Məhkəmə qərarları › İş №2(005)-2214/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2214/2021

05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2214/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialı, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialının müdiri Cavabdeh1 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialı, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialının müdiri Cavabdeh1 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,"xxxx" ASC-nin Binaqədi filialı tərəfindən “X5” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmaqla bu günə qədər restrukturizasiya təmin etmədiyindən 618 gün ərzində iddiaçıya vurulmuş 15450 AZN maddi ziyanın bankdan tələb edilməsinə dair; "xxxx" ASC-nin Binəqədi filialının rəhbəri Cavabdeh1 tərəfindən “X6" markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmaqla Azərbycan Respublikası Konstitusiyası üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına və ona hörmət olunmasına ağır zərbə vurmasına görə 5000 AZN mənəvi ziyanın Cavabdeh1 tələb edilməsinə dair; "xxxx" ASCnin Binəqədİ filialı tərəfindən ‘X7” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmaqla bu günə qədər qəsdən restrukturzasiya təmin etmədiyindən sağlamlığına görə dəymiş 2100 AZN maddi ziyanın bankdan tələb edilməsinə dair; zamin Cavabdeh3 tərəfindən lazım gələrsə,ehtiyac yaranarsa iddiaçı Bakıda olmayan zamanda kreditin ödəniş müddəti keçməməsi üçün saxladığı, lakin vermədiyi üçün iddiaçıya vurduğu 2500 ABŞ Dolları maddi ziyanın Cavabdeh3 tələb edilməsinə dair, ümumilikdə 17550 AZN və 2500 ABŞ dolları vəsait həcmində maddi və 5000 AZN ziyanın tələb edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC “Kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tarixinə dair" iddia ərizəsi ilə Bakı şəhər Nizami rayon Məhkəməsinə müraciət etmiş, ərizəyə əsasən 2(007)-265/2018 saylı mülki iş məhkəmənin hakimi A.E.Nuriyevin icraatında olmuş, hakim 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə onun iddiasını təmin etmiş, İddiaçı iştirakı və xəbəri olmadan məhkəmə qərardadı ilə “X6” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur, Bakı şəhər Nizami rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına verdiyi Apelyasiya şikayətinə əsasən Bakı şəhər Nizami rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi Apelyasiya Məhkəməsinin 20 may 2019-cu il tarixli qərardadı ilə ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2019-cu il 2(103)-161/2019 saylı Qərardadı ilə apelyasiya şikayəti qismən təmin etmiş, Nizami rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli 2(007)-265/2018-ci İl tarixli Qətnaməsini ləğv edərək, ərizəni baxılmamış saxlamışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixil "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli İlə bağlı əlavə tədbirlər haqqında" Fərman qüvvəyə mindiyi tarixdən bütün məhkəmə işləri banklar tərəfindən geri çağırılmalı idi. Lakin "xxxx" ASC Bakı Apelyasiya Məhkəməsində olan 2(103)-161/19 saylı işin icraatın dayandırılması üçün təşəbbüs göstərmədi və beləliklə Fərmanın 8,10. bəndini kobud şəkildə pozmuşdur. Lakin 20 may 2019-cu il tarixli Qərardadı aldıqdan sonra "xxxx" ASC Binəqədi filialı, xüsusi ilə onun rəhbərliyi restrukturizasiya etməkdən imtina etmişdir. İddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq filialın rəhbəri restruktirizasiya etməkdən imtina etmişdir. Lakin baş ofislə əlaqə saxladıqdan sonra həbsin götürülməsinə razılıq vermişlər. Maliyyə Bazarlarına Nəzarət Palatasının pk.fimsa.az saytından 08.04.2019-cu il tarixli portalda təsdiq olunmuş və 16901.79 AZN restrukturizasiya olunmalı kredit haqqında çıxarılmış sənədi vardır. “Turanbank" ASC 18.12.2019-cu ıl tarixdə restrukturizasiya olunması məqsədilə maşının üzərinə qoyuİmuş həbsin götürülməsi barədə Bakı Apelyasiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsi 9 aylıq məhkəmə prosesindən sonra, 05 avqust 2020-ci il tarixli Qərardadı ilə İddiaçı məxsus X6,ban 1C4RJFC63EC241900 ,buraxılış ili 2013-cü il,** SO *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsi onun üzərindən götürmüşdür. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli 2(103)- 10808/2017 saylı Qərardadı ilə “X6” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs həmin məhkəmənin 05 avqust 2020-ci il tarixli 2( 103)-10808/2017 saylı Qərardadı ilə ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs və avtomobilin istismarına qoyulmuş qadağa ləğv edilmişdir. Bu 1122 gün ərzində İddiaçı maşının istismarından məhrum olmuşdur. Qərardadın icrası Baş Dövlət Yol Polisinə həvalə edilmişdir. Lakin bank AR Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəx!ərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrasını təmin etməmiş, restrukturizasiya etməkdən imtina edərək 04.08,2020-ci il tarixli İddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Nİzami rayon Məhkəməsi 02.09.2020-ci il tarixli 2(007)-2391/2020 saylı Qərardadı ilə yenidən maşın üzərinə həbs qoymuş, onun istismarını cavabdeh İddiaçı və digər şəxslərə qadağan etmişdir. AR Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın verildiyi gündən, yəni 01 mart 2019-cu il tarixdən bu günkü tarixə qədər olan 618 gün müddətində "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən maddi və mənəvi zərərlərə məruz qalmışdır. İddiaçı xüsusi mülkiyyətində olan “X8” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin uzun müddətdir üzərində həbs olduğundan, ondan istifadə etməkdən məhrum olmuşdur. Bu müddət ərzində ailəsi ilə işlə əlaqədar bu və ya digər yerlərə getməsi üçün taksilərə 15450 AZN məbləğində vəsait sərf etmiş , sağlamlığına görə 2100 AZN məbləğində vəsait sərf etmiş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına və ona hörmət olunmasına ağır zərbə vurmasına görə 5000 AZN məbləğində mənəvi ziyan dəymiş , zaminin geri ödəmədiyi üçün İddiaçı 2500 ABŞ dolları maddi ziyan vurmuşdur. İddiaçı məhkəmə iclasında idda tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda 27.05.2021-ci il və 02.08.2021-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, gördüyü işlərlə əlaqədar müxtəlif təşkilatlara getməli olduğunu və ona məxsus avtomobilin üzərinə həbs qoyulduğundan taksi xidmətlərindən istifadə etdiyini bildirmiş və bunu törətdiyi maddi çətinliklər nəticəsində mənəvi əzab çəkdiyini qeyd etmişdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda bildirmişdir ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti kredit borcunun restrukturizasiya olunmasından imtina etməmiş, əksinə bunu həyata keçirilməsi üçün zaminin cəlb edilməsini xahiş etmişlər. İddiaçı yenidən ona məxsus avtomobilin ipoteka ilə yüklü edilməsi təklifinin qarşılığında Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına iddianın təmin tədbiri olaraq avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı müraciət etmişlər. Digər cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialnın müdiri Cavabdeh1 və Cavabdeh3 keçiriləcək məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən iclasda iştirak etmirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 11 noyabr 2015-ci il tarixli İK 719/f-15 saylı kredit müqaviləsindən görünür ki, borcverən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti borcalan İddiaçı 24 ay müddətinə illik 20% faiz dərəcəsi, illik 40% cərimə dərəcəsi ilə 19 000 ABŞ dolları məbləğində pul borc verilmişdir. İş materiallarında olan 11 noyabr 2015-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 ona məxsus olan bütün daşınar və daşınmaz əmlakları ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və İddiaçı arasında bağlanmış 11 noyabr 2015-ci il tarixli İK 719/f-15 saylı kredit müqaviləsi üzrə İddiaçı öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 11 noyabr 2015-ci il tarixli İK 719/f-15 saylı ipoteka müaviləsindən görünür ki, İddiaçı 11 noyabr 2015-ci il tarixli İK 719/f-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X6, ban 1C4RJFC63EC241900, buraxılış ili 2013-cü il olan avtomobili Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2017-ci il tarixli 2(103)-10808/2017 saylı qərardadından görünür ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilərək, Bakı şəhər Nizami rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli, 2(007)-5059/2017 nömrəli qərardadı qismən ləğv edilmiş və “X8” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin istismarı İddiaçı və üçüncü şəxslərə qadağan edilmişdir. İş materiallarında olan Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(007)-265/2018 saylı qətnaməsi ilə 11 noyabr 2015-ci il tarixli İK 719/f-15 saylı kredit müqaviləsi üzrə yaranmış 9942,23 ABŞ dolları əsas, 1889,16 ABŞ dolları gecikdirilmiş faiz, 50 ABŞ dolları cərimə faiz borcu olmaqla, cəmi 11881,39 ABŞ dollarının manatla məzənnəsi nəzərə alınmaqla manatla və 30 manat dövlət rüsumu Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur. Borcun tutulması 11 noyabr 2015-ci il tarixli İK 719/f-15 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan “X8” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac yolu ilə satılmaqla ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qərardadı ilə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. İş materiallarında olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən 18.12.2019-cu il tarixli ərizəsindən görünür ki, İddiaçı məxsus X6, ban 1C4RJFC63EC241900, buraxılış ili 2013-cü il, ** SO *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.08.2020-ci il tarixli qərardadı ilə “X8” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin istismarına qoyulmuş qadağa ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli, 2(007)-2391/2020 saylı qərardadı ilə “X8” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin istismarı İddiaçı və üçüncü şəxslərə qadağan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 15 fevral 2021-ci il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı Cavabdeh2 ASC ilə əlaqədar daxil olmuş müraciətinə Azərbaycan Respublikasının Mərkəzi Bankının Apelyasiya Komissiyasında baxılmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 2019-cu il 28 fevral tarixli Fərman imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturzasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31dək nəzərdə tutulmuşdur. Fərmanın 6.1-ci bəndinə əsasən banklara vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin (restrukturizasıya) bağlanması tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının elektron sistemindən çıxarılmış 03.08.2021-ci il tarixli arayışdan görünür ki, ümumi restrukturizasiya məbləği 16901.79 manat təşkil edir. İş materiallarında olan Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli 2(007)-413/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilərək, İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9942.23 ABŞ dolları (16901,79 manat) borcn tutulması və tutmanın ioteka predmeti olan İddiaçı məxsus X6,ban 1C4RJFC63EC241900 ,buraxılış ili 2013-cü il,** SO *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracda satılması və onun satışından əldə edilən məbləğ hesabına İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli 2(007)-413/2021 saylı qərardadından görünür ki, İddiaçı ona məxsus ipoteka predmeti olan X6, ban 1C4RJFC63EC241900, buraxılış ili 2013-cü il, ** SO *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin qəbul etdiyi 02.09.2020-ci il tarixli qərardadın ləğv edilməsi və fərmanın qüvvəyə mindiyi günə - 01.03.2019-cu il tarixinə sözügedən kredit müqaviləsi üzrə onun kredit borcunun 9942.23 ABŞ dolları (16901,79 manat) təşkil etdiyindən həmin borcun restrukturizasiya olunmasının 5 illik müddətə bərpa edilməsi barədə vəsatəti X6, ban 1C4RJFC63EC241900, buraxılış ili 2013-cü il, ** SO *** dövlət nömrə nişanlı avtomobilin mübahisələndirilən kredit müqaviləsinin təmini kimi ipoteka ilə yüklü edildiyindən təmin edilməmiş, eləcə də İddiaçı fərmanın qüvvəyə mindiyi günə - 01.03.2019-cu il tarixinə sözügedən kredit müqaviləsi üzrə onun kredit borcunun 9942.23 ABŞ dolları (16901,79 manat) təşkil etdiyindən həmin borcun restrukturizasiya olunmasının 5 illik müddətə bərpa edilməsi barədə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və ya müavid icra hakimiyyəti orqanına qarşı iddia qaldırmaq hüququnun olması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 11 dekabr 2020-ci il tarixdə Bakı şəhər Nizami rayon Məhkəməsinin sorğusuna cavab olaraq ünvanlandığı məktubdan görünür ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 11 noyabr 2015-ci il tarixli İK 719/f-15 saylı kredit müqaviləsi AR Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Fərmanın qüvvəyə mindiyi günə - 01.03.2019-cu il tarixinə sözügedən kredit müqaviləsi üzrə onun kredit borcunun 9942.23 ABŞ dolları (16901,79 manat) təşkil etdiyindən həmin borcun restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Qaydanın 6.16cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturzasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verməzdən əvvəl ilk olaraq onu qeyd etmək istəyir ki, iddia ərizəsi iki hissədən ibarət olmaqla, maddi və mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasıdır. Məhkəmə ilk növbədə iddia tələbinin maddi zərərin tutulması hissəsinə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin təqsirli əməlləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi təqdim edilmiş sübutlarla təsdiq edilmədiyindən iddiaçı tərəfindən cavabdehlərdən maddi zərərin tutulması təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsə dəymiş maddi zərər tələbinin əsaslı hesab edilməsi üçün cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozan, təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlin törədilməsi, həmin əməl nəticəsində iddiaçıya maddi zərər dəyməsi, eləcə də hüquq pozuntusu ilə dəymiş zərər nəticəsində səbəbli əlaqənin mövcud olması faktları müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hazırki işdə İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialı, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialının müdiri Cavabdeh1 və Cavabdeh3 tərəfindən hər hansı hüquq pozuntusunun törədilməsinin təsdiq edilmədiyini nəzərə alaraq iddia tələbini maddi zərərin ödənilməsi hissəsində əsassız hesab edir və onun təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə tərəflərin mənəvi zərər tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialının, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialının müdiri Cavabdeh1 və Cavabdeh3 qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia bu nissədə də təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialı, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialının müdiri Cavabdeh1 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar