Məhkəmə qərarları › İş №2(005)-2097/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(005)-2097/2021

26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2097/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X4, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Dəmiryol Liseyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinə qarşı “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş maddi zərərin tutulması” tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Dəmiryol Liseyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinə qarşı “dövlət orqanlarının hərəkətləri səbəbilə əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301, qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışın dövlət orqanlarının hərəkətləri səbəbi ilə məhkəmə qərarı ilə ləğv edilməsi nəticəsində iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun, 3.200.000 manat məbləğində əldən çıxmış faydanın, 50.000 manat məbləğində mənəvi zərərin əvəzinin və hüquqi yardım müqaviləsinə əsasən vəkilə ödənilən 1000 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Cavabdehlərdən ikisi Nazirlik, Azərbaycan Dövlət Dəmir Yolu Liseyi MMC Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin müəssisə və təşkilatları və digər sifarişçilər üçün ixtisaslı fəhlə kadrları hazırlayan təhsil müəssisəsidir. Lisey Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yenidən təşkil edilir və ləğv olunur. Lisey dövlət büdcəsindən maliyyələşdirilir və bilavasitə Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabedir. Liseyin maddi-texniki bazasına bina, təlim tədris-maddi bazasının (tədris kabinetləri, laboratoriyaları, emalatxanaları və s.) təşkili, qurulması və təchizatı AR Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş normativ sənədlər əsasında təmin edilir. Liseyin nizamnamə kapitalı 17954 paydan ibarətdir və 100 faiz pay AR Təhsil Nazirliyinə məxsusdur. 27.09.2007-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət A mərtəbəli qeyri-yaşayış binası ilə bağlı AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə iddiaçı arasında birincinin Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında 300 saylı sərəncamı ilə 6243 saylı icarə müqaviləsi bağlanılıb və bundan sonra həmin ərazi iddiaçının icarəsinə verilib. 08.10.2007-ci ildə AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında 05.10.2007-ci il tarixli 306 saylı sərəncamına əsasən, İddiaçı icarəsində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1511.0 kv.m olan qeyriyaşayış sahəsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı arasında 1888 saylı dəyəri 125.766 manat olan alqı-satqı müqaviləsi bağlanıb. 04.12.2007-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 151 1.0 kv.m olar qeyriyaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m torpaq sahəsi ilə bağlı AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə iddiaçı arasında birincinin Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında 369 saylı sərəncamı ilə 247 saylı icarə müqaviləsi bağlanılıb və bundan sonra həmin ərazi iddiaçının icarəsinə verilib. 07.12.2007-ci il tarixdə AR Dövlət əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə iddiaçı arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1511.0 kv.m olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m torpaq sahəsi ilə bağlı, birincinin 373 saylı sərəncamı əsasında 1047 saylı dəyəri 5950 manat olan alqı-satqı müqaviləsi bağlanılıb. Alqı-satqı müqavilələri əsasında İddiaçı adına AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301 qeydiyyat nömrəsi ********* olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarış verilib. Mübahisə predmeti olan daşınmaz əmlak obyektləri iddianın mübahisələndirildiyi tarixə kimi iddiaçıya məxsus olub və bu dövrdə əmlakın özəlləşdirilməsinin qanunsuzluğu ilə bağlı iddiaçıya heç bir dövlət orqanından, eləcə də, AR Təhsil Nazirliyindən şikayət və s. daxil olmayıb. Özəlləşdirmədən 8 il sonra 2015-ci ildə AR Təhsil Nazirliyi Nərimanov rayon məhkəməsinə müraciət edərək İddiaçı adına AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci ci il tarixli, reyestr nömrəsi **********96-06301 qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışın etibarsız hesab edilməsi, həmçinin çıxarışın verilməsinə əsas olmuş reyestrdəki qeydiyyatın ləğv olunması barədə tələb irəli sürüb. Nərimanov rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə təmin olunub və Bakı Apellyasiya Məhkəməsi Mülki Kolegiyasının 03 iyun 2016-cı il tarixli qətnaməsi, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 marı 2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılıb. Dövlətdaxili instansiyalar öz. qərarlarında iddiaçıya əmlakın geri alınması nəticəsində dəymiş zərərlə bağlı hər hansı kompensasiya ödənişinin həyata keçirilməsini müəyyən etməyiblər. İddiaçı qeyd edir ki, dövlət orqanlarının təqsirli hərəkətləri nəticəsində o, maddi və mənəvi zərərə məruz qalıb. Belə ki, dövlət orqanları ilə bağladığı müqaviləyə etimad edərək əldə etdiyi Çıxarış və şəhadətnamə 8 il sonra etibarsız hesab edilib və iddiaçının zərəri ödənilməyib. İddiaçının AR Konstitusiyasının 29. Maddəsi və İnsan Hüquqları və X1 hacıumda Avropa Konvensiyasının 1 savlı Protokolunun 1-ci maddəsi ilə təminat altına alınan Mülkiyyət hüququna müdaxilə olunub. İddiaçı qeyd edir ki, o, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnaməni və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301 qeydiyyat nömrəsi 08032955 olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışı AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin müvafiq sərəncamları və həmin orqan ilə arasında bağlanan 1888 saylı dəyəri 125.766 manat olan və 1047 saylı dəyəri 5950 manat olan alqı-satqı müqavilələri əsasında əldə edib. AR İnzibati-icraat haqqında Qanunun 57.5-ci maddəsində göstərilir: Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. İddiaçı bildirir ki, o, mübahisə predmeti olmuş daşınmaz əşyaları Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 306 və 373 sərəncamları ilə əldə etmişdi, bu aktlar əlverişli inzibati akt idi və hətta qanunsuz olsa belə həmin aktla mübahisələndirilmədən sərəncam əsasında bağlanılmış alqı-satqı müqavilələri etibarsız hesab edilə bilməzdi. İddiaçı əlavə edir ki İİHQ-un 67.5-ci maddəsindən açıqca görünür ki, həmin daşınmaz əşyaların özəlləşdirilməsi ilə bağlı prosedur dövlət orqanları tərəfindən mübahisələndirilə bilməzdi. Digər tərəfdən, belə qanunsuz əlverişli inzibati aktların ləğv olunmasının zəruri hesab edildiyi hallarda belə (İnzibati-icraat haqqında qanunun 67.8-ci maddəsində göstərilir ki, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır.) İnzibati-icraat haqqında Qanunun 67.12-ci maddəsi inzibati orqana bununla bağlı İ illik xüsusi iddia müddəti müəyyən edir. Bu da təbii ki, şəxsin etimadının qanunla qorunması ilə bağlı hüquq yanaşmasından irəli gəlir. Lakin AR Təhsil Nazirliyi müqavilədən 8 il sonra Nərimanov rayon məhkəməsinə müraciət edərək mübahisə predmeti olan daşınmaz əmlak obyektlərinin onun balansında olduğunu əsas göstərmişdir. Halbuki Təhsil Nazirliyinin və AR Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, dövlətdən ayrı şəxs kimliyi mövcud deyildi. Digər tərəfdən digər cavabdeh olan Azərbaycan Dövlət Dəmir Yol Liseyi MMC şəklində təşkil olunsa da bilavasitə Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabedir və dövlət büdcəsindən maliyyələşir. MMC-nin yüz faiz payları Təhsil Nazirliyinə məxsusdur. İddiaçı bildirir ki, alqı-satqı müqavilələri etibarsız hesab edilmiş daşınmaz əşyaların hansı dövlət orqanının balansında olmağı, b.ı daşınmaz əşyaların yekunda dövlətə məxsus olduğunu istisna etmirdi. İddiaçı da bu əşyaları məhz dövlətdən tamamilə legitim bir gözləntiyə əsaslanaraq, müqavilə əsasında əldə etmişdi. Bu müqavilələrdən sonra həmin əşyalara dair Çıxarış və şəhadətnamə də əldə edilmişdi. Digər bir sözlə, dövlət tamamilə öz iradəsi əsasında həmin əşyalarla bağlı sərəncamvermə səlahiyyətini istifadə etmiş, İddiaçı da bu əşyaları əldə etmişdi. Bildirir ki, inzibati-icraat haqqında Qanun qanunsuz inzibati aktın əlverişli mahiyyətdə olduğu vəziyyətlərdə, həmin aktın ləğvi imkanını məhz şəxslərin maraqlarını qorumaq məqsədi ilə məhdudlaşdırır. Çünki şəxslər dövlətə və onun səlahiyyəti iləri qismində gördükləri dövlət orqanlarına, eləcə də onların iradə ifadəsini göstərən inzibati orqanların qəbul etdiyi aktlara etimad edir və dövlət də öz növbəsində bu etimadın hər cür qorunmasına təmin verir. Dövlətdaxili məhkəmələr Çıxarış və şəhadətnamənin hesab edilməsi ilə bağlı Azərbaycan Respublikasında Dövlət əmlakının özəl əşdiıilməsi haqqında Qanuna istinad etdi. Lakin “Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında" Qanunun, təməldə məhz dövlət orqanlarının həmin əmlaklarla bağlı sərəncam vermə səlahiyyətini məhdudlaşdırmaq olduğunu, elə bu səbəblə də əgər dövlət orqanları hətta bu qanunları pozaraq əlverişli mahiyyətdə inzibati aktlar qəbul edirlərsə (qanunsuz əlverişli inzibati akt), qanuna və bu aktlara istinad edərək bundan yararlanan şəxslərin hüquqlarının qanunda göstərilən istisnalar xaricində (hətta həmin istisnaların belə 1 il ərzində mübahisələndirilməsi şərti ilə) əllərindən alınması mümkün olmadığını nəzərə almadı. İddiaçı təkrar edir ki, o dövlət orqanlarının hərəkətləri nəticəsində zərərə məruz qalıb. İddiaçı bildirir ki, o, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 306 və 373 sərəncamlarına, həmçinin alqı-satqı müqaviləsindən sonra iddiaçının adına AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301 qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas. 414,6 m2 köməkçi sahədən ibarət ½ mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışa, yəni dövlət orqanlarının hərəkətlərinə etimad edib, lakin bu etimadın ziddinə olaraq, ona məxsus olan daşınmaz əşyalar 8 il sonra əlindən alınıb və müqavilələr, şəhadətnamə və Çıxarış və s. etibarsız hesab edilib. Yuxarıdakı maddədən də göründüyü kimi, qanunvericilik dövlət orqanlarının vurduğu zərər üçün obyektiv məsuliyyət halını müəyyən edir. Yəni dövlət orqanlarının hərəkətləri nəticəsində fiziki və hüquqi şəxslərə zərər vurulubsa, bununla bağlı dövlət orqanının təqsirinin olub-olmadığı araşdırılmır və dövlət bu zərərin ödənilməsinə təminat verir. İddiaçı AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında bağlanan 1888 saylı və 1047 saylı alqı-satqı müqavilələrinə əsasən 125.766 manat və 5950 manat ödəyib. İddiaçı təkrar edir ki, hazırda AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında bağlanan 1888 saylı və 1047 saylı alqı-satqı müqavilələri əsasında İddiaçı adına AR Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 ceydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008ci il tarixli, reyestr nömrəsi **********96-06301 qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas. 414.6 m2 köməkçi sahədən ibarət ½ mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarış Nərimanov rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə ləğv olunjb. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2016-cı il tarixli qətnaməsi, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılıb. İddiaçı bildirir ki, hər nə qədər dövlətdaxili instansiyalar AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə iddiaçı arasında bağlanan 1888 saylı və 1047 saylı alqısatqı müqavilələrini mübahisələndirmədən, həmin müqavilələr əsasında verilmiş Çıxarışı və şəhadətnamə etibarsız hesab etsələr də, həmin alqı-satqı müqaviləsi ilə əmlakın özəlləşdirilməsi mümkün olmadığından tərəflər arasındakı müqavilə münasibətləri faktiki olaraq, xitam olunub. Lakin iddiaçı müqavilə bağlanarkən 125.766 manat və 5950 manat olmaqla cəmi 131.736 manat ödəsə də, ona dəymiş zərər dövlət orqanları tərəfindən bu günə kimi ödənilməyib. İddiaçı bildirir ki, 2Ü07-ci ildə ödədiyi bu məbləğ 2019-cıı ilə kimi külli miqdarda qiymətdən düşüb. Nərimanov rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə ləğv edilən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301 qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyriyaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışın aid olduğu ərazidəki daşınmaz əmlak obyektlərinin qiyməti 1.000.000 manatdan daha çoxdur. İddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində hazırda bu gəliri əldə etməkdən məhrum olub və faktiki əldən çıxmış faydası 3.200.000 manatdan daha çoxdur. Belə ki, həmin əmlak banka girov qoyulan zaman qiymətləndirilmiş və qiymətləndirmə dövrü üçün əmlakın dəyəri 4.000.000 ABŞ Dolları təşkil etmişdir. Dövlət orqanları iddiaçının real zərərini və ya əldə çıxmış faydasını bu günə kimi ödəməyiblər. İddiaçı dövlət orqanlarının təqsirli hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalıb. İddiaçı təkrar edir ki, o, dövlət orqanlarının hərəkətləri nəticəsində zərərə məruz qalıb. Bu zərər onunla bağlı həm maddi, həmçinin mənəvi nəticələr meydana gətirib. Belə ki, ona məxsus olan daşınmaz əşyalar 8 il sonra məhkəmə qərarı ilə əlindən alınıb və qarşılığında heç bir kompensasiya ödənişi edilməyib. AR Mülki Məcəlləsi 1100-cu maddəsi dövlət orqanlarının vurduğu zərər üçün obyektiv məsuliyyət halını müəyyən edib. Bu səbəblə hazırki iş üzrə dövlət orqanlarının hətta heç bir təqsirləri olmasa belə, meydana gələn zərərin mənəvi tərəfini qarşılamaq öhdəlikləri qanunvericilikdə müəyyən olunub. İddiaçı əlavə edir ki, o məruz qaldığı zərərin əvəzini ala bilmək üçün məcbur qalıb hüquqlarının məhkəmə müdafiəsi üçün vəkillə müqavilə bağlayıb. Belə ki, tərəflər arasındaki 05 oktyabr 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı nümayəndəsi və vəkili Vəkil1 1000 (min) manat məbləğində xidmət haqqı ödəmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, 03.09.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi “dövlət orqanlarının hərəkətləri səbəbilə əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi” hissəsində təmin edilməmiş, məhkəmənin eyni saylı, eyni tarixli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı iddia tələbinin “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun tutulması”na dair hissəsində iş üzrə icraata xitam verilmişdir. İddiaçının qeyd edilən qərardaddan verdiyi şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1238/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1412/2021 saylı 29.01.2021-ci il tarixli Qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, 03.09.2020-ci il tarixli qərardadı ləğv edilərək mülki iş iddia tələbinin “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun tutulması”na dair hissəsində mahiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 08.04.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəmə müraciət edərək qeyd etmişdir ki, mübahisə predmeti olan qeyri- yaşayış sahəsi və torpaq sahəsi alqı-satqı edilən zaman 133000 manat təşkil etsə də, 14 ilə qeyri-yaşayış sahəsinin dəyəri dəfələrlə artmışdır. Belə ki, mübahisə predmeti əmlak girov qoyulmaqla “xxxx” ASC-dən kredit götürülmüş, həmin vaxt əmlakın dəyəri ******* (üç milyon iki yüz min) manat dəyərləndirildiyini bildirmiş və İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Dəmiryol Liseyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinə qarşı “İddiaçı adına AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301, qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışın dövlət orqanlarının hərəkətləri səbəbi ilə məhkəmə qərarı ilə ləğv edilməsi nəticəsində iddiaçıya dəymiş ******* manat məbləğində əsas pulun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X6, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Dəmiryol Liseyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinə qarşı “dövlət orqanlarının hərəkətləri səbəbilə əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş 131 716 manat məbləğində əsas pulun tutulması”na dair hissəsində əlavə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsinə əsasən, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. İş materiallarından görünür ki, 08.10.2007-ci ildə AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyriyaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında 05.10.2007-ci il tarixli 306 saylı sərəncamına əsasən, İddiaçı icarəsində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1511.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı arasında 1888 saylı dəyəri 125.766 manat olan alqı-satqı müqaviləsi bağlanıb. İş materiallarından görünür ki, 07.12.2007-ci il tarixdə AR Dövlət əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə iddiaçı arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1511.0 kv.m olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m torpaq sahəsi ilə bağlı, 373 saylı sərəncam əsasında 1047 saylı dəyəri 5950 manat olan alqı-satqı müqaviləsi bağlanılıb. Mülki işin materiallarında öz əksini tapan sənədlərdən müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, 2015-ci ildə AR Təhsil Nazirliyinin Nərimanov rayon məhkəməsinə müraciəti əsasında Nərimanov rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı adına AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci ci il tarixli, reyestr nömrəsi **********96-06301 qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarış etibarsız hesab edilmiş, həmçinin çıxarışın verilməsinə əsas olmuş reyestrdəki qeydiyyat ləğv olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kolegiyasının 03 iyun 2016-cı il tarixli qətnaməsi, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. İş materiallarından görünür ki, əmlakın geri alınması nəticəsində dəymiş zərərlə bağlı hər hansı kompensasiya ödənişinin həyata keçirilməsi müəyyən etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddianın təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yuxarıda göstərildiyi kimi, iddiaçının tələbi Çıxarışın dövlət orqanlarının hərəkətləri səbəbi ilə məhkəmə qərarı ilə ləğv edilməsi nəticəsində iddiaçıya dəymiş ******* manat məbləğində maddi zərərin cavabdehlər tərəfindən ona ödənilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1 -ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Mülki Məcəllənin 421-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 1100-cü maddəsinə əsasən Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikası dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə Qaydaları”nın 2-ci bəndinə əsasən özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur. Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidentinin 09.02.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əsasnaməsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd olunan normativ hüquqi aktların tələblərindən göründüyü kimi özəlləşdirmə nəticəsində əldə edilən pul vəsaitinin 25 faizinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsi) hesabına, 75 faizinin isə dövlət büdcəsinə keçməsi nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ədalət mühakiməsi səmərəli olmalı, prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtlənməlidir ki, nəticədə konstitusion əhəmiyyətə malik dəyərlərə xələl gətirilməsin və şəxsin qanunvericiliyin müddəasından irəli gələn qanuni hüququ pozulmasın. Qeyd edilən tələb həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhkəmə Çıxarışın etibarsız hesab edilməsi, həmçinin çıxarışın verilməsinə əsas olmuş reyestrdəki qeydiyyat ləğv olunması nəticəsində tərəflər əvvəlki vəziyyətə qayıtdığından əmlak üzrə ödənilmiş məbləğin geri qaytarılmasını əsaslı hesab edir. Məhkəmə qeyd edilmiş hüquq normalarına əsaslanaraq, əmlakın hazırki bazar qiymətinə uyğun olaraq zərərin ödənilməsinə münasibətdə iddia tələbini isə əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən icarəsində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1511.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair 1888 saylı alqı-satqı müqaviləsinə əsasən 125.766 manat, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1511.0 kv.m olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m torpaq sahəsi ilə bağlı, 373 saylı sərəncam əsasında 1047 saylı alqı-satqı müqaviləsinə əsasən 5950 manat olmaqla, ümumilikdə, 131.716 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə müəyyən edilən 131.716 manat məbləğində pul cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətindən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış 08.10.2007-ci il tarixli, 1888 saylı alqısatqısı müqaviləsi üzrə ödənilmiş 125.766 manat, 07.12.2007-ci tarixli, 1047 saylı alqısatqısı müqaviləsi üzrə ödənilmiş 5950 manat məbləğində pul vəsaitinin 25 faizi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətindən, 75 faizi isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq, İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 229-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İş üzrə əlavə qətnamə çıxarılsın. “Dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş zərərin tutulması”na dair hissədə iddia qismən təmin edilsin. İddiaçı tərəfindən ödənilmiş 131.716 manat məbləğində pul vəsaitinin 75 %-i, yəni 98.787 manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə, qalan 25%-i, yəni 32 929 manat Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Əlavə qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar