Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-235/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: paylı mülkiyyətin naturada bölünməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “naturada bölünmə” tələbinə dair iddia ərizəi üzrə mülki iş materiallarını məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “naturada bölünmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********6 və **********6 nömrəli xx.xx.2022 tarixli çıxarışlarla ümumi mülkiyyətdə olan mənzilin naturada bölünərək verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, özü və qardaşı olan Cavabdeh ünvan 1 ünvanda (Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********6 və **********6 nömrəli xx.xx.2024-cü il tarixli çıxarışlarla 1\2 özü, eyni hissədə cavabdeh pay hüququ ilə tanınmışdır. Hazırda həmin əmlak cavabdeh və özünün birgə mülkiyyətindədir. Mənzil 4 otaqdan ibarətdir. Cavabdeh və özü ailəlidir, hər ikisi ailəsi birlikdə qeyd edilən mənzildə yaşayır. Ailəsi özü daxil olmaqla 6 üzvdən ibarətdir, cavabdehin ailəsi o daxil olmaqla 3 üzvdən ibarətdir. Eyni zamanda, ana və ataları da onlarla qalır. Hazırda ailə üzvləri ilə birlikdə, cavabdeh və onun ailə üzvləri ilə qeyd edilmiş ünvanda yaşayırlar. Qeyd edir ki, ailə üzvlərinin çoxluğu və əmlakdan birgə istifadəsi ona mülkiyyyət hüququnu realizə etməyə, öz mülkiyyətindən sərbəst şəkildə istifadə etməyə imkan xaricində olur. Ümumi əmlakdan özünə və ailə üzvlərinə çatacaq hissənin ayrılmasını, həmin hissə ilə bağlı mülkiyyət hüququnun tam şəkildə həyata keçirilməsini istəyir. Məhkəmə araşdırması zamanı məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddia tələbi ilə razıdır. Qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Lakin evdə yaşayan şəxslərin sayı çoxdur, bu səbəbdən mənzilin öz ailəsi ilə birlikdə rahat şəkildə yaşayacağı formada naturada bölünməsinə etiraz etmir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 4 (AZ 1154 ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixdə ½ hissədə Cavabdeh (qeydiyyat nömrəsi: **********), ½ hisədə İddiaçı adına (qeydiyyat nömrəsi: **********) qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın texniki pasportu ilə müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən mənzilin yerləşdiyi mərtəbə 2, otaqların sayı 4, ümumi sahəsi 84, yaşayış sahəsi 53,5 kv.m-dir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizələrini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında mülki işin materiallarından müəyyən olundu ki, ünvan 4 (AZ 1154 ünvan 3 ünvanında yerləşən mənzil ½ hissədə Cavabdeh, ½ hisədə İddiaçı adına qeydə alınmışdır. Hazırda İddiaçı paylı mülkiyyətçi kimi əmlakdan öz payının naturada ayrılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Həmçinin həmin Qərarda qeyd edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 saylı 06 dekabr 2024-cü il tarixli qərardadına əsasən: Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir. Digər hallarda isə məhkəmə payın naturada ayrılmasının formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır. Araşdırmanın nəticəsində payın naturada ayrılmasının mümkünlüyü müəyyən edilərsə, məhkəmə payın müəyyən etdiyi qaydada naturada bölgüsü barədə qətnamə qəbul etməlidir. İddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş naturada bölgünün qaydası ilə razı olmadıqda, qətnamədən apellyasiya və kassasiya şikayətləri vermək, eyni zamanda iddiadan imtina hüquqlarından istifadə edə bilər. Göründüyü kimi, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, iddiaçının həmin mənzildən istədiyi kimi istifadə edə bilməməsi və cavabdehin müdaxiləsi ilə qarşılaşması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi tələbinin təmin olunmasını – payın naturada ayrılmasını iddia etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı tərəflərin paylı mülkiyyətində olan ünvan 4 (AZ 1154 ünvan 3 ünvanında yerləşən mənzilin naturada texniki cəhətdən real bölgüsünun mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə mühəndis-texniki və əlavə məhkəmə mühəndis-texniki ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2024-cü il tarixli 10/6790 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsibov küçəsi, 1921 saylı məhəllədə yerləşən 93 saylı mənzilin tikililərinin faktiki təyinatlılığına uyğun olaraq, tədqiq olunan mənzilin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı sahələrin olduğunu nəzərə alaraq, tədqiq olunan mənzilin tikililərinin tərəflərin faktiki istifadəsinə uyğun olaraq iki təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bölgü zamanı, hansı işlərin aparılması rəyin tədqiqat hissəsində və rəyə əlavə edilmiş plan- sxemdə ətraflı göstərilmişdir. Tədqiq olunan evin tikililərinin bölünməsinə dair təklif olunan bölgü variantı rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 10/10021 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsibov küçəsi, 1921 saylı məhəllədə yerləşən 93 saylı mənzilin tikililərinin faktiki təyinatlılığına uyğun olaraq, tədqiq olunan mənzilin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı sahələrin olduğunu nəzərə alaraq, tədqiq olunan mənzilin tikililərinin tərəflərin faktiki istifadəsinə uyğun olaraq iki təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bölgü zamanı, hansı işlərin aparılması rəyin tədqiqat hissəsində və rəyə əlavə edilmiş plan-sxemdə ətraflı göstərilmişdir. Ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd olunan rəydən görünür ki ekspert tərəfindən mənzilə baxış zamanı: - tədqiq olunan mənzilin doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşdiyi, həmin mənzilin tikililərinin faktiki olaraq tərəflərin istifadəsində olduğu, hər bir tərəfin istifadəsində olan tikililərin bir-birindən təcrid olunmaqla, hər birinə ayrı-ayrılıqda giriş-çıxış qapılarının və hər tərəfin istifadəsində yaşayış və yardımçı sahələrin (mətbəx və sanitariya qovşağı) olduğu, umumi giriş qapısının və dəhlizin tərəflərin ümumi istifadəsində olduğu; - tədqiq olunan mənzilin sahələri 5.4 kv.m (2.7x2.0m) və 9.2 kv.m (6.8x1.0+0.9x2.7) olan iki dəhlizdən, sahələri 7.8 kv.m (2.7x2.9m) və 5.1 kv.m (1.6x3.2m) olan iki mətbəxdən, sahələri 20.0 kv.m (5.0x4.0m), 13.0 kv.m (5.0x2.6m), 16.8 kv.m (4.2x4.0m) və 10.1 kv.m (2.6x3.9m) olan dörd yaşayış otağından, sahələri 4.4 kv.metr (2.9+1.5) və 2.2 kv.m (1.8x1.2m) sanitariya qovşaqlarından və sahələri 1.4 kv.metr və 1.2 kv.metr olan təsərrüfat anbarlarından ibarət olduğu; - mənzili sahəsi 5.4 kv.m (2.8x2.0m) olan dəhlizinin və ümumi giriş qapısının ümumi istifadədə olduğu, sahəsi 9.2 kv.metr olan dəhlizin, sahəsi 5.1 kv.metr olan mətbəxin, sahəsi 6.4 kv.metr olan sanitariya qovşağının və sahələri 16.8 kv.metr və 10.1 kv.metr olan iki yaşayış otağının İddiaçı faktiki istifadəsində olduğu, sahəsi 7.8 kv.m olan mətbəxin, sahəsi 2.2 kv.metr olan sanitariya qovşağının və sahələri sahələri 20.0 kv.metr və 13.0 kv.metr olan iki yaşayış otağının Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Baxış zamanı, tədqiq olunan mənzilin ümüumi giriş qapısı yerləşən divarının mişar daşından ibarət olduğu, Oktay İbrahimovun istifadəsində olan dəhlizin qarşısında pilləkən qəfəsinin boş meydança yerləşdiyi müşahidə edilmişdir. Ekspert rəylərindən görünür ki, mənzillərin tərəflərin faktiki istifadəsinə uyğun olaraq iki təcrid şəklində bölünməsi üçün sahəsi 5.4 kv.m olan dəhlizdən sahəsi 9.2 kv.m olan dəhlizə açılan qapı bağlanmalı, həmin sahəsi 5.4 kv.m olan dəhliz Cavabdeh istifadəsinə verilməli, sahəsi 9.2 kv.metr olan dəhlizdən pilləkən meydançasına açılan yeni giriş-çıxış qapısı quraşdırılmalı, sahəsi 13.0 kv.metr olan yaşayış otağından dəhlizə açılan qapı bağlanmalı və həmin otaqla sahəsi 20.0 kv.metrolan yaşayış otağı arasında yeni qapı boşluğu yaradılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı Cavabdeh paylı mülkiyyətində olan ünvan 4 (AZ 1154 ünvan 3 ünvanında yerləşən mənzil tərəflər arasında naturada bölünməli, ünvan 4 (AZ 1154 ünvan 3 ünvanında yerləşən 84 kv.m ölçüdə, paylı mülkiyyətdə olan mənzilin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 10/10021 saylı rəyi və ona əlavə edilmiş plan-sxeminə uyğun olaraq naturada bölgüsü aparılmaqla sahəsi 5.4 kv.m olan dəhlizdən sahəsi 9.2 kv.m olan dəhlizə açılan qapı bağlansın; həmin sahəsi 5.4 kv.m olan dəhliz Cavabdeh istifadəsinə verilsin; sahəsi 9.2 kv.metr olan dəhlizdən pilləkən meydançasına açılan yeni giriş-çıxış qapısı quraşdırılsın; sahəsi 13.0 kv.metr olan yaşayış otağından dəhlizə açılan qapı bağlansın; həmin otaqla sahəsi 20.0 kv.metr olan yaşayış otağı arasında yeni qapı boşluğu yaradılmalı, qeyd olunan tikinti işləri tərəflərin birgə vəsaiti hesabına aparılmalı, cavabdeh İddiaçı 100 (yüz) manat, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216- 220, 233 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq ********** qeydiyyat nömrəsi ilə ½ hissədə İddiaçı və ********** qeydiyyat nömrəsi ilə ½ hissədə Cavabdeh paylı mülkiyyətində olan ünvan 4 (AZ 1154 ünvan 3 ünvanında yerləşən mənzil tərəflər arasında naturada bölünsün. ünvan 4 (AZ 1154 ünvan 3 ünvanında yerləşən 84 kv.m ölçüdə, paylı mülkiyyətdə olan mənzilin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 10/10021 saylı rəyi və ona əlavə edilmiş plansxeminə uyğun olaraq naturada bölgüsü aparılmaqla sahəsi 5.4 kv.m olan dəhlizdən sahəsi 9.2 kv.m olan dəhlizə açılan qapı bağlansın; həmin sahəsi 5.4 kv.m olan dəhliz Cavabdeh istifadəsinə verilsin; sahəsi 9.2 kv.metr olan dəhlizdən pilləkən meydançasına açılan yeni giriş-çıxış qapısı quraşdırılsın; sahəsi 13.0 kv.metr olan yaşayış otağından dəhlizə açılan qapı bağlansın; həmin otaqla sahəsi 20.0 kv.metr olan yaşayış otağı arasında yeni qapı boşluğu yaradılsın. Qeyd olunan tikinti işləri tərəflərin birgə vəsaiti hesabına aparılsın. İddiaçı 100 (yüz) manat, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-235/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-235/2025
05.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver