Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-211/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh3, Cavabdeh1na və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “əqdin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh3, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “əqdin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış, Bakı şəhəri 54 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edimiş 14 dekabr 2022ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqavilsəinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 qeyd olunan mülki işlərin bir icraatda birləşdirilib-birləşdirilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil3 yazılı vəsatətə uyğun izahat verərək bildirdi ki, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı Midhət qızı, X3 və X1 qarşı 2(005)-2292/2023 nömrəli mülki işin icraatı dayandırılmışdır. Əlavə olaraq qeyd etdi ki, həmin mülki iş hazırki mülki işlə əlaqəli olduğundan onlara birləşdirilərək bir icraatda baxıla bilər. Məhkəmə iş materiallarını və cavabdehin vəsatətini araşdırıb hesab edir ki, hazırki 2(005)-211/2024 nömrəli mülki iş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, X2 qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki işlə eyni növlü, eləcə də eyni tərəflər arasında olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, 2(005)-211/2024 saylı mülki iş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, X2 qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcə də, eyni tərəflər arasında olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməli, hər iki mülki işə 2(005)- 2292/2023 nömrəli mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cüvə 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh3, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “əqdin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-211/2024 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan 2(005)- 2292/2023 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilsin. Birləşdirilmiş iş üzrə 2(005)-2292/2023 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-211/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-211/2024
30.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver