Məhkəmə qərarları › İş №2(005)-2100/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2100/2021

08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2100/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (Olimpus Park) qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı «dəymiş maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin rəhbərliyindən 500000 manat məbləğində maddi ziyan, 100000 manat dəyərində mənəvi ziyan, 31 manat dövlət rüsumu və 151 manat xidmət haqqı, cəmi 600182 manat onun xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 79,60 kv.metr yaşayış sahəsinin 1/5 hissəsinin mülkiyyətçisidir. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.06.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan Çıxarış verilmişdir. Daşınmaz əmlakın reyestr nömrəsi: **********48-05101-093005. Həmin ərazidə cavabdeh "xxxx"xxxx"N-Turan' MMC-nin direktoru mülkiyyətçi kimi onunla müqavilə bağlamadan, mənzilinin pulunu bazar qiymətinə uyğun ədalətli şəkildə qabaqcadan ödəmədən, mülkiyyətində olan mənzilin giriş-çıxışını uçurub dağıtmaqla bağlamış, pəncərələrinin şüşələrini və dəmir reşotkalarını qırıb dağıtmış, mənzilin qapılarını yerindən çıxarmış və mənzilinin üstündə olan tikililəri söküb dağıtmaqla mənzilini yararsız vəziyyətə salmışdır. Günlərlə yağan leysan yağışlar birbaşa mənzilinə tökülür. Mənzilin su xəttini sıradan çıxarmaqla suya basmış, nəticədə mənzilin tavanı üstünə uçmağa başlamışdır. Həmin mənzildə yaşamaq qeyri mümkündür. Cavabdeh "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində mənzilin qaz, su və işıq xəttləri tam yararsız vəziyətə salınmışdır. Mənzilində olan əşyalar və mebellər tam yararsız hala salınmışdır. Cavabdeh "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Cavabdeh "xxxx" MMC-nin qanunsuz hərəkətlərindən müxtəlif təşkilatlara, hüquq mühafizə orqanlarına müraciət etsə də, cavabdeh onun mənzil, yaşamaq və xüsusi mülkiyyət hüququnu kobud surətdə pozmaqda davam edir. Cavabdeh "xxxx" MMC-nin belə hərəkətləri tam qanunsuzdur və ədalətsizdir, cavabdehin özbaşınalığın bariz nümunəsidir. Lakin bu hal qanunla yolverilməzdir. Cavabdeh bu hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının imperativ hüquq normalarının tələblərinə tamamilə ziddir. Pozulmuş konstitusion hüquqlarım məhkəmə qaydasında təmin olunmalı, cavabdeh "xxxx" MMC-nin rəhbərliyindən ona dəymiş maddi və mənəvi ziyan məhkəmə qaydasında xeyrinə tutulmalıdır. Dəymiş maddi ziyanı 500000 manat dəyərində, mənəvi ziyanı isə 100000 manat dəyərində qiymətləndirmişdir. Cavabdehin nizamnaməsinə əsasən fəaliyyət göstərən direktoru Asif Quliyev onun mülkiyyət hüququnu kobud surətdə pozmaqda davam edir. Bir oğlu ilə həmin mənzildə qazsız, susuz və işıqsız qalmışlar. Bu soyuq qış aylarında cavabdehin təqsirindən oğlu X4 ilə birlikdə soyuq mənzildə qalıb, donurlar. Getməyə və ya yaşamağa başqa bir yeri də yoxdur. Hara müraciət etsələr də, hələ müsbət nəticə əldə etməmişlər. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişlər. Məhkəməyə müraciət etmək üçün 31 manat dövlət rüsumu ödəmiş və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun xidmətindən istifadə etmək üçün hesabına 151 manat pul ödəmişdir. Həmin dövlət rüsumu və xidmət haqqı da cavabdeh "xxxx" MMC-dən məhkəmə qaydasında tutulmalıdır. Cavabdeh tərəfindən həyata keçirilmiş söküntü işləri nəticəsində mülkiyyət hüququ pozulmuş, mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ondan sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi də ehtiva edir. Cavabdehin rəhbərliyinin hərəkətlərində xüsusilə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə (CM-nin 186.3 mad.) cinayətinin əlamətləri vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak 1/5 hissədə İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Mənzilin sahəsi 79.60 kv.m-dir. Həmin əmlaka 5/1 hissədə İddiaçı payı qeydiyuyata alınmışdır. Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 21.12.2017-ci il tarixli, 529 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunan ərazidə yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanması məqsədi ilə Cavabdeh MMC-yə həvalə edilməsi qərara alınmışdır. 01.07.2019-cu il tarixli, 6 nömrəli Obyektin Tikintisə İcazədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli və S.Zeynalov küçələrinin kəsişməsində 9200 kv.m hündürmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilə koda dair AZE 002021 seriyalı Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində 3 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının tikilməsi Cavabdeh MMC-yə həvalə edilmişdir. 03 iyun 2021-ci il tarixli yerli baxış protokolundan görünür ki, mübahisəli sahəyə baxış keçirilərkən ərazi cavabdeh tərəfindən hasarlanmış, orada qazıntı işləri aparıldığı müəyyən edilmişdir. Mübahisəli sahə qismən sökülmüşdür. 24.11.2021-ci il tarixli "xxxx" MMC-nin rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 79.60 kv.m yaşayış sahəsinin 1/5 hissəsinin qiymətləndirmə ekspertizası aparılan zaman həmin evin tikinti şirkəti tərəfindən dağınıqlığı çəkilmiş fotoşəkil əsasında həyata keçirilmişdir. ünvan 1 ünvanında yerləşən 79.60 kv.m yaşayış sahəsinə Cavabdeh MMC tərəfindən söküntü zamanı 184944.1 manat məbləğində smeta xərclərində hesablanmış ziyan dəymişdir. Qeyd olunan əmlakın tam təmir olunaraq, hazırki vəziyyətə gətirilməsinə 184944.1 manat məbləğində smeta xərcləri hesablanmış və tam təmirdən sonra mənzilin ümumi bazardakı likvid dəyəri 300000 manat təşkil edir. İddiaçı payına uyğun olaraq həmin əmlakın 5/1 hissəsinin dəyəri 60000 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim etdiyi və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 79,60 kv.metr yaşayış sahəsinin 1/5 hissəsinin mülkiyyətçisidir. Həmin ərazidə Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 21.12.2017-ci il tarixli, 529 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. 01.07.2019-cu il tarixli, 6 nömrəli Obyektin Tikintisə İcazədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli və S.Zeynalov küçələrinin kəsişməsində 9200 kv.m hündürmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair AZE 002021 seriyalı Şəhadətnamə ilə Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində 3 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının tikilməsi Cavabdeh MMC-yə həvalə edilmişdir. Bununla belə məhkəmə tərəfindən 03 iyun 2021-ci il tarixdə keçirilən yerli baxış zamanı MMC-nin direktoru Asif Quliyev söküntü işləri aparılarkən "N-Turan” MMC mülkiyyətçi kimi İddiaçı ilə müqavilə bağlamadan, mənzilinin pulunu bazar qiymətinə uyğun ədalətli şəkildə qabaqcadan ödəmədən, mülkiyyətində olan mənzilin giriş-çıxışını uçurub dağıtmaqla bağlamış, pəncərələrinin şüşələrini və dəmir reşotkalarını qırıb dağıtmış, mənzilin qapılarını yerindən çıxarmış və mənzilinin üstündə olan tikililəri söküb dağıtmaqla mənzilini yararsız vəziyyətə saldığı müəyyən edilmişdir. Mənzilin su xəttini sıradan çıxarmaqla suya bağlamış, nəticədə mənzilin tavanı üstünə uçmağa başlamışdır. Həmin mənzildə yaşamaq qeyri mümkündür. Cavabdeh "xxxx" MMC-nin hərəkətləri nəticəsində mənzilin qaz, su və işıq xəttləri tam yararsız vəziyətə salınmışdır. Mənzilində olan əşyalar və mebellərə baxış keçirilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən həyata keçirilmiş söküntü işləri nəticəsində əmlakın bir hissəsi məhv edildiyindən iddiaçının hüquqları pozulmuş, mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Məhkəmə iş üzrə gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Məhkəmə hesab edir ki, iddia tələbi şəxsin daşınmaz əmlaka hüquqla bağlı olduğundan Avropa presedentlərinin tətbiqi baxımından da bəzi məsələlər təhlil olunmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin hallarından göründüyü kimi İddiaçı ünvan 1 ünvanında yerləşən 79,60 kv.metr yaşayış sahəsinin 1/5 hissəsinin mülkiyyətçisidir. Bununla belə cavabdeh həmin ərazidə Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 21.12.2017-ci il tarixli, 529 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınsa da ünvan 1 ünvanında yerləşən əmlaka dair İddiaçı ilə razılaşmadan, müqavilə bağlamadan, mənzilin dəyərini bazar qiymətinə uyğun ədalətli şəkildə qabaqcadan ödəmədən, mülkiyyətində olan mənzilin giriş-çıxışını uçurub dağıtmaqla bağlamış, pəncərələrinin şüşələrini və dəmir çərçivələrini qırıb dağıtmış, mənzilin qapılarını yerindən çıxarmış və mənzilinin üstündə olan tikililəri söküb dağıtmaqla mənzilini yararsız vəziyyətə saldığı müəyyən edilmişdir. Mənzilin su xəttini sıradan çıxarmaqla suya bağlamış, nəticədə mənzilin tavanı üstünə uçmağa başlamışdır. Həmin mənzildə yaşamaq qeyri mümkündür. Cavabdeh "xxxx" MMC-nin hərəkətləri nəticəsində mənzilin qaz, su və işıq xəttləri də tam yararsız vəziyətə salınmışdır. Bu hal 03 iyun 2021-ci il tarixdə mübahisəli sahəyə keçirilən yerli baxış zamanı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi cavabdehin təşkilatın təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymiş, əmlakı bərpası mümkünsüz olan vəziyyətə gətirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən əmlakın dəyərinin iddiaçıya ödənilməsi ədalətli və əsaslı hesab edilməlidir. 24.11.2021-ci il tarixli "xxxx" MMC-nin rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 79.60 kv.m yaşayış sahəsinin 1/5 hissəsinin qiymətləndirmə ekspertizası aparılan zaman həmin evin tikinti şirkəti tərəfindən dağınıqlığı çəkilmiş fotoşəkil əsasında həyata keçirilmişdir. ünvan 1 ünvanında yerləşən 79.60 kv.m yaşayış sahəsinə Cavabdeh MMC tərəfindən söküntü zamanı 184944.1 manat məbləğində smeta xərclərində hesablanmış ziyan dəymişdir. Qeyd olunan əmlakın tam təmir olunaraq, hazırki vəziyyətə gətirilməsinə 184944.1 manat məbləğində smeta xərcləri hesablanmış və tam təmirdən sonra mənzilin ümumi bazardakı likvid dəyəri 300000 manat təşkil edir. İddiaçı payına uyğun olaraq həmin əmlakın 5/1 hissəsinin dəyəri 60000 manat təşkil edir. Məhkəmə müvafiq ekspert rəyini işin digər halları ilə birlikdə qiymətləndirərək əmlaka vurulmuş maddi zərərə görə 60000 manat məbləğində pulun iddiaçıya cavabdeh tərəfindən ödənilməsini məqbul hesab edir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X1rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. 04.11.2021-ci il tarixli "xxxx" MMC-nin rəyində əmlakın 60000 manat dəyərini işin digər qeyd edilən halları ilə birlikdə nəzərə alaraq məhkəmə mənəvi zərərin əvəzi kimi iddiaçıya 15000 manat məbləğində kompensasiyanın ödənilməsini ədalətli hesab edir. Cavabdehlər barəsində xüsusi qərarın çıxarılmasına dair tələbə münasibətdə məhkəmə qeyd edir ki, MPM-nin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi mülki prosessual qanunvericiliyə uyğun olaraq xüsusi qərarın çıxarılması cinayətin əlamətlərinin aşkar edilməsilə məhkəmə tərəfindən tətbiq edilən hüquqi prosessual hərəkətdir. Odur ki, belə tələb prosessual vəsatət kimi qiymətləndirilməlidir və məhkəmə bu məsələdə tərəflərin mülahizəsindən asılı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçının iddia tələbinin qismən təmin edildiyini, habelə hazırki iddia tələbinin cavabdehin yol verdiyi xətanın nəticəsində irəli sürüldüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat məbləğində olan hissəsi iddiaçının xeyrinə, habelə keçirilmiş məhkəmə ekspertizasının xərci 500 manat cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin olunmalı, Cavabdeh MMC-dən maddi ziyana görə 60000 manat məbləğində pul, mənəvi zərərə görə 15000 manat məbləğində pul vəsaiti və 10 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul , Cavabdeh MMC-dən tutularaq H/Hesabı AZ06AİİB********************, VÖEN **********, "xxxx" ASC Sumqayıt filialı, Bank kodu 200253, Müxbir hesabı AZ37NABZ********************, Bank VÖEN **********, SWİFT kod AİİBAZ2X – "xxxx" MMC-nin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən maddi ziyana görə 60000 (altmış min) manat məbləğində pul, mənəvi zərərə görə 15000 manat məbləğində pul vəsaiti və 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq (H/Hesabı AZ06AİİB********************, VÖEN **********, "xxxx" ASC-nin Sumqayıt filialı, Bank kodu 200253, Müxbir hesabı AZ37NABZ********************, Bank VÖEN **********, SWİFT kod AİİBAZ2X ) "xxxx" MMCnin hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar