Məhkəmə qərarları › İş №2(005)-2390/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2390/2021

03.06.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2390/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər icraiyyə komitəsinin 16 oktyabr 1991 -ci il tarixli 14/625 nömrəli qərarında mərhum atamın adının düzgün olaraq yəni X9 (‘“Джабраилов Хамиль Камиль оглы”) yazılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası 10.11.1931-ci il tarixində anadan olmuş və xroniki ürək çatışmamazlığı səbəbindən 18.08.2012-ci il tarixində vəfat etmişdir. Mərhum atasının tam adı X4r. Mərhum atasına Bakı şəhər icraiyyə komitəsinin 16 oktyabr İ99l-ci il tarixli 14/625 nömrəli qərarına əsasən, 23 yanvar 1992-ci ıl tarixində Azərbaycan SSK Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatlarının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 235 nömrəli kooperativin “6/c" nöınrəli Orderi əsasında Ləhiş bağlar sahəsində 235 nömrəli BTK nəznində 0.12 hektar torpaq sahəsi olan 2563 nömrəli bağ ayrılıb. Müvafiq Orderdə mərhum atamın adı düzgün olaraq qeyd edilsə də. Bakı şəhər icraiyyə komitəsinin 16 oktyabr 1991-ci il tarixli 14/625 nömrəli qərarında mərhum atamın adı səhvən “Джeбраилов Хамиль Камиль оглы” kimi yazılmışdır, olmalı idi “Джабраилов Хамиль Камиль оглы”. 06.10.2020-ci il tarixində mərhum atasına məxsus bağ sahəsinin özəlləşdirilməsinə sonradan vərəsəlik şəhadətnaməsinin alınması üçün 5 saylı “Asan Xidmət” Mərkəzi vasitəsilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərmişdir. Təqdim olunan qərarda mərhum atasnın adında yanlışlığın olması müəyyən edildi. Uyğunsuzluğun aradan qaldırılması üçün 5 saylı “Asan Xidmət" Mərkəzində müvafiq dövlət qurumuna müraciət etsə də ona bildirilmişdir ki, yanlışlığın düzəldilməsi yalnız məhkəmə qaydasında mümkündür və o, məhkəməyə müraciət etməlidir. 29.10.2020-ci il tarixində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə 04.11.2020-ci il tarixli Qərardadında ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir və onun Bakı şəhər İcra hakimiyyətinə müraciət etməli olduğunu bildirmişdir. 12.12.2020-ci il tarixində Bakı şəhər İcra hakimiyyətinə eyni məsələ ilə bağlı müraciət etmişdir. Bakı şəhər İcra hakimiyyətinin 12.02.2021 -ci il tarixli C-206-112 nömrəli məktubunda ona bildirilmişdir ki, qanunla qorunan hüquq və azadlıqlarını eləcə də maraqlarımı qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etməlidir. Daha sonra Ərizəçi iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhər icraiyyə komitəsinin 16.10.1991-ci il tarixli 14/625 nömrəli qərarının 10 noyabr 1931-ci il tarixində doğulmuş X5 məxsus olması faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 235 nömrəli kooperativ tərəfindən verilmiş b/s №-li orderdən görünür ki, 23 yanvar 1992-ci il tarixdə 0.12 hektar torpaq sahəsi olan 2563 nömrəli bağ X6 ayrılmışıdır. Bakı şəhər X10 icraiyyə komitəsinin 14/625 №-li 16.10.1991-ci il tarixli qərarından görümür ki, X7 bağ sahəsi ayrılmışıdır. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 568211 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 18.08.2012-ci il tarixdə Bakı şəhərində xroniki ürək çatışmazlığından ölmüşdür. Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 25.03.1970-ci il tarixdə verilmiş AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 15 dekabr 1969-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur. X2, anası X1r. Nərimanov RPİ tərəfindən 21.02.2005-ci il tarixdə verilmiş AZE seriyalı 03566507 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, 10 noyabr 1931-ci il tarixdə Xaldan rayonunda anadan olmuş X9 Bakı şəhəri, Ataterk prospekti ev 7B, mənzil 10 ünvanında qeydiyyatdadır. AA******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1969-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Bakı şəhər icraiyyə komitəsinin 16.10.1991-ci il tarixli 14/625 nömrəli qərarının 10 noyabr 1931-ci il tarixində doğulmuş X5 məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər icraiyyə komitəsinin 16.10.1991-ci il tarixli 14/625 nömrəli qərarının 10 noyabr 1931-ci il tarixində doğulmuş X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar