Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2413/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Cavabdeh X7 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh X5rşı “kredit və girov/ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş avtonəqliyyat vasitəsinə onun mülkiyyət hüququnun tanınması, həmin kredit və girov müqaviləsi üzrə tələbin onun adına yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X5rşı “kredit və girov/ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş avtonəqliyyat vasitəsinə onun mülkiyyət hüququnun tanınması, həmin kredit və girov müqaviləsi üzrə tələbin onun adına yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X10 ilə X4 arasında bağlanmış kredit və girov/ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş “Hyundai Elantra” markalı, **-BF-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə onun mülkiyyət hüququnun tanınması, həmin kredit və girov müqaviləsi üzrə tələbin onun adına yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2014-ci il tarixdə X1 adına aldığı avtomobili bankın razılığı ilə kreditini ödəmək şərti ilə öz öhdəsinə götürmüşdür. O, X2 5.100 (beş min bir yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəyib avtomobili almış və qalan pulu 36 (otuz altı) aya bölməklə ayda 673 (altı yüz yetmiş üç) ABŞ dolları məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. O, 24 (iyirmi dörd) ay ərzində bu pulu ödəmişdir. Həmin pul vəsaiti Cavabdeh X7 Şəki filialına ödəmişdir. Dolların manat olan məzənnəsi 1,05 (bir manat beş qəpik) manat olanda onun ödənişi 710 (yeddi yüz) manat məbləğində olmuş və bu barədə o cavabdeh banka müraciət etmişdir. Bu formada 3 (üç) ay ərzində aylıq ödəniş etmişdir. Ödənişi çox olduğu üçün cavabdeh banka müraciət etməli olmuşdur. Cavabdeh bankın problemli kreditlərin idarə edilməsi şöbəsində bu məsələ ilə bağlı ona heç bir köməklik göstərməmişlər və onun gecikdirdiyi kredit ödənişinə görə X2 qarşı müvafiq borcun tutulması ilə bağlı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edilmişdir. Respublikada olan ikinci devalasiyadan sonra onun ödənişi 1.100 (bir min bir yüz) manat məbləğində olmuşdur. O, taksi xidməti ilə məşğul olduğu üçün bu pulu ödəməyi qeyrimümkün olmuşdur. Cavabdeh bank ona qalıq borc məbləği ilə bağlı yeni qrafik açılması barədə razılıq versə də, sonuncu bunu yerinə yetirmədi. Üç ay sonra yenidən məhkəməyə verildi. Hər məhkəmədə X4 dəfələrlə bildirmişdir ki, iyirmi dörd ay krediti İddiaçı ödəmiş və avtomobili onun adına keçirmişdir, krediti məbləğini ödəməsinə etirazı yoxdur. O, İddiaçı avtomobilə dair üçüncü şəxs kimi iddia ərizəsi versə də, müvafiq iddia tələbinə düzgün baxılmamışdır. X4 natariusdan təsdiqlənmiş sənədlə bildirdi ki, ona məxsus olan avtomobillə bağlı bank işlərini ona həvalə etmişdir. Lakin yenə də bu işə baxılmamışdır. xx xxxxxx 2017-ci il tarixdə X4 vəfat etmişdir. Onun vəfat etdiyi üçün müvafiq işə xitam verilməli və borc məbləği ilə bağlı öhdəlik onun varisinə keçməli idi. O, bu qərarla razı olmadığı üçün ona təzyiqlər olmuşdur. O, apelyasiya məhkəməsinə şikayət verdi. Məhkəmə onu üçüncü şəxs kimi qəbul etdi. Bütün sənədlərini qəbul edilmiş və təsdiqlənmişdir. Bankın ona razılıq kağızı ilə verdiyi maşını təsdiq etmişdir, maşının üçüncü şəxs kimi onun olduğunu təsdiq etmişdir və ona yeni qrafik açılmasına dair qərar verilmişdir. Onlara dəfələrlə bildirmişdir ki, X4 dekabrın 04-də dünyasını dəyişmişdir, lakin qeyd edilən nəzərə alınmadı. Çıxarılmış qərarda bildirilmişdir ki, X4 məhkəməyə gəlməmiişdir. Onun gəlməmə səbəblərini bildirməyib, məhkəmədən yayınıb, halbuki o məhkəməyə X1 ölü şəhadətnaməsini təqdim etmişdir. Sonra o Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət etdiyi zaman, ölkə başçısının dollarla bağlı verdiyi qərara əsasən işlər geri qaytarıldı və o Cavabdeh X7 Şəki filialında oldu, orada ona restukturizasiya təklifinin gəldiyini və 5.700 (beş min) manat məbləğində kompesasiya ödənildiyini bildirərək, yerdə qalan 10.300 (on min üç yüz) manat məbləğində borc qalığına qrafik açılmasını xahiş etmişdir. Ona bildirdilər ki, bu mümkün deyildir, X1 varisinə açıla bilər. O, bu barədə dəfələrlə müraciət etmişdir. X1 varisi varisliyi qəbul etmir. Atasının bütün mülkiyyətindən imtina edir və yazılı surətdə bildirmişdir ki, atasının adına olan avtomobili İddiaçı adına keçirilməsinə narazılıq bildirmir. Belə ki, 24.000 (iyirmi dörd min) manat dəyərində olan abtomobilin 17.000 (on yeddi min) manat hissəsini İddiaçı Firudin oğlu ödəmiş və yerdə qalan pul məbləğinin də onun ödəməsinə narazılığı yoxdur. Ancaq buna baxmayaraq, Cavabdeh X10 heç bir razılığa gəlmir. Cavabdeh bankın əmkdaşları ona bildirdilər ki, 10.000 (on min) manat məbləğində pul vəsaiti qarşılığında avtomobili əlindən alacaqlar. Hər dəfə də X1 varisini ortaya qoyub onun hüquqlarını tapdalayırlar və ona bildirirlər ki, avtomobili onun adına keçirmək üçün ən azı 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti ödəməlidir. O, taksi fəaliyyəti ilə məşğul olur. Avtomobilə qrafik açılması üçün dörd ildir ki, onun müvafiq işi məhkəmələrdə uzadılır. Onun qazanc yeri müvafiq avtomobildir və ailəsinə bu avtomobil ilə çörək qazanır, ona müvafiq qrafikin açılmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh X7 nümayəndəsi X6 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən-işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və İddiaçı məhkəmənin çağırışlarına gəlməməsini, habelə Cavabdeh X7 nümayəndəsi X3 mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh X5rşı “kredit və girov/ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş avtonəqliyyat vasitəsinə onun mülkiyyət hüququnun tanınması, həmin kredit və girov müqaviləsi üzrə tələbin onun adına yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2413/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2413/2020
30.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver