Məhkəmə qərarları › İş №2(005)-215/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-215/2021

12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-215/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Nazim oğlunun, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Nazim oğlunun cavabdeh “xxxx” MMC-ə qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Nazim oğlunun cavabdeh “xxxx” MMC-ə qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabehlə bağlanmış 05 aprel tarixli 20213186 saylı müqavilə ləğv edilməklə ödənilmiş 100 (bir yüz) manat məbləğində ilkin ödəniş, 2400 (iki min dörd yüz) manat məbləğində maddi zərəri və 10.000 (on min) manat məbləğində mənəvi zərərin, ümumilikdə 12.500 (on iki min beş yüz) manat cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx xxxxx 2020-ci il tarixdə "ABC-Telokom MMC-və" məxsus Kontakt Home mağazaları şəbəkəsində internet vasitəsilə onlayn qaydada Apple markalı İPhonel 1128 GB modeli olan telefonu sifariş vermişdir. xx xxxxx 2020-ci il tarixdə yaşadığı binanın həyətində kuryer vasitəsi ilə telefon iddiaçıya çatdırılmışdır və kuryer iddiaçıya qutuda olan telefonu və aksesuarlarını göstərərək müvafiq sənədlərdə imzanı alaraq uzaqlaşmışdır. Evə qalxdıqdan dərhal sonra qutunu açaraq telefona baxış keçirilmiş və telefonun panelində bir neçə cızıqların olmasını, o cümlədən telefonun qablaşdırlmasının pozulmasını müşahidə etmişdir. Bununla əlaqədar olaraq iddiaçı dərhal kuryerlə əlaqə saxladı və telefonun üzərində olan qüsurlar barədə məlumat verdi. Həmçinin telefonun gəlib aparılmasını və dəyişdirilməsini xahiş etmişdir. Lakin, kuryer ididaçıya təhvil verilmiş telefonun vitrindən olmasını və şikayətini *6060 nömrəsinə zəng vururaq bildirilməyini xahiş etdi. Həmin gün *6060 nömrəsinə dəfələrlə zəng etməyinə baxmayaraq operatorla əlaqə saxlamaq mümkün olmamışdır və zənglər cavabsız qalmışdır. Növbəti gün operator iddiaçı ilə əlaqə saxlamış və iddiaçıya öz şikayətini bildirdirərək telefonun yenisi ilə əvəz edilməsini xahiş etmişdir. Qeyd olunan dövr ərzində telefon ümumiyyətlə qutudan çıxarılmamış və tərəfindən istifadə edilməmişdir. xx xxxxx 2020-ci il tarixdə şirkətin əməkdaşı tərəfindən telefon təhvil alınaraq (təhvil təslim aktı 67773) aparılmışdır. İddiaçı tərəfindən cavabdehə verilmiş telefonun yenisi ilə əvəz edilməsi barədə müraciəti cavabsız qaldığına görə xx xxx 2020-ci il tarixdə 20213186 saylı müqaviləyə xitam verilməsi barədə bildiriş və iddiaçıya vurumuş zərərin əvəzinin ödənilməsi ilə bağlı pretenziya məktubu cavabdehə göndərilmişdir. Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən istehlakçı satıcıdan alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında satıcının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Nazim oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X3 izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan; xx.xx.2020-ci il tarixli 20213186 nömrəli müqavilənin 2.5-ci bəndinə əsasən müqavilənin bütün şərtləri tam yerinə yetrilənə qədər “Mal ABC”-nin əmlakı hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetrildiyi təqdirdə “Mal”-a mülkiyyət hüququ “Müştəri”-yə keçdiyi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, iddiaçı əşyaların təhvil-təslim aktını imzalamaqla 20213186 nömrəli müqaviləyə əsasən aşağıda qeyd olunan məhsulları tam qüsursuz halda təhvil alındığı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli “giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırlmış məlumat axtarış sistemi şəxsiyyət vəsiqəsinin surəti elektron sənəd vətəndaş haqqında məlumatdan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev.27, mənzil 85-də qeydiyyatdadır. Kommersiya qurumlarının dövlət reyesteri məlumatları haqqında dövlət reyesterinə daxil edilmiş məlumatlardan görünür ki, cavabdeh “xxxx” MMC-nin ünvan 1 məhəllə 1023 hüquqi ünvanı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli 20213186 nömrəli müqaviləyə əlavədən görünür ki, iPhone 11 128GB, İMEİ kod **********81369 olan telfonun qiyməti 2540,4 (iki min beş yüz qırx manat qırx qəpik) manatdır. Zəmanət talonundan görünür ki, təmir işləri 14 gün müddətində həyata keçirilir. Bu müddətə qeyri-iş günü hesab edilən bayaram günləri daxil deyil. Təmir işləri 14 gün ərzində yekunlaşmadığı halda telefon (planeşt) yenisi ilə əvəz olunur. Təhvil-Təslim aktından görünür ki, xx.xx.2020-ci il tarixdə iPhone 11 128GB modelli, **********81369 seriyalı mobil telefon xx.xx.2020-ci il tarixdə təhvil alınmışdır. Təhvil alınmanın səbəbi olaraq müştəri bildirimişdir ki, cihaz vitirindən verilib. Cihazı işlətməyib. Cızıqlar var və arxasına skoç yapşıdırılıb. Cihazın əmtəə görünüşündə arxasında skoç yapışdırıldığını və yuxarı hissəsində əziyin olduğu müəyyən edilmişdir. Kassa mədaxil orderinin surətindən görünür ki, xx.xx.2002-ci il tarixdə iddiaçı 100 (yüz) manat məbləğində ödəniş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən tərtib edilmiş müqaviləyə xitam verilməsi barədə bildirişdə qeyd edilmişdir ki, qüsurlu və saxtalaşdırılmış malı iddiaçıya təqdim etdiyinə görə və lazımi keyfiyyətli mala dəyişdirməyi qanuni tələbi icra etmədiyinə görə cavabdehlə bağlanmış xx.xx.2020-ci il tarixli 20213186 tarixli müqavilə Azərbaycan Respublikası “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7.1-ci bəndinə müvafiq olaraq xx xxx 2020-ci il tarixdən birtərəfli qaydada ləğv edildiyini və ödənilmiş 100 AZN (bir yüz) ilkin ödənişi vurulmuş maddi və mənəvi zərərin əvəzini 5 gün müddətində iddiaçıya ödənilməsinin təmin edilməsi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində ilkin ödənişi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən qeyd olunan dövr ərzində telefondan məhrum olunduğuna görə 2400 (iki min dörd yüz) manat məbləğində maddi zərəri və 10.000 (on min) manat məbləğində mənəvi zərərin, ümumilikdə 12.500 (on iki min beş yüz) beş gün müddətində iddiaçıya ödənilməsinin təmin edilməsi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli poçt qəbzinin surətindən iddiaçı cavabdehə olan tələbi barədə poçt vasitəsi ilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli AİBNDX 08/01-5/432 nömrəli İqtisadiyyat Nazirliyi yanında Antiiinhisar və X2 Dövlət Xidməti tərəfindən vətəndaş müraciəti ilə əlaqədar sorğuda qeyd edilmişdir ki, satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (iş, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş və keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli № 5/784 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, bir ədəd sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “iPhone 11” markalı “A2111” modelli “**********81369, **********19807” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Mobil smartfonun yaddaşından əldə edilmiş məlumatlar müəyyən olundu. “UFED TOUCH 2” markalı qurğu tərəfindən mobil smartfonun yaddaşından əldə edilmiş hesabata əsasən mobil cihazın yaddaşında xx.xx.2020-ci il tarixdən əvvəlki müddətdə aid qəbul edilmiş, çıxan və buraxılmış zənglər, sms mesajlar, foto,video, audio, fayllar müəyyən olunmamış və rəyin tədqiq hissəsinin 3-cü bəndində göstərilənləri nəzərə alaraq təqdim edilmiş “iphone 11” markalı “A2111 “A2111” modelli mobil smartfon xx.xx.2019-cu il tarixdə aktivasiya olunub yəni ki, işə salınıb, global internet şəbəkəsinə qoşulduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1.2-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etsin. Həmin Məcəllənin 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəlləninin 587.3-cü maddəsinə əsasən bu məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbinin alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamədək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Göründüyü kimi iddiaçı qanunla nəzərdə tutulan müddəti ötürmədən aldığı malın qüsurları barədə satıcıya məlumat vermişdir. O da qeyd edilməlidir ki, ekspert rəyindən də görünür ki, alıcı mübahisəli mobil telefonu əldə etməzdən, yani alqı satqı müqaviləsi bağlanmazdan əvvəl mobil telefon işlədilmiş olmuşdur. Məhkəmənin qənaətinə görə bu hal həmin telefonda texniki zədənin baş vermə ehtimalını istisna etmir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 588.1-ci maddəsinin tələbləri baxımından da alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamədək əmələ gəlməsini istisna etməyən müvafiq ekspert rəyinin hazırki iş üzrə mövcudluğu iddiaçının mübahisəli telefonu almamışdan əvvəl onda texniki zədənin olmasına inamlı şərait yaradır. Bu baxımdan əşyanın qüsurları üçün satıcı cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, iddiaçı təırəfindən ödənilmiş 100 manat məbləğ iddiaçıya geri qaytarılmalıdır. İddia tələbinin əsaslandığı 2400 (iki min dörd yüz) manat məbləğində maddi zərərin və 10.000 (on min) manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması hissəsində isə iddia əsassız olduöundan təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilməli, iddia qismən təmin edildiyindən istehlakçı hüquqlarınınm müdafiəsi ilə bağlı iddia üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 10 (on) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, cavabdeh “xxxx” MMC-dən İddiaçı Nazim oğlunun xeyrinə 100 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutulmalı, Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdeh “xxxx” MMC -dən tutularaq, 53.65 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçiriməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 20213186 nömrəli, xx.xx.2020ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh “xxxx” MMC-dən 100 (bir yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutusun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh “xxxx” MMC-dən 10 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdeh “xxxx” MMC-dən 53,65 (əlli üç manat altmış beş) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar