Məhkəmə qərarları › İş №2(005)-210/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-210/2023

22.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-210/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “naturada bölgü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyri-yaşayış binasının bir hissəsində (0.02046 ha torpaq sahəsi və 63.1 kv.m qeyri-yaşayış sahəsi) “Nissan Maxima” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobildə, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyatı nişanlı avtomobildə, “Kamaz 55111” yük markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobildə və “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobildə payının naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi və ya əmlakın açıq hərracda satılması, həmçinin iddia tələbi üzrə ödənilən 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 fevral 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuş və birgə nikahdan iki övladları 06 aprel 2007-cı il təvəllüdlü X13 və 16 mart 2009-cu il təvəllüdlü X14 anadan olmuşdur. Cavabdehlə birgə nikah dövründə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən 32 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyri-yaşayış binasının bir hissəsi (0.02046 ha torpaq sahəsi və 63.1 kv.m qeyri-yaşayış sahəsi) həmçinin ““Nissan Maxima” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyatı nişanlı avtomobil, “Kamaz 55111” yük markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobildə və “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Birgə nikah dövründə əldə olunmuş əmlakın mübahisəsi ilə əlaqədar olaraq mülki işə Yasamal Rayon Məhkəməsinin 2(004)-1259/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsi qəbul edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin mahiyyətinə uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1259/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixli 121 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; İddiaçı ilə Cavabdeh birgə nikahından olan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X14 anası X8 himayəsində saxlanılması; xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X2 üçün cavabdehdən hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi; Birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyri-yaşayış binasının bir hissəsinə (0.02046 ha torpaq sahəsi və 63.1 kv.m qeyri-yaşayış sahəsi) “Nissan Maxima” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə, “VAZ 21074” minik markalı **- DU-*** dövlət qeydiyyatı nişanlı avtomobilə, “Kamaz 55111” yük markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı ½ hissədə payı müəyyən edilmişdir. 23 iyun 2008-ci il tarixli müqavilənin məzmunundan görünür ki, “Avtomobilist” Kooperativi adından “Avtomobilist” Kooperativinin ümumi yığıncağının xx.xx.2008-ci il tarixli, 08 nömrəli protokoluna əsasən Sabirabad rayonu , Bala-Həşimxanlı kəndində yaşayan X9 və digər tərəf (İkinci tərəf) Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yaşayan X11 aşağıdakı məzmundan müqavilə bağlamışdır:

1. “İkinci tərəf” Azərbaycan Respublikası İİN DÖƏD Mülkiyyət hüququ haqqında reyestr kitabının və xx.xx.2002-ci il tarixli Şəhadətnaməyə və Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş 11/592 nömrəli xx.xx.2008-ci il tarixli arayışa əsasən ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllə ünvanında yerləşən 0,026 ha torpaq sahəsini mülkiyyət hüququ formasında pay şəklində Birinci tərəfin nizamnamə kapitalına verir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 32 saylı fərdi yaşayış evi 14 saylı saylı DNK-nın 4Ə-469 reyestr nömrəli xx.xx.2002ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2003-cü il tarixdə qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinə dair Cavabdeh ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı rəhbərinin müavini-katibliyin müdiri X6 arasında 13 saylı DNK-nın 4Ə/201 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır, lakin sözügedən müqavilə dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdeh adına Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65c saylı qeyri-yaşayış binasının bir hissəsi (0.02046 ha torpaq sahəsi və 63.1 kv.m qeyri-yaşayış sahəsi) 19 saylı DNK-nın 4Ə-401 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 94, 36 saylı mənzil xx.xx.1996-cı il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, “Kamaz 55111” yük markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir.( girov müqaviləsinə əsasən özgəninkiləşməsinə qadağa qoyulmuşdur) “Nissan Maxima” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. (İpoteka müqaviləsinə əsasən özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur). “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyatı nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. (Girov müqaviləsinə əsasən özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur). “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı ümumi sahəsi 203.10 kv.m olan qeyri-yaşayış binasının bir hissəsində (0.02046 ha torpaq sahəsi və 63.1 kv.m qeyriyaşayış sahəsi) İddiaçı mülkiyyətindədir (1/2 hissəsi). 0,02046 ha torpaq sahəsi və 63.1 kv.m qeyriyaşayış sahəsinin digər ½ hissəsi isə Cavabdeh mülkiyyətindədir. Xəbərdarlıq məktubunun məzmunundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1259/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə və s. üzərinə düşən öhdəlikləri 10 iş günü ərzində yerinə yetirməyi, əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll olunacağı bildirilmişdir. Əmlak Ekspert Mərkəzinin 19 dekabr 2022-ci il tarixli, ƏEM/D 49-862/22 saylı ekspert rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyriyaşayış binasının bir hissəsi (0.02046 ha torpaq sahəsi və 63.1 kv.m qeyri-yaşayış sahəsi) bazar dəyəri 400.000 (dörd yüz min) manat, likvid dəyəri 380.000 (üç yüz səksən min) manat təşkil edir. Nissan Maxima markalı avtomobilin bazar dəyəri 17.500 (on yeddi min beş yüz) manat, Vaz 21074 markalı avtomobillər hər biri müvafiq olaraq 6.000 (altı min) manat və Kamaz 55111 markalı avtomobil 20.000 (iyirmi min) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli , 10/140 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyri-yaşayış binasından İddiaçı və Cavabdeh ½ payına yaxın şəkildə naturada 2 hissəyə bölünməsi Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bölgü zamanı Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyri-yaşayış binasından 2, 4, 5, 9 , 13, 7 saylı dəhlizin daxilində yaranmış 2 kv.m sahə və 12 saylı otağın daxilində yaranmış 31.1 kv.m sahə tərəflərin birinə, digər hissələri hissə tərəflərin digərlərinə düşə bilər. Bu zaman tərəflərin birinə qeyri-yaşayış sahəsindən ½ payına 31,4 kv.m , torpaq sahəsindən 96 kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 76.8 kv.m) və tərəflərin digərinə isə qeyri-yaşayış sahəsindən ½ payına 31,1 kv.m torpaq sahəsindən 103.kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 80.9 kv.m düşə bilər. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarının təsviri-əsaslandırma hissəsində deyilir ki, “Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.” Mülki işin hallarının araşdırılması zamanı iddiaçının tələbi əsasında ona məxsus olan tikilinin digər tikililərdən naturada ayrılmasının mümkün olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli , 10/140 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyri-yaşayış binasından İddiaçı və Cavabdeh ½ payına yaxın şəkildə naturada 2 hissəyə bölünməsi Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bölgü zamanı Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyri-yaşayış binasından 2, 4, 5, 9 , 13, 7 saylı dəhlizin daxilində yaranmış 2 kv.m sahə və 12 saylı otağın daxilində yaranmış 31.1 kv.m sahə tərəflərin birinə, digər hissələri hissə tərəflərin digərlərinə düşə bilər. Bu zaman tərəflərin birinə qeyri-yaşayış sahəsindən ½ payına 31,4 kv.m , torpaq sahəsindən 96 kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 76.8 kv.m) və tərəflərin digərinə isə qeyri-yaşayış sahəsindən ½ payına 31,1 kv.m torpaq sahəsindən 103.kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 80.9 kv.m düşə bilər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ekspert rəyi nəzərə alınmaqla İddiaçı iddia tələbininin Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyri-yaşayış binasının bir hissəsində (0.02046 ha torpaq sahəsi və 63.1 kv.m qeyri-yaşayış sahəsi) naturada ayrılması hissəsi təmin edilməlidir. Mübahisəli əmlakın naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli , 10/140 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyriyaşayış binasından İddiaçı və Cavabdeh ½ payına yaxın şəkildə naturada 2 hissəyə bölünməsi Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bölgü zamanı Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyriyaşayış binasından 2, 4, 5, 9 , 13, 7 saylı dəhlizin daxilində yaranmış 2 kv.m sahə və 12 saylı otağın daxilində yaranmış 31.1 kv.m sahə tərəflərin birinə, digər hissələri hissə tərəflərin digərlərinə düşə bilər. Bu zaman tərəflərin birinə qeyri-yaşayış sahəsindən ½ payına 31,4 kv.m , torpaq sahəsindən 96 kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 76.8 kv.m) və tərəflərin digərinə isə qeyri-yaşayış sahəsindən ½ payına 31,1 kv.m torpaq sahəsindən 103.kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 80.9 kv.m düşə bilər. Bununla da, məhkəmə hesab edir ki, mübahisəli əmlakın naturada ayrılmasının mümkünlüyü məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli , 10/140 saylı rəyi ilə sübuta yetirildiyindən, bu tələb üzrə əlavə araşdırmanın aparılmasına hər hansı zərurət qalmamışdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Məhkəmə iddia tələbinin “Nissan Maxima” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobildə, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyatı nişanlı avtomobildə, “Kamaz 55111” yük markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobildə və “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobildə payının naturada ayrılması hissəsi ilə bağlı qeyd edir ki, qeyd olunan avtomobillərin naturada ayrılması qeyri-mümkün olduğundan iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Nissan Maxima” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobildə, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyatı nişanlı avtomobildə, “Kamaz 55111” yük markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobildə və “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobildə payının naturada ayrılması məhkəmə tərəfindən mümkün olmadığı hesab olunduğu halda, paya uyğun kompensasiya ödənilməsi və ya əmlakın açıq hərracda satılması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1259/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyri-yaşayış binasının bir hissəsinə (0.02046 ha torpaq sahəsi və 63.1 kv.m qeyri-yaşayış sahəsi) “Nissan Maxima” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyatı nişanlı avtomobilə, “Kamaz 55111” yük markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı ½ hissədə payı müəyyən edilmişdir. Hazırda iddiaçı mənzilin və avtomobillərin ümumi paylı mülkiyyətçilər, yəni onun və Cavabdeh arasında naturada bölünməsini, ümumi paylı mülkiyyətin naturada bölünməsi mümkün olmadığı təqdirdə, mənzilin açıq hərracdan satılaraq, əldə olunmuş vəsaitin paylarına uyğun olaraq bölüşdürülməsini tələb edir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, əmlakın naturada bölünməsinin mümkün olmadığından iddiaçının əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması barədə tələbi əsaslıdır və bu səbəbdən təmin edilməlidir. Eyni zamanda, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinadən onu da qeyd edir ki, bu tələblər biri-biri ilə əlaqəli olduğundan və bu 3 tələb üzrə əvvəlki tələbin (məsələn naturada bölgünün mümkün olduğu və ya bu mümkün olmasa da sonradan kompensasiya ödənilməsi ilə bağlı əldə edilmiş razılıq) təmin edilməsi sonrakı tələbin təmin edilməsini istisna etməsinə baxmayaraq, onlar ayrı-ayrı icraat üzrə deyil, bir icraatda baxılmalı və nəticədə ilk iki tələb müsbət həll edilməsə də, ümumilikdə iddia təmin edilməlidir. Belə ki, Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarda nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkün hesab edilmişdir ki, bu da öz növbəsində bu ardıcıllığa riayət etməklə bu tələblərin vahid bir iddia üzrə irəli sürülməsini mümkün edir. Beləliklə, göründüyü kimi, iddiaçı əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş və həmin qaydalara uyğun olaraq bu barədə tələb irəli sürməklə məsələnin ilk olaraq cavabdehlə paylı mülkiyyətlərində olan əmlakın bölünməsi, bu mümkün olmadığından isə sonradan öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi yolu ilə həll edilməsinə nail olmaq istəmiş, lakin bu bir nəticə verməmişdir. Bu səbəbdən iddia tələbi təmin edilməli, tərəflərin ümumi mülkiyyətdə olan əmlak açıq hərracdan satılmalı və satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə həmçinin «Əmlak Ekspert Mərkəzinin 19 dekabr 2022-ci il tarixli, ƏEM/D 49- 862/22 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyri-yaşayış binasının bir hissəsi (0.02046 ha torpaq sahəsi və 63.1 kv.m qeyri-yaşayış sahəsi) bazar dəyəri 400.000 (dörd yüz min) manat, likvid dəyəri 380.000 (üç yüz səksən min) manat təşkil edir. Nissan Maxima markalı avtomobilin bazar dəyəri 17.500 (on yeddi min beş yüz) manat, Vaz 21074 markalı avtomobillər hər biri müvafiq olaraq 6.000 (altı min) manat və Kamaz 55111 markalı avtomobil 20.000 (iyirmi min) manat müəyyən edilməsi qənaətindədir. Belə ki, cavabdeh tərəf həmin məbləğlə bağlı etiraz təqdim etməmişdir. Habelə, məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 600 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq müvafiq olaraq ödənilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya verilməsi hissəsində də əsaslı hesab edərək, belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyri-yaşayış binası tərəflərin paylarına uyğun naturada bölünsün, “Nissan Maxima” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyatı nişanlı avtomobil, “Kamaz 55111” yük markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili açıq hərracda satılsın, əmlakın satışından əldə edilən pul vəsaiti bu əmlakların mülkiyyətçiləri olan İddiaçı ilə Cavabdeh arasında, onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyri-yaşayış binası tərəflərin payına müvafiq olaraq naturada aşağıdakı qaydada ayrılsın. Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, 65 c saylı qeyri-yaşayış binasından 2, 4, 5, 9 , 13, 7 saylı dəhlizin daxilində yaranmış 2 kv.m sahə və 12 saylı otağın daxilində yaranmış 31.1 kv.m sahə tərəflərin birinə, digər hissələri tərəflərin digərlərinə düşməsi tərəflərin birinə qeyri-yaşayış sahəsindən ½ payına 31,4 kv.m , torpaq sahəsindən 96 kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 76.8 kv.m) və tərəflərin digərinə isə qeyri-yaşayış sahəsindən ½ payına 31,1 kv.m torpaq sahəsindən 103.kv.m (ümumi tikinti altı sahə) faktiki tikililərin sahəsi 80.9 kv.m düşməsi İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan “Nissan Maxima” minik markalı **-UF- *** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyatı nişanlı avtomobil, “Kamaz 55111” yük markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılsın. Açıq hərracda satılan “Nissan Maxima” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 17.500 (on yeddi min beş yüz) manat, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyatı nişanlı avtomobil dəyəri 6000 (altı min) manat, “Kamaz 55111” yük markalı, **- FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 20000(iyirmi min) manat, “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 6000 (altı min) manat məbləğində müəyyən edilsin. “Nissan Maxima” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyatı nişanlı avtomobil, “Kamaz 55111” yük markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillərinin satışından əldə edilən pul vəsaiti bu avtomobillərin mülkiyyətçiləri olan İddiaçı ilə Cavabdeh arasında, onların paylarına mütənasib surətdə (1/2 hissəsinə İddiaçı və ½ hissəsinə Cavabdeh payları nəzərə alınmaqla) bölüşdürülsün. İddia tələbi qalan hissədə rədd olusun. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq, iddiaçının xeyrinə tutulsun. Keçirilmiş məhkəmə ekspertizanın xərci olaraq 500 (beş yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar