Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2075/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sağlamlığa dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sağlamlığa dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun səhhətinə xəsarət yetirməsi ilə əlaqədar 10000 manat məbləğində maddi ziyanın, 2000 manat məbləğində mənəvi ziyanın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə cavabdeh idarə etdiyi **-KY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius" markalı avtomobillə Yasamal rayonu, A.Salamzadə küçəsindəki piyada keçidini keçərkən X10 riayət etməyərək onu qəfildən vurmuş və qəza nəticəsində sağlamlığına az ağır zərər vurulmuşdur. Həmin cinayət faktına görə xx.xx.2021-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən cinayət işi başlanmış və özünü təqsirli bilmişdir. Hadisə zamanı huşunu itirmiş, Respublika Kliniki xəstəxanasının reanimasiya şöbəsində özünə gəlmişdir. Cavabdeh nə hadisə zamanı, nə də hadisədən sonra onunla maraqlanmamışdır. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli rəyi ilə ona vurulmuş xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilmişdir. Baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin və burunun əzilmiş, cırılmış yaraları, burun sümüyünün və sol incik sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir. İş üzrə təyin edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyində də sürücünün təqsiri ucbatından hadisənin baş verdiyi qeyd olunmuşdur. İstintaq müddəti müxtəlif bəhanələrlə qəsdən uzadılmış, nəticədə “8 noyabr Zəfər günü" münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarına əsasən cavabdeh barəsində olan cinayət işinə bəraət verici əsas olmadan xitam verilmişdir. Cinayət hadisəsində zərərçəkmiş kimi onun hüquqları istintaqda qorunmamış, vurulmuş maddi və mənəvi zərər təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. O, Cəlilabad rayonu, Kövüzbulaq kəndində yerləşən 1 saylı tam orta məktəbin ingilis dili müəllimi işləyir. Hazırda da əmək qabiliyyətini müvəqqəti itirməyi ilə əlaqədar işə çıxa bilmir. Dövlət ümumtəhsil müəssisəsində işləməklə yanaşı həm də ingilis dili fənni üzrə repetitor fəaliyyəti ilə də məşğul olurdu. Repetitor kimi fəaliyyətindən ümumi olaraq əldə etdiyi aylıq gəlir 620 manat idi. Cavabdehin sağlamlığına vurduğu xəsarətlərə görə 10 aydan artıq müddətdir ki, repetitoruq fəaliyyətindən və əldə etdiyi aylıq gəlirdən də məhrum olunmuşdur. Səhhəti ilə bağlı hazırda işləyə bilmir, iş yerinə xəstəlik vərəqələri təqdim edilmişdir. Əmək haqqı da qəzada aldığı xəsarətlərlə əlaqədar xeyli miqdarda azaldılmışdır. Qəzadan əvvəlki və sonrakı tarixlərdə əldə etdiyi aylıq məvacibin fərqi Cəlilabad Rayon Təhsil İdarəsi tərəfindən verilmiş və sənədlərə əlavə etdiyi cədvəldə öz əksini tapmışdır. Müəllimlik fəaliyyəti ilə yanaşı həm də Azərbaycan Dövlət Pedaqoji Universitetdə ödənişli (2000 manat) əsaslarla İngilis dili müəllimliyi ixtisası üzrə magistratura təhsili alır. Məlum qəza zamanı aldığı xəsarətlərdən əmək qabiliyyətini uzun müddətli itirməyi səbəbilə qazanc əldə edə bilmir və təhsil haqqını ödəyə bilmirəm. Bu qəza nəticəsində gəlirlərini itirməyi aləsinin də dolanışığına təsir edib, öz uşaqları ila yanaşı onunla yaşayan bacısı və bacısı uşağının da təminatını ödəməkdə çətinliyə düşmüş. Bacısı oğlu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və X6 Tərbiyə və Çağırışaqədərki hazırlıq fakültəsində ödənişli (2200 manat) əsaslarla 3-cü kursunda təhsil alır. Bu qəza nəticəsində gəlirlərini itirməyi səbəbi ilə onun da bu tədris ilinin təhsil haqqını ödəyə bilməmiş. Maddi çətinliyə görə malicəsini də məcbur qalıb dayandırmışdır. Özü də daxil olmaqla 7 nəfərdən ibarət ailənin bütün xərci onun üzərindədir. Evə gəlir gətirən sadəcə o olduğu üçün çox çıxılmaz vəziyyətdədir. Çiynində olan bu yüklərə görə mənəvi əzab və sarsıntı keçirir. Özü olə yanaşı ailəsinin də taleyi onu narahat edir. Cavabdeh isə qəzadan sonra ümumiyyətlə maraqlanmamış, heç bir maddi və mənəvi dəstək göstərməmiş, sağlamlığının bərpası üçün, ümumiyyətlə ona vurduğu maddi və mənəvi ziyanla bağlı heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, işirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçı izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında: AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. AZE 18994664 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 ünvan 1 ünvanında qeydiyyatdadır. AZE 14004235 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 ünvan 1 ünvanında qeydiyyatdadır. Tibbi sənəndin çıxarışın surətindən görünür ki, İddiaçı yol nəqliyyat hadisəsi zamanı xəsarət almış və qapalı KBT-si, baş beyin sirkələnmə, burun sümüyünün və sol incik sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınığı diaqnozu qoyulmuşdur. 0540783 nömrəli, ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqələrin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətsizdir. Bakı şəhər Yasamal rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli zərərçəkmiş şəxsin dindirilməsi protokolunun surətindən görünür ki, İddiaçı “Hadisədən sonra avtomobilin sürücüsü Cavabdeh sizə maddi və ya mənəvi köməklik göstərmişdirmi?” sualına “Xeyr, Nadir nə hadisə zamanı nədə ki, hadisədən sonra mənimlə heç maraqlanmamışlar” cavabını vermişdir. Məhkəmə-Tibbi Ekspertiza və X8” X13 xx.xx.2021-ci il tarixli, 638 nömrəli ekspert rəyinin surətindən görünür ki, İddiaçı bədəni üzərində müəyyən edilmiş xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin və burunun əzilmiş yaraları, burun sümüyünün və sol incik sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbə olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada İddiaçı vurmuşdur. X2 xx.xx.2021-ci il tarixli Hesab-fakturasının surətindən görünür ki, İddiaçı kompyuter tomoqrafiyası və digər tibbi yardıma görə 220 manat ödəniş etmişdir. Bakı şəhər Yasamal rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxsi dindirmə protokolunun surətindən görünür ki, İddiaçı yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomaşınla vurduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xx.xx.2022-ci il tarixli əmək haqqı barədə arayışdan görünür ki, İddiaçı 2022-ci ilin yanvar ayı üçün 19,45 manat, fevral ayı üçün 260 manat və mart ayı üçün 244, 70 manat əmək haqqı köçmüşdür. 2020-ci ilin yanvar, fevral və mart ayları üçün hər ay üçün 520 manat əmək haqqı köçmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə görə itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1118.3-cü maddəsinə görə Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi **-KY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius" markalı avtomobillə Yasamal rayonu, A.Salamzadə küçəsindəki piyada keçidini keçərkən İddiaçı vurmuş və qəza nəticəsində sonuncunun sağlamlığına az ağır zərər vurulmuşdur. Həmin cinayət faktına görə xx.xx.2021-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən cinayət işi başlanmış və Cavabdeh özünü təqsirli bilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli rəyi ilə iddiaçıya vurulmuş xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilmişdir. İddiaçı müvəqqəti əmək qabiliyyətini itirmişdir. Hazırda iddiaçı cavabdehin heç bir maddi və mənəvi dəstək göstərmədiyni, sağlamlığının bərpası üçün, ümumiyyətlə iddiaçıya vurduğu maddi və mənəvi ziyanla bağlı heç bir hərəkət etmədiyini iddia edərək, dəymiş maddi və mənəvi zərərin əvəzini tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçının sağlamlığına zərərin dəydiyi və bu səbəbdən müvəqqəti əmək qabiliyyətini itimiş, maddi və mənəvi zərər dəymişdir. Məhkəmə iddia tələbinin dəymiş maddi zərər hissəsində qeyd edir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, X2 xx.xx.2021-ci il tarixli Hesab-fakturasının surətində İddiaçı tərəfindən digər prosedurlara görə 220 manat ödəniş etdiyi əks olunmuş, bu səbəbdən məhkəmə həmin məbləği, yəni 220 manat pul vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Bundan başqa Azərbaycan Respublikası Təhsil Nazirliyi 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xx.xx.2022-ci il tarixli əmək haqqı barədə arayışdan görünür ki, İddiaçı 2022-ci ilin yanvar ayı üçün 19,45 manat, fevral ayı üçün 260 manat və mart ayı üçün 244, 70 manat olmaqla, cəmi 524,15 manat əmək haqqı köçmüşdür. Lakin əvvəlki ilin həmin ayları üçün yəni, 2020-ci ilin yanvar, fevral və mart ayları üçün hər ay üçün 520 manat olmaqla, 1560 manat əmək haqqı köçmüşdür. Göründüyü kimi iddiaçı 2021-ci ilin yanvar, fevral və mart ayları əmək qabiliyyəti olmayan hesab edilmiş və əmək fəaliyyəti ilə məşğul ola bilməmiş və bu səbəbdən əmək haqqısını tam məbləğdə əldə etməmişdir. Məhkəmə 2020-ci ilin həmin ayları üçün iddiaçıya ödənilmiş əmək haqqı məbləğlərini nəzərə alaraq, 2021-ci il yanvar, fevral və mart ayları az ödənilmiş əmək haqqı məbləğlərinin fərqini, yəni 1560 manat – 524,15 manat = cavabdehdən tutularaq iddiaçıya ödənilməsini daha ədalətli və məqbul hesab edir. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, Yasamal RPİ-də izahat verən Cavabdeh izahatda yol nəqliyyat hadisəsin onun təqsirindən baş verməsini və İddiaçı vurduğunu etiraf etmişdir. Odur ki, iş materiallarında olan sübutlara əsasən iddiaya hüquqi qiymət verilməsini məhkəmə məqbul hesab etmişdir. Məhkəmə mənəvi zərərin ödənilməsinə münbasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” X12 əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir. O, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X3rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə qeyd edilənlərə əsasən mənəvi ziyana görə kompensasiya ödənilməsinin iddiaçı tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalmasını məhkəmə iclasında müəyyən edilmiş faktiki sağlamlıq vəziyyətini, müvafiq ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək əsaslı hesab edir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçıya dəymiş ziyana görə 1235,85 manat, mənəvi zərərə görə 2000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd olunan prosessual hüquq normalarını və səhhətə digər xəsarətlər yetirilməsinə görə dəyən ziyanın ödənilməsi barəsində iddia ərizələri verilərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, iddianın təmin edilmiş məbləği 3235,85 təşkil etdiyindən, 52,35 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı dəymiş ziyana görə 1235,85 manat, mənəvi zərərə görə 2000 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh 52,35 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2075/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2075/2022
13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver