Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2203/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyana görə 1210 manat, mənəvi ziyana görə 600 manat olmaqla cəmi 1820 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, **-ST-*** dövlət qeydiyyat nişanlı HONDA CİVİC HİBRİD nəqliyyat vasitəsi İddiaçı şəxsi mülkiyyətindədir. Nəqliyyat vasitəsinin batareya hissəsi nasaz vəziyyətə düşdüyündən, ehtiyyat hissəsini almaqdan ötrü HONDA CLUB AZƏRBAYCAN adlandırılan sosial şəbəkədə olan clubda post paylaşdıb maraqlandı ki, bu batareya kimdə var. Facebook sosial şəbəkəsində həmən clubun üzvü olan Rafael adlı şəxs yazaraq, bu ehtiyyat hissəsi onda olduğunu bildirdi. klubda adətən aldadılma halları olmadığından o Rafaelə inanaraq ondan bu batareyanı aldı. Batareyanın qiymətinin 1000 olduğunu, lakin onda olan nasaz batareyanın onlara verdiyi halda onu 200 qiymətləndirib, onlara işlək batareyaya görə, 800 sata biləcəklərini təklifini etdilər. O edilən təkliflə razılaşdı. Ehtiyyat hissəsi ona taksi ilə göndərildikdən sonra o da öz növbəsində taksiyə 800 manat + 10 manat taksi haqqı ödəməklə və ona məxsus nasaz batareyaları həmən taksi ilə göndərdi. Bundan sonra ustası ehtiyyat hissəsini maşına quraşdırdıqdan sonra ehtiyyat hissəsinin nasaz olduğu aşkar edilmişdir. Usta nasaz ehtiyyat hissəsini çıxarıb yerinə yenisini quraşdırmaqdan ötrü məndən 200 məbləğində əl haqqı almışdır. İddiaçı dərhal ehtiyyat hissəsini ona satan Rafael adlı şəxslə əlaqə saxlayıb ehtiyyat hissəsinin nasaz olduğunu ona bildirmişdir. O İddiaçı Elsevər adlı şəxslə əlaqə saxlamağı söyləmiş, İddiaçı da həmin şəxsin nömrəsi ilə əlaqə saxlamışdır. O, İddiaçı ehtiyyat hissəsinin nasaz olduğuna əmin olmaqdan ötrü öz ustasına yolladı, ehtiyyat hissəsinin nasaz olduğunu onun ustasıda təsdiq etdi. Lakin Elsevər ona nasaz batareyanı dəyişdirib yerinə işlək olanla əvəz edəcəyini söz versə də artıq 8 aydır ki, nə pulu nə də yeni batareyanı verməkdən yayınır. 1-2 ay bəhanələrdən sonra artıq aldadıldığına əmin olub Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Binəqədi Rayon Polis İdarəsinin 5 ci Polis Bölməsi araşdırma nəticəsində mobil nömrə əsasında Elsevər adlı şəxsi müəyyən edərək, işin mülki xarakterli olduğundan məsələ ilə bağlı mülki qayda da məhkəməyə müraciət etməsi haqqında qərar qəbıd etmişdir. Elsevərə dəfələrlə telefonla pulu və ya onun yerinə işlək ehtiyyat hissəsi ilə əvəz etməsini təklif etmişdir. Habelə, 24 fevral 2023-cü il tarixində xəbərnaməli məktubla müraciət ünvanlamışamdır. Müraciətinə belə cavab verilməmişdir Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun nəqliyyat vasitəsi artıq 8 aydır ki, nasaz vəziyyətdədir, İddiaçı artıq 8 aydır ki, nəqliyyat vasitəmdən istifadə edə bilmir, işi ilə əlaqədar olaraq maşından hər gün istifadə etmək məcburiyyətindədir. Lakin əziyyət çəkir, maşının bu vəziyyətdə olması halı onu və ətrafdakıları narahat etməkdədir. İddiaçı ona dəyən zərəri aşağıdakı kimi qiymətləndirir: 800 manat-cavabdehə ödədiyi batareyanın dəyəri, 200 manat - İddiaçı nasaz batareyalarının dəyəri, 10 manat - taksiyə ödədiyi pul; 200 manat - usta əl haqqı. İddiaçı dəymiş mənəvi zərəri 600 manat məbləğində qiymətləndirir. Belə ki, İddiaçı artıq 8 aydır ki, şəxsi mülkiyyətindən lazimi qayda istifadə edə bilmir, bununla da ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Nəticə etibarı ilə iddiaçının əmlakına cavabdeh tərəfindən ziyan vurulduğuna görə, 1210 manat məbləğində maddi ziyan, mənəvi zərərə görə isə 600 manat məbləğində vəsait ödənilməlidir. Həmçinin iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 48 manat dövlət rüsumu ödəmişdir. İddiaçı bu məbləğidə ona vurulmuş ziyan kimi hesab edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlamış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nə eldiyi müraciətə əsasında aparılmış araşdırma zamanı İddiaçı satdıqları nasaz avtomobil elıtiyyat hissəsini geri almadıqlarına görə, xx.xx.1991 -ci il təvəllüdlü, Buki şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh izahatı alınmış, Rəfael adlı şəxsin isə tapılıb izahatının alınması mümkün olmadığı üçün, şəxsiyyətinin müəyyən edilməsi məqsədilə istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə barəsində '‘Azerfon” MMC-nə sorğu məktubu göndərilmiş və “Azerfon” mobil operatorundan cavab alınan müddətə kimi toplanmış material 5-ci PB-nin dəftərxanasında işə alınmışdır. Toplanmış materialın məzmunu mülki xarakterli olduğundan, məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olması qeyd olunmuşdur. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 24 fevral 2023-cü il tarixli müraciətdə qeyd olunur ki, 21 sentyabr 2022-ci il tarixdə ondan aldığı avtomobil hissəsinin nasaz olması Cavabdeh tərəfindən göndərilmiş usat tərəfindən müəyyən olunduqdan sonra yeni ehtiyat hisəsinin verilməsini söz versə də artıq 6 aydır ki, nə pulu və nə də ehtiyat hissəsi verilmişdir. Buna görə də İddiaçı tərəfindən ehtiyat hisəssi üçün ödədiyi 1000 manat məbləğində pulu və ya işlək ehtiyat hissəsi ilə əvəz olunmasının 10 gün ərzində təmin olunmadığı halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. "xxxx" tərəfindən tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 00208 nömrəli qiymətləndirmə haqqında rəydən görünür ki, 2006-cı il buraxılışlı “X3” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilindəyişdirilməli ehtiyat hissəsi olan mühərrik generatorunun (batareya) qiyməti 1820 manat, dəyişdirilməsi üçün elektrik xidməti 90 manat olmaqla cəmi 1910 manat təmir xərci müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin tərəfindən tərtib edilmiş qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “X3” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1540,0 manat müəyyən edilir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: 2006-cı il buraxılışlı “X3” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı bu avtomobilin ehtiyat hissəsinin dəyişdirilməsi üçün Cavabdeh mühərrik generatoru almış, lakin nasaz olduğunu bildikdən sonra Cavabdeh işlək vəziyyətdə olan ehtiyat hisəssinin verilməsini və ya dəyərinin ödənilməsini tələb etmiş, müsbət cavab almadıqda, polis orqanına müraciət etmişdir. Polis orqanında toplanmış materialın məzmunu mülki xarakterli olduğundan, məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iş materialları ilə 2006-cı il buraxılışlı “X3” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin işlək vəziyyətdə olan ehtiyat hissəsinin dəyərinin İddiaçı tərəfindən cavabdehə ödənilməsinə baxmayaraq dəyərini ödədiyi ehtiyat hissənin nasaz olması səbəbindən İddiaçı maddi zərər dəyməsi, zərərin Cavabdeh qanunsuz hərəkəti və sonradan iddiaçının tələbi qarşılığında hərəkətsizlik göstərməsi nəticəsində vurulması və Cavabdeh polis orqanına çağırılaraq alınmış izahatı ilə onun bu maddi ziyanın vurulmasında təqsirli olması sübuta yetirildiyindən sözügedən dəymiş zərər Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən verilmiş nasaz avtomobil ehtiyat hissəsinin və bu hissənin dəyişdirilməsi üçün tələb olunan xidmət haqqının dəyərinin müəyyən olunması üçün mülki iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəyində ehtiyat hissəsinin (mühərrik generatorunun) dəyərinin 1450 manat, təmir bərpa işlərinin dəyərinin 90 manat, cəmi məbləğin isə 1540 manat olduğu müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən vurulmuş maddi zərər olaraq 1210 manat pul tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə vurulmuş maddi zərərin ödənilməsi hissəsində iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmə mənəvi zərərin tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakılarıqeyd edir : “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Belə ki, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin müəyyən edilməsi üçün 3 şərt olmalıdır: 1.İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməlidir. 2.Bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmalıdır 3.zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırda isə iddiaçının tələbi 1-ci şərtdə artıq ödənmir. Belə ki, iddiaçı sarsıntı keçirməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 1210 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan cəmi 1810 manat pulun 1210 manat hissəsi təmin olunduğu üçün bu məbləğə mütənasib olaraq ödənilmiş 48 manat dövlət rüsumunun 32,16 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş məhkəmə ekspertizalarının cəmi xərci olaraq 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1210 (bir min iki yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,16 manat pul tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2203/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2203/2023
12.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver