Məhkəmə qərarları › İş №2(005)-2386/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2386/2021

05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2386/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçılar X1 və İddiaçı2 Əliyasər qızının vəkili X3 iştirakı ilə, İddiaçılar X1 və İddiaçı2 Əliyasər qızının Cavabdeh Mənzil-Tikinki Kooperativinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, kompenasiya məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X4 və İddiaçı2 Əliyasər qızı Cavabdeh Mənzil-Tikinki Kooperativinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, kompenasiya məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil-Tikinki Kooperativi tərəfindən hüquqazidd şəkildə sökülərək dağıdılmış Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən 127 nömrəli fərdi yaşayış evinin sökülməsinə görə kompensasiya məbləği kimi 1.000.000 (bir milyon) manat məbləğində maddi ziyan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; əmlakının dağıdılması nəticəsində məhv edilmiş 92 adda əşyaların dəyəri olan 148.520 (bir yüz qırx səkkiz min beş yüz iyirmi) manat məbləğində maddi zərərin və 20.000 (iyirmi min) manat məbləğ\ində mənəvi zərərin əvəzinin Cavabdeh Mənzil-Tikinki Kooperativindən iddiaçılar X1 və İddiaçı2 Əliyasər qızının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məkləmədən xaiş etmişdir. Cavabdeh Mənzil-Tikinki Kooperativi iş üzrə icraata xitam verilməsi barədə 03 may 2021-ci il tarixdə 30 aprel 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə artıq işə baxıldığını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən mübahisə üzrə 2(006)-479/2018 nömrəli, 19 sentyabr 2018-ci il tarixli qətnamə qəbul edildiyi, qətnamə artıq tam icra edildiyi üçün və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4645/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli qərardadı ilə İddiaçı2 Əliyasər qızının verdiyi apelyasiya şikayətinin icraatına xitam verildiyini nəzərə alaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan hazırkı mülki işin icraatına xitam verilməsi ilə bağlı müvafiq qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar X1 və İddiaçı2 Əliyasər qızının vəkili X5 iddia ərizəsini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Mənzil-Tikinki Kooperativinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və üçüncü şəxsin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hazırkı iclasın cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-2386/2021 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-2351/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında iddiaçı X2 Cavabdeh Mənzil- Tikinti Kooperativinə qarşı “fərdi yaşayış evinin qanunsuz sökülməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin tutulması” tələbinə dair 2(005)-2351/2021 nömrəli mülki iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır; 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Məhkəmə hesab edir ki, iddiaçılar X1 və İddiaçı2 Əliyasər qızının Cavabdeh Mənzil-Tikinki Kooperativinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, kompenasiya məbləğinin ödənilməsi” tələbinə dair 2(005)-2386/2021 nömrəli mülki işlə iddiaçı X2 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “fərdi yaşayış evinin qanunsuz sökülməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin tutulması” tələbinə dair 2(005)-2351/2021 nömrəli mülki işlər bir icraatda birləşdirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir; 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda; 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi göstərilməmişdir. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X1 və İddiaçı2 Əliyasər qızının Cavabdeh Mənzil-Tikinki Kooperativinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, kompenasiya məbləğinin ödənilməsi” tələbinə dair 2(005)-2386/2021 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı X2 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “fərdi yaşayış evinin qanunsuz sökülməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin tutulması” tələbinə dair 2(005)-2351/2021 nömrəli mülki işlər bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar