Məhkəmə qərarları › İş №2(005)-2369/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2369/2025

14.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2369/2025 14.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh qarşı “Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elmin Abdullayevin 22 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğvi” tələbinə dair idda ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iddiaçı kimi tanınmağı, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elmin Abdullayevin 22 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı hal-hazırda Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elmin Abdullayevin 22 dekabr 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğv edilməsini tələb edir. İddiaçı bu səbəbdən qeyd olunan iddia tələbi ilə mülki məhkəmə icraatı qaydasında (iddia icraatı) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, cavabdeh olaraq Cavabdeh göstərmişdir. Məhkəmə qeyd edir ki, ümumi yurisdiksiyalı məhkəmələr müxtəlif şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında işlərin baxılmasında səlahiyyətlidir. Mülki prosessual qanunvericiliklə mülki məhkəmə icraatı qaydasında baxılan mübahisələrə dair işlərin növləri müəyyən edilmişdir. Belə ki, ümumi məhkəmələr mülki məhkəmə icraatı qaydasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə (ailə, əmək, əmlak və s.), habelə Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində göstərilən xüsusi icraat qaydasında işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə baxırlar. İddiaçı tərəfindən verilmiş hazırki iddia tələbi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qərarının ləğvi ilə bağlı olduğundan bu tələbə mülki məhkəmə icraatı qaydasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması qanunvericiliyin tələbinə ziddir. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı qərarının 15.3-cü bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 67.3. Rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. 74.9. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında, habelə hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında materiallara birinci instansiya məhkəmələrində aidiyyəti üzrə baxılması bu Məcəllənin 442.1, 510.1, 511.1, 511-1.1, 512.1, 513.1, 514.1, 515.2, 516 - 519-cu maddələri ilə müəyyən olunur. 122.1. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. 122.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora; 122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; 122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından — yuxarı məhkəməyə. Bununla əlaqədar olaraq, məhkəmə “Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elmin Abdullayevin 22 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğvi” ilə bağlı iddiaçıya, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət vermək hüququnun olduğunu izah edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elmin Abdullayevin 22 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğvi” tələbinə dair iddianın mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elmin Abdullayevin 22 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğvi” tələbinə dair idda ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina olunsun. Məhkəmə iddiaçıya “Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elmin Abdullayevin 22 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğvi” ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət vermək hüququnun olduğunu izah edir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar