Məhkəmə qərarları › İş №2(005)-2357/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2357/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2357/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subqroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subqroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Cavabdeh qarşı subqroqasiya qaydasında 2840 manat ödənişini və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı müəyyən edilmiş müddətdə iddia tələbinin əsasını təşkil edən sənədləri (sübutları) məhkəməyə təqdim etməmişdir. Bununla belə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən 28.07.2021-ci il tarixdə saat 10:00-da təyin edilmiş məhkəmə iclası təxirə salınaraq, iddiaçı tərəfə sübutu təqdim etmək vəzifəsi izah edilmiş, bu barədə tərəfə məhkəmə sorğusu da göndərilmişdir. İş materiallarında olan qəbzin surətindən də görünür ki, həmin sorğunu "xxxx" ASC 11 avqust 2021-ci il tarixdə qəbzə imza etməklə almasına baxmayaraq 01.09.2021-ci il tarixdə saat 14:30-da keçiriləcək nə məhkəmə iclasında iştirak etmiş, nədə ki, sorğuda qeyd edilən sübutları məhkəməyə təqdim etməmişdir. Sonuncu dəfə 01.09.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsi ilə iddiaçını təkrar xəbərdar etməklə bütün sübutların təqdim olunması xahiş olunsa da 20.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında da məhkəməyə buna dair hər hansı sübut daxil olmamış, sənəd təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. Göründüyü kimi iddiaçının nümayəndəsinə iddia tələbi ilə bağlı iş materiallarında olan iddia tələbinin əsasını təşkil edən sənədləri məhkəməyə təqdim edilməsi üçün məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində müvafiq sənədləri məhkəməyə təqdim etməmiş, bu hal isə iddia ərizəsinin baxılmamış saxlanılması üçün birbaşa əsasdır. Eyni zamanda iddiaçıya izah edilsin ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən iddia verməklə məhkəməyə müraciət edilə bilər. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subqroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar