Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2338/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X20 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindir. Həmin yaşayış evinə N11051023 qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış əldə etmişdir. Ev faktiki olaraq uzun illərdir iddiaçının mülkiyyətində və istifadəsindədir. Mübahisə obyekti olan evdə ailə üzvlərindən başqa gəlinləri Cavabdeh da qeydiyyatdadır. İddiaçının qardaşı X9 Cavabdeh ilə ailə qurduqdan sonra iddiaçının mülkiyyətində olan Nizami rayonu ünvanında yerləşən evində yaşamağa başlamışlar. Birgə nikahdan onların iki övladı vardır - xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X14 və onlar da valideynlərinin qeydiyyat ünvanına birbaşa qeydiyyata düşmüşlər. Daha sonradan iddiaçı mülkiyyətində olan iki mənzili sataraq özünə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən evi alqı-satqı ilə əldə etmiş və qardaşının yaşamağa evləri olmadığı üçün bir müddətlik mülkiyyətində olan mənzili onlara yaşamaları üçün vermişdir. Əvvəlki evin satılması ilə əlaqədar onlar əvvəlki evdən qeydiyyatdan çıxarılmış və başqa evləri olmadığından iddiaçının mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanına qeydiyyata almışdır. İddiaçının qardaşı Bədəlov İlham ilə Cavabdeh arasında ailə münasibətləri faktiki olaraq pozulmuş və tamamilə bitmişdir. Onlar artıq uzun müddətdir ayrı ünvanlarda yaşayırlar. Ailə münasibətlərinin pozulması səbəbilə onlar artıq ilkin müraciətlərini ediblər. Cavabdeh formal olaraq yuxarıda adı çəkilən ünvanda qeydiyyatda olmuş olsa da, həmin ünvanda heç bir vaxt yaşamamışdır. Cavabdeh ailə münasibətləri pozulmadan qabaq iddiaçının qardaşı və övladları ilə iddiaçıya məxsus digər evində yaşamışlar. İddiaçının mülkiyyətində olan mənzildə cavabdeh heç vaxt yaşamamış, mənzildə ona dair heç bir əşya və s. yoxdur. Cavabdehin onun şəxsi mülkiyyətindən qeydiyyatdan çıxmaması səbəbilə o, cavabdehin əvəzindən kommunal xərclər və ev pulları ödəyir. Bundan başqa, cavabdehin mənzil qeydiyyatında formal olaraq qalmaları onun əmlak hüquqlarını məhdudlaşdırılması ilə nəticələnir. İddiaçı əmlakının üzərində hər-hansı hüquqi hərəkət etmək istərkən cavabdehin razılığı tələb olunur. Cavabdehdən dəfələrlə mənzildən qeydiyyatdan çıxmasını xahiş olunsa da, o, hər dəfəsində buna məsuliyyətsiz yanaşmış və faktiki olaraq heç bir nəticə əldə edilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edib, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir, lakin cavabdeh məhkəmənin dəftərxanası vsitəsilə xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ünvan 3 ünvanda yaşamadığını, qeydiyyatının formal xarakter daşıdığını, iddianı qəbul etdiyini, mənzilə istifadə hüququna xitam verimləsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2011-ci il tarixli, ********** nömrəli Çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 14, 59 saylı mənzil X3 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 14, 59 saylı mənzildə X9, X7, X10, X14, Cavabdeh və X8 qeydiyyatda olan şəxslərdir. İş materiallarında olan Mediasiya Şurası Bakı 15 saylı Mediasiya təşkilatı xx.xx.2023cü il tarixli Mediasiya Xidmətlərinin göstərilməsi barədə müqavilədən görünür ki, Cavabdeh və X9 nikahın pozulması, uşaqların anada qalması, təhsil xərvləri və aliment mübasisəsi ilə əlaqədar mediasiya xidmətinə müraciət etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, Cavabdeh və X9 nikahın davam etdirilməsinə razı olmadıqlarından məhkəmədə iddia qaldıracaqlar. Tərəflər razılığına əsasən birgə nikahdan olan X10 və X14 ataları X4 yanında qalacaqlar. Hər iki valideyn uşaqların tərbiyəsi, təhsili və sağlamlığı ilə bağlı məsələlərdə bərabər hüquqla iştirak edəcəklər. X9 uşaqların bayram və istirahət günlərində, uşaqlarınn tətil günləri və s. müvafiq günlərdə anaları Cavabdeh istəyi ilə vaxta və günə məhdudiyyət qoyulmadan onun yanında gecə qalmağına etiraz etməyəcək. İş materiallarında olan "xxxx" MTK-nın kooperativ mənzil tikintisi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, ev 12A, 6 saylı mənzilə dair payçı İddiaçıdır. İş materiallarında olan Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 12 iyul 2008-ci il tarixli 832 nömrəli şəhadətnaməsində görünür ki, X9 ilə X5 xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar, X1 dəyişərək Cavabdeh ilə əvəz etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2 giriş 4 mərtəbəsində, ümumi sahəsi 163,63 kv.m yaşayış sahəsi 79,20 kv.m olan 3 otaqlı, 59 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Məhkəmədə müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 14, 59 saylı mənzil xüsusi mülkiyyət kimi X2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2011-ci il tarixdə reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehin ona mülkiyyət hüququ ilə məxsus mübahisəli yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Göründüyü kimi, hazırda Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 14, mənzil 59 ünvanında yerləşən mənzil X2 mülkiyyətindədir O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh mənzilə istifadə hüququ itirilmiş hesab edilməli və mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 14, 59 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2338/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2338/2023
18.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver