Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2238/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 4 ünvanda inşa edilmiş çoxmənzilli, hündürmərtəbəli binanın 1-ci mərtəbəsi adlanan sahədə yerləşən hündürlüyü 3,85 m, eni 6 m., uzunluğu 8 m, ümumi sahəsi 48 kv.m, mərtəbə 2 sayılan eni 6 m, uzunluğu 10 m, hündürlüyü 3,05 m, ümumi sahəsi 60 kv.m. olan 6 saylı qeyri-yaşayış sahəsinin və həmin obyektin altında yerləşən müvafiq ölçüdə sahənin onlara verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2003-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən 14 saylı apteki almışdır və həmin daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququ əsasında həyat yoldaşı X1 adına Azərbaycan Respublikası İqtisadı İnkişaf Nazirliyində xx.xx.2003-cü il tarixli, 3 nömrəli reyestr kitabında 001457 sayla qeydiyyata alınmışdır. 2021-ci ilin fevral-mart aylarında aparılacaq pilot layihəsi ilə əlaqədar “Məqam" MTK tərəfindən onlara zəng olundu və qeyd olunan şirkət ünvan 1 ünvanlarda yerləşən mənzil və qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahəsini aldığını və həmin ərazidə müasir, çoxmərtəbəli yaşayış binaları və qeyri-yaşayış obyektləri tikiləcəyini bildirdilər. Onlarla danışıqlara başlandı və nəhayət həyat yoldaşıyla şirkətin nümayəndəsi arasında bağlanmış müqaviləyə əsasən 15 mart 2021-ci il tarixdə mülkiyyətində olan yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsini sökmək üçün Cavabdeh MTK-ya təhvil verildi və cavabdeh tərəf isə müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 4 ünvanda yerləşən “Əmlak mülkiyyətçilərinin” mülkiyyətində olan onlara məxsus qeyri-yaşayış sahəsini sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binadan mülkiyyətin yerləşdiyi yerdə 1-ci mərtəbədə hündürlüyü 3,85 m, eni 6 m., uzunluğu 8 m, ümumi sahəsi 48 kv.m, mərtəbə 2-də eni 6 m, uzunluğu 10 m, hündürlüyü 3,05 m, ümumi sahəsi 60 kv.m. olan təmirli qeyri-yaşayış binasını həyat yoldaşının adına rəsmiləşdirməyi öhdəsinə götürdü. Müqavilə üzrə tərəflərin vəzifələrinə dair öhdəliyə əsasən MTK ona təhvil vermək, binanın tikintisi başa çatdıqdan sonra aşkar olunmuş nöqsanları aradan qaldırmaq, başa çatdırılmamış işləri tamamlamaq və binanın qanuna müvafiq qaydada Dövlət Komissiyasından keçirərək istismara qəbul aktının rəsmiləşdirilməsini təmin etməklə onlara veriləcəyi vəzifələrini öhdəsinə götürdü. Şirkətin nümayəndəsi, söküntü ilə bağlı mütəmadi onlarla danışıq aparmış Elnur adlı şəxs tikinti başa çatarkən onlara veriləcək birinci mərtəbənin altında yeraltı avtomaşın duracaqlarının inşa ediləcəyini və onlara veriləcək qeyri-yaşayış sahəsinin yerüstü sahəsindən 10 sm. hündürlükdə olacağını bir daha təsdiq etdi. Cavabdeh MTK müqavilə bağlandıqdan sonra söküntü və tikinti işlərinin aparılması üçün onun razılığının alınacağını və bu barədə notarial qaydada “razılıq” tələb edildiyini bildirdi. 2021-ci ilin ortalarında ağır xəstəlik keçirdiyi ilə əlaqədar olaraq tikinti ilə maraqlana bilmədi və şirkət tərəfindən də ona bu barədə heç bir məlumat verilmədi və şirkət ümumi mülkiyyətində olan qeyri-yaşayış binasınının söküntüsü zamanı ona xəbərdarlıq etməmiş, binanın söküntüsü və yeni inşa ediləcək lahiyəsi haqqında ona məlumat belə verməyərək tikintini aparmış və qeyriyaşayış sahəsi 2024-cü ilin əvvəllərində onlara təhvil verilərkən gördülər ki, qeyri-yaşayış sahəsi binanın ən aşağı yerüstü səviyyəsindən 1,8 m. yəni 8 pilləkən yüksəklikdə yerləşir və onlara məxsus obyektin altında isə yerüstü səviyyədən 6 pilləkən aşağıda qeyri-yaşayış sahəsi inşa olunmuşdur. Onlara MTK rəhbərliyindən müqavilə şərtlərini pozduğuna və vəd edilmiş obyekti təhvil vermədiyini əsaslandıraraq onlara məxsus obyektin alt hissəsində yerləşən sahənin də onlara verməsini tələb etdilər, lakin MTK onların tələbindən imtina edərək, ancaq ən aşağı yerüstü səviyyəsindən 1,8 m yuxarıda yerləşən obyektin onlara veriləcəyini və bunu Arxitektura və Şəhəsalma Komitəsi ilə razılaşdırıldığını bildirdi. Qeyd olunan qeyri-yaşayış sahəsinin tikintisi artıq 2023-cü ilin əvvəllərində yekunlaşdırılmışdır. Belə çıxır ki, faktiki olaran tikintisi başa çatmış obyektin tikintisinə haqq qazandırmaq üçün icazə artıq tikinti başa çatdıqdan sonra verilmiş, ünvan 2 ünvanlarda aparılmış qeyriyaşayış sahəsi müvafiq icazə alınmadan tikilmişdir. Binanın zirzəmi mərtəbəsi mətəbə hündürlüyünün yarıdan çox hissəsi torpağın planlaşdırma səviyyyəsindən aşağıda olan mərtəbə sayılır. Göstərildiyi kimi MTK Arxitektura və Şəhəsalma Komitəsinin “Yaşayış binaları Layihələndirmə normalar”nın təsdiq edilməsi haqqında 30 noyabr 2021-ci il tarixli qərararının tələblərini də nəzərə almamış və inşa etdiyi binada zirzəmi mərtəbəsi mərtəbə hündürlüyünün yarıdan çox hissəsi torpağın planlaşdırma səviyyəsindən yuxarıda yerləşir. Onlarla şirkət arasında bağlanmış müqavilənin 1.1.2,-ci hissəsində qeyd edilmişdi ki, tikinti şirkəti ona veriləcək qeyri-yaşayış sahəsini ona məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə verməli olması göstərilmişdir. Tikinti şirkəti müqavilə şərtlərini pozmaqla külli miqdarda ziyan vurmuş, onlara məlumat vermədən özbaşına müqavilə şərtlərini pozmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində Cavabdeh MTK-nın hüquqi ünvanı ünvan 3tron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh MTK-nın hüquqi ünvanı ünvan 4sı Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci addələrinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin hüquqi ünvanı Nərimanov Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Hazırki mülki işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əşyanın olduğu yer üzrə məhkəmə tərəfindən baxılıb-baxılmaması məsələsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüquqlarından məhrumetmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qeyri-qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyət halının mövcudluğu zamanı, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətlərindən asılı olmayaraq yalnız MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həmin maddədə göstərilən halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Qərar). Hazırki iş üzrə iddiaçının tələbi qeyd edilən maddənin təsir dairəsinə düşmür. Belə ki, 39.1-ci maddə daşınmaz əşyalarla bağlı bütün mübahisələrə deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddialara şamil olunur. İddiaçının tələbi isə cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə MTK-nın iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır. Buna görə də müvafiq işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq deyil, ümumi aidiyyət qaydalarına uyğun, yəni cavabdeh hüquqi şəxsin ünvanın olduğu yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2238/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2238/2024
19.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver