Məhkəmə qərarları › İş №2(005)-242/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-242/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-242/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9, Cavabdeh1 iştirakları ilə, İddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Agalar oğluna və X5 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh1 Agalar oğlunun cavabdeh “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Agalar oğluna və X5 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Agalar oğlundan və X1 qaydasında iddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 37.562,03 (otuz yeddi min beş yüz altmış iki manat üç qəpik) manat məbləğində sığorta ödənişinin əvəzinin və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Fasad-F” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsi “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2018ci il tarixində “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə 66,67% sığortalanmışdır. xx xxxxx 2019-cu il tarixində Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi digər cavabdeh X5 məxsus **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsi ilə **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 barəsində xx xxxxx 2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərar qəbul olunmuş, həmin qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 65.044,30 (altmış beş min qırx dörd manat otuz qəpik) manat məbləğində müəyyən edilmişdir. “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xx xxxx 2019-cu il tarixli sığorta aktına əsasən sığorta şəhadətnaməsinin şərtləri nəzərə alınmaqla, “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş ziyana görə 42.365,03 (qırx iki min üç yüz altmış beş manat üç qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti icbari qaydada “xxxxxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalandığı üçün ödənilmiş məbləğdən 4.803 (dörd min səkkiz yüz üç) manat məbləğində pul vəsaiti həmin şirkət tərəfindən “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Sığorta ödənişi məbləğinin 37.562,03 (otuz yeddi min beş yüz altmış iki manat üç qəpik) manat hissəsi isə bu günə gədər ödənilməmiş qalmaqdadır. Beləliklə, **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta ödənişi kimi verilmiş 37.562,03 (otuz yeddi min bes yüz altmış iki manat üc qəpik) manat məbləğində pul vəsaiti subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 və X2 tutularaq “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Cavabdeh1 Agalar oğlu iddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin iddiasının rədd edilməsinə və qarşılıqlı iddia tələbi üzrə cavabdeh “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətindən ona vurulmuş maddi zərərə görə ümumilikdə 7.500 (yeddi min beş yüz) manat və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pulun, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 Agalar oğlu qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin ona və X5 qarşı iddiasının heç bir əsası yoxdur və aşağıda göstərilən səbəblərdən rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Qeyd olunmalıdır ki, idarə etdiyi “Mercedes Benz” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Azadlıq prospektində “Vorovskiy” adlanan dairədə Binəqədi istiqamətinə dönüb qayıtmaq istərkən bu zaman yüksək sürətlə işıqforun qırmızı işığında keçən və orada olan piyada keçidinə məhəl qoymayan “Audi A7” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən şəxs idarə etidiyi avtomaşını sağ qabaq hissədən vurmuşdur və idarə etdiyi avtomaşın fırlanaraq sol tərəfdə hərəkətdə olan avtomobilə dəymişdir. Nəticədə, ona məxsus avtomaşın tam yararsız hala düşmüşdür və özü də başından xəsarət almışdır. Hadisədən dərhal sonra ona bir nəfər yaxınlaşaraq digər şəxsi göstərdi və bildirdi ki, ondan soruşanda desin ki, sükan arxasında bu idi, halbuki sükan arxasında başqa bir şəxs olmuşdur, sonradan hadisəni törədən şəxsin X16 olduğu göstərilmişdir. Halbuki, sükan arxasında başqa şəxs olmuşdur. Onda olan məlumata görə hadisəni törədən şəxs “Akabe İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin yaxınıdır və işin istindaqda birtərəfli aparılması da onu sübuta yetirir ki, onu zərərçəkmiş deyil, təqsirkar qismində göstərsinlər, belə ki, ona məxsus avtomaşın tamamilə sıradan çıxmasına baxmayaraq sığorta şirkətindən ona bildiriş gəlmişdir və “Audi A7” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı maddi zərərin qiymətləndirilməsinin aparılmasında iştirak etməyi barədə bildirilmişdir .Belə ki, avtomobilin sahibi tərəfindən ona verilmiş etibarnamənin müddətinin bitməsini bəhanə edərək ona sığorta ödənişi verilməmişdir, bu sığorta ödənişinin verilməməsi üçün əsas ola bilməz, halbuki ona məxsus sənədlər tam qaydasında olmuşdur, onun idarə etdiyi avtomobili vurmuş şəxsin isə heç sürücülük vəsiqəsi olmamışdır. Halbuki, o zərərçəkmiş olduğu halda ona məxsus avtomaşına vurulmuş maddi zərərin müəyyən edilməsi üçün heç bir qiymətləndirmə aparılmamışdır. Ona məxsus avtomaşına 7.000 (yeddi min) manat məbləğində maddi ziyan vurulmuşdur və ola bilər ki, avtomaşının əvvəlki vəziyyətinə bərpa edilməsi üçün bundan da artıq vəsait xərclənməlidir. Nəzərə çatdırılmalıdır ki, hadisə nəticəsində o başından aldığı xəsarətlə bağlı xəstəxanada müalicədə olmuşdur, ona ən azı 15 (on beş) gün stasionar müalicədə olmağı bildirilmişdir, lakin onun həyat yoldaşı xəstə olduğu üçün və köməyə ehtiyacı olması səbəbindən o cəmi 7 (yeddi) gün xəstəxanada müalicədə olmuş və ərizə yazaraq evə buraxılmağını xahiş etmişdir. Ona vurulmuş bu ziyan cavabdeh “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməlidir. Belə ki, sığorta ödənişi əslində ona ödənilməli, ona vurulmuş maddi zərər onlardan tutulmalı olduğu halda sığorta şirkəti qanunvericliyin tələblərini pozaraq bunu etməmişdir, əksinə ondan tələb etməkdə davam edir. Ona sığorta ödənişi hesablanmadığı üçün vurulmuş 7.000 (yeddi min) manat məbləğində maddi zərər və xəstəxanada yatmağı ilə bağlı müalicə xərclərinə görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətindən tutulmalıdır. Cavabdehin təqsiri üzündən o çox ciddi stress keçirmiş, idarə etdiyi avtomobilə maddi ziyan dəyməsi, xəsarət alaraq sağlamlığının pozulması cavabdehin təqsiri ucbatından maddi zərərə məruz qalmağı şüurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur, sağlamlığı pozulmuşdur və bütün bunların səbəbindən o mənəvi zərərə məruz qalmışdır. Cavabdeh “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona vurulmuş mənəvi zərəri 500 (beş yüz) manat məbləğində dəyərləndirmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. İddiaçı “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə xx xxxxxx 2019-cu il tarixdə xx xxxxxx 2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia tələbi 11.053,89 (on bir min əlli üç manat səksən doqquz qəpik) manat artırılaraq, 48.615,92 (qırx səkkiz min altı yüz on beş manat doxsan iki qəpik) manat hesablanması, habelə həmin məbləğə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsümu da əlavə edilməklə, cavabdehlər Cavabdeh1 və X2 ümumilikdə 48.646,32 (qırx səkkiz min altı yüz qırx altı manat otuz iki qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, ona mahiyyəti üzrə baxıb, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilkin iddia ərizəsini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X5 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh X6 heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilə “Fasad-F” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli MC-Mİ-0483/18 nömrəli avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, “Audi A7” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır. Sığorta müddəti xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixədək olan dövrü əhatə etmişdir. Müvafiq nəqliyyat vasitəsi qeyd edilən sığorta növü üzrə 66,67% sığortalanmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X18 Qeydiyyat və İmtahan İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AD seriyalı 450089 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsi X5 məxsusdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X18 Qeydiyyat və İmtahan İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AD seriyalı 357767 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsi “Fasad-F” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur; Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən AP seriyalı ******* nömrəli xx xxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli xx xxxxx 2019-cu il tarixli qərarın surətindən və məzmunundan görünür ki, xx xxxxx 2019-cu il tarixində Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi X5 məxsus **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsi ilə **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir; “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanladığı xx xxx 2019-cu il tarixli 2122/İ nömrəli zərərin qiymətləndirilməsi prosesində iştirak ilə əlaqədar müraciətinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, xx xxxxx 2019-cu il tarixdə onun tərəfindən idarə olunan **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X12 idarə etdiyi **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirmə prosesində iştirak edilməsi xahiş olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, zərər dəymiş olan **- PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtomobilin təmiri başlandıqdan sonra dəyişilməli olan ehtiyyat hissələrinin onun tərəfindən 14 (on dörd) iş günü ərzində təhvil alınması tövsiyə olunmuşdur. Bu müddət ərzində dəyişilən ehtiyat hissələri təhvil alınmadıqda həmin ehtiyyat hissələri sığorta şirkəti tərəfindən utilizasiya olunacağı barədə xəbərdar edilmişdir; “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş xx xxx 2019-cu il tarixli 82230 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”ın müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 65.044,30 (altmış beş min qırx dörd manat otuz qəpik) manat məbləğində müəyyən edilmişdir; “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli sığorta aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, “Audi A7” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 42.365,03 (qırx iki min üç yüz altmış beş manat üç qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir; xx xxxx 2019-cu il tarixli ödəniş tapşırığının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti icbari qaydada “xxxxxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalandığı üçün ödənilmiş məbləğdən 4.803 (dörd min səkkiz yüz üç) manat məbləğində pul vəsaiti həmin şirkət tərəfindən “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir; “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və X5 ünvanladığı xx xxxx 2019-cu il tarixli 3335/İ nömrəli subroqasiya hüququ ilə əlaqədar müraciətinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh1 tərəfindən idarə olunan **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsi ilə xx xxxxx 2019cu il tarixdə “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 42.365,03 (qırx iki min üç yüz altmış beş manat üç qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə uyğun olaraq sığorta şirkəti dəymiş zərər üzrə ödənişi həyata keçirdikdən sonra həmin məbləği zərər vurmuş üçüncü tərəfdən subroqasiya hüququ əsasında tələb edə bilər. Onun mülki məsuliyyəti “xxxxxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 4.803 (dörd min səkkiz yüz üç) manat məbləğində sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 37.562,03 (otuz yeddi min bes yüz altmış iki manat üc qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilməsi xahiş edilmişdir. Qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında ona qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə xəbərdar edilmişdir; “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”ın surətindən və məzmunundan görünür ki, **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinin təmir prosesində əlavə xərclərin miqdarı 16.580 (on altı min beş yüz səksən) manat məbləğində müəyyən edilmişdir; “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxxx 2019-cu il tarixli sığorta aktının surətindən və məzmunundan görünür ki, müvafiq akta əsasən sığorta şəhadətnaməsinin şərtləri nəzərə alınmaqla “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş ziyana görə 11.053,89 (on bir min əlli üç manat səksən doqquz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir; xx xxxxxxx 2019-cu il tarixli ödəniş tapşırığının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş əlavə ziyan məbləğindən 11.053,89 (on bir min əlli üç manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti “Fasad-F” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 9/3263-8/1419 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, nəzəri hesablama yolu ilə “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx xxx 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Audi A7” markalı **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 62.760 (altmış iki min yeddi yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Aparılmış iqtisadi ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində təşkil etmişdir; Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, xx xxxxxx 1968-ci il tarixdə Şəki şəhərində anadan olmuş Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, xx xxxx 1950-ci il tarixdə Quba şəhərində anadan olmuş X6 ünvan 2 ünvanında qeydiyyatdadır; Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki,“Fasad-F” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsi iddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2018-ci il tarixində “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə 66,67% hissədə sığortalanmışdır. xx xxxxx 2019-cu il tarixdə Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi digər cavabdeh X5 məxsus **-ND- *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsi ilə **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 barəsində xx xxxxx 2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərar qəbul olunmuş, həmin qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 65.044,30 (altmış beş min qırx dörd manat otuz qəpik) manat məbləğində müəyyən edilmişdir. “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xx xxxx 2019cu il tarixli sığorta aktına əsasən sığorta şəhadətnaməsinin şərtləri nəzərə alınmaqla, “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş ziyana görə 42.365,03 (qırx iki min üç yüz altmış beş manat üç qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti icbari qaydada “xxxxxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalandığı üçün ödənilmiş məbləğdən 4.803 (dörd min səkkiz yüz üç) manat məbləğində pul vəsaiti həmin şirkət tərəfindən “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Sığorta ödənişi məbləğinin 37.562,03 (otuz yeddi min beş yüz altmış iki manat üç qəpik) manat hissəsi isə ödənilməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinin təmir prosesində əlavə xərclərin miqdarı 16.580 (on altı min beş yüz səksən) manat məbləğində müəyyən edilmişdir. “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxxx 2019-cu il tarixli sığorta aktına əsasən sığorta şəhadətnaməsinin şərtləri nəzərə alınmaqla “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş əlavə ziyana görə 11.053,89 (on bir min əlli üç manat səksən doqquz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 936.1-ci və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir; 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh1 göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Digər cavabdeh X7 isə təyin edilmiş məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən zərəri tələb etmə hüququ subroqasiya qaydasında “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə keçdiyindən iddia ərizəsi təmin edilməli, nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği kimi müəyyən edilmiş 48.615,92 (qırx səkkiz min altı yüz on beş manat doxsan iki qəpik) manat məbləğində sığorta ödənişi cavabdeh şəxslər Cavabdeh1 və X4 tutularaq iddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbi üzrə cavabdeh “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətindən tələb etdiyi 7.500 (yedid min beş yüz) manat məbləğində maddi ziyanı şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı şəxs Cavabdeh1 qarşılıqlı iddia ərizəsində qarşılıqlı iddia tələbi üzrə cavabdeh “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətindən maddi ziyanın əvəzi olaraq müəyyən etdiyi pul məbləğini tələb etməkdə haqlı olmamışdır. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Qarşılıqlı iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmənin qarşılıqlı iddia ərizəsinin maddi ziyanın tutulması hissəsi ilə bağlı gəldiyi qənaətə görə, iddiaçı Cavabdeh1 cavabdeh “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin maddi zərərin ödənilməsi hissəsi təmin edilməməlidir. Məhkəmə qaşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X17 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X17 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və X17 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 tərəfindən cavabdeh “Paşa Sığorta” X14 təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdeh təşkilatdan mənəvi zərərin əvəzinin tutulması üzrə qarşılıqlı iddia ərizəsinin müvafiq hissəsi də rədd olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, 48.615,92 (qırx səkkiz min altı yüz on beş manat doxsan iki qəpik) manat məbləğində sığorta ödənişi cavabdeh şəxslər Cavabdeh1 və X2 tutularaq iddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddiaçı Cavabdeh1 Agalar oğlunun cavabdeh “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilkin iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X2 iddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia tələbi rədd edildiyindən ona aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X2 48.615,92 (qırx səkkiz min altı yüz on beş manat doxsan iki qəpik) manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 Agalar oğlunun cavabdeh “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçı şəxsə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar