Məhkəmə qərarları › İş №2(005)-237/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-237/2022

18.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-237/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X8 cavabdehlər Cavabdeh3, Cavabdeh6 oğlu, Cavabdeh1 oğluna, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə, müqavilələrinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı X15 cavabdehlər Cavabdeh3, Cavabdeh6 oğlu, Cavabdeh1 oğluna, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə, müqavilələrinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi olan 89.8 kv.m 3 otaqlı 74 saylı mənzilə dair Nərimanov rayon İcra Hakimiyyəti (“Sifarişçi və “Zəmanəverən"), “Araz-2011A" MMC (“Podratçı") və Cavabdeh3 (“Zəmanətalan") arasında bağlanmış 66-68-74 saylı, 13 iyul 2017-ci il tarixli zəmanət müqaviləsinin və Nərimanov rayon İcra Hakimiyyəti (“Sifarişçi və Zəmanəverən"), “Araz-2011A" MMC (“Podratçı") və Cavabdeh1 (“Zəmanətalan”) arasında bağlanmış 13 iyul 2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması; ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 89.8 kv.m olan 3 otaqlı 74 saylı mənzilin dəyəri olan 179.600 manat məbləğində pulun Cavabdeh3 tutularaq iddiaçı X8 xeyrinə ödənilməsi; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh3 adına verilmiş Seriya RX ******* nömrəli, 16.06.2020-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş planına uyğun olaraq H.Əliyev prospektində istisamar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binasının inşa edilməsi məqsədi ilə ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi olan 89,8 kv.m3 otaqlı 74 saylı mənzil iddiaçıya məxsus olmasına baxmayaraq 66-68-74 saylı, 13 iyul 2017-ci il tarixli zəmanət müqaviləsi əsasında Cavabdeh3 adına rəsmiləşdirilmiş və həmin mənzilə dair Cavabdeh3 adına dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. Cavabdeh3 isə öz növbəsində sözügedən mənzili iddiaçının razılığı və icazəsi olmadan 13 iyul 2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsi əsasında Cavabdeh1 satmışdır. İddiaçı yaranmış mübahisənin araşdırılması məqsədi ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətə cavab olaraq, Nərimanov rayon icra başçısının 10.12.2019-cu il tarixli, 7-29-032 nömrəli məktubda qeyd edilir ki. "Təşkilati tədbirlər çərçivəsində Sizə məxsus əmlakın əvəzlənməsi üçün əlaqədar qurumlara aranızda razılaşdırılma əldə olunmuşdur. Bu məqsədlə həmin ərazidə yeni inşa edilmiş 7 mərtəbəli binalarda Sizə 5 ədəd 3 otaqlı mənzillərin verilməsi razılaşdırımışdır. Həmin ərəfədə (2017-ci ildə) yeni inşa edilmiş yaşayış binaları istismara qəbul olunmadığından mənzillərin bağışlama müqavilələri üzrə özgəninkiləşdirilməsi mümkün olmamışdır. Sizinlə razılaşdırılmış 7 mənzilin sənədləşdirilməsi üçün özünüzün vəkil etdiyiniz və bacınız oğlu kimi şəxsən təqdim etdiyiniz Budaqov Əfsun tərəfindən həmin mənzillərə dair müxtəlif şəxslərin adına zəmanət müqavilələri bağlanmış 5 mənzil üzrə sənədləşdirmə işləri istəyinizə uyğun başa çatdırılmışdır. Konkret olaraq, Heydər Əliyev prospekti ev N 66-68, N 74 və Heydər prospekti ev N 83-85, mənzil N 131a ünvanlar üzrə Cavabdeh3 Moylaverdi qızı və Adil Rzayeva münasibətdə yaranmış mübahisə ilə əlaqədar bildirmək istəyirik ki, Cavabdeh3 sizin vəkil etdiyiniz Əfsun Budaqovun arvadı, A.Rzayev isə Sizin oğlunuzdur. Həmin ünvanlar üzrə zəmanət müqavilələrinin 3-cü şəxslərin adına sənədləşdirilməsi Ə.Budaqov tərəfindən aparılmışdır. Sözügedən şəxslərin (Cavabdeh3 və A.Rzayev) və sizin zəmanət müqavilələrinin digər şəxslərin adina dəyişdirilməsinə dair RİH-ə hər hansı bir formada müraciətiniz olmadığından Nərimanov RİH bu məsələdə məsuliyyət daşımamışdır. Hüquq münasibətlərinizin ilk növbədə vəkil etdiyiniz Əfsun Budaqovla araşdırılmasını tövsiyə edirik.” Nərimanov Rayon İcra Hakimiyyətinin 01.10.2020-ci il tarixli, 1/671 nömrəli digər məktubunda qeyd olunur ki, Cavabdeh6 onun qeyri-rəsmi nümayəndəsidir. İddiaçı hesab edir ki, inzibati orqanın hər hansı şəxsin qeyri-rəsmi nümayəndə olmasına istinad etməsi qanunsuz və əsassızdır. Halbuki, bu mənzillər Adil Rzayevə məxsusdur. Həmçinin məktubdan görünür ki, guya Əfsun Budaqov iddiaçının atasının bacısı oğludur. Halbuki, iddiaçının atasının belə bacısı oğlu və ya hər hansı qohumu yoxdur. Əgər olsaydı belə, qohumluq münasibətlərinin olması iddiaçının adından iddiaçının mülkiyyətində olan daşınmaz əmlakların satılmasına əsas ola bilməzdi. İddiaçı qeyd edir ki, həmin şəxsin adı Əfsun Budaqov yox, Cavabdeh6dur. İddiaçı Cavabdeh6 yuxarıda qeyd olunan mənzillərlə və onların satılması ilə bağlı hər hansısa bir rəsmi səlahiyyət - etibarnamə verməmişdir. Belə olan halda Nərimanov Rayon İcra Hakimiyyətinin Cavabdeh6 səlahiyyəti yoxanılmadan iddiaçının adından daşınmaz əmlakımın taleyini həll etmək hüququ yoxdur. Bundan əlavə, həmin məktubdan görünür ki, Nərimanov icra hakimiyyətinin məsul işçiləri məsələdən məlumatları yoxdur. Halbuki, həmin mənzillərin inşası ilə məşğul olan ARAZ- 2011A MMC-nin işçisi Əbülfət Tağıyev, Cavabdeh6, arvadı Cavabdeh3 və Nərimanov icra hakimiyyətinin məsul işçiləri ilə cinayət əlaqəsinə girərək həmin mənzillərinin müqavilərinin əsilləri iddiaçıda ola-ola saxtalaşdırılaraq başqa səxlərə təkrar olaraq satmışlar. Hazırda həmin cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində Cavabdeh6 AR CM-nin 178.4; 320.1 və 320.2-ci maddələri ilə təqsirlənsirilməsinə dair cinayət işinə baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh3 adına verilmiş Seriya RX ******* nömrəli, 16.06.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə Cavabdeh3 məxsusdur. İddiaçının atası - X11 tərəfindən Nərimanov İcra Hakimiyyətinə qarşı “arayışın verilməsi'’ tələbi ilə müraciət edilmişdir. Məhkəmə tərəfindən X15 həmin iş üzrə əsl iddiaçı kimi əvəz edilmişdir. Həmin işdə olan Nərimanov rayon İcra Hakimiyyətinin Bakı İnzibati Məhkəməsinin ünvanladığı 01.10.2020-ci il tarixli məhkəmə sorğusuna cavab məktubuna əlavə edilmiş sənədlərdən aydın olur ki, X12 məxsus olan mənzillər qanunsuz olaraq başqa şəxslərə verilmiş, qanunsuz müqavilələr imzalanmışdır. Bakı İnzibati Məhkəməsinin hakimi cənab Elvin Əliyevin icraatında olan 2-1(112)- 2205/2020 saylı iş materialları ilə tanış olarkən 14.12.2020-ci il arxivdə sözügedən müqavilələr barədə xəbər tutmuşdur. Sadalanan faktlara və maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiası əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X16 məhkəmə iclasına iddia tələbini əsassız hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı, digər cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, onun izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizələrinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti (“Sifarişçi və “Zəmanəverən"), “Araz-2011A" MMC (“Podratçı") və Cavabdeh3 (“Zəmanətalan") arasında bağlanmış 66-68-74 saylı, 13 iyul 2017-ci il tarixli zəmanət müqaviləsindən müəyyən olunur ki, Bakı şəhər Baş planına uyğun olaraq H.Əliyev prospektində istisamar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binasının inşa edilməsi məqsədi ilə Cavabdeh3 ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi olan 89,8 kv.m3 otaqlı 74 saylı mənzil ilə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh3 adına verilmiş Seriya RX ******* nömrəli, 16.06.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə Cavabdeh3 məxsusdur. İş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti (“Sifarişçi və Zəmanəverən"), “Araz-2011A" MMC (“Podratçı") və Cavabdeh1 (“Zəmanətalan”) arasında bağlanmış 13 iyul 2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi olan 89,8 kv.m3 otaqlı 74 saylı mənzil ilə təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3387/2020 saylı, 01.12.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 Moylaverdi qızı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 38, M4 ünvanında yerləşən 3 saylı mənzilə aid X3 və Cavabdeh1 arasında imzalanmış 08.11.2018-ci il tarixli bağışlama müqaviləsinin, X4 ilə X17 arasında imzalanmış 22.02.2019-cu il tarixli və X17 ilə X9 arasında imzalanmış 18.04.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh6 hərəkətlərinin qanunsuz hesab edilməsi və Cavabdeh6 mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinin rədd edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4400/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 Moylaverdi qızının apelyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3387/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə müəyyən edilmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyəti, podratçı Cavabdeh2 MMC və zəmanətalan Cavabdeh3 Moylaverdi qızı arasında bağlanmış 13.07.2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinin kserosurətinə görə, tərəflər Cavabdeh3 Moylaverdi qızının Heydər Əliyev prospekti 66 saylı binanın 1-ci mərtəbəsi ona məxsus, ümumi sahəsi 58,2 kv.m olan sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə, Heydər Əliyev prospekti 66-68 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 89,8 kv.m 3 otaqlı 74 saylı mənzil ilə təmin olunması barədə razılığa gəlmişlər. 08.11.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 5 ünvanında 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 88,8 kv/m olan 3 otaqlı mənzil tam mülkiyyət üzrə hədiyyə verən Cavabdeh2 MMC tərəfindən əvəzsiz olaraq Cavabdeh1 verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4, m3 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2962 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində 23.11.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 22.02.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı- satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4, m3 saylı mənzili alıcı X2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 547755 nömrəli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4 m3 saylı mənzil tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 2962 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində 28.02.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 18.04.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı X17 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4, m3 saylı mənzili alıcı X1. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcıya alıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu zaman qeydiyyatda heç kim olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 547755 nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4 m3 saylı mənzil tam’ mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 2962 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində 23.04.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti 1 saylı ünvan 6 ünvanlanmış 26.10.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 66 saylı qeyri-yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 58,2 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh3 Moylaverdi qızının adına dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzil ilə bağlı Cavabdeh3 ilə "xxxx" ASC, “Azəriqaz” İB və "xxxx" ASC həmçinin "xxxx" MMC arasında xidmət müqavilələri bağlanmışdır. Lakin Cavabdeh3 ilə "xxxx" ASC, “Azəriqaz” İB və “Azərişıq’ASC həmçinin "xxxx" MMC arasında xidmət müqavilələri bağlanması Cavabdeh3 mübahisəli mənzilə dair mülkiyyət hüququnun olmasına əsas ola bilməz. İş materiallarında olan Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-504/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 Moylaverdi qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-4400/2021 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakılarını qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il trixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Mülki işə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı X8 ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 89.8 kv.m olan 3 otaqlı 74 saylı mənzilə hər hansı hüquqi aidiyyəti müəyyən edilmədiyindən, mənzilə hansı hüququnun olduğunu təsdiq edən heç bir sübut təqdim edə bilmədiyindən müqavilələrinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası, iddia ərizəsində göstərilən tələbləri irəli sürmək üzrə subyektiv hüquqa malik olmadığı əsası ilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X8 cavabdehlər Cavabdeh3, Cavabdeh6 oğlu, Cavabdeh1 oğluna, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə, müqavilələrinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü tələbləri əsaslandıra bilmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə rüsumun iddiaçıya aid edilməsi qənaətinə gəlir. Mübahisəli mənzilin iddiaçının mülkiyyətinə geri qaytarılması barədə iddia tələbini məhkəmə qeyri müəyyən hesab edir və onun təmin edilməsini mümkün hesab etmir, çünki mülkiyyət hüququnun qeydə alınması daşınmaz əmlakın dövlət reyestrinə məxsus olan səlahiyyətdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin və Ailə Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X8 cavabdehlər Cavabdeh3, Cavabdeh6 oğlu, Cavabdeh1 Ələkbər oğluna, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə, müqavilələrinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova müqavilələrinin etibarsız hesab edilməsi və pul tələbinə İddiaçı X8 cavabdehlər Cavabdeh3, Cavabdeh6 oğlu, Cavabdeh1 oğluna, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar