Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2306/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Cavabdeh3 İnsan Resursları Departamentinə qarşı işə bərpa və s. tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Cavabdeh3 İnsan Resursları Departamentinə qarşı işə bərpa və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu bir başa qeyd olunan hal, hərəkətsizliyə görə SOCAR-ın Müəssisə və Təşkilatlarına işə götürülməsi və ƏƏSMN-i işsizlik pulunun verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını da xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin nümayəndəsi X3 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Eyni zamanda qeyd etdi ki, iddiaçının analoji tələbi barədə inzibati məhkəmə tərəfindən qeydi mümkün hesab edilmə baədə qərar qəbul edilmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6cı və 259.0.7-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı və 259.0.7-ci maddələrinə rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Cavabdeh3 İnsan Resursları Departamentinə qarşı işə bərpa və s tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.6-cı və 259.0.7-ci maddələrinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Cavabdeh3 İnsan Resursları Departamentinə qarşı işə bərpa və s. tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2306/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2306/2025
01.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver