Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2251/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əlili Gülnar Yadulla qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmlakın əvvəlki vəziyyətinə gətirilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və uçurdulmuş əmlakın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmlakın əvvəlki vəziyyətinə gətirilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və uçurdulmuş əmlakın bərpa edilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 (yeni ünvanı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küç., 210A) istifadədə olan torpaq sahəsində yerləşən 102,0 kv.m. ümumi, 81,1 kv.m. əsas, 20,9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bir hissəinin cavabdeh “xxxxxxxxxxxxxx” MMC tərəfindən uçurdulması nəticəsində vurulmuş 5.548 (beş min beş yüz qırx səkkiz) manat ziyanın, 10 000 (on min) manat dəyərində vənəvi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun hesabına ödənilməsi, uçurdulmuş əmlakın cavabdehin hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, lakin iddiaçı xx.xx.2020-ci il tarixində məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməmiş, habelə bununla bağlı məhkəməyə hər hansı ərizə ilə də müraciət etməmişdir. QeydolunanlaravəAzərbaycanRespublikasıMülki-ProsessualMəcəlləsinin 259.0.11, 263-264, 267-268-cimaddələrinəəsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh “xxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmlakın əvvəlki vəziyyətinə gətirilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və uçurdulmuş əmlakın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2251/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2251/2020
11.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver