Məhkəmə qərarları › İş №2(005)-2407/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2407/2020

18.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2407/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı oglunun Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə oglunun iştirakları ilə, İddiaçı Cavabdeh MMC tikinti şirkətinə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC tikinti şirkətinin direktoru X6 ogluna qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh “ tikinti şirkəti və onun direktoru X2ndan mənzil kirayəsi üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş 3972 manat vəsaitin, tikinti proyektində nəzərdə tutulmuş tələblərə uyğun olaraq mənzili keyfiyyətli təmir edilməsi və müqavilənin şərtlərinə uyğun olaraq təhvil verilməsi, ona dəymiş maddi və mənəvi ziyana, şərəf və ləyaqətinin təhqir olunmasına və sağlamlığına dəyən zərərə görə 20.000 manat təzminat ödəməsinə və mənzilin vaxtında təhvil verilmədiyinə görə 2020-ci ilin yanvar- iyun aylarında ev kirayəsi ücün sərf etdiyi (6ay x 500 man = 3000 manat)3000 manat Tikinti Şirkəti tərəfindən onun xeyrinə ödəniməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov rayonu Xətai prospekti ev 29 mənzil 45 ünvanında yerləşən evi ticarət obyekti kimi fəaliyyət göstərirdi. xx.xx.2017-ci il tarixdə “xxxxxx” MMC (onun direktoru X2) bu ərizədə olan ev və obyektləri sökərək yerində çoxmərtəbəli yaşayış binası tikməyə başladı və onunla xx.xx.2017-ci il tarixdə 186 saylı müqavilə bağladı. Müqavilənin şəninə görə sökülmüş obyektin (evin) əvəzinə inşa etdiyi binada 88,4 kv.m 2 otaqlı tam təmirli mənzil verməyi öhdəsinə götürmüş, hər ay 500 (beş) yüz manat ev kirayəsi verməyi və 24 ay ərzində mənzili təhvil verməli idi. Lakin bu günə qədər Tikinti Şirkəti ona veriləcək mənzili tam təmir etməmişdir, mənzil təhvilə hazır deyildir. Belə ki, tikinti şirkəti təsdiq olunmuş Tikinti Proyektin tələblərini pozmuş, hamam və tualeti birləşdirmişdir. Tualetə duş quraşdırmış, hamam isə boş qalmışdır. Proyektdə nəzərdə tutmuş hamamı anbara çevirmiş, ona qapı qoymamış, kafel vurmamış, trap və vanna quraşdırmamışdır. Balkonun döşəməsinə metlax vurlumamış, onu demək olar ki təmir etməmişdir. Müqavilənin vaxtının bitməsinə baxmayuaraq mənzilin hazır olması haqqında ona məlumat verilməmiş, xəbərdarlıq göndərilmiş, telefon əlaqəsi yaratmamışdır. Mənzilin təmiri ilə tanış olmağa gələrkən binanın gözətçiləri onu içəri buraxmamışdır. Müqavilənin şərtində nəzərdə tutulmuş ayda 500 manat x 24 = 12.000 manat ödəniləsi ev kirayəsinin yalnız 8028 manatı ödənilmişdir. Qalan 3972 manatı isə bu günə kimi ödənilməmiş qalır. Mənzil kirayə haqqını ödəmək üçün müxtəlif adamlardan borc pul götürərək ziyana düşmüş, əsəblərini pozmuş, müalicə olunmaq üçün xeyli miqdarda dərman- davaya xərci çıxmışdır. Beləliklə tikinti şirkəti ona maddi və mənəvi ziyan vurub, şərəf və ləyaqətimi alçaldıb, konstitusiya hüquqlarını pozub. Müqavilənin 2.2.3 bəndinə əsasən tikinti şirkəti 24 ay müddətinə tikintini başa çatdırılmalı, mənzil mülküyyətçiyə təhvil verməli idi, Mənzil təhvil verilmədiyinə görə kirayədə qalmaqda davam edir. 2020-ci ilin yanvar- iyun aylarında (6av x 500 man = 3000 manat) 3000 manat zərər çəkmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verərək Cavabdeh MMC Tikinti şirkətindən müqavilədə nəzərdə tutulmuş mənzil kirayəsinin ödənilməmiş hissəsi 3972 manatın ödənilməsi, tikinti proyektində nəzərdə tutulmuş tələblərə uyğun olaraq mənzili keyfiyyətli təmir edilməsi və müqavilənin şərtlərinə uyğun olaraq təhvil verməsi, ona dəymiş maddi və mənəvi ziyana, şərəf və ləyaqətimin alçaldılmasına, sağlamlığına dəyən zərərə görə 20.000 manat təzminat ödəməsinə, mənzilin vaxtında təhvil verilməməsi səbəbindən ödədiyi 4.000 manat mənzil kirayəsi haqqının onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mənzil tam təmirli vəziyyətdə oktyabr ayının əvvəli ona təhvil verilmiş, lakin kirayə haqları ödənilməmiş qalmışdır. Ona görə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı mənzil tam təmirli vəziyyətdə oktyabr ayının əvvəli təhvil verilmişdir. Lakin 3.972 manat kirayə haqqı bu günə hələ də ödənilməmişdir. İddianın 3.972 manat kirayə haqqının tutulması hissəsində təmin olunmasına etiraz etmir, qalan hissələrdə əsassız oldugundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan bir tərəfdən Cavabdeh MMC, onun adından direktoru X2 və digər tərəfdən «əmlak Mülkiyyətçisi» adlanacaq Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, mənzil 45-də yaşayan vətəndaş İddiaçı oglu arasında bağlanmış xx.xx.2017-ci il tarixli digər müqavilənin şərtəlrindən görünür ki,“Tərəflər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı Qərarının 1.3. maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərlərinə öhdəliklər götürürlər: “Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən 13.0.2015 ci-il tarixində, ********** qeydiyyat və **********56- 05101-093002 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №0642348 saylı Çıxarış” ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 32.0 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün “Cavabdeh" MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evinin 10(on)-cu mərtəbəsində onun üçün nəzərədə tutulmuş 2(iki) otaqlı 88.4 kv.m təmirli mənzili qəbul etməyi öhdəsinə götürür. “Tikinti şirkəti" “Cavabdeh" MMC ünvan 2 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 10(on)-cu mərtəbədə yerləşən 88.4 kv.m, təmirli 2(iki) otaqlı mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi"’-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 ( beş yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 (bir) dəfə ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti" həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. İddiaçının 1-ci tələbi “müqavilədə nəzərdə tutulmuş mənzil kirayəsinin ödənilməmiş hissəsi 3972 manatın ödənilməsi”dir ki, məhkəmə bununla baglı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; - 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; - 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; - 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. - 700.1-ci madəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərindər biri- “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi"’-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 ( beş yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 (bir) dəfə ödəməsidir. Müəyyən olunmuşdur ki, cavabdeh təşkilatın iddiaçıya mənzil kirayəsinə görə ödənilməmiş 3972 manat borcu qalmışdır ki, həmin məbləg cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında etiraf olunmuşdur. Belə olan halda qeyd olunan məbləg cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. İddiaçının digər tələbi “mənzilin keyfiyyətli təmir edilməsi və müqavilənin şərtlərinə uyğun olaraq təhvil verməsi”dir ki, bununla bağlı məhkəmə araşdırmasında həm iddiaçının həm də cavabdehin nümayəndəsinin etirafı ilə müəyyən olundu ki, mənzil oktyabr ayının əvvəlləri tam təmirli vəziyyətdə iddiaçıya təhvil verilmiş və hazırda iddiaçı həmin mənzildə yaşayır. Beləliklə iddianın “mənzilin keyfiyyətli təmir edilməsi və müqavilənin şərtlərinə uyğun olaraq təhvil verməsi” hissəsinin təmin edilməsinə əsaslar aradan qalxdıgından həmin hissədə tələb rədd olunmalıdır. İddiaçının digər tələbi “mənzilin vaxtında təhvil verilməməsi səbəbindən ödədiyi 4.000 manat mənzil kirayəsi haqqının onun xeyrinə ödənilməsi”dir ki, həmin hissədə də iddia tələbi təmin oluna bilməz. Belə ki, iddiaçı 4.000 manat kirayə haqqı tələb etsə də, həmin məbləgi təsdiq edən, onun kirayədə qalmasını sübut edən kirayə müqaviləsi və digər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. X3 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X4rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə iddiaçı “İddiaçı 20.000 (beş min) manat məbləğində mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X3 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X3 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X3 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh təşkilatın təqsirli hərəkətlərinin təsirindən onun mənəvi zərərlə bağlı iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdeh şəxsdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən 3.972 (üç min doqquz yüz yetmiş iki) manat tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar