Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2136/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sığortalı Quliyev Natiq Ağarəhim oğluna məxsus ünvan 1 ünvanda yerləşən 65 saylı mənzilə dəymiş zərərə görə 1561,15 (bir min beş yüz altmış bir manat, on beş qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu, cəmi 1591,55 (bir beş yüz doxsan bir manat, əlli beş qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Quliyev Natiq Ağarəhim oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, ev 2/15 ünvanında yerləşən 65 saylı mənzil İddiaçı Sığorta Şirkəti ASC-də Daşınmaz Əmlakın İcbari Sığorta növü ilə sığortalanmışdır. Sığortalı Quliyev Natiq Ağarəhim oğlu sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi ilə müraciət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi nəticəsində sığortalı əmlaka maddi zərər dəymişdir. 61 saylı Mənzil Kommunal istismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 16 oktyabr 2018-ci tarixli akta əsasən, 15 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Ş.Qurbanov küçəsi 2\15 saylı evin 65 və 66 saylı mənzillərin sahibi Quliyev Natiq Ağarəhim oğlu müraciət edərək bildirmişdir ki, onun mənzilinə üst mərtəbədə yerləşən 68 saylı mənzildən dəfələrlə su axıntısı baş vermiş və bununlada ona maddi zərər yetirilmişdir. Mənzillərə baxış keçirilərək müəyyən olunmuşdur ki, Cavabdeh məxsus mənzildən su axması nəticəsində sığortalı Quliyev Natiq Ağarəhim oğlunun mənzilinin tavan hissəsinə, divar kağızlarına və döşəmə hissəsinə maddi ziyan dəymişdir. Həmçinin aktda qeyd olunur ki, bu halın təkrarlanmaması üçün Cavabdeh xəbərdarlıq olunmasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Əmlakın hadisə nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 15 noyabr 2018-ci il tarixli Qüsur aktına əsasən, hadisə nəticəsində əmlaka dəymiş zərərin həcmi 1812 manat məbləğində qiymətləndirilmişdir. 22 noyabr 2018-ci il tarixli, 058079 saylı sığorta aktına əsasən Quliyev Natiq Ağarəhim oğluna məxsus əmlaka dəymiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği və sığorta məbləğinin bərpa olunması üçün lazım olan 0,85 manat çıxılmaqla 1561,15 manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti tərəfindən həyata keçirilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan sığorta hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 1561,15 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan, BA seriyalı, 821206 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortalanması haqqında Şəhadətnamənin surətindən görünür ki, Sığortaçı İddiaçı Sığrta Şirkəti ASC tərəfindən Sığortalı X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 66 saylı mənzil 25000 manat sığorta məbləği olmaqla sığortalanmışdır. İş materiallarında olan, BA seriyalı, 821880 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortalanması haqqında Şəhadətnamənin surətindən görünür ki, Sığortaçı İddiaçı Sığrta Şirkəti ASC tərəfindən Sığortalı X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 65 saylı mənzil 25000 manat sığorta məbləği olmaqla sığortalanmışdır. İş materiallarında olan, RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən, ünvan 3 ünvanında yerləşən 66 saylı mənzil tam mülkiyyət hüququ əsasında X2 mülkiyyətindədir və barədə daşımaz əmlakın dövlət reyestrində 469 nömrəli reyestr kitabının 43362 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan, RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən, ünvan 3 ünvanında yerləşən 65 saylı mənzil tam mülkiyyət hüququ əsasında X2 mülkiyyətindədir və barədə daşımaz əmlakın dövlət reyestrində 538 nömrəli reyestr kitabının 59579 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal 61 saylı İstismar sahəsinin 21 saylı, 07.10.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X5 Bakı şəhəri, Ş.Qurbanov küçəsi ev 2/15, 68 saylı mənzildə yaşayır. İş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal 61 saylı İstismar sahəsinin 22 saylı, 07.10.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Quliyev Natiq Ağarəhim oğlu Bakı şəhəri, Ş.Qurbanov küçəsi ev 2/15, 66 saylı mənzildə yaşayır. İş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal 61 saylı İstismar sahəsinin 23 saylı, 07.10.2020-ci il tarixli arayışdan görünür ki, Quliyev Natiq Ağarəhim oğlu Bakı şəhəri, Ş.Qurbanov küçəsi ev 2/15, 65 saylı mənzildə yaşayır. İş materiallarında olan 16.10.2018-ci il tarixli aktdan görünür ki, 15.10.2018-ci il tarixdə Ş.Qurbanov küçəsi 2/15 saylı evin 65 və 66 №-li mənzillərin sahibi Quliyev Natiq Ağarəhim oğlu ərizə ilə 61 saylı MKİS-ə müraciət edərək bildirmişdir ki, onun mənzilinə üst mərtəbədən 68 №-li mənzildə yaşayan Cavabdeh mənzilindən dəfələrlə su axıntısı baş vermiş və bununda nəticəsində yaşadığı mənzilə, ciddi ziyan dəymişdir. Cavabdeh xəbərdarlıq olunmasına baxmayaraq su axıntısı hadisəsi təkrarən 14.10.2018-ci il tarixdə baş vermişdir. X4 Ağarəhim oğlunun mənzilinə baxış keçirilmiş və qonşunun mənzilindən onun mənzilinə su axması nəticəsində mənzilin tavan hissəsinə və divar kağızlarına, döşəmə hissəsinə ziyan dəyməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan, sığorta eksperti Talıblı Əhməd tərəfindən tərtib edilmiş 15.11.2020-ci il tarixli Qüsur aktından görünür ki, baxış zamanı məlum oldu ki, mənzil 4-cü mərtəbədə yerləşir 5 otaqdan ibarətdir ümumi sahəsi 137.2 kv mənzilə üst qatdakı qonşunun kombi cihazından su sızma baş vemişdi. Su sızma nəticəsində uşaq otaqı, yataq otaqı və eyvanın tavanı, divarların oboyu və naqillər yararsız hala düşmüşdür.Yaranmış zədələrin bərpasına sərf edilən materialların və görülən işlərin dəyəri:1812(bir min səkkiz yüz on iki) AZN. İş materiallarında olan 22.11.2018-ci il tarixli, 058079 nömrəli sığorta aktının surətindən görünür ki, dəymiş zərər məbləğdən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 AZN azadolma məbləği və 0.85 AZN bərpa məbləği çıxılmaqla Quliyev Natiq Ağarəhim oğluna 1561.15 (bir min beş yüz altmış bir manat 15 qəpik) manat sığorta ödənişi ödənilməlidir. İş materiallarında olan, 13200 nömrəli ödəniş tapşırığının və ödəniş tapşırığına Əlavənin təsdiq olunmuş surətindən görünür ki, 1561.15 manat məbləğində sığorta ödənişi Quliyev Natiq Ağarəhim oğlunun hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalı Quliyev Natiq Ağarəhim oğluna məxsus əmlaka dəymiş zərər 1812 manat zərər məbləğindən 1561,15 manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti tərəfindən həyata keçirildiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir və Cavabdeh 1561.15 manat sığorta ödənişi və 30,40 məbləğində dövlət rüsumu, cəmi 1591.55 manat İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 1561.15 manat sığorta ödənişi və 30,40 məbləğində dövlət rüsumu, cəmi 1591.55 manat İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2136/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2136/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver