Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-222/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 Səfər oğluna qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (açar sözlər: paylı mülkiyyətin naturada bölünməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh Cavabdeh2 Səfər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 Səfər oğluna qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ümumi paylı mülkiyyətdə olan mənzilin bölünərək payın ayrılması” tələbinə dair iddia ərizəi üzrə mülki iş materiallarını məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Səfər oğluna qarşı “paylı mülkiyyətdə olan mənzilin bölünərək payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində 1477 nömrəli reyestr kitabının 134733 nömrəli vərəqində qeydiyyata alınmış 3 otaqlı mənzil üzrə bölgü aparılması, həmin yaşayış binasının 3-cü mərtəbəsində yardımçı sahələri, o cümlədən sahəsi 5,4 kv.m olan mətbəx, sahəsi 6 kv.m. olan dəhliz, sahəsi 5 kv.m. olan sanitar qovşağı, sahəsi 9 kv.m. olan eyvan və hər birinin sahəsi 11,9 kv.m. və 17,4 kv.m.olan 2 otaq hissəsində xüsusi mülkiyyətində, digər ½ hissədə olan 1 (bir) otağın cavabdehlərin xüsusi mülkiyyətində qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Əhmədbəy Ağaoğlu küçəsi ev 7, 91-ci mənzil bütöv halda xüsusi mülkiyyət hüququ əsasında mülkiyyətində olmuşdur. Mənzil 3 otaqdan, həmin binanın birinci mərtəbəsində yerləşən özünə aid yardımçı sahələri olan 17,0 kv.m.olan ayrıca yaşayış otağından və həmin binanın üst mərtəbəsində yəni 3-cii mərtəbədə yerləşən sahəsi 17,4 kv.m. ,11,9 kv.m.olan müstəqil olaraq yardımçı sahələrə malik iki yaşayış otağından ibarət olmaqla 1-ci və 2-ci mərtəbədə yerləşmişdir. Mülkiyyətində olan həmin yaşayış otaqları fiziki yəni naturada birbirindən ayrı olmuşdur və hazırdada belədir. 09 fevral 1996-cı il tarixdə qeyd edilən ünvanda yerləşən mülkiyyətində olan 3 otaqlı mənzilə aid l mərtəbəsində yerləşən sahəsi 17.2 kv.m.olan yaşayış otağını yardımçı sahələri ilə birlikdə alq-satqı müqaviləsi əsasənda vətəndaş X2, bağlanmış alqı-satqı müqaviləsi Bakı şəhəri 21 saylı dövlət notariat kontorunda 3.M-A-108 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən xx.xx.1996-cı ildə, 77 və MH qeydiyyatı idarəsi tərəfindən özünün və Cavabdeh2 Əli oğlunun adına ayrı-ayrı texniki pasportlar işlənilmişdir. Hazırda qeyd edilən ünvanda yerləşən mənzil paylı mülkiyyət hüququ əsasında iki otaqdan ibarət hissə öünə, ½ hissədə (bir otaq) cavabdehlərə məxsusdur. Hazırda mübahisənin predmeti olan və yardımçı sahələri ilə 2 olaq hissəsində özümə, digər ½ hissədə olan 1 (bir) otaq yardımçı sahələrlə birlikdə tam olara 1477 nömrəli reyestr kitabının 134733 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd edilən əmlak yəni mülkiyyətində olan 2 otaq və cavabdehlərin mülkiyyətində olan bir otaq naturada tam ayrıdır və müstəqil olaraq hər birinin öz hissəsinə aid olan yaşayış sahələrindən bir-birinə heç bir maneçilik törətmədən istifadə edirlər. Paylı mülkiyyətdə olan əmlak üzərində sərəncam vermək mülki qanunvericiliyin tələblərinə görə bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirildiyindən mülkiyyətində olan 2 otaq üzərində müstəqil sərəncam vermək səlahiyyətinə malik deyil, çünki cavabdehlər buna razılıq vermir. Cavabdehlərlə arasənda olan hüquqi bağlılıq tam olaraq mülkiyyətdə olan ayrı-ayrı bir birindən təcrid (mənzillər 1-ci və 3-cü mərtəbədə yerləşir) əmlakın (mənzillərin) birgə istifadəsi ilə əlaqədar deyildir. Hüquqi mübahisənin doğurma səbəbi müvafiq dövlət reyestr orqanın qeyd edilən əmlakı bir nömrə altında dövlət reyestrində paylı ümumi mülkiyyət kimi qeyd edilməsidir ki, belə qeydiyyat əmlakını üzərində istənilən vaxt sərəncam verməyi paylı mülkiyyətin digər mülkiyyətçisinin iradəsində asılı edir. Hazırda paylı mülkiyyət hesab edilən əmlak fiziki yəni naturada ayrıca olaraq mövcud olduğundan yenidən bölməyə ehtiyac yoxdur, istifadədə və sahib olma hüquqları mübahisə doğurmur, qarşılıqlı olaraq kompensasiyanın verilməsinə həmçinin hərracdan satılmasına hesab edirəm ki, zərurət yoxdur. Bakı şəhəri Nərimanov rayonu Əhmədbəy Ağaoğlu küçəsi ev 7, 91 ünavanında yerləşən Daşınmaz əmlakın dövlət reyestrində 1477 nömrəli reyestr kitabının 134733 nömrəli vərəqində qeydiyyata alınmış əmlak (üç otaqlı mənzil üzrə bölgü aparılmalı, həmin yaşayış binasının 3-cü mərtəbəsində yardımçı sahələrlə birlikdə yardımçı sahələri o cümlədən sahəsi 5,4 kv.m olan mətbəx, sahəsi 6 kv.m olan dəhliz, sahəsi 5kv.m olan sanitar qovşaq, sahəsi 9kv.m olan eyvan, hər birinin sahəsi 11,9 və 17,4 kv.m.olan 2 otaq hissəsində xüsusi mülkiyyətində, digər ½ hissədə olan l (bir) otaq cavabdehlərin xüsusi mülkiyyətində qalması müəyyən edilməli və bu haqda müvafiq qətnamə çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, evi sənədlə almışdır. İddiaçı 30 ildən sonra bildirir ki, evin yarısını satmışdır. İddiaçının onunla qohumluq əlaqəsi yoxdur. Ondan ancaq ev almışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının, digər cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -Bakı şəhər 21 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş, 3-M-A-108 saylı müqavilənin məzmunundan müəyyən edilir ki, 09 fevral 1996-cı il tarixdə ünvan 2 ünvanda yerləşən əmlak (mənzil), 3 otaqlı mənzilin 1-ci mərtəbəsində yerləşən sahəsi 17.2 kv.m olan yaşayış otağı yardımçı sahələri ilə birlikdə alqı-satqı müqaviləsi əsasında vətəndaş X1. -Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7, 91 ünvanda yerləşən əmlak (mənzil) üzərində X6 2 otaq hissədə xx.xx.2014-cü il tarixdə, Cavabdeh2 və X3 1 otaq üzərində hər ikisinin ½ hissədə payları müvafiq olaraq xx.xx.2011 və 23.11 2011-ci il tarixdə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasport ilə müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi b 7, mənzil 91 yerləşdiyi mərtəbə 3-1, otaqların sayı 3, ümumi sahəsi 71,4, yaşayış sahəsi 46,3 kv.m-dir. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(005)- 765/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən əmlak (mənzil) üzərində ümumi mülkiyyət hüquqlarına cavabdehlərin razılığı nəzərə alınmadan xitam verilməsi, həmin ünvanda olan daşınmaz əmlakın naturada özünə aid hissədə hüquqların dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3020/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-765/2023 saylı iş üzrə 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3350/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3020/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-9645/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1) “çıxarışın verilməsi” iddia tələbi üzrə iddia mümkün sayılmamışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyərək, iddia ərizəsini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Həmçinin həmin Qərarda qeyd edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 saylı 06 dekabr 2024-cü il tarixli qərardadına əsasən: Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. İşin halları və tərəflərin izahatı ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində ümumi sahəsi 71,4 kv.m, yaşayış sahəsi isə 46,3 kv.m olan mənzil olmuş və o, 1996-cı ildə həmin mənzilin 1-ci mərtəbəsində yerləşən və yaşayış sahəsi 17.2 kv.m olan 1 bir otağı cavabdeh Siyatel Qəribovaya satmışdır. Həmin vaxt tərəflər arasında daşınmaz əmlaka dair real bölgü sxemi tərtib edilməmiş, bu səbəbdən tərəflərə verilmiş Çıxarışda hər bir mülkiyyətçiyə aid yaşayış və köməkçi sahələrin ölçüləri göstərilməmişdir. Həmçinin həmin vaxt cəvabdehlər ər-arvad olmuşlar. Sonradan cavabdehlər boşanmış və həmin 1 otaq onların arasında bölünərək, hər birinin ½ hissədə payı müəyyən olunmuşdur. Cavabdehlərə məxsus 1 otaq binanın 1-ci, iddiaçıya məxsus 2 otaq isə binanın 3-cü mərtəbəsində yerləşir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən əmlak (mənzil) üzərində ümumi mülkiyyət hüquqlarına cavabdehlərin razılığı nəzərə alınmadan xitam verilməsi, həmin ünvanda olan daşınmaz əmlakın naturada özünə aid hissədə hüquqların dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(005)-765/2023 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilməmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3020/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə və Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3350/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə qanunvericilikdə paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ya ondan payın ayrılması qaydası müəyyən olunduğu (MM-nin 220-ci maddəsi), lakin iddiaçının öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmədiyi qeyd olunaraq iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi işdə iştirak edən şəxslər eyni olduğundan hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Məhkəmə qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Bunun da mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən 2 otaqlı mənzilə və ona aid cavabdeh tərəfindən tərtib edilmiş texniki göstəricilərdə ölçülərdə olan əmlakı Daşınmaz Əmlakın Dövlət Reyestrində ayrıca nömrə altında qeydə alıb müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardadda qeyd edilmişdir ki, hazırda mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmış mənzildən istifadə ilə bağlı İddiaçı və digər paylı mülkiyyətçilər arasında mübahisə mövcuddur və həmin mübahisə mülki xarakterlidir. Belə ki, iddiaçı mübahisəli daşınmaz əmlakın paylı mülkiyyət hüququ ilə ona məxsus olan 2 otaqdan ibarət hissəsi üzrə yeni çıxarışın verilməsini xahiş edir, lakin həmin mənzil faktiki olaraq yerdə qalan hissələrdə, yəni 1 otaq - 1/2 hissədə digər paylı mülkiyyətçi Cavabdeh2, 1 otaq - 1/2 hissədə Cavabdeh1 məxsus mənzilin bir hissəsi olmaqla, birlikdə vahid mənzil daxilində yerləşir. Sözügedən mənzilə dair təqdim edilmiş bölgü sxemi digər payçılar tərəfindən imzalanmamışdır. Odur ki, qeyd edilən şəraitdə yaşama ilə əlaqədar mənzilin bölünərək yeni ünvanla çıxarış verilməsi üçün səmərəli hüquq müdafiə vasitəsi mülkiyyətçinin öz payının naturada ayrılması ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir. Göstərilənlərə əsasən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 9645/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1) “çıxarışın verilməsi” iddia tələbi üzrə iddiası mümkün sayılmamışdır. İddiaçı yuxarıda göstərilənlər nəzə alınmaqla hazırki tələblə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir. Digər hallarda isə məhkəmə payın naturada ayrılmasının formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır. Araşdırmanın nəticəsində payın naturada ayrılmasının mümkünlüyü müəyyən edilərsə, məhkəmə payın müəyyən etdiyi qaydada naturada bölgüsü barədə qətnamə qəbul etməlidir. İddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş naturada bölgünün qaydası ilə razı olmadıqda, qətnamədən apellyasiya və kassasiya şikayətləri vermək, eyni zamanda iddiadan imtina hüquqlarından istifadə edə bilər. Göründüyü kimi, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, iddiaçının həmin mənzildən istədiyi kimi istifadə edə bilməməsi və cavabdehlərin müdaxiləsi ilə qarşılaşması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi tələbinin təmin olunmasını – payın naturada ayrılmasını iddia etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7-də yerləşən 91 saylı, 3 otaqlı mənzilin naturada texniki cəhətdən real bölgüsünun mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli 10/5463 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən: -Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7-də yerləşən 91 saylı, 3 otaqlı mənzil faktiki olaraq bölündüyündən, mənzilin bir yaşayış otağının birinci mərtəbədə, digər iki yaşayış otağının üçüncü mərtəbədə yerləşdiyindən, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolu olduğundan, o cümlədən faktiki ayrılmış mənzillərin tərkiblərində kommunal xidmətlı sahələrinin (mətbəx, dəhliz, və s.) olmasını nəzərə alaraq görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə bölünməsi texniki cəhətdən mümkün olduğu, mənzilin faktiki vəziyyəti üzrə bölgüsünün mümkün olduğu; -İddiaçı, Cavabdeh1 və Cavabdeh2 Səfər oğlunun birgə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7-də yerləşən 91 saylı, 3 otaqlı mənzil üzrə iddia ərizəsində qeyd edildiyi kimi (yaşayış binasının 3-cü mərtəbəsində yardımçı sahələri, o cümlədən sahəsi 5.4 kv.metr olan mətbəx, sahəsi 6 kv.metr olan dəhliz, sahəsi 5 kv.metr olan sanitar qovşağı, sahəsi 9 kv.metr olan eyvan, hər birinin sahəsi 11.9 kv.metr və 17.4 kv.metr olan 2 otaq və digər 1/2 hissədə olan 1 otaq) bölgü aparılması mümkün olduğu müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 2 otaq hissədə İddiaçı (********** qeydiyyat nömrəsi ilə) və 1 otaq - ½ hissədə Cavabdeh2 (********** qeydiyyat nömrəsi ilə) və 1 otaq – ½ hissədə Cavabdeh1 (********** qeydiyyat nömrəsi ilə) paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71,40 kv.m olan mənzil yaşayış binasının 3-cü mərtəbəsində yardımçı sahələri, o cümlədən sahəsi 5.4 kv.metr olan mətbəx, sahəsi 6 kv.metr olan dəhliz, sahəsi 5 kv.metr olan sanitar qovşağı, sahəsi 9 kv.metr olan eyvan, hər birinin sahəsi 11.9 kv.metr və 17.4 kv.metr olan 2 otaq İddiaçı və digər hissədə 1 otaq (hər birinə ½ hissə olmaqla) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyəti hesab olunmaqla tərəflər arasında naturada bölünməli, tərəflərin adlarına ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71,40 kv.m olan mənzilə dair paya mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli, cavabdehlərdən müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216- 220, 233 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 2 otaq hissədə İddiaçı (********** qeydiyyat nömrəsi ilə) və 1 otaq - ½ hissədə Cavabdeh2 (********** qeydiyyat nömrəsi ilə) və 1 otaq – ½ hissədə Cavabdeh1 (********** qeydiyyat nömrəsi ilə) paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71,40 kv.m olan mənzil yaşayış binasının 3-cü mərtəbəsində yardımçı sahələri, o cümlədən sahəsi 5.4 kv.metr olan mətbəx, sahəsi 6 kv.metr olan dəhliz, sahəsi 5 kv.metr olan sanitar qovşağı, sahəsi 9 kv.metr olan eyvan, hər birinin sahəsi 11.9 kv.metr və 17.4 kv.metr olan 2 otaq İddiaçı və digər hissədə 1 otaq (hər birinə ½ hissə olmaqla) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyəti hesab olunmaqla tərəflər arasında naturada bölünsün. Tərəflərin adlarına ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71,40 kv.m olan mənzilə dair paya mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdehlərdən müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-222/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-222/2025
01.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver