Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2117/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, (11500 ABŞ dolları ekvivalentində) 19550 manat pulun, ödənilmiş, 30 manat dövlət rüsumunun və mənəvi zərərə görə 1000 manat pulun Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxx 2016-cı ildə tanışı Nicat İmanov ona yaxşı qazancı olan iş olduğunu bildirmiş, iddiaçı ondan həmin şəxsin kim olmasını və tanıyıb tanımamasını soruşanda həmin şəxsi tanıdığını və Mirəli adlı şəxsin kürəkəni olduğunu, adının Vurğun olduğunu demişdir. İddiaçı nəzərdə tutulan pul məbləğini dollarla verməyi, Vurğun isə armatur və taxta alveri edib gələn gəlirdən hər ay müəyyən məbləğdə pul verəcəyini öhdəsinə götürmüşdür. xx xxx 2016-cı ildə Bakı şəhəri Bakıxanov qəsəbəsində o, 25000 ABŞ dolları pulu Nicat İmanovun yanında Cavabdeh vermişdir. Bundan 15 gün sonra iddiaçı Bakı şəhəri Nərimanov rayonunda Nicat İmanovun yanında Cavabdeh daha 25000 ABŞ dolları vermişdir. xx xxxx 2016-cı ildə Bakı şəhəri Nərimanov rayonunda evinin yanında Cavabdeh əlavə olaraq 25000 ABŞ dolları və 3000 manat vermişdir. Əvvəldən də danışıqları belə olmuşdu ki, iddiaçı pulu dollar ilə verəcək və dollar ilə də təhvil almalı idi. Ümumilikdə Cavabdeh 75000 ABŞ dolları və 3000 manat pul vermiş, həmin pulu o başqa şəxsdən borc aldığını bildirmişdir. 6 ay ərzində iddiaçıya qazanc kimi hissə-hissə 15950 ABŞ dolları qaytarmışdır. xx xxxxxxxx 2016-cı ildə ona məlum olmuşdur ki, Cavabdeh onu aldatmış və ondan aldığı puldan hissə-hissə iddiaçıya qaytarırmış. Bundan sonra hissə-hissə iddiaçıya 24250 ABŞ dolları pul qaytarmışdır. Bu məsələ barədə Cavabdeh qayınatası Mirəli adlı şəxs xəbər tutmuş, məsələni öyrənmək üçün onu və Nicat İmanovu öz iş yerinə çağırmışdır. Həmin vaxt Mirəli adlı şəxs iddiaçıya söz vermiş, onun qalan pulunu 2016-cı ilin dekabr ayınadək qaytaracağını bildirmişdir. xx xxxxxx 2017-ci ildən Mirəli adlı şəxs iddiaçıya borcdan qaytarmağa başlamış, on nəfərin yanında söz vermiş və 3-4 ay ərzində hər ay 1000 ABŞ dolları olmaqla pulu qaytaracağını demişdir. Daha sonra ayda təxminən 4000 və ya 5000 ABŞ dolları verərək, 2017-ci ilin axırına kimi bütün borcu bağlayacağını vəd etmişdir. Ancaq x xxxxxx 2017-ci ilə kimi, cəmi 12650 ABŞ dolları pul qaytarmışdır. 2019 və 2020-ci ilin mart ayına qədər Cavabdeh ona hissə-hissə 10650 ABŞ dolları və 3030 manat pul qaytarmışdır. Hazıradək Cavabdeh ona 11500 ABŞ dolları ekvivalentində 19550 manat borcu qalmışdır və bu günə qədər qaytarmamışdır. Qeyd etdiklərinə əsasən iddiaçıdan alınmış puldan qalan 11500 ABŞ dolları ekvivalentində 19550 manat pulun Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməməsini bildirmişdir. Bu hərəkətləri ilə Cavabdeh ona həm də mənəvi zərər vurmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin xx xxxx 2019-cu il qərarının surətindən görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı qohumum Nicatın vasitəsi ilə tanıdığını, bir neçə ilə əvvəl Anar Nicatın vasitəçiliyi ilə ona pul verdiyini, o Anarın puluna tikinti materialları alıb satdıqdan sonra, pulun qazançını Nicat və Anara verərək, Anardan aldığı pulu tamlıqla qaytardığını göstərərək, 2016-ci ilin may ayında Nicatın yenidən ona zəng edib Anarın əlində olan pulu hansısa işi maliyyələşdirib pul qazanmaq istədiyi barədə ona müraciət etdiyini, o tikinti materialları alveri etdiyi üçün, Anarın puluna dəmir armatur alıb satmaq qərarına gəldiyini, Anar Nicatın vasitəsi ilə ona 52000 ABŞ dolları pul verdikdə sonra, Anar Nicat və o qazanılacaq pulun 50 faizini Nicat ilə ona çatacağı, pulun 50 faizini isə Anar veriləcəyi barədə razılıq əldə olunduğunu bildirərək, Anardan aldığı 52000 manat pula armatur alıb başqa bir şəxsə nisyə satıb, armaturun pul qazancından Anar 4 ay ərzində 16938 ABŞ doları qazanc pul verdiyini, Nicata isə 4 ay ərzində 4219 ABŞ dollar pul qazanc olaraq pul verdiyini göstərərək, 2016-ci ilin avqust o Anarın ona verdiyi 52000 ABŞ dolar pulunu özünə qaytarsa da, bir qədər sonra ona yenidən pul lazım olduğu üçün o şəxsən özü Anar zəng edib Anardan 23000 ABŞ dolları və 3000 manat pul aldığını, həmin pullara taxta alıb Elvin adlı şəxsə nisyə satdığını, Elvindən satdığı taxtaların pullarını ala bilmədiyi üçün Anarın pulunu birdəfəyə qaytara bilməsə də, Anara pulu xırdaxırda olmaqla ümumilikdə 8360 ABŞ doları qaytardığını və Anara bu günə 14640 ABŞ dolları və 3000 manat borcu qaldığını bildirərək, Anara olan borcu sonuncu ilə razılaşdıqları kimi hər aya 1000 ABŞ dolları olmaqla qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin xx xxxx 2019-cu il qərarının nəticəsi olaraq qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir; Sabunçu şəhər rayon Polis Bölməsi tərəfindən məhkəmənin sorğusu əsasında təqdim olunmuş Cavabdeh Bölməyə verdiyi izahatın surətindən görünür ki, “İddiaçı qohumum Nicatın vasitəsi ilə tanımışam. Bir neçə ay əvvəl Anar Nicatın vasitəçiliyi ilə mənə pul vermişdi, mən Anarın puluna tikinti materialları alıb satmışdım. Həmin vaxt pulun qazançını Nicat və Anara verdim. 2016-ci ilin may ayında qohumum Nicatın yenidən mənə zəng edib Anarın əlində pul olduğunu, həmin pul ilə hansısa işi maliyələşdirib pul qazanmaq istədiyini mənə dedi. Mən Dərnəgül bazarında tikinti materialları alveri etdiyim üçün, Anarın puluna dəmir armatur alıb satmaq qərarına gəldim. Anar Nicat və mən qazanılacaq pulun 50 faizini Nicat ilə mənə çatacağı, 50 faizini isə Anar veriləcək barədə razılığa gəldik. Anar özü və Nicatın vasitəsi ilə mənə 52000 ABŞ dolları pul verdi. Mən Anardan aldığım 52000 manat pula armatur alıb başqa bir şəxsə nisyə satdım. Armaturu satdığım şəxs aldığı armaturların pulunu xırda-xırda verdikcə mən Anar 4 ay ərzində 16938 ABŞ doları qazanc pul verdim. Nicata isə 4 ay ərzində 4219 ABŞ dolları pul qazanc olaraq pul verdim. 2016-ci ilin avqust ayında mən Anarın mənə verdiyi 52000 ABŞ dollar pulunu özünə qaytardım. Bir qədər sonra mənə yenidən pulla lazım oldu və mən özün Anar zəng edib ondan 23000 ABŞ dolları və 3000 manat pul aldım. Həmin pullara taxta alıb satmaq istəyirdim. Anardan aldığım pula taxta alıb Elvin adlı şəxsə nisyə satdım. Elvindən satdığım Saxtaların pullarını ala bilmədim. Belə ki, Elvin özünə qəst etdi. Bundan sonra mən Anarın pulunu kom qaytara bilmədim. Mən Anarın pulunu xırda-xırda olmaqla ümumilikdə 8360 ABŞ dollarını qaytardım və Anara bu günü 14640 ABŞ doları və 3000 manat borcum qaldı. Mən Anar ilə razılaşdımki, ona olan borcumu hər ay 1000 ABŞ dolları pul qaytaracam. 4 ay olar ki, Anara olan borcumu qaytara bilmədiyi üçün Anar barəmdə polisə ərizə ilə müraciət edib. Mən Anardan biznes işi görmək üçün özüm pul istəməmişəm. Anar Nicatın vasitəsi ilə özü mənə pul verib və mən həmin pulları Anar qaytarmışam. Sonradan Anardan özüm aldığım pulun bir qismini qaytarmışam və Anara 14640 ABŞ dolları və 3000 manat borcum qalıb. Anardan aldığım pulları başqa borclarımın qaytarılmasını yönəltməmişəm” bildirmişdir; xx.xx.2020-ci il tarixli qəbzə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinə verdiyi izahatında iddia İddiaçı 14640 ABŞ dolları və 3000 manat borcu olduğunu qəbul etmişdir. İddiaçı cavabdehin polis bölməsində veridiyi izahatından sonra ödəniş etdiyindən həmin pulu borcdan çıxmaqla hazırda 19550 manat borcu qaldığını iddia edir. Həmin məbləğin qaytarılmasını, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumunu, 1000 manat mənəvi ziyanın cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik resjudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Məhkəmə iddia tələbinin “1000 manat mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin ya-ran-ma-sı əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qal-ma-sı-nın nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar ke-çir-məsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi ay-dın-laşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab ke-çir-məsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə borc tələbinin təmin olunaraq pul tutulması iddiaçıya münasiğbətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Qərarında X7 Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. X7 Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh 19550 manat pul, ödənilmiş, 30 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 19550 manat (on doqquz min beş yüz əlli) pul, 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2117/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2117/2020
03.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver