Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2257/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib etdikləri ******* nömrəli aktın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi zamanı ərazi aidiyyəti ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı istehsalçı tərəfindən qaz sayğacının çıxarılması nəticəsində tərtib edilmiş protokolun etibarsız hesab edilməsi tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Normaların məzmunundan aydın olur ki, iddiası istehlakçı hüquqlarının müdafiəsi barədə iddiasını öz seçməsinə görə yaşadığı yerə, müqavilənin bağlandığı yerə, icra edildiyi yerə görə, və ya cavabdehin qeydiyyat ünvanı üzrə verə bilər. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan şəxsiyyət vəsiqəsinin məlumatlarından iddiaçının qeydiyyat ünvanının ünvan 1ının yaşayış ünvanı barədə sənəd əlavə olunmadığından onun yaşayış ünvanını müəyyən etmək olmur. Belə ki, yuxarıda qeyd edilən normanın tələbinə əsasən istehlakçı iddia ərizəsini qeydiyyatda olduğu ünvan deyil, yaşadığı ünvan üzrə verə bilər. Sayğacın yerləşdiyi və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümyəndələri tərəfindən aktın tərtib edildiyi ünvan isə Abşeron rayonu, Novxanı qəsəbəsidir. Həmçinin “AZEMİS” elektron məhkəmə informasiya sistemində məlumatlardan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanının AZ1025, ünvan 3 Beləliklə, iddiaçının iddia ərizəsi verilən zaman Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 36.9-cu maddələrinin tələblərinə əməl etmədiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2257/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2257/2024
24.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver