Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2226/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 vəkili Vəkil4, Cavabdeh4 nümayəndələri (vəkilləri) Vəkil4 və Vəkil2, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə mülkiyyət hüququna dair qeydin etibarsız hesab edilməsi, mənzilə dair hüquqi nəticələrin ləğvi və mülkiyyət hüququnun qeydə alınmasının həvalə olunması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1, üçüncü şəxs Cavabdeh4 və maraqlı şəxs Cavabdeh3 qarşı “mənzilə mülkiyyət hüququna dair qeydin və onun hüquqi nəticələrinin ləğvinə və mənzilə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasının həvalə olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzilinə dair Cavabdeh1 adına mülkiyyət hüququna dair qeydin və “Çıxarış”ın ləğv edilməsi, həmçinin həmin “Çıxarış”la bağlı bütün hüquqi nəticələrin ləğvi və həmin mənzilə iddiaçının mülkiyyət hüququnun qeydə alınması və adına reyestrdən çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzili "xxxx" Mənzil-Tikinti Kooperativindən, kooperativ üzvlüyünə qəbul edilməklə 28 mart 2009-cu il tarixli protokoluna əsasən iddiaçı tərəfindən alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışından göründüyü kimi, payçı olaraq iddiaçı tərəfindən MTK-ya 30975 manat məbləğində tam ödəniş edilmiş, MTK-ya borcu olmamışdır. Təqdim edilmiş sənədlər əsasında iddiaçının adına Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzilə dair 032066 saylı order verilmiş və iddiaçı, daha sonra qızı 2020-ci il tarixədək həmin mənzildə yaşamağa başlamışlar. İddiaçı bildirir ki, o, iş fəaliyyəti ilə bağlı son illərdə Rusiya Federasiyasında olmuşdur. İmkan yaranmış olduğu üçün Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzil üzərində hüquqlarının qeydiyyata alınması üçün etibarnamə üzrə nümayəndəsi X11 tərəfindən aidiyyəti üzrə hazırkı iş üzrə cavabdehə müraciətlər olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********14 saylı, 04 avqust 2022-ci il tarixli ilkin məktubla ərizənin icrasının mümkün olmaması bildirilmişdir. Həmin imtina adıgedən, Bakı şəhəri, Nərimanov rayonu, İbralıimpaşa Dadaşov küçəsi 57 saylı evin 5-ci girişinin 9-cu mərtəbəsində yerləşən 2 otaqlı, 137 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin adına qeydiyyata alındığı ilə əsaslandırılmışdır. Məsələ üzrə dəqiqləşmə aparılması məqsədilə iddiaçının vəkil və nümayəndəsi tərəfindən verilmiş sorğulara cavab olaraq Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzilin Bakı şəhəri 12 saylı DNK-nin 40/582 reyestr nömrəli Cavabdeh3 ilə bağlanılmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçməsi və hazırda mülkiyyətində olması bildirilmişdir. Həmin araşdırma ilə həmçinin müəyyən olunmuşdur ki, faktiki olaraq tam surətdə sahibliyində və istifadəsində, formal olaraq isə mülkiyyətində olan həmin mənziİə Cavabdeh3 mülkiyyət hüququnun əsasını mənzilin daha əvvəlki mülkiyyətçisi olmuş Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi olmuşdur. İş üzrə maraq doğuran əsas məsələ isə həmin mənzildə iddiaçının öz ailəsi ilə yaşadığı və daha sonra illər uzunu yaşayacağı bir vəziyyətdə, xx.xx.2014-cü il tarixdə, mənzilin həmin vaxtlar MTK-nın sədri olmuş Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış olmasıdır. Cavabdeh1 mənzil üzərində mülkiyyət hüququnun əsasları isə "xxxx" MTK üzvlərinin ümumi iclasının 33 nömrəli, xx.xx.2013-cü il tarixli protokolundan çıxarış, maliyyə arayışı və 08 saylı, xx.xx.2014-cü il tarixli Forma 2 arayışı olmuşdur. Bu faktlar adıgedən mənzil üzərində ilkin olaraq Cavabdeh1, daha sonra isə Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüquqlarının qanunsuz olaraq qeydiyyata alınmasını göstərir. Belə ki, iddiaçının adına olan sənədlər: - "xxxx" MTK tərəfindən verilmiş Maliyyə arayışı, MTK tərəfindən verilmiş 2 saylı Forma 2 arayışı, MTK-nın xx.xx.2009-cu il tarixli 16 nömrəli protokolundan çıxarış, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzilə dair 032066 saylı order və digər sənədlər qüvvədə olan sənədlərdir, heç bir orqan tərəfindən ləğv edilməmişdir, əslləri heç bir şübhə doğurmayan qanuni sənədlərdir. Həmin sənədlər mövcud olduğu bir halda, görünür ki, Cavabdeh1 MTK-nın sədri vəzifəsində olmasından istifadə etmiş, öz adına saxta sənədlər tərtib etdirmiş və hər birindən gizli bir surətdə mənzili öz adına rəsmiləşdirmiş, daha sonra digər hərəkətləri etmişdir. İddiaçı bildirir ki, o özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evdə yerləşən 137 saylı mənzili heç vaxt, heç kimə satmamış, təqdim olunmuş sənədlərdən də göründüyü kimi mənzil ona məxsusdur. 2020-ci il tarixə kimi həmin mənzildə yaşamışdır. Nərimanov rayon Sukanal idarəsinin xx.xx.2022-ci il tarixli 01/01-3/01-790 saylı məktubundan və Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022-ci il tarixli, SOKAR**********30560046X02225 saylı məktubundan göründüyü kimi, həyat yoldaşı X13 iddiaçının adına olan mənzil üzrə abonentdir. Göründüyü kimi, sadəcə müvəqqəti olaraq Bakı şəhərində olmamağınan istifadə olunmuş və mənzil qanunsuz olaraq digər bir şəxsin adına özəlləşdirilmişdir. İddiaçıya məxsus olan mənzilə Cavabdeh4 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi və həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizəsi də cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təmin olunmamışdır və İdarənin xx.xx.2022-ci il tarixli, **********69 saylı məktubu ilə iddiaçıya mübahisəli məsələ ilə əlaqədar məhkəmə orqanına müraciət etməyi tövsiyyə olunmuşdur. Mənzil üzərində Cavabdeh1 də mülkiyyət hüququnun qeydə alınması müəyyən edildikdən sonra, adıgedən mənzilə dair Cavabdeh1, həmçinin Cavabdeh3 Vaqil qızının, daha sonra isə X3 adlarına olan mülkiyyət hüququna dair qeydlərin və buna uyğun olaraq da həmin şəxslərin adlarına olan “Çıxarış”ların ləğv edilməsi və və həmin mənzilin iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınması və onun adına Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən “Çıxarış” verilməsi cavabdehdən bir daha xahiş olunmuşdur. Həmin xahişindən cavabdeh tərəfindən imtina olunmuş və xx.xx.2023-cü il tarixli, 3-21-3-3 0/2-İ-0067/02-8/2023 **********87 saylı məktubla bildirilmişdir: “Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 57 saylı evin 137 saylı mənzilinə dair aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı **********4 daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli və **********2 daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli müraciətlərinizə tərəfimizdən baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildiririk ki, qeyd olunan ünvanda verləşən daşınmaz əmlaka dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən məhkəmə qaydasında həll edilə bilər”. İddiaçı həmçinin bildirir ki, Cavabdeh1 adına olması bildirilən sənədlər "xxxx" MTK-da müəyyən olunmamış, sənədlərin Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən götürüldüyü bildirilmişdir. Bununla bağlı KQMBİ-nə və 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış vəkil sorğusu hələ də cavablandırılmamışdır. Göründüyü kimi, adıgedən mənzilin Cavabdeh1 adına özəlləşdirilməsi işin hallarına uyğun deyildir və bu səbəbdən həmin mənzilə dair onun adına olan qeydiyyat və “Çıxarış” ləğv edilməli və "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışı, MTK tərəfindən verilmiş 2 saylı Forma 2 arayışı. MTK-nin xx.xx.2009-cu il tarixli 16 nömrəli protokolundan çıxarış, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzilə dair 032066 saylı order əsas götürülməklə, mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmalı və onun adına reyestrdən çıxarış verilməlidir. Belə ki, hazırkı mübahisənin predmeti olan mənzil üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi əməkdaşları tərəfindən heç bir araşdırma aparılmamış, mənzilin mənsubiyyəti müəyyənləşdirilməmiş, mənzil qanunsuz olaraq digər şəxsin adına özəlləşdirilmişdir. İddiaçı bildirir ki, hazırkı mübahisəli işin tərtibi zamanı onun hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Göstərilən hallar Bakı şəhəri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzilin saxta sənəd əsasında cavabdehin adına özəlləşdirilməsini təsdiq edən əyani sübutdur. Bu səbəbdən mülkiyyət hüququna dair qeyd etibarsız hesab edilməli, onun əsasında tərtib edilmiş hüquqi nəticələr ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq, iddiaçı pozulmuş hüquqlarının bərpası və mənzilə dair Cavabdeh1 adına olan qeyd və “Çıxarış”ın ləğv edilməsi və onun adına reyestrdən çıxarış verilməsi üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh4 yazılı etiraz ərizəsi ilə müraciət etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə mülkiyyət hüququna dair qeydin və onun hüquqi nəticələrinin ləğvinə və mənzilə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasının həvalə olunmasına dair iddia ərizəsi vermiş və Bakı şəhəri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı ev, 137 saylı mənzilinə dair Cavabdeh1 adına mülkiyyət hüququna dair qeydin və "Çıxarışın” ləğv edilməsi, həmçinin həmin "Çıxarış”la bağlı bütün hüquqi nəticələrin ləğvi və həmin mənzilə İddiaçı mülkiyyət hüququnun qeydə alınması və adına reyestrdən çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar çıxarılması xahiş edilmişdir. Aşağıdakı əsaslara görə iddia tələbini əsassız hesab edir və ona etiraz edir: 1. O, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətdə və Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********25¬05301-093128 olan 82,90 kv.m mənzili notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə X4 almış, mənzil üzərində hüquqlarını tam payla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə aldırmaqla hüquq sahibi olmuş və bu barədə ona hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2. xx.xx.2022-ci il tarixdə poçtla ona təqdim olunan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 15(112)-18/2022 №li qərardadı ilə tanış olduqda ona məlum olmuşdur ki, vətəndaş İddiaçı "müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi əsasında işə mahiyyəti üzrə baxılıb qurtaranadək daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs olaraq onun mülkiyyəti kimi qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı evin 137 saylı mənzilinin özgəninkiləşdirilməsi, onunla bağlı hər hansı rəsmiləşdirmə (sənədləşdirmə) işinin aparılması və hər hansı formada yüklü edilməsi hərəkətləri "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxsə qadağan olunmuşdur. 3. Həmin inzibati işin materialları ilə tanış olarkən ona məlum oldu ki, Cavabdeh3 ona satdığı ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh1 almış və mənzil üzərində hüquqlarını tam payla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-ci il tarixdə qeydə aldırmaqla hüquq sahibi olmuş və bu barədə ona hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №li çıxarış verilmişdir. 4.Həmin inzibati işin materialları ilə tanış olarkən, habelə, ona məlum oldu ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzil üzərində hüquqlarını tam payla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydə aldırmaqla hüquq sahibi olmuş və bu barədə ona Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №li çıxarış verilmişdir. 5. Cavabdeh4 vətəndaş İddiaçı əri X13 ilə görüşüb söhbət edərkən sonuncu ona ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh1 satmaq barədə razılaşdığını və mənzilin dəyəri olan 130000 manatdan 70000 manatı xx.xx.2014-cü il tarixdə ödədiyini, qalan 60000 manatı 1 ABŞ dolları=0,85 manat kursu ilə hesablanmaqla 70587 ABŞ dolları hesabladıqlarını və həmin puldan 46108 ABŞ dolları vəsaiti Nöfəl Hacıyevin ona ödədiyini, 24479 ABŞ dolları borclu qaldığını bildirmiş və bunları təsdiq edən əlyazmaların surətini vermişdir. X1 Nabat Haqverdi qızına bildirmişdir ki, 24479 ABŞ dolları vəsait Cavabdeh1 tərəfindən ona verilsə, onun mənzil barədə hər hansı tələbi olmayacaqdır. 6. Cavabdeh4 habelə məlum olmuşdur ki, 2020-ci ilədək hazırda ona məxsus ünvan 2 ünvanında yerləşən mənzildə İddiaçı qızı və kürəkəni X2 yaşamışdır, sonra isə həmin mənzilin mülkiyyətçisi Cavabdeh3 əri X19 tələbi ilə mənzildən çıxmışdır. 7.X1 Nabat Haqverdi qızına bildirmişdir ki, 2020-ci ilin yanvar ayında Cavabdeh1 ilə "Təbriz” MTK-nın Bakı şəhəri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok 7 mərtəbəsində 1 otaqlı 65 kv.m mənzil satılması barədə razılıq əldə etmiş və həmin mənzil kürəkəni X6 adına rəsmiləşdirilmişdir. Müqavilə bağlandıqdan sonra o, dəfələrlə Cavabdeh1 ilə görüşmüşdür. 8. Cavabdeh4 ünvan 2 ünvanında yerləşən mənzili aldıqdan sonra heç kim həmin mənzillə bağlı ona hər hansı tələb irəli sürməmiş və yaşadığı mənzilə gəlib mənzil barədə iddia bildirməmişdir. Mənzilə vətəndaş İddiaçı hansısa tələbi olmuşsa, bunu ilk növbədə mənzildə yaşayan şəxs olaraq Cavabdeh4 bildirməli idi. Göstərilənlərdən görünür ki, Cavabdeh1 ilə İddiaçı əri X13 arasında ünvan 2 ünvanında yerləşən mənzillə bağlı alqı-satqı barədə razılaşma olmuş, bu razılaşmanın nəticəsi olaraq, Cavabdeh1 mənzilin dəyərinin böyük hissəsini X10 ödəmiş, aralarında həmin mənzilə görə 24479 ABŞ dolları ödənilməmiş borc qalmışdır. Habelə, X13 2020-ci ildə kürəkəni X6 ünvan 2 ünvanında yerləşən mənzildən çıxarıldığını bilmiş, lakin bu barədə Cavabdeh1 hər hansı irad bildirməmişdir. Hazırkı iddia ərizəsi isə Cavabdeh1 Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan cinayət işi ilə əlaqədar təqsirləndirilən şəxs qismində cəlb edildikdən və barəsində həbs qətimkan tədbiri seçilməsindən sonra verilmişdir. İddiaçı Cavabdeh1 Bakı İstintaq Təcridxanasında saxlandığını bildiyi halda bu barədə iddia ərizəsində qeyd etməmiş və məhkəmənin cavabdehin ona qarşı qaldırılmış iddia tələbinə cavab vermək imkanlarını məhdudlaşdırmağa cəhd etmişlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh3 və Cavabdeh4 hazırki iş üzrə cavabdeh qismində cəlb edilməklə, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı 137 saylı mənzilinə Cavabdeh1 mülkiyyət hüququna dair qeyd etibarsız hesab edilməsinə, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı 137 saylı mənzilinə dair digər hüquqi nəticələrin, mənzilə dair Cavabdeh3 və Cavabdeh4 adlarına mülkiyyət hüququna dair qeydlərin ləğv edilməsinə, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 say 137 saylı mənzilinə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı 137 saylı mənzilinə iddiaçının adına reyestrdən çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinə həvalə olunmasına dair qətnamə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 və Cavabdeh4 cavabdeh qismində cəlb olunması qərara alınmışdır. Cavabdeh1 etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı adına yazılmış maliyyə arayışının və mənzil orderinin ləğv edilməsi, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “mənzilə mülkiyyət hüququna dair qeydin və onun hüquqi nəticələrinin ləğvinə və mənzilə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasının həvalə olunmasına dair” iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona və qeyrilərinə qarşı mənzilə mülkiyyət hüququna dair qeydin və onun hüquqi nəticələrinin ləğvinə və mənzilə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasının həvalə olunmasına dair iddia ərizəsi hazırda məhkəmənin icraatındadır. AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanıldığı üçün ona qarşı verilmiş həmin iddia ərizəsi barəsində məlumatı olmamış və iddia ərizəsinin surəti ona xx.xx.2023-cü il tarixdə vəkili tərəfindən ona təqdim olunmuşdur. Göstərilən səbəbdən o, bu günədək iddia ərizəsinə münasibət bildirmək imkanından məhrum olmuşdur. İddia ərizəsi ilə bağlı bildirir ki, İddiaçı "xxxx" MTK-nın xx.xx.2009-cu il tarixli iclasında kooperativin üzvlüyünə qəbul olunaraq Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı evin 137 saylı mənzilini almış, mənzilin dəyəri halhazırda yadında deyil. Bildirir ki, həmin mənzil həqiqətən "xxxx" MTK tərəfindən müqavilə əsasında xx.xx.2009-cu il tarixdə vətəndaş İddiaçı satılmışdır. Sonradan iddiaçının həyat yoldaşı tərəfindən öz razılıqları əsasında müqavilə ləğv edilərək həmin mənzilin dəyəri cavabdeh tərəfindən iddiaçının həyat yoldaşına ödənilmişdir. Ödənilən məbləğin aralarında qeydiyyatı var və iddiaçı özü imzası ilə təsdiq etmişdir. Həmin mənzilin müqavilələri "xxxx" MTK-nın iclasında protokol əsasında ləğv edilib, sənədlər mühasibatlığın arxivindədir. Sonradan adıgedən mənzil Cavabdeh3 satılmışdır və onlarda müqavilə və protokol əsasında özəlləşdirilmişdir. Bir müddət həmin mənzildə iddiaçının həyat yoldaşı öz qohumları bu evdə kirayə yaşamışdır. Bunu Cavabdeh3 həyat yoldaşı Sadıqov Anar təsdiq edə bilər. X26 həmin mənzili satışa çıxarmış və Cavabdeh4 “kupça” əsasında satılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil4 iddia tələbi ilə razılaşmadığını bildirərək, yazılı etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddianın tam əsassız olduğunu bildirib, qeyd etdi ki, iddiaçının adına olan müqavilə tərəflərin razılıqları əsasında ləğv edilərək, həmin mənzilin dəyəri iddiaçının ərinə ödənilmişdir. Mübahisəli mənzili iddiaçı və əri ilə razılaşmaqla 130000 manata MTK-nın balansına qaytarmışdır, razılaşdırılmış məbləğdən 110000 manat pul tərəfindən iddiaçının ərinə ödənilmişdir, qalıq 20000 manat isə yeni inşa etdikləri binadakı mənzilin dəyəri ilə əvəzləşdirilmişdir. Belə ki, həmin mənzilin dəyərindən 20000 manat çıxılması barədə razılıq əldə etmişlər. Məhkəmə iclasında Cavabdeh4 nümayəndələri (vəkilləri) Vəkil2 və Vəkil4 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız və qanunazidd olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirimiş X20 ifadəsində göstərmişdir ki, Cavabdeh1 qardaşıdır. İddiaçının əri Rahibi, cavabdehlərdən isə Nabat xanımı tanıyır. Cavabdeh3 tanımır. Ev Nabat xanımındır. O, bina tikilən zaman texniki nəzarətçi işləmişdir və sakinləri tanıyır. 2017-2018-ci illərdə iddiaçı evi yalnız müqavilə əsasında almışdır, çıxarış əldə etməmişdir. Cavabdeh4 isə qanunauyğun surətdə çıxarış əldə etmişdir. İddiaçının əri Rövşən Hacıyevə bildirmişdir ki, o, evi Nofələ 130.000 manata satmışdır və pulların 110.000 manatı hissə-hissə ona ödənilmişdir. Rahib və Nofəl qalan 20.000 manat borcunu kürəkəninə vermək üçün yeni başqa mənzillə əvəzləşdirməklə onun məbləğinə ödənilməsi barədə razılığa gəlmişlər. 2006-cı ildən evlər satışa çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirimiş X22 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh4 bina sakini olaraq tanıyır. Cavabdeh3 tanımır. Binada günəmuzd işləmişdir. Artıq binada işləmir. Nabat xanımın aldığı evin boşalmasında fəhlə kimi iştirak etmişdir. Evdəki əşyalar Mətanət xanımın qızı və kürəkəninin idi. Onu evə Rahib müəllim dəvət etmişdir. Əşyaları yuxarıdakı Rahibin qardaşı Aqif İsmayılovun evinə yığmışdır. Açarı Cavabdeh3 yoldaşına vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, Mətanəti tanımır, Nofəl və Nabat xanımı tanımır. Günel onun yoldaşıdır. 2016-cı ildə Nofəli Famil adlı şəxsin alqı-satqı zamanı vasitəçiliyi ilə tanımışdır. Evi 3 il müddətinə kirayə vermişdir. 2020-ci ildə evi təmir etmişdir və açarı ona təhvil vermişdilər. Sonra evi başqa adama kirayəyə vermişdir. 2014-cü ildə çıxarış almışdır. Mətanət xanımın yoldaşı ona bildirmişdir ki, evi 2014-2015-ci illərdə alıb. X25 əslində evi əşyaları ilə birlikdə almışdır, lakin həmin zaman əşyalar yox idi. Özünü vicdanlı alıcı hesab edir. Nofəli evin sahibi kimi tanımışdır. Nabat xanıma ev satdığından, onu alıcı olaraq tanımışdır. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 ünvanlanan məktubdan görünür ki, aparılan araşdırma zamanı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin, 5-ci girişinin 9-cu mərtəbəsində yerləşən 2 (iki) otaqlı 137 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin adına qeydiyyata alındığı müəyyən edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna ünvanlanan məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57, 137 saylı mənzil Bakı şəhəri, 12 saylı DNK-nın 4Ə/582 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə “Mərkəz” Vəkil Bürosuna ünvanlanan məktubdan müəyyən olunur ki, ünvan 5 ünvanı Bakı şəhəri 9 saylı notariat kontorunun 4Ə-292 reyestr nömrəli xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Sözügedən mənzil X5 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “Mərkəz” Vəkil Bürosuna ünvanlanan məktubdan müəyyən olunur ki, ünvan 5 ünvanı "xxxx" MTK üzvlərinin ümumi iclasının 33 nömrəli xx.xx.2013-cü il tarixli protokoldan çıxarışına, maliyyə arayışına və 08 nömrəli xx.xx.2014-cü il tarixli Forma 2 arayışına əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 48 №-li “Forma 2” arayışından məlum olur ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsindəki ev 57 nömrəli 12 mərtəbəli evin 9-cu mərtəbəsində, 88,5 kv.m sahəsi olan 2 otaqlı, 137 №-li mənzildə yaşayır. İş materiallarında olan "xxxx" MTK üzvlərinin ümumi iclasının 16 №-li protokolundan çıxarışdan məlum olur ki, İddiaçı MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanında, Kooperativ yaşayış binasında giriş 5, mərtəbə 9, yaşayış sahəsi 43,97 kv.m ümumi sahəsi 88,5 kv.m olan 2 otaqlı, 137 saylı mənzilin verilməsi və dövlət reyestrində 1 nəfər ailə tərkibində (özü) daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MTK-nın maliyyə arayışından müəyyən olunur ki, ünvan 8 ünvanda yerləşən kooperativ yaşayış binası, giriş 5, mərtəbə 9, yaşayış sahəsi 43,97 kv.m ümumi sahəsi 88,5 kv.m olan 2 otaqlı, 137 saylı mənzilin pay dəyəri 30975,00 manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan "xxxx" ASC Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən “Mərkəz” Vəkil Bürosuna ünvanlanan məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57/A saylı evin 137 saylı mənzili üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə bağlı xx.xx.2011-ci il tarixində "xxxx" ASC-nin Nərimanov rayon Sukanal İdarəsində əhali qrupuna aid olan fiziki şəxs X10 **********370 saylı abonent kodu açılmışdır. Abonent hal-hazırda xidmətlərdən istifadə edir. İş materiallarında olan “Azəriqaz İB” tərəfindən “Mərkəz” Vəkil Bürosuna ünvanlanan məktubdan müəyyən olunur ki, ünvan 10vanında 2009-2020-ci illərdə **********01370 istehlakçı hesabı X8 adına qediyyatda olmuşdur. İş materiallarında olan "xxxx" MTK üzvlərinin ümumi iclasının 33 №-li protokolundan çıxarışdan məlum olur ki, Cavabdeh1 MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanda Kooperativ yaşayış binasında 5 giriş, 9 mərtəbə, yaşayış sahəsi 43.93 kv.m ümumi sahəsi 88,54 kv.m olan 2 otaqlı, 137 saylı mənzil verilməsi və dövlət reyestrində 1 nəfər ailə tərkibində (özü) daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilən xx.xx.2014-cü il tarixli, 08 №-li “Forma 2” arayışından məlum olur ki, Hacıyev X12 Dadaşov küçəsindəki 57 №-li 12 mərtəbəli evin 9 mərtəbəsində 88,54 kv.m sahəsi olan 2 otaqlı 137 №-li mənzildə yaşayır. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, İbrahimpaşa Dadaşov küçəsi ev 57 saylı ünvanda yerləşən kooperativ yaşayış binasının giriş 5, mərtəbə 9, yaşayış sahəsi 43,93 kv.m olan 2 otaqlı, 137 saylı mənzilin pay dəyəri 30989,00 payçı Cavabdeh1 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 82.9 kv.m olan 2 otaqlı mənzil Cavabdeh1 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2014-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan 23 aprel 2016-cı il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, “Satıcı” Cavabdeh1 tərəfindən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 82.9 kv/m, yaşayış sahəsi 44.1 kv/m olan 2 otaqlı mənzil tam mülkiyyət üzrə “Alıcı” Cavabdeh3 100000 manata satılmışdır. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 82.9 kv.m olan mənzil Cavabdeh3 tam payda xüsusi mülkiyyətdədir. Bu barədə xx.xx.2016-cı il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 82.9 kv.m olan mənzil X16 tam payda xüsusi mülkiyyətdədir. Bu barədə xx.xx.2018ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan 16 yanvar 2018-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin surətindən məlum olur ki, “Hədiyyə verən” Cavabdeh3 tərəfindən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 82.9 kv.m olan mənzil “Hədiyyə alan” X16 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 19 mart 2019-cu il tarixli “Əvvəl bağlanmış müqavilənin ləğvi barədə saziş”dən görünür ki, Cavabdeh3 və X23 Bakı şəhəri 9 saylı Notariat kontorunda xx.xx.2018-ci ildə təsdiq olunmuş 4-Ə-54 reyestr nömrəli ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 82.9 kv.m olan mənzilə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlmişlər və ləğv edirlər. İş materiallarında olan 25 aprel 2022-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, “Satıcı” Cavabdeh3 tərəfindən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 82.9 kv/m, yaşayış sahəsi 44.1 kv/m olan 2 otaqlı mənzil tam mülkiyyət üzrə “Alıcı” Cavabdeh4 85000 manata satılmışdır. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 82.9 kv.m olan mənzil Cavabdeh4 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixli məktubdan məlum olur ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57, 137 saylı mənzil xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2016-cı il tarixli 4Ə/292 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNKnın xx.xx.2018-ci il tarixli 4Ə/54 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X16 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2019-cu il tarixli 3M-317 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğvinə dair sazişə əsasən Cavabdeh3 adma qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı DNK-nın xx.xx.2022-ci İl tarixli 4Ə/882 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, 28 mart 2009-cu il tarixində keçirilmiş "xxxx" MTK-nın üzvlərinin ümumi iclası zamanı İddiaçı MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanında, Kooperativ yaşayış binasında giriş 5, mərtəbə 9, yaşayış sahəsi 43,97 kv.m ümumi sahəsi 88,5 kv.m olan 2 otaqlı, 137 saylı mənzilin verilməsi və dövlət reyestrində 1 nəfər ailə tərkibində (özü) daxil edilməsi qərara alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən, mənzilin pay dəyəri 30975,00 manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Həmçinin də, iddiaçının adına Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzilə dair 032066 saylı order verilmişdir. Eyni zamanda xx.xx.2013-cü ildə keçirilmiş "xxxx" MTK-nın üzvlərinin ümumi iclasında Cavabdeh1 MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanında, Kooperativ yaşayış binasında giriş 5, mərtəbə 9, yaşayış sahəsi 43,97 kv.m ümumi sahəsi 88,54 kv.m olan 2 otaqlı, 137 saylı mənzilin verilməsi və dövlət reyestrində 1 nəfər ailə tərkibində (özü) daxil edilməsi qərara alınmışdır. xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57, 137 saylı mənzili Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2016-cı il tarixli 4Ə/292 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2018-ci il tarixli 4Ə/54 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, X16 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2019-cu il tarixli 3M-317 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğvinə dair sazişə əsasən, Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı DNK-nın xx.xx.2022-ci İl tarixli 4Ə/882 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, Cavabdeh1 MTK-nın sədri vəzifəsində olmasından istifadə etmiş, öz adına saxta sənədlər tərtib etdirmiş, həmin mənzili iddiaçının müvəqqəti olaraq Bakı şəhərində olmamasından istifadə edərək, iddiaçının xəbəri olmadan əvvəlcə öz adına rəsmiləşdirmiş, daha sonra mənzili qanunsuz olaraq digər bir şəxslərin adına özəlləşdirmişdir. Cavabdeh1 iddia tələbini qəbul etmir, bildirir ki, iddiaçının adına olan müqavilə tərəflərin razılıqları əsasında ləğv edilmiş, belə ki, mənzilin sonuncunun adına rəsmiləşdirilməsi birbaşa iddiaçının razılığı və məlumatı əsasında olmuşdur. Digər cavabdehlər vicdanlı alıcı olduqlarını, mübahisəli mənzili əldə etdikdən sonra onlara qarşı heç bir tələb irəli sürülmədiyini, yalnız Cavabdeh1 həbs olunmasından sonra belə bir iddia qaldırıldığını bildirirlər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia tələbi üzrə “mülkiyyət hüququna dair qeydin etibarsız hesab edilməsi” ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 338-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin əhəmiyyətsiz olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa etibarsızdır. 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanılması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olunduğu hallarda həyata keçirilir. 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yalnış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Məhkəmə bildirir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mövcudluğu şəxsə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən təsdiq edilir. Məlum olduğu kimi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və həmin sənəd öz-özlüyündə mülki hüquqi əqd kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə qaydasında həlli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, hazırki halda isə etibarsız olduğu iddia edilən cavabdehlərin adına reyestrdəki qeydiyyatın əsasında dayanan mülki-hüquqi əqdlərin mübahisələndirilməsi yolu ilə mümkündür. Belə ki, iddiaçı cavabdehlərin adına olan mülkiyyət hüququna aid qeydi mübahisələndirirsə, ilk öncə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş müvafiq əqdləri mübahisələndirməli, bundan sonra iddia tələbinin dəlillərinə məhkəmə tərəfindən müvafiq hüquqi qiymət verilməsi mümkün ola bilərdi. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməlidir. Qeyd olunanların kontekstində məhkəmə bildirir ki, ilk növbədə Cavabdeh1 mübahisəli mənzilə dair adına aparılmış ilkin qeydiyyatın əsasını təşkil edən "xxxx" MTK üzvlərinin ümumi iclasının 33 №-li protokolundan çıxarış və digər sənədlər, o cümlədən cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri hal-hazırda qüvvədədi, ləğv olunmamış yaxud da etibarsız hesab edilməmişdir. Bundan başqa məhkəmə, iddiaçıya bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsinin zəruriliyini qeyd etsə də, iddiaçı hazırki tələblərlə məhkəməyə müraciət etmişdir. Belə olan halda isə məhkəmə təqdim edilmiş tələblər üzrə iddiaya qiymət vermişdir. Halbuki, ləğv olunması tələb olunan mülkiyyət hüququna dair qeydlər müvafiq müqavilələr əsasında verilmişdir və həmin müqavilələr iddiaçı tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi iddiaçı cavabdehlərin adına mülkiyyət hüququna dair qeydlərin etibarsız hesab edilməsini mübahisələndirməklə iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda bildirir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan hazırda cavabdeh tərəfindən təqdim edilmiş şahid ifadələrinə qiymət verilməsinə də zərurət qalmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların “mənzilə dair hüquqi nəticələrin ləğvi və mülkiyyət hüququnun qeydə alınmasının həvalə olunması” barədə tələbi “mülkiyyət hüququna dair qeydin etibarsız hesab edilməsi” tələblərindən irəli gəldiyindən, həmin hissədə iddia tələblərinə prosessual qənaət prinsipi baxımından əlavə hüquqi qiymət verməyə lüzum görmür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.Adı çəkilən Məcəllənin 80cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə mülkiyyət hüququna dair qeydin və onun hüquqi nəticələrinin ləğvinə və mənzilə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasının həvalə olunması”na dair iddia tələbi əsassız olduğundan və məhkəmə araşdırması sübuta yetirilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə mülkiyyət hüququna dair qeydin etibarsız hesab edilməsi, mənzilə dair hüquqi nəticələrin ləğvi və mülkiyyət hüququnun qeydə alınmasının həvalə olunması” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2226/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2226/2023
15.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver