Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2366/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X6, İddiaçı X12 nümayəndəsi və vəkili X13, Cavabdehlər X2 və X7 nümayəndəsi və vəkili X14 iştirakları ilə, İddiaçı X12 cavabdehlər X3 və X9 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X22 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X8 və X4 47.000 (qırx yeddi min) manat pulun, mənəvi ziyana görə 20.000 (iyirmi min) manat və 291 (iki yüz doxsan bir) manat ödənilmiş dövlət rüsumunun cəmi 67291 (altmış yeddi min iki yüz doxsan bir) manat pulun cavabdehlərdən müştərək qaydada alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 1(101) 992/2021 saylı hökmü ilə X8 və X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 32.4312.1, 3201, 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 06 il müddətinə azadlıdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza 02 il sınaq müddəti ilə şərti hesab edilməsi hökm edilmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 1(101) 992/2021 saylı hökmünə iddiaçı şahid qismində ifadəsi yazılmışdır və qeyd edilmişdir ki, Zərifə və Zenfira iddiaçıdan saxta sənədlə torpaq satmaq adı ilə 104.000 manat pulu almışlar. Belə ki, sənədlə torpaq satmaq adı ilə 104.000 manat pulunu almışlar. Belə ki, sənədlər Zenfiragildə olmuş, sənədləri düzəlişlər edib alqı-salqı etmək üçün Çingiz kömək etməli idi. İddiaçının verdiyi pulun 57000 manatını Çingiz götürmüş, sənədlərin düzəldilib çıxarışı hazırlamaq məqsədi ilə 47000 manat da qadınlarda qalmışdır. İddiaçıya istintaq zamanı da dəymiş ziyanla bağlı Zenfira tərəfindən müəyyən məbləğlər verilmiş, lakin nədənsə korrupsiyada onu zərərçəkmiş kimi tanımamışlar. Beləliklə məhkumlar cavabdehlər X8 və X16 tərəfindən ona qarşı cinayətin törədilməsi və ona 47000 (qırx yeddi min) manat ziyan dəyməsi faktı sübuta yetirilmişdir. Həmin cinayət nəticəsində ona cavabdehlər X8 və X16 tərəfindən iddiaçıdan 47000 (qırx yeddi min) manat pul almışlar və indiyənədək qaytarmamışlar. Həmin cinayətin nəticəsində cavabdehlər X8 və X16 tərəfindən ondan alınan 47000 (qırx yeddi min) manat pul onlardan müştərək qaydada tutularaq iddiaçıya geri qaytarılmalıdır və dəymiş mənəvi zərərin əvəzi də onlardan tutulmalıdır. Bundan başqa hadisə nəticəsində iddiaçı bu müddət ərzində istintaq orqanlarına və məhkəmələrə gedib-gəlmiş, bununla bağlı hər dəfə əlavə xərcləri olmuşdur, stress keçirtmişdir. Bununla bağlı ona mənəvi ziyan da dəymişdir, hadisə nəticəsində o ağır-mənəvi sarsıntı, baş ağrısı, iztirab, həyəcan hissləri keçirtmişdir. Cavabdehlər tərəfindən onun aldadılması və pulunun qaytarılmaması nəticəsində ona vurulmuş mənəvi ziyan ölçüyə gəlməz dərəcədə ağırdır. İddiaçıya vurulmuş mənəvi ziyanı 20.000 (iyirmi min) manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında iddiaçı X12 nümayəndəsi və vəkili X23 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını barədə qətnamə qəbul olunmasını xahiş etmiş, göstərmişdir ki, tələb olunan 47000 manat puldan 5000 manat və 3000 manat olmaqla ödəniş edilmişdir. Məhkəmə iclasında cavabdehlər X2 və X7 nümayəndəsi və vəkili X24 iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmiş, bildirmişdir ki, həmin pul tələbi hazırkı iş üzrə cavabdehlərdən tələb oluna bilməz, 104000 manat pul əslində X10 verilmişdir. Bundan başqa məşkəməyə təqdim olunmuş hökmlərdən görünür ki, X22 cinayət işi üzrə zərərçəkmiş deyil, şahid qismində ifadə vermişdir. Buna görə də iddiaçının tələbi sübut olunmadığından rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-992/2021 nömrəli hökmü ilə X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.178.3.2, 178.3.2, 32.4, 312.1, 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, X16 ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindənona həmin maddələr ilə cəza təyin edilməməsi, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.178.3 2 və 178.32-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X9 qəti olaraq ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla X9 təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi, X7 barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, X7 davranışına nəzarət yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunması, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.178.3.2, 178.3.2, 32.4, 312.1, 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, X8 ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1. 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddələr ilə cəza təyin edilməməsi, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.178.3.2-ci və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4. 312.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X3 qəti olaraq ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla X3 təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi, X2 barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, X2 davranışına nəzarət yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunması, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, X2 barəsində sınaq müddətinin əvvəli hökm qanun qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. Hökmdən görünür ki, şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Zərifə və Zenfira ondan saxta sənədlə torpaq satmaq adı ilə 104000 manat pulunu almışlar. Belə ki, sənədlər Zenfiragildə olmuş, sənədləri düzəlişlər edib alqı-satqı etmək üçün Çingiz kömək etməli idi. Verdiyi pulun 57000 manatını Çingiz götürmüş, sənədlərin düzəldilib çıxarışı hazırlamaq məqsədi ilə 47000 manat da qadınlarda qalmışdır Ona, istintaq zamanı dəymiş ziyanla bağlı Zenfira tərəfindən müəyyən məbləğlər verilib, lakin, nədənsə korrupsiyada onu zərərçəkmiş kimi tanımayıblar. Hökmdən görünür ki, şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, həmin söhbət gedən torpaq Zenfira Babayevanın torpağı olmuş, bütün işləri alıcı Məqsəd pozmuşdur. Məqsəd adlı bir şəxs Zenfiranın torpağını almaq istəmişdir. Onlar aralarında sövdələşmişlər, sonra onun yanına gəlmişlər. Demişlər ki, onlara köməklik göstərsin. Onun həmin vaxt BTN-nın yanında ofisi olmuş, o, hüquqşünas kimi fəaliyyət göstərib vətəndaşlara kömək etmişdir. göstərdiyi köməklik nəticəsində ona da hörmət elmişlər. Zenfira yanına gəlib demişdir ki, atasından qalan torpaq yeri var, onu satmaq istəyir. O da Zenfiranı əvvəllər tanımamış, Zenfiragil torpağı razılaşandan sonra Məqsəd işləri pozmuş və alqı-satqı alınmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(101)-92/2022 nömrəli hökmü ilə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək, 7 (yeddi) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin lakin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə X10 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2019-cu il tarixli hökmü ilə X10 təyin edilmiş 5 (beş) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddətinə müəyyən edilmiş şərti məhkum etmə müstəqil icra edilməsi, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X25 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi, təqsirləndirilən şəxs (mülki cavabdeh) X5 57000 (əlli yeddi min) manat tutularaq X15 xeyrinə ödənilməsi hökm edilmişdir. Hökmdən görünür ki, X25 şahid qismində dindirilmişdir. xx.xx.2022-ci il tarixli qəbzə əsasən iddiaçı X22 məhkəmədə iddia qaldırmaq üçün 291 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-992/2021 saylı hökmü ilə təqsirləndirilən şəxslər X2 və X7 X11 104.000 manat miqdarında pul alması müəyyən edilmişdir. İddiaçı hazırda X8 və X4 47.000 (qırx yeddi min) manat pulun, mənəvi ziyana görə 20.000 (iyirmi min) manat mənəvi ziyanın qaytarmadığını iddia edir və həmin məbləğləri cavabdehlərdən tələb edir. İddiaçı həmin məbləğdən cəmi 8000 manat (5000 və 3000 manat olmaqla) ödənilməsini etiraf etmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 291 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən məbləcin vəsaitin cavabdehə borca verilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitinin 8000 manat məbləğin cavabdehə verdiyini etiraf etməsi əks tərəfi sübut etmə vəzifəsindən azad edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən edilməli, 39000 manat pul vəsaiti və 291 (iki yüz doxsan bir) manat ödənilmiş dövlət rüsumu X8 və X4 alınaraq iddiaçı X18 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Məhkəmə iddia tələbinin “20.000 manat mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X20 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə pul tələbinin təmin olunaraq cavabdehlərdən tutulması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X29 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X1 və X4 39.000 (otuz doqquz min) manat məbləğində pul iddiaçı X15 xeyrinə tutulmalı və Ödənilmiş 291 (iki yüz doxsan bir) manat ödənilmiş dövlət rüsumu cavabdehlər X1 və X4 müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər X1 və X4 39.000 (otuz doqquz min) manat məbləğində pul iddiaçı X15 xeyrinə tutulsun. Ödənilmiş 291 (iki yüz doxsan bir) manat ödənilmiş dövlət rüsumu cavabdehlər X1 və X4 müştərək qaydada tutularaq iddiaçı X19 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2366/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2366/2022
02.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver