Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2237/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışların ləğv edilməsi və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 ilə X3 arasında 7 saylı DNK-da bağlanmış ünvan 1 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair 4-Ə 213 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi, həmin DNK-da ünvan 2 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair 4Ə-214 reyestr nömrəli xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi, həmin DNK-da bağlanmış ünvan 3 ünvanda yerləşən 0.075 ha torpaq sahəsinə dair 4Ə- 125 reyestr nömrəli 09.08/.2016-cı il tarixli alqı-satqı müqaviləsi və həmin DNK-da bağlanmış ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair 4Ə- 216 reyestr nömrəli 09.08.206-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X1 adına aparılmış reyestr qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müqavilələr etibarsız hesab edilmişdir, bundan sonra ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, X9 ilə X3 arasında 7 saylı DNK-da bağlanmış ünvan 5 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair 40-213 reyestr nömrəli xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi, həmin DNK-da ünvan 6 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair 40- 214 reyestr nömrəli xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi, həmin DNK-da bağlanmış ünvan 7 ünvanda yerləşən 0.075 ha torpaq sahəsinə dair 4Ə-2İ 5 reyestr nömrəli 09.08,2016-cı il tarixli alqı-satqı müqaviləsi və həmin DNK-da bağlanmış ünvan 8 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair 4Ə-216 reyestr nömrəli xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsi əsasında aparılmış reyestr qeydlərinin ləğv edilməsi və ünvan 8 sahədə yerləşən 0.06 ha, 3/462 saylı sahədə yerləşən 0.075 ha, 3-7 saylı sahədə yerləşən 0.12 ha və 3/409 sahədə yerləşən 0.12 ha torpaq sahələri üzərində onun 1/2 (ikidə bir) hissədə payına müvafiq adına çıxarışların verilməsini xahiş etmişdir. İdarə tərəfindən 30 yanvar 2023-eii il tarixli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş məhkəmə aktları ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Yuxarıda qeyd olunan alqı-satqı müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrindəki qeydlər ləğv edilmədiyindən, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə payı müəyyən edilmiş əmlaklara dair adına çıxarış ala bilmir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili X8 qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə məsələ həll edildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəfin izahatını dinləyərək, iddia ərizəsi və mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməlidir. Mülki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-150/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6585/l6 saylı, 15 noyabr 2016-cı il tarixli qətnaməsi-iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddianın həmin hissədə də təmin edilməsi, iddiaçı X9 ilə cavabdeh X3 arasında 7 saylı DNK-da bağlanmış ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair 4 Ə-213 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi, həmin DNK-da ünvan 2 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair 4 Ə-214 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi, həmin DNK-da bağlanmış ünvan 3 ünvanda yerləşən 0.075 ha torpaq sahəsinə dair 4 Ə-215 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi və həmin DNK-da bağlanmış ünvan 9 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair 4 0-216 reyestr nömrəli, 09.08 2016-cı il tarixil alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-150/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-150/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə daşınmaz əmlakın reyestrində müvafiq qeydiyyatın aparılmasının qanunvericiliyə əsasən buna məsul olan müvafiq orqan (Azərbaycan Respubliksaı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik hüquqi şəxsi) tərəfindən həyata keçirilməli olması izah edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı X9 cavabdehlər İddiaçı və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Tağıyev küçəsi, 8-ci döngə, 5 c saylı evin və ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin əmlakların ona geri qaytarılmaqla, üzərində mülkiyyət hüququnun bərpa edilməsi və onun uşaqlan ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-150/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 ilə cavabdeh X3 arasında 7 saylı DNK-da bağlanmış ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair 4 Ə-213 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi, həmin DNK-da ünvan 2 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair 4 Ə-214 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi, həmin DNK-da bağlanmış ünvan 3 ünvanda yerləşən 0.075 ha torpaq sahəsinə dair 4 Ə-215 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsi və həmin DNK-da bağlanmış ünvan 11 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair 4 Ə-216 reyestr nömrəli, 09.08 2016-cı il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi qət olunmuşdur. Hazırda iddiaçı qətnamə üzrə etibarsız hesab edilən müqavilələr əsasında aparılmış reyestr qeydlərinin ləğv edilməsini məhkəmədən xahiş edir. İş materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)- 150/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə müvafiq məsələyə izah verilmiş və qanuni qüvvəyə minmiş qətnamə əsasında çıxarışların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməli olduğu qeyd olunmuşdur. Beləliklə, hazırki iddia ərizəsində qeyd olunan məsələ eyni tərəflər arasında eyni əsaslarla yuxarıda sadalanan məhkəmə araşdırmalarının predmeti olmuş, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları qəbul olunmuş və qətnaməyə müvafiq izah verilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4 və 262.5-ci maddələrinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Eyni Məcəllənin 170.1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa hakim iş üzrə icraata xitam verməlidir. Məhkəmənin gəldiyi qənaətə görə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışların ləğv edilməsi tələbinə dair iş üzrə məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, qeyd edilən mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-262, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 cəlb edilməklə) çıxarışların ləğv edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2237/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2237/2023
28.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver