıdakı əmlaklar qalmışdır: Bakı şəhəri. Yasamal rayonu, 3153-3152-ci məhəllədə inşa edilən yaşayış sahəsində 1-ci binanının 7-ci mərtəbəsində 2 otaqlı (ümumi sahəsi 93,35 kv.m olan) 11 saylı mənzil; Bakı şəhəri, Nərimanov rayonu. X13 küçəsi, 107 saylı evin 14 saylı mənzili,2795.87(iki min yeddi yüz doxsan beş manat səksən yeddi qəpik) manat məbləğində alınmamış pensiya məbləği, 2008-cı il buraxılışlı,Qara rəngli. Mühərrik nömrəsi-G6D88A213833,Ban- KMHEU41FP9A606933, dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata" minik markalı avtomobil, 2008-ci il buraxılışlı, Qara met. rəngli, Mühərrik nömrəsi- 40620D- 63044224, Ban - 311***-*******0, Şassi X96311***-*******4, dövlət qeydiyyat nişanı 60-ÖJ- 011 olan “QAZ-31105-120" minik markalı avtomobil.İddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edilərək, mərhum əri İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə inşa edilən yaşayış sahəsində 1-ci binanının 7-ci mərtəbəsində 2 otaqlı (ümumi sahəsi 93,35 kv.m olan) 11 saylı mənzilin, 2795.87 (iki min yeddi yüz doxsan beş manat səksən yeddi qəpik) manat məbləğində alınmamış pensiya məbləğinə, 2008-ci il buraxılışlı. Qara rəngli. Mühərrik nömrəsi - G6D88A213833, Ban -KMHEU41 FP9A606933, dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata" minik markalı avtomobilin. 2008-ci il buraxılışlı. Qara met. rəngli, Mühərrik nömrəsi- 40620D-63044224, Ban - 311***-*******0, Şassi X96311***-*******4, dövlət qeydiyyat nişanı 60-BJ-01İ olan “QAZ-31105-120" minik markalı avtomobilin vərəsələr arasında paylarına uyğun bölüşdürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-270/2022 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış 2795,87(iki min yeddi yüz doxsan beş manat səksən yeddi qəpik) manat məbləğində alınmamış pensiya məbləğinin, 2008-ci il buraxılışlı. Qara rəngli. Mühərrik nömrəsi -G6D88A213833. Ban -KMİİEU41FP9A606933. dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata" minik markalı avtomobil. 2008-ci il buraxılışlı. Qara met. rəngli. Mühərrik nömrəsi- 40620D-63044224, Ban - 311***-*******0, Şassi X96311***-*******4, dövlət qeydiyyat nişanı **-BJ-*** olan “QAZ-31105-120" minik markalı avtomobildən ibarət mirasdan İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh3, X6 və X7 hər birinin 1/8 hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən tərəfindən, eləcə də cavabdeh X8 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli, 2(104)-696/2023 saylı qətnaməsinə əsasən cavabdeh X7 apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(062)-270/2022 saylı qətnaməsınınn qismən-iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə yeri qətnamə çıxarılması, iddianın tam təmin edilməsi, mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 168A. giriş- 1, 11 nömrəli mənzili) İddiaçı Qəhrəman qızının 5/8 hissədə,Cavabdeh3, X6 və İsmayılova idman Arif oğlunun hər birinin 1/8 hissədə paylarının müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh X8 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2( 102)-4414/2023 saylı qərarına əsasən cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli, 2(104)-696/2023 saylı qətnaməsi mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri,Yasamal rayonu,3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 168A, giriş-1, 11 nömrəli mənzili) İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh3, X6 və X7 hər birinin 1/8 hissədə paylarının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan əlavə mərhum əri İsmayılov Arif Tahir oğluna məxsus miras əmlak olan Bakı şəhəri,Nərimanov rayonu,X13 kiıçəsi, 107 saylı evin 14 saylı mənzilinin vərəsələr arasında paylara uyğun bölüşdürülməsi üçün notariat orqanına müraciət edilmişdir. Notariat orqanı miras əmlak olan Bakı şəhəri, Nərimanov rayonu,X13 küçəsi, 107 saylı evin 14 saylı mənzili üzərində İsmayılov Arif Tahir oğlunun payı 2/8 hissədə açıq saxlanılmaqla. 1/8 hissə Cavabdeh3, 5/8 hissədə iddiaçının, yəni İddiaçı Qəhrəman qızının paylarını müəyyən etmişdir. Bundan sonra mübahisəli mənzillər üzərində hüquqların qeydə alınması üçün tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********45- 05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi. 107 saylı evin 14 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2) üzərində İsmayılov Arif Tahir oğlunun payı 2/8 hissədə açıq saxlanılmaqla, 1/8 hissədə Cavabdeh3, 5/8 hissədə iddiaçının, yəni İddiaçı Qəhrəman qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********78-05301-093092 reyestr nömrəli, ********** qeydiyyat nömrəli,xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu. A.M.Şərifzadə küçəsi, 168A saylı evin 11 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, 650. M4, m1) mənzili üzərində İsmayılov Arif Tahir oğlunun payı 2/8 hissədə açıq saxlanılmaqla, 1/8 hissədə Cavabdeh3, 5/8 hissədə iddiaçının, yəni İddiaçı Qəhrəman qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu,X13 küçəsi, 107 saylı evin 14 saylı mənzili üzərində olan 1/8 hissə payını xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakı Bağışlaması Müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında İddiaçı Qəhrəman qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Digər cavabdehlər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, o məhkəmə iclasına gəlməmişlər, gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - Gəncə Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasının xx.xx.2023-cü il tarixli,2(104)- 696/2023 saylı qətnaməsinə əsasən, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməsi, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsi, iş üzrə Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(062)-270/2022 saylı qətnaməsi qismən iddianın təmin edilməmiş hissəsində ləgv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, iddianın tam təmin edilməsi, mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-cı məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri Yasamal rayonu A.M Şərifzadə küçəsı 168 A, giriş-1 11 nömrəli mənzil) X1 5/8 hissədə, Cavabdeh3, X6 və Cavabdeh2 hər birinin 1/8 hissədə payı müəyyən edilməsi qət edilmişdir. - Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(062)-270/2022 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilməsi, mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış 2795,87 manat məbləğində alınmamış pensiya məbləğinin, 2008-ci il buraxılışlı,qara rəngli ,mühərrik nömrəsi G6D88A213833, Ban-KMHEU41FP9A606933, **- BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı,qara metal rəngli, mühərrik nömrəsi 40620D-63044224, Ban-311***-*******0, Şassi X96311***-*******4, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobildən ibarət mirasdan İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh3, X6 və X7 hər birinin 1/8 hissədə payı müəyyən olunması, iddianın qalan hissəsi təmin olunmaması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4414/2023 saylı qərarından görünür ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-696/2023 saylı qətnaməsi mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168A, giriş-1,11 nömrəli mənzil) İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh3, X6 və Cavabdeh2 hər birinin 1/8 hissədə payının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********45-05101-093006 reyestr nömrəli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 107 saylı evin 14 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2) üzərində xx.xx.2024-cü il tarixdə İsmayılov Arif Tahir oğlunun 2/8 hissədə payı açıq saxlanılmaqla, xx.xx.2024-cü il tarixdə Cavabdeh3 1/8 hissədə payı,xx.xx.2024-cü il tarixdə İddiaçı Qəhrəman qızının 5/8 hissədə payı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********78-05301-093092 reyestr nömrəli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu. A.M.Şərifzadə küçəsi, 168A saylı evin 11 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, 650. M4, m1) mənzili üzərində İsmayılov Arif Tahir oğlunun payı 2/8 hissədə açıq saxlanılmaqla, xx.xx.2024-cü il tarixdə 1/8 hissədə Cavabdeh3,xx.xx.2024-cü il tarixdə 5/8 hissədə İddiaçı Qəhrəman qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - 04 aprel 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Hədiyyə verən-Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, A M. Şərifzadə küçəsi, b.168A, m. 11 Yeni qaydalarla ; AZ 1122, Bakı şəhəri, Yasamal rayonu,X14 küçəsi,650 M4. m1 ünvanında yerləşən, ümumi sahəsi 83.3 kv/m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 1/8 hissəsi "Hədiyyə alanın"-İddiaçı Qəhrəman qızının mülkiyyətinə verir. - Azərbaycan Respublikası "xxxx"MMC-nin xx.xx.2024-cü il tarixli,№35/1 hesabatından görünür ki,”Hyundai Sonata” markalı ** BK *** dövlət nömrə nişanlı avtomobilin qiyməti 11 000(on bir min) manat təşkil edir. - Azərbaycan Respublikası "xxxx"MMC-nin xx.xx.2024-cü il tarixli,№35/1 hesabatından görünür ki,xx.xx.2024-cü il tarixli,№ 35 hesabatından görünür ki,”QAZ-31105-120” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilin dəyəri 4500(dörd min beş yüz) manat təşkil edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli,**********78-05301-093092 reyestr nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A M. Şərifzadə küçəsi, b.168A, m. 11 Yeni qaydalarla ; AZ 1122, Bakı şəhəri, Yasamal rayonu,X14 küçəsi,650 M4. m1 ünvanındakı mənzil İsmayılov Arif Tahir oğlunun mülkiyyətində olmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi əhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2025-ci il tarixli,3-16-16/2-9/62xx-xx/6048/2024 nömrəli rəyindən görünür ki,tədqiqat obyekti olan,Bakı şəhəri,Nərimanov rayonu,X13 küçəsi,107 saylı evin 14 saylı mənzilə(yeni qaydalarla Nərimanov rayonu,X13 küçəsi,563,M5,mənzil 2) və Bakı şəhəri,Yasamal rayonu.A.M.Şərifzadə küçəsi,168A saylı evin 11 saylı mənzilə (yeni qaydalarla; Bakı şəhəri Yasamal rayonu,A.M.Şərifzadə küçəsi 650, m4, m1) ekspert baxışı keçirmək üçün tərəflərlə əlaqə saxlanılmış,lakin cavabdehlər müxtəlif bəhanələr gətirərək mənzilləri ekspert baxışına təqdim etməmişdir.Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. Ekspertiza təyini haqqında qərardadda göstərilən avtomobillərin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə hazırkı orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2008-ci il buraxılışlı,”Hyundai”markalı Sonata model(qara rəngli, **-BK-*** dövlət qeydiyyat nişanlı) avtomobil-14.500,00 manat,2008-ci il buraxılışlı, “Qaz-312105-120” minik markalı (qara rəngli,**-BJ-*** dövlət qeydiyyta nişanlı) avtomobil-7500,00 manat müəyyən edilmişdir. - İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş bildirişdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 168A saylı evin 11 saylı mənzilin mülkiyyətinfə olan 6/8 hissəsindən Cavabdeh2 və X6 xeyrinə 125000 manat iddiaçıya ödənilməklə imtina etməyi və yaxud Cavabdeh2 və X9na hər birinə ayrı-ayrılıqda 20000 manat iddiaçı tərəfindən ödənilməklə öz paylarının onun xeyrinə imtina etmələrini; Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 107 saylı evin 14 saylı mənzilinin mülkiyyətində olan 5/8 hissəsindən cavabdehlərin xeyrinə 760000 manat iddiaçıya ödənilməklə imtina etməyi və ya cvabdehlərin hər birinə 15000 manat iddiaçı tərəfindən ödənilməklə öz paylarını onun xeyrinə imtina etmələrini; 2008-ci il buraxılışlı,”Hyundai”markalı Sonata model (qara rəngli,**-BK-*** dövlət qeydiyyat nişanlı) avtomobil mülkiyyətində olan 5/8 hissəsindən cavabdehlərin xeyrinə 9100 manat ödənilməklə imtina etməyi və yaxud cavabdehlərin hər birinə ayrı-ayrılıqda 1800 manat iddiaçı tərəfindən ödənilməklə öz paylarından iddiaçının xeyrinə imtina etmələrini; “Qaz-312105-120” minik markalı (qara rəngli, **-BJ-*** dövlət qeydiyyta nişanlı) avtomobilin mülkiyyətində olan 5/8 hissəsindən cavabdehlərin xeyrinə 4700 manat iddiaçıya ödənilməklə imtina etməyi və yaxud cavabdehlərin hər birinə ayrıayrılıqda 900 manat onun tərəfindən ödənilməklə öz paylarını onun xeyrinə imtina etmələrini təklif etmişdir. - "xxxx" MMC-nin 11 iyun 2025-ci il tarixli,0185 saylı hesabatına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 107 saylı evin 14 saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri ,Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2) bazar qiyməti-135000 (bir yüz otuz beş min) manat, likvid qiyməti 121500 (bir yüz iyirmi bir min beş yüz) manat, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 168A saylı evin 11 saylı (Yeni qaydalarla: Bakı şəhəri. Yasamal rayonu, X14 küçəsi, 650, M4, m1) bazar qiyməti-185000(bir yüz səksən beş min) manat, likvid qiyməti-166500 (bir yüz altmış altı min beş yüz) manat müəyyən edilmişdir. - “X3”MMC-nin 18 avqust 2025-ci il tarixli,№ETM-096/T/25 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 107 saylı evin 14 saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2) ,eləcə də Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 168A saylı evin 11 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu,X14 küçəsi, 650, M4, m1) mənzilinin iddiaçıya aid olan hissəsinin (payın) naturada ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2,2.4 və 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respbulikasının Mülki Məcəlləsi Maddə 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır; Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Maddə 218. Satın almaqda üstünlük hüququ. 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
Azərbaycan Respbulikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qərarı:
Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
İşin faktiki halları
İddiaçı Qəhrəman qızı ilə İsmayılov Arif Tahir oğlu 22 aprel 1978-ci ildə rəsmi qaydada evlənib ailə qurmuş, həmin nikahdan xx.xx.1991-ci il tarixdə Cavabdeh3 anadan olmuşdur. İsmayılov Arif Tahir oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. İsmayılov Arif Tahir oğlunun ölümündən sonra miras əmlak kimi Bakı şəhəri,Yasamal rayonu, 3153-3152-ci məhəllədə inşa edilən yaşayış sahəsində 1-ci binanının 7-ci mərtəbəsində 2 otaqlı (ümumi sahəsi 93,35 kv.m olan) 11 saylı mənzil; Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 107 saylı evin 14 saylı mənzili, 2795.87(iki min yeddi yüz doxsan beş manat səksən yeddi qəpik) manat məbləğində alınmamış pensiya məbləği, 2008-cı il buraxılışlı, Qara rəngli. Mühərrik nömrəsi-G6D88A213833,Ban-KMHEU41FP9A606933, dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata" minik markalı avtomobil, 2008-ci il buraxılışlı, Qara met. rəngli, Mühərrik nömrəsi- 40620D- 63044224, Ban -311***-*******0, Şassi X96311***- *******4, dövlət qeydiyyat nişanı **-BJ-*** olan “QAZ-31105-120" minik markalı avtomobil qalmışdır. Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(062)-270/2022 saylı qətnaməsinə əsasən, iddianın qismən təmin edilməsi, mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış 2795,87 manat məbləğində alınmamış pensiya məbləğinin, 2008-ci il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi G6D88A213833, Ban- KMHEU41FP9A606933,**-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, qara metal rəngli, mühərrik nömrəsi 40620D-63044224, Ban-311***-*******0, Şassi X96311***-*******4, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ- 31105-120” minik markalı avtomobildən ibarət mirasdan İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh3 ,X6 və X7 hər birinin 1/8 hissədə payının müəyyən olunması, iddianın qalan hissəsi təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasının xx.xx.2023-cü il tarixli,2(104)-696/2023 saylı qətnaməsinə əsasən, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(062)-270/2022 saylı qətnaməsi qismən iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, iddianın tam təmin edilməsi, mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri Yasamal rayonu A.M Şərifzadə küçəsı 168 A, giriş-1 11 nömrəli mənzil) X1 5/8 hissədə, Cavabdeh3, X6 və Cavabdeh2 hər birinin 1/8 hissədə payı müəyyən edilməsi qət edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli,2(102)-4414/2023 saylı qərarından görünür ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-696/2023 saylı qətnaməsinin mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168A, giriş-1,11 nömrəli mənzil) İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh3, X6 və Cavabdeh2 hər birinin 1/8 hissədə payının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi. 107 saylı evin 14 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2) üzərində xx.xx.2024-cü il tarixdə İsmayılov Arif Tahir oğlunun 2/8 hissədə payı açıq saxlanılmaqla, xx.xx.2024-cü il tarixdə Cavabdeh3 1/8 hissədə payı,xx.xx.2024-cü il tarixdə İddiaçı Qəhrəman qızının 5/8 hissədə payı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Bakı şəhəri, Yasamal rayonu. A.M.Şərifzadə küçəsi, 168A saylı evin 11 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, 650. M4, m1) mənzili üzərində İsmayılov Arif Tahir oğlunun payı 2/8 hissədə açıq saxlanılmaqla, xx.xx.2024-cü il tarixdə 1/8 hissədə Cavabdeh3,xx.xx.2024-cü il tarixdə 5/8 hissədə İddiaçı Qəhrəman qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın bağışlanması müqaviləsindən məlum olur ki, Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, A M. Şərifzadə küçəsi, b.168A, m. 11 Yeni qaydalarla ; AZ 1122, Bakı şəhəri, Yasamal rayonu,X14 küçəsi,650 M4. m1 ünvanında yerləşən mənzilin ona məxsus hissəsindən 1/8 hissəsindən İddiaçı Qəhrəman qızının mülkiyyətinə vermişdir.
İşə baxan məhkəmənin mövqeyi
Məhkəmə iddia tələbinin əsaslığına dair hissəyə münasibətdə bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Qeyd edilən Qərarın və paylı mülkiyyətə dair mülki qanunvericilik normalarının məzmunundan göründüyü kimi, paylı mülkiyyətçilər məhkəməyə müraciət etməzdən əvvəl ümumi mülkiyyətdən payın ayrılmasının üsul və şərtləri barəsində məsələnin həllini əvvəlcə öz aralarında qarşlıqlı razılıq əsasında həll etməyə çalışmalıdırlar. Qanunverici belə razılığın əldə edilmədiyi təqdirdə maraqlı tərəfin məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadının 17-19-cu bəndlərinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması məsələlərini nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir (17-ci bənd). Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi) (18-ci bənd). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür(19-cu bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadında qeyd edilir: Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması proseduru isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələbləri nəzərə alınmadan Mülki Məcəllənin 415-ci maddəsinə, “İcra haqqında” Qanunun müvafiq müddəalarına, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il 24 noyabr tarixli 02/2021 nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqelərə uyğun həyata keçirilməlidir. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracıehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə bu qərardadın 59-61-ci bəndlərində göstərilən qaydada həll olunmalıdır. Hazırki işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilkin olaraq paylı mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu,X13 küçəsi, 107 saylı evin 14 saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri,Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2), Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 168A saylı evin 11 saylı (Yeni qaydalarla: Bakı şəhəri. Yasamal rayonu,X14 küçəsi, 650, M4, m1) mənzilinin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda isə qeyd edilən mənzillərin, eləcə də 2008-ci il buraxılışlı, Qara rəngli, Mühərrik nömrəsi-G6D88A213833, Ban- KMHEİJ41FP9A606933, dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, Qara met. rəngli, Mühərrik nömrəsi- 40620D- ********. Ban - 311***-*******0, Şassi X96311***-*******4, dövlət qeydiyyat nişanı **-BJ-*** olan “QAZ-31105-120” minik markalı avtomobillər dair payları naturada ayrılmasını, bu mümkün olmadıqda isə əmlakların açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin aralarında paylarına uyğun şəkildə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisəli əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsinin mümkünlüyü ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilən rəydən məlum olur ki, sözügedən mənzillərin mövcud paylara uyğun naturada ayrılması texniki cəhətdən mümkün deyil. Nəqliyyat vasitələrində payın naturada bölünməsi isə mümkün deyildir və qanunvericiliklə də nəzərdə tutulmamışdır. Həmçinin paylı mülkiyyətdə olan payın satılması barədə bildirişdən görünür ki, iddiaçı cavabdehlərə kompensasiya ödənilməsi yolu ilə paydan imtina edilməsini təklif etmiş, lakin sonuncular payın satılmasına razılığını göstərəcək hər hansı hərəkət icra etməmişdir. Belə ki, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə mühəndis texniki ekspertizanın keçirilməsinə maneə törətmiş (mülki işin materialları səh.117); Cavabdeh2 iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir (elektron kabinet vasitəsilə). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 107 saylı evin 14 saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri,Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2), Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 168A saylı evin 11 saylı (Yeni qaydalarla: Bakı şəhəri. Yasamal rayonu,X14 küçəsi, 650, M4, m1) mənzilinin paylara uyğun naturada bölünməsi ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də tərəflərin arasında razılıq olmadığından, qeyd edilən əmlakın satılması və satış pulunun tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə tələbi əsaslı olmuşdur. Eyni hal nəqliyyat vasitələrinə də aiddir. Məhkəmə əmlakın satışının keçiriləcəyi hərracın formasına münasibətdə isə aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024 saylı. xx.xx.2024-cü il tarixli vahid məhkəmə təcrübəsi yaradan qərardadında qeyd olunmuşdur ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Qeyd edilən mövqedən çıxış edərək hazırki iş üzrə məhkəmə hesab edir ki, mübahisəli əmlakın satışı ilk növbədə qapalı hərrac qaydasında keçirilməli, yalnız bu baş tutmadıqda isə açıq hərracın keçirilməsi təmin olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, işin hallarından da göründüyü kimi iddiaçı həm məhkəmədən öncə, həm də məhkəmə gedişatında cavabdehə məxsus payın alınması üçün təşəbbüslə çıxış etmişdir və bu da bir daha əmlakın ilk növbədə paylı mülkiyyətçilər üçün satışa çıxarılmasınının zəruriliyinin təsdiq edir. Mübahisə predmeti olan əşyanın açıq hərracdakı ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olub-olmamasına münasibətdə isə ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Yuxarıda da qeyd edildiyi kimi keçirilən ekspert tədqiqatları nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 107 saylı evin 14 saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri ,Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2) bazar qiyməti-135000 (bir yüz otuz beş min) manat, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 168A saylı evin 11 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, 650, M4, m1) bazar qiyməti-185000(bir yüz səksən beş min) manat; 2008-ci il buraxılışlı, ”Hyundai” markalı Sonata model (qara rəngli, **-BK-*** dövlət qeydiyyat nişanlı) avtomobil-14.500,00 manat,2008-ci il buraxılışlı, “Qaz-312105-120” minik markalı (qara rəngli,**-BJ-*** dövlət qeydiyyta nişanlı) avtomobilin bazar dəyərinin 7500,00 manat olması öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, əmlak qapalı hərracda satılmadığı təqdirdə, açıq hərracın seçilməsi zamanı onun ilkin dəyəri kimi yuxarıda göstərilən məbləğdə müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 107 saylı evin 14 saylı mənzilinin (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, mənzil 2) ilkin satış qiyməti 135000 manat; Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 168A saylı evin 11 saylı mənzilinin (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 650, m4, m1) ilkin satış qiyməti 185000 manat; 2008-ci il buraxılışlı, qara rəngli mühərrik nömrəsi G6D88A213833 BAN-KMHEU41FP9A606933 dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata” minik markalı avtomobilin ilkin satış qiyməti 14500 manat; 2008-ci il buraxılışlı qara rəng mühərrik nömrəsi 4062D 63044224, BAN **********1350, Şassi X96311***-*******4 dövlət qeydiyyat nişanlı **-BJ-*** olan “Qaz- 31105-120” minik marksalı avtomobilin ilkin satış qiyməti 7500 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan X5, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında onların paylarına uyğun olaraq bərabər bölüşdürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 107 saylı evin 14 saylı mənzilinin (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, mənzil 2) ilkin satış qiyməti 135000 manat; 2008-ci il buraxılışlı, qara rəngli mühərrik nömrəsi G6D88A213833 BAN-KMHEU41FP9A606933 dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata” minik markalı avtomobilin ilkin satış qiyməti 14500 manat; 2008-ci il buraxılışlı qara rəng mühərrik nömrəsi 4062D 63044224, BAN **********1350, Şassi X96311***-*******4 dövlət qeydiyyat nişanlı **-BJ-*** olan “Qaz-31105-120” minik marksalı avtomobilin ilkin satış qiyməti 7500 manat müəyyən edilməklə əvvəlcə qapalı, yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan hərrac keçirilsin. Əmlaklar həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərrac keçirilərək satılsın. Satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan X5 (5/8 hissə), Cavabdeh3 (1/8 hissə), Cavabdeh1 (1/8 hissə) və Cavabdeh2 (1/8 hissə) arasında onların paylarına uyğun olaraq bərabər bölüşdürülsün. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 168A saylı evin 11 saylı mənzilinin (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 650, m4, m1) ilkin satış qiyməti 185000 manat müəyyən edilməklə əvvəlcə qapalı, yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan hərrac keçirilsin. Əmlaklar həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərrac keçirilərək satılsın. Satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan X5 (6/8 hissə), Cavabdeh1 (1/8 hissə) və Cavabdeh2 (1/8 hissə) arasında onların paylarına uyğun olaraq bərabər bölüşdürülsün. Mülki iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq müştərək qaydada tutularaq iddiaçı X2 ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə