Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2381/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququna xitam” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququna xitam” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və azyaşlılar X4, X5 X6, X7 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151, mənzil 10-na (Yeni qaydalarla - Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, giriş 257, M5, m1) yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151, mənzil 10-nu (Yeni qaydalarla - Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, giriş 257, M5, m1) keçmiş mülkiyyətçi X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151, mənzil 10 Yeni qaydalarla - Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, giriş 257, M5, m1 tam mülkiyyət hüququ üzrə özünə məxsusdur. Bildirir ki, keçmiş mülkiyyətçi X3 mənzili ona satdığı vaxtdan köçüb getməsinə baxmayaraq, hazırki vaxtadək cavabdehlər qeydiyyatdan çıxmayıblar. Dəfələrlə onlara mənzildən qeydiyyatdan çıxmaları barədə etdiyi müraciətlər nəticəsiz qalmış və heç bir əsas olmadan cavabdehlər mənzildən könüllü surətdə qeydiyyatdan çıxmaq istəmirlər. Bu hal isə mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Belə ki, cavabdehlərə görə əlavə kommunal xərclər ödəyir. xx.xx.2025-ci il tarixdə bağlanmış müqavilənin 13-cü bəndinə əsasən cavabdehlər müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətinə satılmış mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşlər. Göründüyü kimi cavabdehlər müqaviləyə əsasən yaranmış öhdəliyi icra etməkdən imtina edirlər. II. Vəsatət: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, 2(005)-2381/2025 saylı mülki iş üzrə icraatın Bakı şəhəri Nərimanov Məhkəməsinin icraatında olan iddiaçının cavabdehlər X3 və İddiaçı qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında şifahi qaydada, habelə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə vəsatət təqdim edərək, 2(005)- 2381/2025 nömrəli mülki işlə eyni predmetə dair iddia tələbi üzrə Nərimanov rayon Məhkəməsinin icraatında e-2(005)-2936/202 saylı başqa mülki işin davam etdiyini bildirmiş, qeyd olunan mülki iş üzrə icraatların birləşdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. III. Tərəflərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəsatətlə məhkəməyə müraciət edərək, mülki işlərin birləşdirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, verdikləri vəsatətin təmin edilməsini və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə hazırki hazırlıq iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkili dinləyib, vəsatətləri, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş iş üzrə icraatın dayandırılması barədə vəsatət təmin edilməməli, iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan 2(005)-2381/2025 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-2936/2025 saylı mülki işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. - 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. -254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. - 256.0.3-cü maddəsinə əsasən Mülki-Prosessual Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə başqa bir işdə icraatı dayandırılan mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarında verilən şərhə görə, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması---məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və azyaşlılar X4, X5 X6, X7 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151, mənzil 10-na (Yeni qaydalarla - Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, giriş 257, M5, m1) yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədədir. Digər tərəfdən məhkəmə tərəfindən iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki: - iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiqlənmiş Cavabdeh3 ilə X3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; X3 ilə İddiaçı arasında Bakı şəhəri, Azadlıq prospektində yerləşən 151 saylı evin 10 saylı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri, Azadlıq prospektində yerləşən 151 saylı evin 10 saylı mənzili üzərində cavabdeh İddiaçı hüquqlarının qeydiyyatının və həmin evə dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (mülki iş № e-2(005)-2936/2025). Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Hazırda Cavabdeh1 nümayəndəsi və vəkili vəsatətlə məhkəməyə müraciət edərək, 2(005)-2381/2025 saylı mülki iş üzrə icraatın Bakı şəhəri Nərimanov Məhkəməsinin icraatında olan iddiaçının cavabdehlər X3 və İddiaçı qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili vəsatət təqdim edərək, mülki iş üzrə icraatların birləşdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatəti nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında olan “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mübahisəyə baxılanadək, hazırki mülki iş üzrə icraatın dayandırılması, işə baxılması müddətinin əsassız uzadılmasına səbəb ola bilər. Digər tərəfdən iddiaçının nümayəndəsi və vəkili tərəfindən mülki işlərin birləşdirilməsi barədə vəsatət təqdim edilmişdir və mülki işlər üzrə tərəflər eyni olmaqla, tələblər bir-birilə əlaqəlidir. Belə ki, hazırki iş üzrə İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151, mənzil 10 (Yeni qaydalarla - Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, giriş 257, M5, m1) ünvanında yerləşən mənzili aldığını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151, mənzil 10 Yeni qaydalarla - Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, giriş 257, M5, m1 tam mülkiyyət hüququ üzrə özünə məxsus olduğunu bildirərək, cavabdehlərin mənzilə istifadə hüququnun itirilməsini xahiş edir. Digər tərəfdən isə hazırkı iş üzrə Cavabdeh1, İddiaçı iddianın əsası kimi göstərdiyi müqavilənin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən İddiaçı hüquqlarının qeydiyyatının və həmin evə dair çıxarışın ləğv edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki işlər üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu, habelə tərəflərin eyni olmasını nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsini, həmçinin prossesual qənaət prinsipi baxımından işlərə bir icraatda baxılması mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş mülki iş üzrə icraatın dayandırılması barədə vəsatət təmin edilməməli, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş mülki işlərin birləşdirilməsi barədə vəsatət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququna xitam” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2381/2025 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-2936/2025 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Göründüyü kimi qanunvericiliyə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki qərardaddan şikayətin verilməsi halı Mülki Prosessual Məcəllədə nəzərdə tutulmadığından və məhkəmənin hazırki qərardadı işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş “mülki iş üzrə icraatın dayandırılması” barədə vəsatət təmin edilməsin. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş “mülki işlərin birləşdirilməsi” barədə vəsatət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququna xitam” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2381/2025 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-2936/2025 saylı mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2381/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2381/2025
19.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver