Məhkəmə qərarları › İş №2(005)-2147/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2147/2023

16.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2147/2023 16.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irələ sürməyən "xxxx" ASC göstərilməklə) qarşı reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irələ sürməyən "xxxx" ASC göstərilməklə) qarşı reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏMDK yanında DƏDRX tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.m olan qeyri-yaşayış binasına dair "xxxx" ASC-yə verilmiş Seriya MA, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı borcun girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə çox saylı məhkəmə mübahisələri olmuşdur. Bank qeyri-qanuni yolla, yəni əmlak üzərində həbs ola-ola Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.m olan qeyri-yaşayış binasından ibarət olan ipoteka predmetinə dair çıxarış almışdır. Bundan sonra aralarında məhkəmə barışıq sazişi bağlanmış və Sumqayıt Səhər Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Lakin buna baxmayaraq "xxxx" ASC barışıq sazişinin şərtlərinə qərəzli şəkildə əməl etməmiş, təklif olunmuş real alıcıdan 20000 manat beh aldığı halda barışıq sazişinin şərtlərini pozmuşdur. Sumqayıt Səhər Məhkəməsinin xx.xx.2016-cı ii tarixli qərardadı ilə ona Sumqayıt Səhər Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərardadının "xxxx" ASC tərəfindən məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sonuncu dəfə "xxxx" ASC ərizə ilə müraciət edərək ipoteka predmeti üzərində olan iddianın təmini tədbirinin ləğv edilməsini xahiş etmiş, Sumqayıt Səhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və ipoteka predmeti üzərində olan həbsin götürülməsi qərara alınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irələ sürməyən "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsində güya tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə "xxxx" ASC tərəfindən əməl edilməmişdir. Lakin nəzərə almaq lazımdır ki, əgər elə olsaydı iddiaçı on ilə yaxın müddətdə məhkəməyə müraciət edərdi. İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə, "xxxx"ASC-yə, "xxxx" MMC Hərrac Mərkəzinə və Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə qarşı Sumqayıt şəhəri, 9-cu mkr (təzə), 7/23-1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hərracın keçirilməsinin və bununla "xxxx" ASC-nin adına xx.xx.2012-ci il tarixdə verilmiş Çıxarışın etibarsız hesab edilməsi, "xxxx" ASC-nin qeyri-yaşayış sahəsindən çıxarılması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə tərəflər arasında barışıq ərizəsi bağlandığından Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(060)-2204/2013 saylı qərardadı ilə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-2204/2013 saylı qərardadına əsasən mülki iş üzrə icraata xitam verildiyindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2204/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ilə Sumqayıt şəhəri, 9-cu mkr (təzə), 7/23-1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş qadağalar ləğv edilmişdir. Bundan əlavə iddiaçı Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Mübahisə predmeti üzrə müstəqil tələb irələ sürməyən "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriya, ******* nömrəli Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9cu mikrorayon (təzə), 7/23-1 ünvanında yerləşən qeyri-yaşayış obyekti xx.xx.2012-ci il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 7/23-1 ünvanında yerləşən qeyri-yaşayış obyekti xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır; Sumqayış Şəhər Məhkəməsinin 2(060)-1683/2014 saylı, xx.xx.2015-ci il tarixli qərardadından görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2204/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardadından "xxxx" ASC tərəfindən məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunması və “barışıq sazişinin qüvvədən düşmüş hesab edilməsi və işin mahiyyəti üzrə yenidən baxılması” üçün təyin edilməsi barədə ərizəsinin geri qaytarılması qərara alınmışdır; Sumqayış Şəhər Məhkəməsinin 2(060)-1683/2014 saylı, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, İddiaçı şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadının qismən ləğv edilməsi, İddiaçı qanuni qüvvəyə minmiş xx.xx.2013-cü il tarixli qərardadın "xxxx" ASC tərəfindən məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır; Nərimanov Rayon Məhkəməsinin 2(005)-3369/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-dən ödənilmiş behin iki misli 40000 manat tutularaq X1 verilməsi qət edilmişdir; “tələbkar” "xxxx" ASC ilə “borclu” İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli Barışıq Razılaşmasından görünür ki, “borclu” məhkəmədə olan bütün iddia tələblərindən imtina edir və “borclu” Barışıq razılaşmasını imzalamaqla qeyri-yaşayış sahəsinin üzərində olan həbsi 10 gün müddətində götürülməsini və gələcəkdə də hər hansı bir iddia irəli sürməməyi öz öhdəsinə götürür; tərəflər qeyd olunan qeyri-yaşayış sahəsinin hazırki qiymətini 340000 ABŞ dolları olması razılığına gəlirlər; “borclu”ya Barışıq razılaşması məhkəmə tərəfindən təsdiq olunduqdan sonra, 8 ay müddətinə Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan 0.0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522.8 kv.m ümumi, 510.1 kv.m əsasən, 12.78 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış (iaşə) binasını 340000 ABŞ dollarına almağı öz öhdəsinə götürür; əgər göstərilən müddətdə “borclu” həmin qeyri-yaşayış sahəsini almazsa, o halda “tələbkar”in müstəqil sürətdə həmin qeyri-yaşayış binasını satılmasına, ipoteka ilə yüklü edilməsinə və ümumiyyətlə üzərində sərəncam verməyə “borclu” etiraz etmir; tərəflər razılaşırlar ki, Barışıq razılaşmasnın imzalanması ilə tərəflər əvvələr mübahisəli və ya qeyri müəyyən olmuş hüquqlara və iddialara istinad etmək hüququnu itirirlər; Tərəflər üçün yalnız Barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur; Tərəflərdən biri Barışıq razılaşmasının şərtlərini pozduqda digər tərəfin bu razılaşma imzalanadək irəli sürdüyü tələbləri mübahisəsiz qəbul etmiş və öz tələblərini və arqumentlərinin irəli sürmək hüququnu itirir. Barışıq razılaşması məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir; Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2204/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardadından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi, Barışıq sazişi üzrə götürülmüş öhdəliklər tərəflər tərəfindən yerinə yetirilmədikdə barışıq sazişi qüvvədən düşmüş hesab edilərək işə mahiyyəti üzrə baxılmasının təmin edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Sumqayıt Ərazi İdarəsinə, "xxxx" ASC-yə, "xxxx" MMC Hərrac Mərkəzinə və Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 7/23 saylı qeyri yaşayış sahəsinə dair hərracın keçirilməsinin və bunun əsasında "xxxx" ASC-nin adına xx.xx.2012-ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab olunması, "xxxx" ASC-nin qeyri-yaşayış sahəsindən çıxarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır; Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-2322/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1840/2012 saylı, xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır; Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2204/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2204/2013 saylı, xx.xx.2013-cii il tarixli qərardadı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 7/23 saylı qeyri-yaşayış sahəsi üzərində qoyulmuş qadağaların ləğv edilməsi qərara alınmışdır; Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1683/2014 saylı, xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, məhkəmənin iş üzrə iddianı təmin etmə barədə xx.xx.2014-cü il tarixli 2(060)-1683/2014 saylı qərardadının ləğv edilməsi, Sumqayıt şəhəri, 9-cu m/rayon ərazisində yerləşən 7/23 saylı qeyri-yaşayış sahəsinə dair qadağanın götürülməsi qərara alınmışdır. Məhkəmədə iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.m olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olmuş, daha sonra "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin əmlak xx.xx.2012-ci il tarixdə hərrac vasitəsi ilə "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Daha sonra iddiaçı hərracın və çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2013-cü il tarixli, 2(060)-2204/2013 saylı qərardadı ilə tərəflər barışıq ərizəsi təsdiq edilərək, mülki iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı hərracın nəticələrini mübahisələndirmədən və ya mübahisələndirə bilmədiyi üçün qeyd edilən əmlakın bankın mülkiyyətinə keçməsinin qanunsuz olduğunu bildirərək, çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. Belə ki, Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. Göründüyü kimi, iddiaçı "xxxx" ASC-nin adına verilmiş xx.xx.2012-ci il tarixli MA seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olan hərracın yekunlarına dair protokolu, habelə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolu və müqaviləni mübahisələndirməmiş, qeyd edilən sənədlər əsasında verilmiş çıxarışı mübahisələndirir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Hazırki işin hallarından və yuxarıda əks olunan hüquqi mövqeydən çıxış edərək məhkəmə hesab edir ki, "xxxx" ASC-nin adına verilmiş xx.xx.2012-ci il tarixli MA seriyalı, ******* saylı çıxarışın ləğv edilməsinə əsas olmadığından, ləğv edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti üzrə müstəqil tələb irələ sürməyən "xxxx" ASC göstərilməklə) qarşı reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti üzrə müstəqil tələb irələ sürməyən "xxxx" ASC göstərilməklə) qarşı reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar